Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1043/2022 29.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Qəbələ Regional X2 Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Qəbələ Regional X2 nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Qəbələ Regional X2 Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Qəbələ Regional X4 Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1282,82 manat maddi ziyan məbləğinin alınaraq Qəbələ Regional X2 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh meşə qanunvericiliyini pozduğuna görə barəsində 30 aprel 2020-ci il tarixli 121 saylı akt tərtib edilmiş və 1782,80 manat maddi ziyan hesablanmış, 500 manat ödənmiş, lakin 1282,82 manat qalıq qalmaqdadır. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə xx.xx.2022-ci il tarixdə 27/2/99-064 saylı bildiriş göndərilmiş və 5 gün müddətinə həmin ziyan məbləğinin ödənilməsi xahiş edilmişdir. Cavabdehdən meşə fonduna dəymiş ziyanı ödəmək tələb edilsə də, heç bir nəticəsi olmamış, bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, eyni zamanda göstərdi ki, cavabdehin şikayəti əsasında yenidən hesablanma aparılmış və dəymiş ziyanın məbləği 705,94 manat olduğu müəyyən edilmişdir. Həmin məbləğdən 500 manat cavabdeh tərəfindən ödənilmişdir. 95,64 odun isə sekressor olunmuşdur. Yerdə qalan məbləği isə cavabdehdən tutulmasını tələb edirlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, iddiaçı tərəfindən hesablanmış dəymiş ziyan məbləği ilə razı olmamış və beləliklə ziyan yenidən hesablanmışdır. Bu zaman dəymiş ziyanın 705,94 manat olması müəyyən edilmişdir. Həmin məbləğdən 500 manatın ödəmişdir. 95,64 manatlıq sekressor olunmuşdur. Onun tərəfindən ödənilməyən ziyan ümumilikdə 110,30 manat edir və həmin ziyanın ödənilməsinə etiraz etmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan 28 aprel 2020-ci il tarixli Aktdan görünür ki, Qəbələ RMTM-nin Qəbələ meşəbəylikləri üzrə Vəndam meşəbəylikləri üzrə Vəndam meşəbəyliyinin meşəbəyisi X3, Qəbələ RMTM-nin Qəbələ meşəbəylikləri üzrə meşə əkini mühəndisi X1, Qəbələ RMTM-nin Qəbələ meşəbəylikləri üzrə Vəndam meşəbəyliyinin 02 saylı meşə dolayısının meşə gözətçisi Cavabdeh xx.xx.2020-ci il tarixdə Vəndam meşəbəyliyinin 02 saylı dolayında təhvil-qəbul işləri üçün yoxlamanın nəticəsində palıd cinsindən 27 ədəd, fısdıq cinsindən 34 ədəd və vələs cinsindən 2 ədəd olmaqla, ümumilikdə 66 ağacın qanunsuz kəsilməsini öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Həcm-Qiymət cədvəlindən görünür ki, Qəbələ RMTM-nin Vəndam meşəbəyliyinin 2 saylı meşə dolayısında 28 aprel 2020-ci il tarixdə aparılmış qəfləti yoxlama zamanı aşkar edilmiş palıd cinsindən 27 ədəd, fısdıq cinsindən 34 ədəd və vələs cinsindən 2 ədəd olmaqla, ümumilikdə 66 ağacın qırılması nəticəsində təbiətə dəymiş ziyanın miqdarı 705,94 (yeddi yüz beş manat doxsan dörd qəpik) manat məbləğində müəyyən olunmuşdur. Odun, şax çırpı, çətirdən oduna qalan hissəyə görə isə 95,64 manat çıxdıqdan sonra isə yerdə qalan məbləğ 610,30 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “Büdcə vəsaitləri alanın şəxsi hesab vərəqəsi”ndən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 500 (beş yüz) manat Qəbələ Regional X2 hesabına ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Qəbələ Regional X4 tərəfindən Qəbələ rayonu Nohurqışlaq kənd sakini Cavabdeh ünvanlanmış 16 iyun 2022-ci il tarixli, 27/2/99-064 nömrəli məktubdan görünür ki, Cavabdeh təbiətə dəymiş ziyana görə 1782,80 manat məbləğində maddi ziyanın 3 (üç) gün müddətinə X8 bank hesabına ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli qərarına 7 saylı əlavənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən “Qanunsuz gətirilmiş oduncağın hansı meşə sahəsində qırılmasını müəyyən etmək mümkün olmadıqda, meşə qanunvericiliyin pozanlar, qanunsuz gətirilmiş oduncaq müsadirə edilən halda həmin oduncağın köküstə buraxılışının mövcud nırxının birinci dərəcəsinin üç qat miqdarında, müsadirə edilməyən halda isə həmin nırxın dörd qat miqdarında ziyan ödəyir”. Həmin qaydanın 4.3-cü bəndinə əsasən yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı Qəbələ Regional X4 iddia ərizəsində Cavabdeh təbiətə dəymiş ziyana görə ümumilikdə 1282,82 manat pul tələb edir. Tələbinin əsası kimi isə 30 aprel 2020-ci il tarixli, 121 saylı aktı əsas gətirir. Cavabdeh isə idiaçı təşkilat tərəfindən hesablanmış dəymiş ziyan məbləği ilə razılaşmadığını, həmin məbləğin çox hesablanmasını bildirir. Qeyd olunanlara əsasən məhkəmə iddianı qismən əsaslı sayıb, iddianın qismən təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş zərərə görə iddiaçı təşkilat qarşısında maddi məsuliyyət daşıyır və həmin zərər ondan məcburi qaydada tutulmalıdır. Lakin məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən dəymiş ziyana görə 1282,82 manat maddi ziyan tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi həcm-qiymət cədvəlindən müəyyən olunmuşdur ki, Qəbələ RMTM-nin Vəndam meşəbəyliyinin 2 saylı meşə dolayısında 28 aprel 2020-ci il tarixdə aparılmış qəfləti yoxlama zamanı aşkar edilmiş palıd cinsindən 27 ədəd, fısdıq cinsindən 34 ədəd və vələs cinsindən 2 ədəd olmaqla, ümumilikdə 66 ağacın qırılması nəticəsində təbiətə dəymiş ziyanın miqdarı 705,94 (yeddi yüz beş manat doxsan dörd qəpik) manat məbləğində müəyyən olunmuşdur. Odun, şax çırpı, çətirdən oduna qalan hissəyə görə isə 95,64 manat çıxdıqdan sonra isə yerdə qalan məbləğ 610,30 manat təşkil etmişdir. Eyni zamanda işdə olan sənədlərlə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 500 (beş yüz) manat iddiaçı təşkilatın xeyrinə ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh 110,3 manat (705,94-500-95,64=110,3) məbləğində maddi zərər tutulub Qəbələ Regional X2 hesabına ödənilməlidir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinin tələbinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu qaydada qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır, ona görə də qismən təmin edilməli, Cavabdeh 110,3 (bir yüz on manat otuz qəpik) manat məbləğində maddi zərər tutulub Qəbələ Regional X2 hesabına ödənilməli, qalan hissədə isə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 110,3 (bir yüz on manat otuz qəpik) manat məbləğində maddi zərər tutulub Qəbələ Regional X2 hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinin hesabına) keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1043/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1043/2022
29.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver