Məhkəmə qərarları › İş №2(025)-1034/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1034/2023

15.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1034/2023 15.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə və cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2017-ci ildə ünvan 1 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödədiyi 14000 manat pulun əvəzinin, qarajın təmiri üçün xərclədiyi 3500 manat pulun əvəzinin, 10229 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, 5000 manat məbləğində mənəvi zərərin əvəzinin, qarajın adına sənədləşdirilməsi üçün etibarnamə verilməsinə görə ödədiyi 149 manat pulun əvəzinin, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75.40 manat pulun əvəzinin, qaraja dair texniki Pasportun verilməsi üçün ödənilmiş 360.54 manat pulun əvəzinin, cəmi 33313.94 manat məbləğində pulun əvəzinin və məhkəmə üçün ödənilmiş 190 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2017-ci ildə Binəqədi rayonu Azadlıq metrostansiyası yaxınlığında mənzil almaq istəyirdi ki, bu məqsədlə ev alqı-satqısı ilə məşğul olan saytlarda və s. elanlara baxır, maklerlərdən məlumat toplayırdı. 2017-ci ilin dekabr ayında elanların birində ünvan 2 ünvanında yerləşən mənzilin daş qarajla birlikdə satıldığı yazılmışdı. Həmin mənzilin satılmasını həmçinin ərazidə olan makler vasitəsilə də öyrənmişdi. Elanda mənzilin daş qarajla birlikdə satıldığı qeyd edilmişdi. Elan əsasında həmin mənzili və daş qarajı satan şəxslə tanış olmuşdur. Həmin şəxs adının X21 olduğunu, satılan ünvan 3 ünvanında yerləşən mənzili və həmin mənzillə birlikdə mənzilə aid sənədsiz daş qarajı təxminən 20 il əvvəl 1998-ci ildə 31500 ABŞ dolları mənzilə görə və mənzilin üstündə satılan sənədisz daş qaraja görə isə 2000 ABŞ dolları olmaqla, ümumilikdə 33500 ABŞ dolları məbləğində pulu ödəməklə Məzahir adlı şəxsdən bacısı X7 adına aldığını bildirmişdir. 20 ilə yaxın bir müddət ərzində mənzilin və sənədsiz daş qarajın onun və bacısının faktiki sahibliyində və istifadəsində olduğunu demişdir. O, Nüsrət Quliyevlə birlikdə satılan mənzilə və daş qaraja baxmış, mənzil və qaraj xoşuna gəlmiş, alqı-satqı barədə Nüsrət Quliyevlə sövdələşmişdir. Sonda, Nüsrət Quliyevin vasitəsilə bacısı X10 məxsus olan ünvan 4 ünvanında yerləşən mənzilin qiymətini 133000 manata, mənzilə aid olan sənədsiz daş qarajın alqı-satqı qiymətini isə 14000 manat olmaqla, ümumilikdə 147000 manata razılaşmışlar. Razılaşdıqları məbləği ödəyib mənzili və mənzilin üstündə satılan sənədsiz daş qarajı almışdır. Qeyd edir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli Qeydiyyat Vəsiqəsindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən 4 (dörd) otaqlı mənzil X7 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışdan müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı adına tam xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Mənzili və daş qarajı alandan iki il sonra, yəni 2019-cu ilin sonlarında aldığı sənədsiz daş qaraja işıq çəkdirmək üçün ASAN kommunala müraciət ettmiş, bu zaman ona qaraj sənədsiz olduğuna görə və qarajın ən azı Texniki pasportu olmadığı üçün qaraja işıq çəkdirmək mümkün olmadığnı bildirmişlər. 28 aprel 2020-ci ildə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ərizə ilə müraciət edərək ünvan 6 ünvanında yerləşən mənzillərə görə əlavə qarajın tikilməsinə icazə verilməsi barədə qərarın surətinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ərizəsinə cavab olaraq göndərilmiş məktubda keçmiş Kirov rayon XDS-nin İK-si tərəfindən “Qarabağ” Kooperativinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 32/196 ünvanında yerləşən mənzillərə görə əlavə qarajın tikilməsinə icazə verilməsi barədə 28 iyun 1991-ci il tarixli, 12/269 nömrəli qərarın surətini əldə etmişdir.Lakin Arxiv tərəfindən verilmiş qərarın surətində qeyd edilmişdir ki, qərara cizgi sənədi və adlı siyahı əlavə edilməmişdir. 02 iyun 2020-ci ildə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək yaşadığı Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti, ev 32/196 ünvanında yerləşən 147 saylı mənzilə aid olan qaraja görə tərtib edilmiş cizgi sənədini və adlı siyahını vermələrini xahiş etmişdir. Müraciətinə cavab olaraq bildiriblər ki, 1991-ci ilə aid Binəqədi rayon İcra Hakimiyyəti Başçısının sərəncamları cari arxivdə saxlanma müddəti başa çatdığı üçün aidiyyəti üzrə Azərbaycan Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Eyni zamanda ərizədə qeyd edilən adlı siyahı və cizginin əsli sərəncama əlavə olunmadığı üçün Arxivə təhvil verilməmişdir. Bu səbəbdən müraciətinə müsbət cavab verilməsi imkan xaricindədir. Bundan sonra aldığı sənədsiz daş qarajın sənədləşdirilməsi ilə bağlı mənzili satan Səxavət Quliyevinin qardaşı Nüsrətdən və digər qonşulardan maraqlanmış, soraqlaşmış və nəhayət qonşuların birindən “Qarabağ” Kooperativi tərəfindən mənzillərə görə əlavə qaraj inşa edilməsi ilə bağlı adlı siyahının surətini əldə etmişdir. Həmin adlı siyahıda ünvan 7 ünvanında yerləşən 147 saylı mənzilə görə tikilmiş qarajın ilk sahibi kimi Cavabdeh1 adı qeyd edilmişdir. Həmçinin öyrənmişdir ki, aldığı qarajı adına sənədləşdirmək üçün qaraj əvvəlcə mənzilin ilk sahibinin adına sənədləşdirilməlidir, sonra isə aldığı həmin qarajı öz adına keçirə bilər. Bundan sonra satıcı Quliyeva Səxavətin qardaşı Nüsrət Quliyevlə əlaqə saxlamış və ondan mənzilin ilk sahibi olmuş Məzahir adlı şəxslə əlaqə yaratmaq üçün köməklik göstərməsini xahiş etmişdir. Nüsrət mənzilin ilk sahibi olmuş Məzahirin mənzili onlara satandan sonra başqa ünvana köçdüklərini, 20 ilə yaxındır onu görmədyini, eşitdiyinə görə Məzahirin əslən Qəbələ rayonundan olduğunu bildirmişdir. Buna görə də Nüsrət və digər tanışları vasitəsilə Məzahiri axtarmağa başlamışdır. 2021-ci ilin yanvar ayında mənzilin birinci sahibi Cavabdeh1 ilə və onun oğlu X4 telefon nömrələrini əldə edib (***-***-**-**; ***-***-**-** mobil tel/nömrələri ilə) onlarla əlaqə saxlamış və məsələni onlara izah etmişdir. 2017-ci ildə Quliyev Nüsrətin vasitəsilə onun bacısı X6 ünvan 8 ünvanında yerləşən mənzili və həmin mənzilin üstündə mənzilə aid sənədsiz daş qarajı aldığını və hazırda qarajı adına sənədləşdirmək istədiyini Məzahirə və onun oğlu Mehmana bildirmişdir. Məzahir və oğlu heç bir etiraz etməmiş və demişdir ki, heç bir problem yoxdur. Həmçinin Məzahir əlavə etmişdir ki, Qəbələ rayonundadır Bakıya gələ bilmir, qarajı adına sənədləşdirmək üçün oğlu Mehmanın adına etibarnamə verər, o, qarajın sənədləşmə işlərində köməklik edər. Öz növbəsində Məzahirə və oğluna demişdir ki, - “qarajı adına sənədləşdirdikdən sonra şirinlik məndən”. Lakin Məzahir və oğlu Mehman heç nə lazım olmadığını onları hamının tanıdığını və nə lazımdısa kömək edəcəklərini demişlər. Bundan sonra səyyar notarius vasitəsilə etibarnamə verilməsi xərcləri ilə bağlı Məzahirin oğlu Mehman öz şəxsiyyət vəsiqəsinin surətini və 8165 5735 nömrəli “Kapital Bank” hesab kartını ona göndərmiş və Məzahirin oğlu Mehmanın “Kapital Bank” kartı hesabına 149 manat pul köçürtmüşdür. xx.xx.2021-ci il tarixdə Cavabdeh1 qarajı onun adına sənədləşdirmək üçün Qəbələ regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi vasitəsilə oğlu Mehman Mustafayevin adma etibarnamə vermişdir. Lakin bir müddət keçmişi, Mehman çox vaxt rayonda olduğuna görə qarajın sənədləşməsi üçün sənədlərin toplanması üçün Bakıdakı aidiyyəti orqanlara gedib gələ bilmədiyindən onun adına verilmiş etibarnamə heç nəyə yaramamışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri 43 saylı notariat ofisi vasitəsilə 28 mart 2022-ci ildə qardaşı X18 adına Baş etibarnamə vermişdir ki, lazımi sənədləri toplayıb qarajı sənədləşdirə və qaraja dair Texniki pasportu ala, sonra da qarajı öz adına keçirə bilsin. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 tərəfindən qardaşı X18 adına verilmiş Bakı şəhəri 43 saylı notariat ofisinin 7E-6588 reyestr nömrə ilə qeydə alınmış xx.xx.2022- ci il tarixli həmin etibarnamədən görünür ki, Cavabdeh1 qardaşı X18 adına - ünvan 9 ünvanında yerləşən Binəqədi (Kirov) rayonu XDİK-nin 12/263 saylı xx.xx.1991-ci tarixli Qərarına əsasən Azadlıq (Lenin) prospektində 32/196 (32) nömrəli evin arxasında yerləşən daş qarajı özəlləşdirilməsi üçün tələb edilən bütün sənədləri toplamağı, qaraja müvafiq icra orqanının sənədi və icazəsi olduqdan sonra, özəlləşdirməyi, çıxarış almağı, tikinti işləri aparmağı, sənədləşdirməyi, bununla bağlı bütün dövlət və qeyri-dövlət orqanlarında o cümlədən bütün RİH-də, arxiv idarələrində, Bələdiyyədə, Qəsəbə Nümayəndəliyində, ASAN X/M-də, notariat ofislərində onu təmsil etməyi, sənədləri təhvil verib qəbul etməyi, kadastr layihəsini almağı, toplanmış sənədləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və yaxud ASAN X/M-nə təhvil verib torpağa və üzərindəki qaraja çıxarış, texniki pasport almağı, rüsumlar ödəməyi, gələcəkdə həmin əmlakın yüklü olub-olmaması barədə arayış aldıqdan sonra sərəncam verməyi, satmağı, pulunu almağı, bağışlamağı, dəyişməyi, buna dair müqavilə imzalamağı, ilkin alqı-satqı müqaviləsi imzalamağı, Bank əməliyyatları aparmağı, notariusun depozit hesabından pulu qəbul etməyi,vergi və digər rüsumları ödəməyi, bağlanmış müqavilələri ləğv etməyi, ərazidə söküntü işləri aparılarsa dövlət tərəfindən ayrılacaq kompensasiyanı almağı, Bölgü-Eskiz layihəsində imza etməyi, elektrik, qaz, su, telefon xəttlərinin çəkilməsi, qeydiyyata alınması və müvafiq tipli sayğacın quraşdırılması, o cümlədən quraşdırılmış sayğacların digər şəxsin adına keçməsi ilə əlaqədar aidiyyatı olan orqan və təşkilatlarda, o cümlədən "xxxx" ASC, “Azəri Qaz” İB-də, "xxxx" ASC-də, rayon QİS-də, ASAN X/M, Asan Kommunal Mərkəzlərində, FHN-nin bütün idarə və təşkilatlarında, Telefon Qovşağı idarələrində təmsil etməyi, adımdan ərizə yazmağı, imza etməyi, sayğac quraşdırmağı, bununla əlaqədar müqavilə bağlamağı, Abunə kodu və kartı almağı, rüsumlar ödəməyi və bu tapşırığın yerinə yetirilməsiylə əlaqədar adından bütün əməliyyatları aparmağı və digər hərəkətləri etməyi etibar edir” kimi səlahiyyətlərin verilməsini etibar etmişdir. Bundan sonra qarajın cizgisi çəkilərək digər sənədlərlə birlikdə İcra Hakimiyyətinə müraciət etdik və müsbət qərar alaraq müvafiq məktubla Əmlak Məkanına sənədləşmə üçün müraciət etmişdir. Belə ki, Əmlak Xidmətləri Məkanı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Mədaxil qəbzindən müəyyən edilir ki, 2017-ci ildə Səxavət Quliyevadan aldığı sənədsiz daş qarajın adına sənədləşdirilməsi üçün Cavabdeh1 tərəfindən qardaşı Taleh Əliyevin adına verilmiş 28.03,2022-ci il tarixli etibarnamə əsasında qardaşı qarajın sənədləşdirilməsi üçün tələb olunan 75.40 manat dövlət rüsumunu Əmlak Xidmətləri Məkanına Kapital Bank vasitəsilə ödəmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən müəyyən edilir ki, qardaşı Taleh Əliyev xx.xx.2022-ci il tarixdə saat 12:49-da Əmlak Xidmətləri Məkanında olmuşdur və verilmiş etibarnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərə görə 360,54 manat pulu Əmlak Xidmətləri Məkanına Kapital Bank vasitəsilə nağd ödəyərək 2017-ci ildə Səxavət Quliyevadan aldığı sənədsiz qaraja dair qarajın ilk sahibi Cavabdeh1 adına tərtib edilmiş Texniki Pasportu götürmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Texniki Pasportdan müəyyən edilir ki, ünvan 15nda yerləşən 22.2 kv.metrdən ibarət olan qeyri - yaşayış binası (Qaraj) xx.xx.2022-ci ildə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, 2017-ci ildə Səxavət Quliyevadan aldığı sənədsiz daş qaraja dair qarajın ilk sahibi Cavabdeh1 adına Texniki Pasportu düzəltdirəndən sonra o, təkrar Mehmanla və Məzahirlə əlaqə yaradıb bildirmişdir ki, qarajın sənədi, yəni Texniki pasportu hazırdır, məsələnin sonlandırılması üçün qarajın onun adına keçrilməsi üçün Məzahirin və onun həyat yoldaşının razılığı lazım olacaq. Bundan sonra Məzahirə zəng etmiş, lakin Məzahirdən nə zənglərinə, nə də ki, səs yazılarına cavab gəlməmişdir. Sonradan tanışları vasitəsilə ona eşitdirdilər ki, qaraja görə Məzahir ondan 5000 manat pul istəyir. Buna görə onda şübhə yarandı ki, Məzahir onun etibarından sui-istifadə edib qarajın sənədini düzəltdirib, 1998-ci ildə, yəni təxminən 25 il əvvəl Nüsrət Quliyevin vasitəsilə onun bacısı Səxavət Quliyevaya mənzilin üstündə satdığı sənədsiz daş qaraja dair 2022ci ildə ona sənəd düzəltdirəndən sonra həmin qarajı onun əlindən alıb ikinci dəfə başqa bir şəxsə satmaq və ya bağışlamaq istəyir. Təbii ki, o, buna razı ola bilməzdi. Çünki, yuxarıda qeyd etdiyi kimi o, vicdanlı alıcı kimi 2017-ci ildə Nüsrətin vasitəsilə bacısı Səxavət Quliyevadan aldığı mənzilin üstündə bu qaraja görə əlavə 14000 manat pul ödəmişdir. 2017-ci ildən artıq 6-cı ildir ki, bu qaraj onun qanuni sahibliyində və istifadəsindədir. Bu müddət ərzində 3500 manat pul xərcləyib qarajı təmir etdirmiş, bu günə qədər həmin qaraja onun 17500 manat xərci çıxmışdır. Həmin qaraj 1998-ci ildə Məzahir tərəfindən Səxavət Quliyevaya satılan vaxtdan 2017-ci ilə qədər 20 ilə yaxın Səxavət Quliyevanın və onun qardaşı Nüsrət Quliyevin qanuni istifadəsində və sahibliyində olmuşdur. 2017ci ildə isə Səxavət Quliyeva həmin mənzili və mənzilin üstündə əlavə sənədsiz daş qarajı ona satmışdır. 2017-ci ildən bu günə qədər mənzil və mənzilə aid olan 22.2 kv.metrdən ibarət həmin sənədsiz daş qaraj istifadəsində və sahibliyindədir. Bu yaxınlarda Binəqədi Rayon Məhkəməsi tərəfindən ona məhkəmə bildirişi gəlmiş və məlum olmuşdur ki, Cavabdeh2 adlı bir nəfər ona qarşı həmin məhkəmədə “qarajdan çıxarılma, qarajın boşaldılıb təhvil verilməsi” tələbinə dair iddia qaldırmışdır. İşlə tanış olanda müəyyən edilmişdir ki, Cavabdeh1 1998-ci ildə X2, X7 isə 2017-ci ildə mənə satdığı və vicdanlı alıcı kimi 6-cı ildir ki, qanuni sahibliyində və istifadəsində olan,mülkiyyətimdə olan mənzilin üstündə aldığı mənzilə aid sənədsiz daş qarajın adına sənədləşdirilməsinə razılıq verməsinə və qarajı sənədləşdirmək üçün bütün səlahiyyətləri əhatə edən xx.xx.2022-ci il tarixli etibarnamə verməsinə, əqd bağlamasına baxmayaraq, xərc çəkib tərəfindən qarajın Texniki Pasportu düzəltdiriləndən sonra vədinə əməl etməyərək, 7-8 ay keçəndən sonra qarajı adına keçirtmək əvəzinə, qarajın nəvəsi Cavabdeh2 bağışlanması barədə xx.xx.2022-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariusda “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağlamış və qarajı nəvəsi Cavabdeh2 bağışlamışdır. Bununla da, Cavabdeh1 onun mülkiyyətçi kimi gözlənti hüquqlarını pozmuş, nəvəsi Cavabdeh2 isə əsassız olaraq varlandırmışdır. Cavabdeh1 ona qarşı bu qanuna zidd hərəkətləri nəticəsində 17500 manat (14000 manat qarajın alınmasına görə ödədiyi pul vəsaiti, 3500 manat qarajın təmiri üçün ödədiyi məbləğ) maddi ziyan, məhrum olduğu gəlirlər (əldən çıxmış fayda) 2018-ci ildə 1706.25 manat, 2019-cu ildə 1440.5 manat, 2020-ci ildə 1265.4 manat, 2021-ci ildə 1588.6 manat, 2022-ci ildə 1938.8 manat, 2023-cü ildə 2289.5 manat heablanmaqla - 10229 manat əldən çıxmış fayda və 5000 manat mənəvi zərər olmaqla və müvafiq rüsumlar da hesablanmaqla, ümumilikdə ona 33313.94 manat məbləğində maddi ziyan və mənəvi zərər vurulmuşdur. Cavabdeh1 bu qanuna zidd əməllərinin qarşısının alınması və barəsində qanuni tədbir görülməsi üçün o, yaşadığı ərazi üzrə Binəqədi RPİ- nin 5-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, polis orqanı tərəfindən araşdırma aparılmış, X7 ünvan 2 ünvanında yerləşən mənzili 1998-ci ildə 31500 ABŞ dollarına və həmin mənzilə aid olan daş qarajı 2000 ABŞ dollarına olmaqla ümumilikdə 33500 ABŞ dolları ödəməklə mənzilin və qarajın ilk sahibi Cavabdeh1 alması, 2017-ci ildə isə X7 həmin mənzili mənə 133000 manata, həmin mənzilə aid olan sənədsiz daş qarajı isə ona 14000 manata olmaqla ümumilikdə 147000 manata satması və digər faktlar öz təsdiqini tapmışdır. Lakin mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüququ izah edilməklə, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “Cinayət işinin başlamlmasmın rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Sadalananlardan göründüyü kimi, ünvan 11 ünvanında yerləşən mənzilə aid olan hazırda mübahisə predmetinə çevrilmiş sənədsiz daş qaraj Cavabdeh1 tərəfindən 1998-ci ildə satdığı mənzilin üstündə mənzilin pulundan əlavə 2000 ABŞ dollarına X3, 2017- ci ildə X15 tərəfindən (qardaşı Nüsrət Quliyevin vasitəçiliyi ilə) mənzilin pulundan əlavə 14000 manata ona satılmış, aldığı qaraj 1998-ci ildən 2017-ci ilə qədər 20 ilə yaxın Səxavət Quliyevanın, 2017-ci ildən bu günə qədər 6 ilə yaxın bir müddətdə isə mülkiyyətçi hüququ ilə açıq, fasiləsiz və etirazsız onun qanuni istifadəsində və sahibliyində olmuşdur. X17 aldığı barədə Məzahirə bildirəndən sonra qarajı adına sənədləşdirmək üçün Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə qardaşı X18 adına bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün səlahiyyətləri nəzərdə tutan etibarnamə verilmiş, həmin etibarnamə əsasında qardaşı X23 tərəfindən şəxsi vəsaiti hesabına müvafiq dövlət rüsumları ödənilməklə mübahisəli qaraja dair xx.xx.2022-ci il tarixdə ilkin olaraq Cavabdeh1 adma Texniki pasport düzəltdirilmiş, lakin sonradan Cavabdeh1 əqdi pozaraq qarajı onun adına keçirtməkdən yayınmışdır.Cavabdehlərdən Cavabdeh1 həmin qarajı X6 2017-ci ildə aldığımı biləndən sonra heç bir etiraz etməmiş, əksinə həmin qarajın adına sənədləşdirilməsi üçün köməklik göstərəcəyinə söz vermiş, bu məqsədlə cavabdehlə aralarında əqd bağlanmışdır. Yəni cavabdeh tərəfindən həmin qarajı onun adına sənədləşdirmək üçün ilk öncə xx.xx.2021-ci ildə əvvəlcə oğlu Mehmanın adına etibarnamə verilmiş, sonradan isə cavabdeh tərəfindən xx.xx.2022-ci ildə qardaşı X18 adına bütün səlahiyyətləri nəzərdə tutan etibarnamə verilmişdir ki, Taleh Əliyev qarajın sənədlərini düzəldib onun adına keçirə bilsin. Lakin, 2022-ci ildə qarajın sənədləri diizəltdiriləndən sonra hansı maraq, düşüncə ucbatındansa Cavabdeh1 vədinə əməl etməmiş, əqdi pozmuş, ona qarşı qanuna zidd hərəkətlər törədərək 2017-ci ildən vicdanlı alıcı kimi qanuni istifadəsinə və sahibliyində olan qarajı nəvəsi Cavabdeh2 bağışlamaqla sonuncunu əsassız varlandırmış, nəticədə cavabdeh öz qanuna zidd hərəkətləri ilə ona ümumilikdə 32729 manat məbləğində maddi və mənəvi zərər vurulmuşdur. Cavabdeh1 bu kimi qanuna zidd hərəkətləri nəticəsində o, qonşular arasında rüsvay olmuş, işgüzar nüfuzuna xələl yetirilib, bu səbəbdən ağır iztirablar, fiziki və mənəvi sarsıntılar keçirtmişdir. Qarşılaşdığı bu qanuna zidd hərəkətlər, davranışlar səbəbindən gecələr yuxusu qaçıb, yata bilmir, əsəblərimpozulub ona mənəvi zərər yetirilmişdir. Ona görə də hesab edir ki, Cavabdeh1 mənə qarşı qanuna zidd hərəkət etməsi, hüquqlarını pozması, 1998-ci ildə başqa bir şəxsə X10 mənzillə birlikdə mənzilin üstündə satdığı sənədsiz daş qarajın Səxavət Quliyeva tərəfindən ona satılmasına heç bir etiraz etməməsi, əksinə həmin qarajı X6 aldığını biləndən sonra həmin qarajın adına sənədləşdirilməsi üçün köməklik göstərəcəyinə vəd verməsi, bu məqsədlə aralarında əqd bağlanması, yəni cavabdeh tərəfindən qarajın onun adına sənədləşdirilməsi üçün xx.xx.2021-ci ildə əvvəlcə oğlu Mehmanın adına etibarnamə verməsi, sonradan isə cavabdeh tərəfindən xx.xx.2022-ci ildə qarajın adına sənədləşdirilməsi üçün qardaşı X18 adına bütün səlahiyyətləri nəzərdə tutan etibarnamə verməsi bir daha sübut edir ki, o, mənzili və mənzilin üstündə satılan sənədsiz daş qarajı vicdanlı əldə etmidir, vicdanlı sahibdir, lakin qarajın sənədləri onun tərəfindən düzəldiləndən sonra Cavabdeh1 hansı maraq, düşüncə ucbatındansa qarajı adına keçirtməkdən daşınmış, vədinə əməl etməmiş, birtərəfli qaydada əqdi pozmuşdur. Onun bu qanuna zidd hərəkətləri nəticəsində 2017-ci ildən 17500 manata əldə etdiyi qarajı itirmək təhlükəsi ilə üzləşmişdir. Bundan başqa, əgər, həmin sənədsiz daş qaraja dair sənədlər düzələndən sonra Məzahir vədinə əməl etsəydi, əqdi pozmasaydı, söz verdiyi kimi həmin qarajı adına keçirtsəydi faydalanardı, ən azından qarajın alınması və təmiri üçün ödədiyi 17500 manatdan məhrum olmazdı. Lakin indiki halda Məzahir qanuna zidd hərəkət edərək vədinə əməl etməmiş, əqdi pozaraq ona 33313.94 manat məbləğində maddi və mənəvi zərər vurmuşdur. Ona görə də hesab edir ki, Məzahirin qanuna zidd hərəkətləri nəticəsində ona vurulmuş 33313.94 manat məbləğində maddi və mənəvi zərər Cavabdeh1 və onun nəvəsi Cavabdeh2 olundan müştərək qaydada tutulmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı cavabdehlərə qarşı pul tələbi irəli sürərkən qanunla müəyyən olunmuş subyektiv hüquq anlayışını pozmuşdur. O, qanunsuz olaraq qaraja görə pulu Nüsrət Quliyev və onun bacısı Səxavət Quliyevaya versə də hansı əsasla cavabdehlərdən tələb etdiyini qanunla müəyyən edilmiş qaydada əsaslandıra bilmir və bununla da subyektiv hüquq pozuntusuna yol vermişdir. İddiaçı başa düşməlidir ki, cavabdehin mülkiyyətində olan qaraja görə Nüsrət Quliyevə və onun bacısı Səxavət Quliyevaya ödəmiş olduğu pul vəsaiti həmin şəxslərdən tələb etməli oduğu halda heç vaxt tanımadığı, ünsiyyətdə olmadığı, pul vermədiyi şəxslərdən pul tələb etməsi qanunsuzdur və yolverilməzdir. İddiaçı iddia ərizəsində (səhifə 1, abzas l) qeyd edir ki, “Nüsrət Quliyevin vasitəsilə bacısı X11mı məxsus olan ünvan 12 ünvanında yerləşən mənzilin qiymətini 133 000 manata, mənzilə aid olan sənədsiz daş qarajın alqı-satqı qiymətini isə 14000 manat olaqla razılaşdıq. Mən razılaşdığımız məbləği ödəyib mənzili və mənzilin üstündə satılan sənədsiz daş qarajı aldım”. Nüsrət Quliyevi və bacısı Quliyeva Səxavəti tanıdıqları, pulu onlara verdiyi, onların da qaraja görə ödəmiş olduğu pulları aldıqlarını etiraf etdikləri balda, hətta Nüsrət Quliyevi hazırkı məhkəmə prosesinə şahid qismində dəvət etdikləri halda nəyə görə pulu həmin şəxslərdən tələb etmirlər. Digər tərəfdən, ünvan 13 ünvanında yerləşən mənzilin qiymətini 133 000 manata, mənzilə aid olan sənədsiz daş qarajın alqı- satqı qiymətini isə 14000 manata Nüsrət Quliyevin vasitəsilə bacısı X15 ilə razılaşıb pulu da həmin şəxslərə verdiyi halda iddiaçının cavabdehlərdən həmin pulları tələb etmək hüququ yoxdur. Pul verilib 2017-ci ildə. Həmin vaxt iddiaçı cavabdehləri iddia ərizəsində də qeyd etdiyi kimi tanımamışdır. 3500 manat qarajın təmirinə xərclənmiş pulları sübut edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. 10229 manat əldən çıxmış faydanın əvəzi dedikdə iddiaçı anlamalıdır kı, cavabdelılərın mülkiyyətində olan daşınmaz əmlak qanunsuz olaraq iddiaçının istifadəsindədir və əldən çıxmış faydanı cavabdehlər iddiaçıya qarşı qaldıra bilərlər. Amma bunu hələ ki, etmirlər. 5000 manat məbləğində mənəvi zərərin iddiaçıya dəyməsinə dair iddia ərizəsində mülahizədən başqa heç bir mötəbər sübutlar iddia ərizəsinin qoşma hissəsində göstərilməmişdir və məhkəməyə təqdim edilməmişdir. 149 manat etibarnaməyə iddiaçı öz istəyi ilə xərcləmişdir. Həmin pulun da cavabdehlərə xərclənməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı qeyd edir ki, o, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75.40 manat, qaraja dair Texniki Pasportun verilməsi üçün isə 360.54 manat pul xərcləmişdir. Həmin sənədlər və Texniki Pasport hal-hazırda da iddiaçının özündədidr. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdehlər özləri qaraja aid sənədləri öz xərcləri ilə ədə etmişdirlər. Bütün xərclər cavabdehlər tərəfindən xərclənmişdir. İddiaçı qaraja işıq çəkdirmək bəhanəsi ilə cavabdehi aldadıb etibarnamə almışdır. Daha sonra iddiaçının və ailə üzvlərinin imzalarına zərurət yarananda cavabdehlərə aydın olmuşdur ki, iddiaçı cavbdehlərin əmlakına sahiblənmək istəyir. Ona görə də Cavabdeh1 iddiaçının adına vermiş olduğu etibarnaməni ləğv etdirmişdir. ünvan 14 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv/m olan qeyriyaşayış binası Cavabdeh1 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixlində notarial qaydada Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 ünvan 15 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv/m olan qeyri-yaşayış binasını-qarajı digər cavabdehə, Cavabdeh2 bağışlamışdır və həmin qeyri-yaşayış binası hal-hazırda həmin cavabdehin mülkiyyətimdədir. Bundan başqa, iddiaçı cinayət işinin başlanması ilə əlaqədar Binəqədi RPİ-nin 5-ci bölməsinə müraciət etsə də Binəqədi RPİ xx.xx.2023-cü il tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ” Qərar qəbul etmişdir. ünvan 16 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv/m olan qeyri-yaşayış binasının boşaldılaraq cavabdehlərə tənvil verilməsinə dair Cavabdeh2 tərəfindən Binəqədi Rayon Məhkəməsində qaldırılmış iddia təmin olunmuşdur və həmin 2(001)- 1594/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə artıq qanuni qüvvəsini almışdır. İddiaçı iddia ərizəsinin 4-cü səhifəsini 4-cü abzasında qeyd edir ki, “Çünki, yuxarıda qeyd etdiyim kimi mən vicdanlı əldə edənəm, vicdanlı alıcı kimi 2017-ci ildə Nüsrətin vasitəsilə bacısı Səxavət Quliyevadan aldığım mənzilin üstündə bu qaraja görə əlavə 14000 manat pul ödəyib almışam. 2017-cu ildən artıq 6-cı ildir ki, bu qaraj mənim qanuni sahibliyimdə və istifadəmdədir”. İddiaçı qarajı qanunla müəyyən olunmuş qaydada əldə etmiş olsaydı, notariat qatdasında təsdiqlənmiş müqaviləsi olmalı idi və sərəncam vermək üçün isə həmin əmlak dövlət reyestrində qeydiyyata alınmalı idi. Lakin iddiaçı qarajı almış olsaydı müqavilə bağlayardı və həmin əmlak dövlət reyestrində ərazi üzrə qeydiyyata alınardı. Belə bir müqavilə notariat qaydasında bağlanmamış və dövlət reyestrində qerdə alınmamışdır. İddiaçı tərəfindən məhkəməyə şahid qismində cəlb ediləcək şəxslər istintaqda və məhkəmədə verdikləri ifadələrdə hazırki iddia ərizəsində qeyd olunan pul vəsaitlərinə dair heç biri halı sübu edəcək ifadə verməmişdirlər. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh X1 RPİ-nin 5-ci PB-si tərəfindən “Cinayətb işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cı il tarixli Qərarında qeyd olunmuş izahatında bildirmişdir ki, “Bakı şəhəri Binəqədi rayonu, Azadlıc prospekti, bina 32/196 mənzil 147 nömrəli evi 1979-cü ildə hərbi xidmətdə olan zaman dövlə tərəfindən ona verilmişdir. 1988-ci ildə isə binanın həyətində olan qeyri-yaşayış təyinatlı qaraj tikdirmişdir. Qarajları qonşular tikən zaman tikmişdir. 2000-ci ildə ünvan 3 nömrəli evi Nüsrət adlı şəxsə 37000 ABŞ dollara satmışdır. Evi Nüsrətə satan zaman binanın həyətində olan qeyri-yaşayış təyinatlı qarajı ona satmamışdır. Qarajı da müvəqqəti istifadəyə vermişdir. Bir gün bir nəfər ona zəng ediv ona bildirmişdir kı, Alı adlı şəxs səninlə görüşmək istəyir. Həmin şəxs evi alan şəxsdir. Alı ona zəng edib demişdir ki, mən evin sahibiyəm.Qaraja işıq çəkmək istəyirə. O da Alıya demişdir ki, mən sizi tanınmam, evi sizə satmamışam. Alı da ona demişdir ki, siz evi Nüsrətə satmısınız, mən də Nüsrətdən almışam. Alı ona demişdir ki, sizin razılığınız lazımdır ki, qaraja işıq çəkilsin və bundan ötrü də Azərışıqa təqdim etmək üçün çıxarış lazımdır.Alı ondan etibarnamə istədi ki, çıxarışı düzəltsin. O, da Qəbələ rayonunda yerləşən Asan xidmətdən Alının qardaşının Talehin adına etibarnamə vermişdir. Təxminən 4-5 ay sonra Alı yenidən ona zəng etmiş və ona həyat yoldaşının razılıq ərizəsinin lazım olduğunu demişdir. Alıdan ərizənin nə üçün lazım olduğunu soruşduqda sonuncu bildiımişdir ki, alqı-satqıda adına keçirmək üçün lazımdır. Alıya demişdir ki, Nüsrətə ev satmışam, qaraj satmamışam. Sənin adına nə səbəbə keçirməliyəm? Alı cavabında ona bildirmişdir ki, Nüsrətdən evi qarajla birlikdə almışam. O Alıya demişdir ki, sən get hesabını Nüsrət ilə elə. Bunda sonra Alı və qardaşı ayrı-ayrı vaxtlarda Biləcəridəki evinə gəlməyə başlamışlar. Bu səbəbdən etibarnaməni ləğv etdirmişlər. Evi Nüsrətə satmışdır. Həmin mənzilə aid olan qarajı da evdə yaşayan şəxsə müvəqqəti istifadə etmələri üçün vermişdir. Alı ona qaraja işıq çəkmək istədiyi üçün müraciət etmişdir. Azərişıqa kupça təqdim etmək lazımdır. O, Nüsrətə evi satmış, qaraj satmamışdır”. Buna görə də iddianın təmin ediıməməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etdi. X21 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, 1999-cu ildə tanışı ünvan 17 ünvanında olan mənzili Cavabdeh1 33500 ABŞ dolları müqabilində həm mənzili, həmdə həyətdə olan 24 kvadratmetr qarajı almışdır. Həyətdəki qarajı şifahi sözlə razılaşmışlar, mənzili isə sənədləşdirərək almışdır. İlkin olaraq 31500 ABŞ dolları mənzilə və 2000 ABŞ dolları isə sahəsi 24 kvadratmetr olan qaraja verməklə ümumilikdə 33500 ABŞ dollar pulu vermişdir. Məzahir 9 ay evdən çıxmamış və ona problemlər yaratmışdır. Məzahir evdən çıxmadığı üçün məcbur qalıb Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdri. Məhkəmə qərar çıxartdıqdan sonra Məzahir və ailəsini evdən çıxarda bilmişdir. 18 il həmin ünvanda yaşamışdır. Yaşadığı müddətdə Məzahir və ailəsi həmin qarajdan istifadə etməmişdir. 2017-ci ilin dekabr ayında yaşadığı həmin mənzili və qarajı İddiaçı 147000 (yüz qırx yeddi min) manata satmışdır. Alı ilə 133000 (yüz otuz üç min) manat mənzilə razılaşmışlar və 14000 (on dörd min) manat isə həyətdəki sahəsi 24 kvadratmetr olan qaraja görə alqı-satqı etmişlər. Qaraja alqı-satqını şifahi olaraq həyata keçirtmişlər. 2022-ci ilin oktyabr ayında Alı onunla mobil telefonla əlaqə saxlayıb Məzahirin onu aldadaraq həmin mənzilin qarajını öz adına keçirtdiyini demişdir. Həmin dövrdə verilmiş müvafiq sərəncam və adlı siyahıya əsasən qaraj mənzilin üzərində rəsmiləşdirilmiş və bu səbəbdən qarajda mənzilin üzərində sənədləşdirilmişdir. X23 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşıdır. Cavabdeh1 Bakı şəhəri 8 mkr. qəsəbəsində Azadlıq (Lenin) prospektində 32/196 saylı evin arxasında yerləşən daş qarajın özəlləşdirilməsi üçün tələb edilən bütün sənədləri toplamaq, özəlləşdirməyi, çıxarış almağı və s. adından bütün əməliyyatları aparmağı və digər hərəkətləri etməyi etibar etməsinə dair ona Bakı şəhəri 43 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə qeydə alınmış etibarnamə vermişdir. Bundan sonra qarajın sənədləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adı qeyd olunmaqla Kapital Bank ASC-yə Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX xidmətə görə 75,40 manat, xx.xx.2022-ci il tarixdə isə Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX Bakı ŞƏİ daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tarifləri olaraq 360,54 manat məbləğində ödəniş edilmişdir. X8 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, Cavabdeh1 onun atasıdır. Hazırkı məhkəmə mübahisəsinin predmeti olan daş qaraj faktiki sənədlə sahibi olmuş atası Cavabdeh1 tərəfindən evlə birlikdə X16, onun bacısı X7 adına notariat orqanında rəsmiləşdirilmiş və alqı-satqı müqaviləsi əsasında satılmışdır. Daha sonra qarajı evlə birlikdə İddiaçı almışdır. Bu barədə onun və atasının məlumatı olmuşdur. Qarajın rəsmiləşdirilməsi üçün Alı ona və atasına müraciət etmiş, buna görə atası ona və Alının qardaşına etibarnamə vermişdir. X8 poçt vasitəsilə məhkəməyə ünvanlandığı ərizəsi ilə məhkəmə iclasında şahid qismində qeyd etdiklərini təsdiq etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. “S.N.Məmmədovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında şərh edilmişdir ki, mübahisəli əşya üzərində qanuni ıəsaslrla yaranmış əmlak hüquqları mülkiyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin’ əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin, vəkil və nümayəndələrini, eləcə də şahidlərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə hüquq subyekti olaraq Cavabdeh1 adına tərtib etdiyi 04/1509 inventar nömrəli qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 32/196 saylı binanın yanın sahədə yerləşən qarajın yerləşdiyi torpağın faktiki və ümumi sahəsi 0.0028 k.m, cəmi sahəsi 22.2 kv.m olmaqla tikinti planl və təsnifatı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1998-ci il taixdə 30 № 1769 saylı qeydə aldığı “Qeydiyyat Vəsiqəsi”nin surətindən göründüyü kimi Bakı şəhəri 8 mkr. qəsəbəsində Azadlıq prospekti 32/196 saylı yaşayış evinin 147 nömrəli mənzili (4 otaqdan ibarət) X7 adına xüsusi mülkiyyət kimi 960 nömrəli reyestr kitabının 144154-cü səhifəsində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* saylı, qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın dövlət reyestri **********45-05101-093015 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Şıxarış”ın surətindən görünür ki, ünvan 18 ünvanda 87.12 kv. m sahəsi olan mənzil İddiaçı adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1122 nömrəli reyestr kitabının 101636 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri 43 saylı notariat ofisinin 7E-6586 reyestr nömrəsində xx.xx.2022-ci il tarixdə qeydə alınmış etibarnamədən görünür ki, Cavabdeh1 X22 Bakı şəhəri Binəqədi (Kirov) rayonu XDİK-nin 12/263 saylı 28.06 1991-ci il tarixli qərara əsasən Bakı şəhəri 8 mkr. qəsəbəsində Azadlıq (Lenin) prospektində 32/196 saylı evin arxasında yerləşən daş qarajın özəlləşdirilməsi üçün tələb edilən bütün sənədləri toplamaq, özəlləşdirməyi, çıxarış almağı və s. adından bütün əməliyyatları aparmağı və digər hərəkətləri etməyi etibar etmişdir. Bakı şəhəri Binəqədi (Kirov) rayonu XDİK-nin 12/263 saylı 28.06 1991-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri 8 mkr. qəsəbəsində Azadlıq (Lenin) prospektində 32/196 saylı evin arxasında yerləşən daş qarajın Cavabdeh1 tərəfindən şəxsi istifadəsi ilə bağlı onun adı müəyyən olunmuş siyahıya daxil edilmişdir. İşdə olan 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X19 tərəfindən 4Ə-2399 nömrə ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmış ”Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, ünvan 19 ünvanında yerləşən 22.2 kv.m sahəsi olan qeyriyaşayış binası Cavabdeh1 tərəfindən Cavabdeh2 hədiyyə (bağışlanmışdır) edilmişdir. İşdə olan X26 Portalının ********* nömrəli xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh1 ödəyici olaraq qeyd edilməklə Kapital Bank ASC-yə Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX Bakı ŞƏİ xidmətə görə 75,40 manat ödəniş edilmişdir. İşdə olan X26 Portalının ********* nömrəlixx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh1 ödəyici olaraq qeyd edilməklə Kapital Bank ASC-yə Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX Bakı ŞƏİ daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tarifləri olaraq 360,54 manat ödəniş edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayonu polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı Orxan Təhməzlinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin rədd edilməsi haqqında qərar”ının surətindən görünür ki, İddiaçı müraciəti əsaslnda toplanmış 1 saylı HK-2158 nömrəli təhqiqat materialları üzrə araşdırılma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-1594/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı qarşı “qeyri-yaşayış obyektinin boşaldılıb təhvil verilməsi” tələbinə dair ilk iddiası təmin edilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 2880/SQ saylı qiymətləndirmə rəyindən görünür ki, ünvan 15 ünvanında yerləşən 22.2 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli qeyriyaşayış binasının 08 avqust 2023-cü il tarixinə olan bazar qiyməti 22200 (iyirmi iki min iki yüz) manat təşkil edir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, iddiaçı 2017-ci ildə Binəqədi rayonu Azadlıq metrostansiyası yaxınlığında mənzil almaq istədiyi üçün bu məqsədlə ev alqı-satqısı ilə məşğul olan saytlarda və s. elanlara baxaraq maklerlərdən məlumat toplamağa başlamışdır. 2017-ci ilin dekabr ayında elanların birində ünvan 3 ünvanında yerləşən mənzilin daş qarajla birlikdə satıldığı barədə məlumat aldıqdan sonra, həmin mənzili və daş qarajı satan şəxs - X21 ilə tanış olmuşdur. X21 ünvan 3 ünvanında yerləşən mənzili və həmin mənzillə birlikdə mənzilə aid sənədsiz daş qarajı təxminən 20 il əvvəl 1998-ci ildə 31500 ABŞ dolları mənzilə görə və mənzilin üstündə satılan sənədisz daş qaraja görə isə 2000 ABŞ dolları olmaqla, ümumilikdə 33500 ABŞ dolları məbləğində pulu ödəməklə Məzahir adlı şəxsdən bacısı X7 adına aldığını bildirmişdir. 20 ilə yaxın bir müddət ərzində mənzilin və sənədsiz daş qarajın onun və bacısının faktiki sahibliyində və istifadəsində olduğunu demişdir. İddiaçı Nüsrət Quliyevlə birlikdə satılan mənzilə və daş qaraja baxmış, mənzil və qaraj xoşuna gəlmiş, alqı-satqı barədə Nüsrət Quliyevlə sövdələşmiş və Nüsrət Quliyevin vasitəsilə bacısı X10 məxsus olan ünvan 4 ünvanında yerləşən mənzilin qiymətini 133000 manata, mənzilə aid olan sənədsiz daş qarajın alqı-satqı qiymətini isə 14000 manat olmaqla, ümumilikdə 147000 manata razılaşmışlar. Razılaşdıqları məbləği ödəyib mənzili və mənzilin üstündə satılan sənədsiz daş qarajı almışdır. Alqı-satqıdan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışla ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı adına tam xüsusi mülkiyyət kimi hüquqi qeydə alınmışdır. İddiaçı mənzili və daş qarajı alandan iki il sonra, yəni 2019-cu ilin sonlarında qaraja işıq çəkdirmək üçün ASAN kommunala müraciət ettmiş, bu zaman ona qaraj sənədsiz olduğuna görə və qarajın ən azı Texniki pasportu olmadığı üçün qaraja işıq çəkdirmək mümkün olmadığnı bildirmişlər. Buna görə də qarajın ilkin sənədlərini əldə etmək üçün aidiyyəti üzrə müəyyən orqanlara və təşkilatlara müraciətlər etmişdir. Bundan sonra, o, aldığı sənədsiz daş qarajın sənədləşdirilməsi ilə bağlı mənzili satan Səxavət Quliyevanın qardaşı Nüsrətdən və digər qonşulardan maraqlanmış və nəhayət qonşuların birindən “Qarabağ” Kooperativi tərəfindən mənzillərə görə əlavə qaraj inşa edilməsi ilə bağlı adlı siyahının surətini əldə etmişdir. Həmin adlı siyahıda ünvan 7 ünvanında yerləşən 147 saylı mənzilə görə tikilmiş qarajın ilk sahibinin Cavabdeh1 olduğunu müəyyənləşdirmişdir. Sonuncunun razılığı ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri 43 saylı notariat ofisi vasitəsilə 28 mart 2022-ci ildə iddiaçının qardaşı X18 adına sənədləşdirmək məqsədi ilə etibarnamə vermişdir. Bundan sonra qarajın cizgisi çəkilərək digər sənədlərlə birlikdə İcra Hakimiyyətinə müraciət etmiş və müsbət qərar alaraq verilmiş xx.xx.2022-ci il tarixli etibarnamə əsasında iddiaçının qardaşı qarajın sənədləşdirilməsi üçün tələb olunan 75.40 manat dövlət rüsumunu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərə görə 360,54 manat pulu ödəyərək qarajın ilk sahibi Cavabdeh1 adına tərtib edilmiş Texniki Pasportu götürmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Texniki Pasportla Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 32/196 saylı binanın yanında yerləşən hazırda tərəflər arasında mübahisələndirilən 22.2 kv.metrdən ibarət olan qeyri - yaşayış binası (Qaraj) xx.xx.2022-ci ildə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Binəqədi Rayon Məhkəməsinin məhkəmə bildirişindən sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 ona qarşı həmin məhkəmədə “qarajdan çıxarılma, qarajın boşaldılıb təhvil verilməsi” tələbinə dair iddia qaldırmışdır. İşlə tanış olanda müəyyən etmişdir ki, Cavabdeh1 qarajın nəvəsi Cavabdeh2 bağışlanması barədə xx.xx.2022-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariusda “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağlamış və qarajı nəvəsi Cavabdeh2 bağışlamışdır. Cavabdeh1 əməllərinin qarşısının alınması və barəsində qanuni tədbir görülməsi üçün iddiaçı yaşadığı ərazi üzrə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, polis orqanı tərəfindən araşdırma aparılmış, lakin mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüququ izah edilməklə, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “Cinayət işinin başlamlmasmın rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarını, işin məlum hallarını və iddiaçının məhkəməyə təqdim etdiyi sübutları sistematik təhlil edən və qiymətləndirməklə nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi ünvan 2 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödənilmiş 14000 (on dörd min) manat məbləğində pul vəsaiti, qarajın təmiri üçün xərclənilən 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75.40 (yetmiş beş manat qırx qəpik) manat dövlət rüsumu və qaraja dair texniki pasportun verilməsi üçün ödənilmiş 360.54 (üç yüz altmış manat əlli dörd qəpik) manat dövlət rüsumunun cavabdehlərdən tututlmasına dair hissədə əsaslıdır və buna görə də təmin edilməlidir. Çünki, iddia həmin hissədə əsaslığı iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən İddiaçı tərəfindən qarajın alınması, təmir bərpa işləri və sənədləşdirilməsi üçün ödənilən pul vəsaitləri və dövlət rüsumları iddiaçıya cavabdehlər tərəfindən qaytarılmalıdır. Cavabdeh tərəf iddianı qəbul etməyərək mülki işin məhkəmə araşdırılması zamanı məhkəmədə verdiyi izahatına tənqidi yanaşan məhkəmə qeyd edir ki, cavabdeh tərəf verdiyi bu izahatı onları müdafiə xarakterini daşıyır. Ona görə ki, onlar iddia tələbinə etirazlarının əsaslandıqları hallara dair heç bir sübutu onlarda olmadığı səbəbindən məhkəməyə təqdim edə bilməmişlər. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə iddianın və tərəflərin iddiaya olan əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri olduğunu, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarət olmasını, eləcə də faktın (sübutun) varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mülki mübahisə üzrə sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi və bütünlüklə sübutetmə yükü tərəflərin üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçı 10229 manat məbləğində əldən çıxmış faydanın, 5000 manat məbləğində mənəvi zərərin əvəzinin, qarajın adına sənədləşdirilməsi üçün etibarnamə verilməsinə görə ödədiyi 149 manat pulun əvəzinin xeyrinə tutulması barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tələb irəli sürmüşdür. Qanunvericiliyin sadalanan normaları baxımından məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalı olduğundan məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin bu hissəsinə dair əsaslandığı hallara dair lazımi sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia tələbi 10229 manat məbləğində əldən çıxmış faydanın, 5000 manat məbləğində mənəvi zərərin əvəzinin, qarajın adına sənədləşdirilməsi üçün etibarnamə verilməsinə görə ödədiyi 149 manat pulun əvəzinin xeyrinə tutulması barədə tələbi təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, qeyd olunan xüsusatlara qanunvericiliyin tələbləri baxımından məcmu halında qiymət verən məhkəmə hesab edir ki, сavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödənilmiş 14000 (on dörd min) manat məbləğində pul vəsaiti, qarajın təmiri üçün xərclənilən 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75.40 (yetmiş beş manat qırx qəpik) manat dövlət rüsumu və qaraja dair texniki pasportun verilməsi üçün ödənilmiş 360.54 (üç yüz altmış manat əlli dörd qəpik) manat dövlət rüsumu, cəmi 17935.94 (on yeddi min doqquz yüz otuz beş manat doxsan dörd qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab edir ki, mülki iş üzrə iddianın verilməsi üçün ödənilmiş 190 (bir yüz doxsan) manat dövlət rüsumu cavabdehlərdən tututlaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödənilmiş 14000 (on dörd min) manat məbləğində pul vəsaiti, qarajın təmiri üçün xərclənilən 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75.40 (yetmiş beş manat qırx qəpik) manat dövlət rüsumu və qaraja dair texniki pasportun verilməsi üçün ödənilmiş 360.54 (üç yüz altmış manat əlli dörd qəpik) manat dövlət rüsumu, cəmi 17935.94 (on yeddi min doqquz yüz otuz beş manat doxsan dörd qəpik) manat pul vəsaiti və iddianın verilməsi üçün ödənilmiş 190 (bir yüz doxsan) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apeliyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar