Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1041/2021 20.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh VAZ-21093 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə verilmiş 1000 (bir min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, 26 may 2021-ci il tarixində Qəbələ rayon Bunud kəndi sakini Cavabdeh dəyəri 4250 manata olan VAZ-21093 markalı ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almışdır. Razılaşdıqlara şərtlərə görə nəqliyyat vasitəsinin alqı-satqısının dəyəri tam ödənilməklə həyata keçirilmədiyinə görə öz aralarında AKT tərtib etməklə rəsmiləşdirmək qərarına gəlmişlər. Tərtib edilmiş AKT-a əsasən o, nəqliyyat vasitəsinin dəyəri olan 4250 (dörd min iki yüz əlli) manat pulu Cavabdeh hissə-hissə olmaqla, ilkin 1000 (bir min) manatı dərhal ödəməklə, qalan 3250 manatı isə iyun, iyul, avqust aylarıda hər ay 1000 manat olmaqla və sentyabr ayında isə qalan 250 (iki yüz əlli) manat ödənilməklə nəqliyyat vasitəsi adına rəsmiləşdirilməli imiş. Ona görə də o, ilkin olaraq 1000 (bir min) manatı şahid qismində iştirak edən, həmçinin AKT-a imza atan atası X2 yanında Qəbələ regional “ASAN xidmət” mərkəzinin yeməkxanasında Cavabdeh vermiş və o da eyni zamanda AKT-a pulun alınması barədə imza atmaqla ona Notariat ofisində VAZ-21093 markalı ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sürücülük etibarnaməsi vermişdir. Lakin o, avtomobili bir neçə gün idarə etdikdən sonra çoxlu sayda problemlər (dəmirində olan çürüklər və s.) və nəqliyyat vasitəsində olan nasazlıqlar ilə qarşılaşmışdır. Ona görə də aldadıldığını başa düşdükdən sonra əvvəl əlaqə saxlamaqla maşını qaytarmaq istədiyini, sonradan isə 14.06.2021-ci il tarixində atası Şərəfxan Xanlarov ilə birlikdə Zaurun iş yerinə gedərək avtomobilin nasaz olduğunu və bazarda dəyərinin razılaşdıqları qiymətdən qat-qat aşağı odluğunu bildirərək qaytarmaq istədiyini və ona verdiyi 1000 manat pulunu geri qaytarmasını tələb etmişdir. Cavabdeh isə cavabında onlara verəcəyi hər hansı pulunun olmadığını bildirmişdir. Cavabdeh nəqliyyat vasitəsinə görə aldığı pulu qaytarmaq fikrinin olmadığını gördükdən sonra 18.06.2021-ci il tarixində Qəbələ RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Qəbələ RPŞ-dən isə ona şikayətinin mülki xarakterli olduğundan şikayətində göstərilən xüsusatların onların səlahiyyətinə aid olmadığını, aidiyyatı üzrə məhkəməyə müraciət etməyini bildirmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, 26 may 2021-ci il tarixində ona məxsus dəyəri 4250 manata olan VAZ-21093 markalı ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı aralarında razılaşma yolu ilə satmışdır. İddiaçı ilkin olaraq ona 1000 (bir min) manatı dərhal ödəməklə, qalan 3250 manatı isə iyun, iyul, avqust aylarında hər ay 1000 manat olmaqla və sentyabr ayında isə qalan 250 (iki yüz əlli) manatı ödəməli imiş. Lakin Nurəddin avtomobili aldıqdan 14 gün sonra ona geri qaytararaq 1000 manat pulunu geri istəmişdir. Ona 1000 manatın onda nəğd şəkildə olmadığını, maşını satdıqdan sonra ona 1000 manatı geri qaytara biləcəyini bildirmişdir. İki gün sonra Nurəddinin atası ona zəng edərək maşını oğluna geri qaytarmağı tələb etmişdir. Bundan sonra Nurəddin ondan maşını geri almışdır. O gündən bu günə kimi Nurəddindən ya maşınını, ya da geri qalan pulunu tələb etsə də, bir nəticəsi olmamışdır. Belə olduğu halda o da 07.07.2021-ci il tarixdə Qəbələ Regional “Asan xidmət” Mərkəzinin Notariat Kontorunda Nurəddinə verdiyi etibarnaməni ləğv etdirmişdir. Məhkəmə iclasında X5 şahid qismində vediyi ifadəsində göstərdi ki, İddiaçı ona aldığı avtomobili göstərmişdir. Maşına baxış keçirmişlər və məlum olmuş ki, maşına qoyulan qiymət çox yüksəkdir. Çünki maşın yaxşı vəziyyətdə olmamış və bir hissəsi çürümüşdür. Məhkəmə iclasında X6 şahid qismində vediyi ifadəsində göstərdi ki, o, maşın ustasıdır. Nurəddin maşını aldıqdan sonra yoxlanılması üçün onun yanına gətirmişdir. Maşının çox hissəsi çürükdür. Mator yağ axıdır və ekran çürükdür. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan AD № 936574 saylı, 24.11.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21093” minik markalı, 1994-cü il buraxılışlı, 10 BZ810 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. İş materiallarında olan ƏN-V № 567603 saylı, 07.06.2021-ci il tarixli nəqliyyat vasitəsinə dair etibarnamədən görünür ki, Cavabdeh İddiaçı “VAZ 21093” minik markalı, 1994-cü il buraxılışlı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək hüququ vermiş, etibarnamə 3 ay 23 gün müddətinə, 30.09.2021-ci il tarixədək verilmişdir. İş materiallarında olan İddiaçı, Cavabdeh və X4 tərəfindən imzalanmış 26.05.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh məxsus “Vaz 21093” markalı, mühərrik nömrəsi ******* Ban №-si XTA 210930R1517152 nömrəli ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili 4250 (dörd min iki yüz əlli) manata İddiaçı satmağa görə ilk ödəniş aylar üzrə 26.05.2021-ci il tarixli 1000 (min) manata ödəməklə, qalan məbləği iyun, iyul, avqust aylarının axırı hər ay 1000 manat və sentyabr ayı isə 250 (iki yüz əlli) manat ödənilməklə razılaşmışlar. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı verilmiş etibarnaməyə (nəqliyyat vasitəsindən istifadə hüququ) xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı 06 avqust 2002-ci il tarixdən Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı arasında olan şifahi razılaşmaya əsasən “VAZ 21093” minik markalı, 1994-cü il buraxılışlı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili sonuncuya 4250 manata satmaq barədə razılaşmışlar.Nəticədə iddiaçı və cavabdeh sözügedən avtomobilin dəyərini 4250 (dörd min iki yüz əlli) manat dəyərləndirmişlər. İddiaçı Cavabdeh ilkin olaraq 1000 (bir min) manatı ödəmiş, qalan 3250 manatı isə iyun, iyul, avqust aylarıda hər ay 1000 manat olmaqla və sentyabr ayında isə qalan 250 (iki yüz əlli) manat ödənilməklə razılaşmışlar. Buna əsasən Cavabdeh tərəfindən İddiaçı 3 ay 23 gün müddətinə etibarnamə verilmişdir. İddiaçı tərəfindən Cavabdeh avtomobilin dəyərini tam ödənildikdən sonra isə sonuncu tərəfindən avtomobil İddiaçı adına rəsmiləşdirilməli imiş. Bu halları məhkəmə zamanı həm iddiaçı, həm də cavabdeh təsdiq etmişlər və bu hallar işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında “VAZ 21093” minik markalı, 1994-cü il buraxılışlı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı barədə razılıq əldə olunmuş, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması əsası kimi İddiaçı tərəfindən üzərinə götürdüyü öhdəlik, yəni avtomobilin dəyərinin tam ödənilməsi şərti göstərilmişdir. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən İddiaçı tərəfindən Cavabdeh ilkin olaraq 1000 manat ödənilmişdir ki, bu halı da tərəflərin hər ikisi etiraf edirlər. Lakin daha sonradan Cavabdeh tərəfindən İddiaçı verilmiş etibarnaməyə (nəqliyyat vasitəsindən istifadə hüququ) xitam verilmişdir. Bu isə qeyd edilən etibarnamə əsasən verilmiş səlahiyyətlərə son qoyulması və etibarnamə üzrə nəzərdə tutulmuş hərəkətlərin bundan sonra həyat keçirilməsinin yolverilməzliyi deməkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə görə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eyni ilə bu cür vəzifə qoyulur. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə, onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə, etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Göründüyü kimi Cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Belə ki, tərəflər arasında olan şifahi razılaşmanın son nəticəsi olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmalı imiş. Lakin Cavabdeh etibarnaməni ləğv etdiyindən İddiaçı faktiki istifadəsində olduğu avtomobildən istifadəsi məhdudlaşdırılmışdır. Belə ki, iddiaçı cavabdeh qarşısında götürdüyü pul öhdəliyini icra etməli, cavabdeh isə bundan sonra sözügedən avtomobili iddiaçının mülkiyyətinə keçirməli imiş. Lakin cavabdeh iddiaçıya avtomobilin idarə edilməsi üçün verdiyi etibarnaməni ləğv edərək əslində aralarında bağlanmış şifahi razılaşmanın şərtlərini pozduğunu, avtomobili iddiaçının adına keçirməkdən imtina etdiyini göstərmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh “VAZ 21093” minik markalı, 1994-cü il buraxılışlı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 1000 (bir min) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Eyni zamanda məhkəmə cavabdehə izah edir ki, o, “VAZ 21093” minik markalı, 1994-cü il buraxılışlı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi kimi həmin avtomobilin İddiaçı tərəfindən alınaraq ona verilməsi, eyni zamanda İddiaçı tərəfindən həmin avtomobilin istifadəsi nəticəsində ona dəymiş ziyanın ödənilməsi ilə bağlı hal-hazırda heç bir tələb irəli sürməmişdir və gələcəkdə həmin məsələlərlə bağlı olaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Çünki “VAZ 21093” minik markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququ Cavabdehdır, lakin sözügedən avtomobil faktiki olaraq İddiaçı istifadəsindədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otu) manat dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1000 (bir min) manat məbləğində pul alınıb İddiaçı oğluna verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul alınıb İddiaçı verilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1041/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1041/2021
20.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver