Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-10/2021 02.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və seriya RX ******* Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla qeydiyyata alınmaqla mülkiyyətinə verilmiş 0.709 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəyə cavabdehin törətdiyi maneələrə son qoyulması, cavabdehin həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması ilə boşaldılaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayonunun Yenikənd kəndi ərazisində xüsusi mülkiyyətində 0.709 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsinə dair hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və seriya RX ******* Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla qeydiyyata alınmaqla rəsmiləşdirilmişdir. Çıxarış 132 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. Buna baxmayaraq bu günə qədər həmin sahədən cavabdehin günahı ucbatından lazımi qaydada istifadə edə bilmir. Cavabdeh sahınin bir hissəsinin ona məxsus olmasını iddia etməklə qanunsuz olaraq istifadə edir. Torpağın rəsmi sənədlərlə ona verildiyini dəfələrlə cavabdehə xatırlatmaqla torpağın boşaldılması və təhvil verilməsini tələb etmişdir. Lakin cavabdeh bu tələblərə məhəl qoymur, onun torpaqdan istifadə etməsinə maneə olur. Cavabdehlə aralarında olan mübahisəni məhkəmədən kənar həll etməyə çalışsa da, bu cəhdləri nəticəsiz qalmışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, 15 ildir ki, bəhs olunan həyətdə ev tikib. O, həmin torpaq sahəsini 1997-ci ildə almışdır, buna dair ona Dövlət aktı da verilmişdir. Torpaq sahəsi onun paylı mülkiyyətindədir. İddiaçı həmin sahəni alarkən ölçmə düzgün aparılmamışdır. Bu səbəblərdən də iddiaçının tələbləri tamamilə əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********63, qeydiyyat tarixi – xx.xx.2016-cı il) surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Yenikənd kəndində yerləşən 0.709 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 132 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş JN-312 saylı, kod ********* olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon X1 xx xxxx 1998-ci il tarixli, 11 saylı qərarına əsasən Qəbələ rayonu Yenikənd kəndində Cavabdeh və ailə üzvlərinin ümumi paylı mülkiyyətinə 2.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-541/2020 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu Yenikənd kəndində İddiaçı mülkiyyətinə verilmiş 0,709 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdurmu?
2. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölşüsü nə qədərdi?
3. Zəbt edilmişdirsə həmin torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi? “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 240 saylı ekspert rəyi ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX tərəfindən İddiaçı verilmiş RX seriyalı №-0910220 saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Çıxarışa əlavə olunan 086243 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan 0,7099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları naturada iddiaçının faktiki istifadə etdiyi sahəsi 0,78 ha olan torpaq sahəsinin faktiki koordinatları ilə üst-üstə düşmür. Yalnız onu qeyd edə bilərik ki, Cavabdeh Dosanmed oğlunun faktiki istifadə etdiyi torpaq sahəsi 0,49 ha təşkil edir və ona verilən JN-312 nömrəli Dövlət Aktının 312Q planı üzrə nəzərdə tutulan 0,4137 ha torpaq sahəsindən təxmini 750 m2 artıq sahə olması müəyyən olunmuşdur. Bu torpaq sahəsinin gediş-gəliş yolu tərəfdən Dövlət aktında 30,3 metr göstərildiyi halda naturada faktiki məsafə 43,3 metr təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-541/2020 saylı qərardadı ilə İddiaçı vəsatəti əsasında əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.
1. “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinin torpaq sahəsinin plan sxemində göstərilən iddiaçı tərəfindən mübahisələndirilən 0.04 ha torpaq sahəsi kimin mülkiyyətindədir? Mülkiyyətçi (mülkiyyətçilər) müəyyən olduğu təqdirdə mülkiyyətinə (mülkiyyətlərinə) düşən torpaq sahəsinin olçüsü nə qədərdi?
2. JN-312 saylı, kod ********* olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Qəbələ rayonu Yenikənd kəndində Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin hüdudları müəyyən edilməklə, iddiaçı tərəfindən mübahisələndirilən 0.04 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdurmu? Azərbaycan Respublikası “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 431 saylı ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən mübahisələndirilən 0.04 ha torpaq sahəsinin ümumilikdə hamısı Cavabdeh Dosanmed oğlunun faktiki istifadəsindədir. Sənəd üzrə isə 0.04 ha torpaq sahəsinin 0.0194 ha hissəsi DƏDRX-nin 9 saylı ərazi idarəsi tərəfindən İddiaçı verilən 086243 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatları qeyd olunan 0.7099 ha torpaq sahəsinin hüdudları daxilinə düşür. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh Dosanmed oğlunun xüsusi mülkiyyətinə verilən JN-312 saylı Dövlət Aktının 312Q planında hüdudları göstərilən 0.4137 ha torpaq sahəsi ərazinin ümumi xəritəsinə (X2 Materialları - islahat DWG-si) əsasən faktiki istifadə etdiyi 0.49 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı tərəfindən mübahisələndirilən 0.04 ha torpaq sahəsi Cavabdeh Dosanmed oğlu tərəfindən faktiki olaraq istifadə edilir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı (reyestr nömrəsi: **********63, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2016-cı il) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən verilmiş Qəbələ rayonu Yenikənd kəndində yerləşən torpaq sahəsi iddiaçının tam mülkiyyətindədir. Cavabdeh qeyd olunan 0.709 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0194 ha hissəsini qanunsuz şəkildə zəbt edərək iddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə maneə yaradır. İddiaçı torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaytarılmasını tələb edir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılarının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçılar özlərinə məxsus torpaq sahələrini qanuni şəkildə əldə etsələr də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da iddiaçılarının mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı (reyestr nömrəsi: **********63, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2016-cı il) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən onun mülkiyyətinə verilmiş 0.709 hektar torpaq sahəsinin bütövlükdə Cavabdeh oglu tərəfindən zəbt edildiyini və həmin torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən maneə törədildiyini iddia etsə də bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin bir hissəsinin - 0.0194 ha hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı (reyestr nömrəsi: **********63, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2016-cı il) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu Yenikənd kəndində İddiaçı tam mülkiyyətinə verilmiş 0.709 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0194 ha hissəsindən çıxarılsın, cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyularaq torpaq sahəsi İddiaçı qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri olan 600 manat Cavabdeh tutularaq “X3” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməli, ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı (reyestr nömrəsi: **********63, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2016-cı il) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu Yenikənd kəndində İddiaçı tam mülkiyyətinə verilmiş 0.709 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0194 ha hissəsindən çıxarılsın, cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyularaq torpaq sahəsi İddiaçı qaytarılsın. İddianın qalan hissəsi təmin edilməsin Ekspertiza tədqiqatının dəyəri olan 600 manat Cavabdeh tutularaq “X3” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Elman İsayev