Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-100/2022 24.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavadov Nərı̇ man Fərman oğluna, Cavabdeh2, Cavadov Cavı̇ d İsmı̇ oğluna və Cavabdeh4̇ qızına qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavadov Nərı̇ man Fərman oğluna, Cavabdeh2, Cavadov Cavı̇ d İsmı̇ oğluna və Cavabdeh4̇ qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər zamin Cavabdeh1 və faktiki vərəsələr - Cavabdeh2, Cavabdeh3 və X4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 3738.51 manat məbləğində kredit borcu, 797.81 manat məbləğində faiz borcu və 1716.29 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6252 (altı min iki yüz əlli iki) manat 61 (altmış bir) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 82.53 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavadov İsmi Fərman oğluna İddiaçı QSC ilə bağladığı 13.11.2019-cu il tarixli 007L**********62 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavadov İsmi Fərman oğlu İddiaçı QSC ilə bağladığı 13.11.2019-cu il tarixli 007R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit götürmüşdür. Azerbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbasinin 16.11.2020-ci il tarixdə verdiyi arayışdan və ölüm haqqında şəhadətnamədən borclu Cavadov İsmi Fərman oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Bununla bağlı, Qəbələ rayon İcra Hakimiyyətinə 30.06.,2021-ci il tarixində 2-265/2021 saylı sorğu verilmiş, 19.08.2021-ci il tarixli 2/581/280 saylı məktubuna əsasən məlum olmuşdur ki, mərhum Cavadov X8 rayonu Çuxur Qəbələ kənd ərazi idarəsində qeydiyyatda olmuş və onun ümumi birgə mülkiyyətində olmuş Çuxur Qəbələ kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahələrinin hal-hazırda faktiki olaraq həyat yoldaşı X6, oğlu Cavabdeh2, oğlu Cavabdeh3 və qızı X7 istifadəsindədir. Belə ki, faktiki vərəsələr- X6, Cavabdeh2, Cavabdeh3 və X1 rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahələrini istifadə etməklə, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən adları qeyd olunmuş şəxslər mərhum Cavadov İsmi Fərman oğlunun faktiki vərəsəsi hesab edilirlər. Həmçinin Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbasinin 09.09.2021-ci il tarixdə verdiyi arayışdan məlum olmuşdr ki. X6 vəfat etmişdir. Onlar, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavadov İsmi Fərman oğlu götürdüyü kredit borcundan 761.49 manat ödəmiş, onun 3738.51 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavadov İsmi Fərman oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.10.2021-ci il tarixə 457 gün üçün hesablanmış faiz borcu 797.81 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 13.10.2021-ci il tarixə 457 gün üçün hesablanmış cərimə 1716.29 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavadov İsmi Fərman oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Cavadov İsmi Fərman oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, atası Cavadov İsmi Fərman oğlu İddiaçı QSC ilə bağladığı 13.11.2019-cu il tarixli kredit razılaşması əsasında 2 il müddətinə 4500 manat məbləğində kredit götürmüşdür. Atası 17 iyun 2020-ci ildə Qəbələ rayon Çuxur Qəbələ kəndində vəfat etmişdir. Cavadov İsmi Fərman oğlu vəfat edəndən sonra ondan miras qalmış əmlak onun və həmçinin mərhumun digər övladları tərəfindən qəbul edilməmişdir. Bu səbəbdən mərhumun bank qarşısında olan kredit borcu üzrə də onların öhdəlik daşımadığını düşünür. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Cavadov Nərı̇ man Fərman oğluna, Cavadov Cavı̇ d İsmı̇ oğluna və Cavabdeh4̇ qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavadov İsmi Fərman oğlu arasında (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 13 noyabr 2019-cu il tarixli Uzunmüddətli kredit müqaviləsinə əsasən Borc alana 100 000 manat məbləğində 120 ay müddətinə kredit xətti açılmışdır. İşdə olan 13 noyabr 2019-cu il tarixli 007R********** nömrəli Kredit razılaşmasından görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC tərəfindən cavabdeh Cavadov İsmi Fərman oğluna aylıq 2.0833 faizlə 24 ay müddətinə 4500 manat məbləğində fərdi mikro kredit verilmişdir. İş materiallarında olan 13 noyabr 2019-cu il tarixli 007S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, Cavadov Nərı̇ man Fərman oğlu borclu Cavadov İsmi Fərman oğlunun 13 noyabr 2019-cu il tarixli 007R********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 13 noyabr 2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə Ödəniş cədvəlindən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit razılaşmasının ayrılmaz tərkib hissəsidir və borcalan Cavadov İsmi Fərman oğlu 4500 manat məbləği illik 2.0833 %-lə, 24 ay müddətinə aylıq 241 manat, sonuncu ay isə 243.76 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 05.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 13.10.2021-ci il tarixə cavabdeh Cavadov İsmi Fərman oğlunın 3738.51 manat əsas, 797.81 manat faiz borcu və 1716.29 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavadov İsmi Fərman oğlu 13.11.2019-cu il tarixdə 4500 manatı imza edərək qəbul etmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən borclu və zaminə ünvanlanmış 16.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Qəbələ Rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 iyun 2020-ci il tarixdə verilmiş AZ-İİ 101009 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavadov İsmi Fərman oğlu 17 iyun 2020-ci ildə Qəbələ rayon Çuxur Qəbələ kəndində vəfat etmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısı Aparatı Çuxur Qəbələ kənd İ.Ə.N-in 16 avqust 2021-ci il tarixli 264 saylı məktubundan görünür ki mərhum Cavadov X8 rayon Çuxur Qəbələ kəndində qeydiyyatda olmuş və onun ümumi birgə mülkiyyətində olmuş Çuxur Qəbələ kəndində yerləşən torpaq sahələri faktiki olaraq aşağıda qeyd olunan ailə üzvlərinin istifadəsindədir: həyat yoldaşı – X6, oğlu - Cavabdeh2, oğlu - Cavadov Cavı̇ d İsmı̇ oğlu və qızı - Cavabdeh4̇ qızı. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında bigrə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsvirici-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh (mərhum) Cavadov İsmi Fərman oğlunun vərəsələrinə münasibətdə iddia tələbi qanuni və əsaslıdır. Belə ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh (mərhum) Cavadov İsmi Fərman oğlunun vərəsələri kreditor (iddiaçı) qarşısında məsuliyyət daşıyır, kredit müqaviləsi üzrə borc tələbi ondan tutulmalıdır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdeh Cavadov Nərı̇ man Fərman oğluna münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 13.10.2021-ci il tarixə cavabdeh X3 əsas borcu 3738.51 manat, faiz borcu 797.81 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 3738.51 manat və faiz borcu üzrə 797.81 manat borcun tutulmasını əsaslı hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 82.53 (səksən iki manat əlli üç qəpik) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavadov Nərı̇ man Fərman oğlundan, Cavabdeh2, Cavadov Cavı̇ d İsmı̇ oğlundan və Cavabdeh4̇ qızından müştərək qaydada 3738 manat 51 qəpik əsas borc, 797 manat 81 qəpik faiz borcu və 373 manat cərimə borcu olmaqla ümumilikdə 4909 manat 32 qəpik borc və 82 manat 53 qəpik dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 373 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 373 manat məbləğində cərimə borcunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavadov Nərı̇ man Fərman oğlundan, Cavabdeh2, Cavadov Cavı̇ d İsmı̇ oğlundan və Cavabdeh4̇ qızından müştərək qaydada 3738 manat 51 qəpik əsas borc, 797 manat 81 qəpik faiz borcu və 373 manat cərimə borcu olmaqla ümumilikdə 4909 manat 32 qəpik borc və 82 manat 53 qəpik dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-100/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-100/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver