Məhkəmə qərarları › İş №2(025)-1007/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1007/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1007/2021 09.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X1 və cavabdeh Həmı̇ dov Ceyhun Kamal oğlunun iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Həmı̇ dova Fı̇ rəngiz Abdulla qızına, Həmı̇ dov Ceyhun Kamal oğluna və Həmı̇ dov Taleh Kamal oğluna qarşı “ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı "xxxx" ASC cavabdehlər Həmı̇ dova Fı̇ rəngiz Abdulla qızına, Həmı̇ dov Ceyhun Kamal oğluna və Həmı̇ dov Taleh Kamal oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Həmı̇ dova Fı̇ rəngiz Abdulla qızına, Həmı̇ dov Ceyhun Kamal oğluna və Həmı̇ dov Taleh Kamal oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə 1,394.51 manat əsas borc və 6.83 manat faiz borcu olmaqla, cəmi 1,401.34 (bir min dörd yüz bir manat 34 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Ağdaş” filialı ilə Həmidov Kamal Qiyas oğlu arasında bağlanmış 01.03.2016-ci il tarixli, 1369-01.03.2016-SM163 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 32 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 1800 manat məbləğində kredit verilmişdir. X4 Qiyas oğlu 08.12.2016cı il tarixdə vəfat etmişdir. Qəbələ regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin 07.04.2021-ci il tarixli 493 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Həmidov Kamal Qiyas oğlunm adma vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 16.08.2020-ci il tarixli, 189 reyestr nömrəli vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 -ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Bankın “Ağdaş” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, Həmidov Kamal Qiyas oğlunun vəfat etdiyi tarixə Banka ödənilməmiş 1,394.51 manat əsas borc və 6.83 manat faiz borcu olmaqla, cəmi 1,401.34 manat kredit borcu qalmışdır. Cavabdeh, mərhum Həmidov Kamal Qiyas oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddinın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Həmı̇ dov Ceyhun Kamal oğlu iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, atası Həmidov Kamal Qiyas oğlu 08 dekabr 2016-cı il tarixdə vəfat etmiş. Atasının "xxxx" ASC-dən kredit aldığı barədə xəbərləri olmamışdır. Bu barədə yalnız 2021-ci ildə bank tərəfindən məktub göndəriləndə xəbərdar olmuşlar. Qalan borcu hissəhissə ödəyə bilərlər. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Həmı̇ dova Fı̇ rəngiz Abdulla qızına və Həmı̇ dov Taleh Kamal oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 01.03.2016-cı il tarixli 1369-01.03.2016-SM163 saylı kredit müqaviləsindən görünür ki, Həmidov Kamal Qiyas oğlu "xxxx" ASC-nin «Ağdaş» filialından illik 22 faizlə 32 ay müddətinə 1800 manat kredit götürmüşdür. İşdə olan Ödəniş cədvəlindən görünür ki, Həmidov Kamal Qiyas oğlu kredit müqaviləsi üzrə 32 ay ərzində hər ay 74.90 manat, sonuncu ay 72.93 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Həmidov Kamal Qiyas oğlunun kredit müqaviləsi üzrə banka 29.04.2021-ci il tarixə 1394 manat 51 qəpik əsas borc, 6 manat 83 qəpik faiz olmaqla, cəmi 1401 manat 34 qəpik məbləğində borcunun olması göstərilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 24 yanvar 2017-ci il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həmidov Kamal Qiyas oğlu 08 dekabr 2016-cı il tarixdə Qəblə şəhərində vəfat etmişdir. İşdə olan Qəblə Regional “ASAN xidmət” Mərkəzinin Notariat ofisinin təqdim etdiyi 07 aprel 2021-ci il tarixli məktubdan görünür ki, 08 dekabr 2016-cı il tarixdə ölmüş Həmidov Kamal Qiyas oğlunun vərəsəsi arvadı Həmı̇ dova Fı̇ rəngiz Abdulla qızı, oğulları Həmı̇ dov Ceyhun Kamal oğlu və Həmı̇ dov Taleh Kamal oğludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Həmidov Kamal Qiyas oğlu iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Həmidov Kamal Qiyas oğlu 08.12.2016-cı il tarixdə vəfat etmişdir. Mərhumun vərəsələri Həmı̇ dova Fı̇ rəngiz Abdulla qızı, Həmı̇ dov Ceyhun Kamal oğlu və Həmı̇ dov X3 qarşısında olan öhdəliklərini yerinə yetirmir, ödənişləri həyata keçirməkdən boyun qaçırırlar. Bildiriş məktublarından görünür ki, "xxxx" ASC kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlərə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu, 40 qəpik bank xidməti haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Həmı̇ dova Fı̇ rəngiz Abdulla qızından, Həmı̇ dov Ceyhun Kamal oğlundan və Həmı̇ dov Taleh Kamal oğlundan müştərək qaydada 1394 manat 51 qəpik əsas, 6 manat 83 qəpik faiz borcu olmaqla, cəmi 1401 (bir min dörd yüz bir) manat 34 (otuz dörd) qəpik kredit borcu, 30 (otuz) manat dövlət rüsumu, habelə 40 (qırx) qəpik bank xidməti haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Həmı̇ dova Fı̇ rəngiz Abdulla qızından, Həmı̇ dov Ceyhun Kamal oğlundan və Həmı̇ dov Taleh Kamal oğlundan müştərək qaydada 1394 manat 51 qəpik əsas, 6 manat 83 qəpik faiz borcu olmaqla, cəmi 1401 (bir min dörd yüz bir) manat 34 (otuz dörd) qəpik kredit borcu, 30 (otuz) manat dövlət rüsumu, habelə 40 (qırx) qəpik bank xidməti haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar