Məhkəmə qərarları › İş №2(025)-1031/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1031/2021

14.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1031/2021 14.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və cavabdeh X11 iştirakları ilə İddiaçı cavabdeh X12 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X12 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli 2(025)-996/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, cavabdeh X7 14 iyul 2006-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 12.06.2019cu il tarixli 2(025)-996/2019 saylı qətnaməsinə əsasən 14 iyul 2006-cı il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün 26 aprel 2013-cü il tarixli 2(025)-212/2013 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək sabit pul məbləğində müəyyən olunmaqla hər ay X7 80 (səksən) manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda həmin məbləğ uşağın təlabatlarını ödəmir. O isə heç bir yerdə işləmir, uşaq isə böyüdükcə yeməyə, geyimə, müalicəyə və digər ehtiyaclara tələbatı da artır. Cavabdeh şəxsin isə rəsmi iş yeri olmasına baxmayaraq fərdi işlərlə məşğul olaraq kifayət qədər qazancı vardır. Ona görə də cavabdehdən qət olunmuş aliment pulunun qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə tutularaq ona verilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X15 iddia tələbini qəbul etməyərək, eyni zamanda məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı məhkəməyə ərizə verərək birgə nikahlarından 14 iyul 2006-cı ildə doğulmuş Qasımova Səmayə adlı uşağın saxlanılması üçün Qəbələ rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş 80.00 manat alimentin məbləğinin 175.00 manatadək artırılmasını istəmişdir. O, iddia tələbini qəbul etmir. Hesab edir ki, iddia aşağıdakı səbəblərdən əsassızdır, ona görə də təmin edilməməlidir. Belə ki, aralarında olan nikah 2009-cu ildə pozulmuşdur. Bundan sonra yeni ailə qurmuşdur, həmin yeni nikahdan 3 uşaq doğulmuşdur. Əvvəlki, yəni iddiaçı ilə nikahlarından doğulmuş 1 uşaq iddiaçının himayəsində saxlanılmışdır. Həmin uşaqla onun ünsiyyət vaxtı məhkəmə qaydasında müəyyən olunsa da, Qasımova Elnarə onun uşaqla görüşməsinə və ünsiyyətdə olmasına heç vaxt imkan verməmişdir. Belə ki, əvvəllər, yəni uşağın yaşı az olan zamanlarda İddiaçı uşağı ilə onun ünsiyyətinə maneçilik yaratmış, dəfələrlə icra məmurunun işə qarışmasına baxmayaraq bu ünsiyyəti mümkünsüz etmişdir. Bu qayda ilə uşaq böyüdükcə onun barəsində uşaqda pis fikir formalaşdırmış və uşağı ona qarşı öyrətmişdir. Ona görə də uşaq bir qədər böyüdükdən sonra onunla görüşməkdən, ünsiyyətdə olmaqdan imtina etmişdir. Beləliklə, övladı ondan yadlaşmışdır. Buna baxmayaraq o, aliment üzrə olan öhdəliyini hər zaman yerinə yetirmişdir. Hal-hazırda onun iqtisadi vəziyyəti aliment təyin olunan 2019-cu illə müqayisədə xeyli pisləşmişdir. Təsadüfi işlərdən əldə etdiyi gəlirləri çox az olmaqla, ailəsini dolandırmağa kifayət etmir. Gəlirlərini 4 uşağı arasında bölüşdürdükdə, verdiyi aliment digər 3 uşağın hər birinin payına düşən hissədən demək olar ki, 2-3 dəfə artıq olur. Əgər alimentin miqdarı sonuncu dəfə artırıldıqdan sonra onun maddi vəziyyətində müsbət dəyişiklik baş vermiş olsaydı, şübhəsiz ki, alimentin miqdarını bir daha artırmaq olardı. Təəssüf ki, bunun əksi baş vermiş, yəni maddi vəziyyəti xeyli pisləşmişdir. Onun heç bir işəgötürənlə əmək müqaviləsi yoxdur. Himayəsində 3 nəfər yeni nikahdan doğulmuş azyaşlı uşaqları, 85 yaşlı anası və arvadı vardır. Mülkiyyətində daşınmaz əmlak, o cümlədən torpaq sahəsi yoxdur. Qəbələ rayon İcra və probasiya şöbəsinin tərtib etdiyi 23.02.2021-ci il tarixli aktdan da görünür ki, 15 yaşlı övladı Qasımova Səmayə onunla ünsiyyətdə olmaqdan qəti şəkildə imtina edir. Uşağın onunla ünsiyyətdən imtina etməsinin səbəbi, Elnarə Qasımovanın uşağın onun yanında saxlanılmasından sui-istifadə edərək psixologiyasına pis təsir etməsi, onun barəsində bilərəkdən, məqsədyönlü şəkildə yalan məlumatların verməsi olmuşdur. Qəbələ rayon İcra qrupunun icra məmru X20 və digərləri tərəfindən 05 dekabr 2011-ci il tarixdə, daha sonra 19 aprel 2012-ci il tarixdə tərtib edilmiş aktlardan görünür ki, Elnarə Qasımova eyni əməlləri hələ 2011, 2012-ci illərdə etmiş, yəni onun övladı ilə ünsiyyətdə olmasına imkan verməmişdir. Bu günədək də Elnarə Qasımova özünün həmin qanunsuz əməllərini davam etdirmiş və övladı ilə onu bir-birlərinə münasibətdə yad insanlara çevirmişdir. Bununla belə alimentin gecikdirilməsinə heç vaxt imkan verməmişdir. Dəfələrlə o, borc edərək Qasımova Elnarəyə aliment pulu göndərmişdir. Hal-hazırkı iddia üzrə alimentin miqdarı artırıldığı halda, onun artırılmış alimenti ödəmək qabiliyyəti olmayacaqdır. Bu səbəbdən inzibati məsuliyyətə cəlb edilməyi isə, ümumiyyətlə alimentin normal şəkildə ödənilməsinə maneə yaradacaqdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli 2(025)-996/2019 saylı qətnaməsindən çıxarışdan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli 2(025)-212/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, cavabdeh X7 12.06.2019-cu il tarixdən başlayaraq, 14.07.2006-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılması, hər ay sabit pul məbləğində - 80 (səksən) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 20 sentyabr 2006-ci il tarixli, AZ-İ seriyalı 838813 №-li “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 14.07.2006-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. X4, anası X6r. İş materiallarında olan “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, X15 ilə İddiaçı arasında nikahın pozulması 17 sentyabr 2013-cü il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində 63 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Cahangirova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, **********1 nömrəli arayışdan görünür ki, X11 adına Nazirliyin Yoxlamaların Mərkəzləşdirilmiş X5 “Əmək müqaviləsi bildirişləri” altsistemi üzrə hazırda qüvvədə olan əmək müqaviləsi qeydə alınmamışdır. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Həmzəlli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, 168 nömrəli arayışdan görünür ki, X13 ailə tərkibi anası 1936-cı il təvəllüdlü X16, həyat yoldaşı 1981-ci il təvəllüdlü X21, qızları 2015-ci il təvəllüdlü X17, 2017-ci il təvəllüdlü X18 və oğlu 2018-ci il təvəllüdlü X10 ibarətdir. İş materiallarında olan Qəbələ rayonu Cığatelli Bələdiyyəsi tərəfindən verilmiş 28 iyun 2021-ci il tarixli, 31 nömrəli arayışdan görünür ki, X11 adına heç bir mülkiyyət və istifadəsində torpaq sahəsi mövcud deyildir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Həmzəlli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, 169 nömrəli arayışdan görünür ki, X3 rayon Həmzəlli kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, İddiaçı 15 aprel 2004-cü il tarixdən Qəbələ rayonu Həmzəlli kəndində qeydiyyatdadır. İş materiallarında olan ASAN-Qəbələ tərəfindən verilmiş 16.01.2017-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Qəbələ rayonu Həmzəlli kəndində doğulmuş və Qəbələ rayonu, Həmzəlli kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən şəxslərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 14.07.2006-ci il təvəllüdlü X14 adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşağı ananın yanındadır. Qəbələ Rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli 2(025)-996/2019 saylı qətnaməsindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli 2(025)- 212/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, cavabdeh X7 12.06.2019-cu il tarixdən başlayaraq, 14.07.2006-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılması, hər ay sabit pul məbləğində - 80 (səksən) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bu səbəbdən də, iddiaçı təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan 14 iyul 2006-cı il təvəllüdlü X2 üçün hər ay 175 (bir yüz yetmiş beş) manat aliment tutulmasını xahiş edir. Cavabdeh isə uşağın saxlanması üçün müəyyən edilmiş alimenti çətinliklə ödədiyini, yenidən ailə qurduğunu, himayəsində 3 azyaşlı uşağının olduğunu, alimentin məbləği artırılarsa ödəyə bilməyəcəyini qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını nəzərə alaraq, 14.07.2006-cı il təvəllüdlü X1 üçün cavabdeh X7 hər ay tutulan alimentin məbləğinin artırılmasını ədalətli və əsaslı hesab edir. Bununla belə cavabdehin ailə və maddi vəziyyətini nəzərə alaraq cavabdehdən X1 üçün 100 manat aliment tutulması qənaətinə gəlir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 175 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övlada baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını, cavabdehin himayəsində 3 azyaşlı uşağının olmasını, rəsmi iş yerinin olmamasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli 2(025)-996/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək, cavabdeh X7 14.07.2006-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli 2(025)-996/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh X7 14.07.2006-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh X7 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar