Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-106/2021 04.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili Vəkil2 İsgəndər oğlunun, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Babaləy oğlunun və onun vəkili Vəkil1 iştirakları ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “nisyə satılmış avtomobilin razılaşdırılmış dəyərinin alınıb verilməsi və dəyərini almaq mümkün olmadıqda isə avtomobilin əvvəlki mülkiyyətçisinin adına rəsmiləşdirilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mülkiyyətində olan və cavabdehin istifadə etdiyi minik avtomobili və avtomobil ilə əlaqədar sənədlərin məcburi qaydada alınıb verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “nisyə satılmış avtomobilin razılaşdırılmış dəyərinin alınıb verilməsi və dəyərini almaq mümkün olmadıqda isə avtomobilin əvvəlki mülkiyyətçisinin adına rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına rəsmiləşdirilmiş VAZ 21074 minik, buraxılış ili 2008, mühərrik nömrəsi 9009770, Ban nömrəsi XTA**********0923, ağ rəngli 6000 (altı min) manat dəyəri Cavabdeh alınaraq ona verilməsi, dəyərini almaq mümkün olmadıqda isə avtomobilin onun adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 2015-ci il tarixdə VAZ 21074 markalı, dövlət qeydiyyat nömrəsi 90BM098, buraxılış ili 2008, mühərrik nömrəsi 9009770, ban nömrəsi XTA**********0923, ağ rəngli avtomobil almışdır. 2017-ci ildə həmin avtomobili 6500,00 manata satmaq qərarına gəlmişdir. Həmin vaxt qayınatası, hazırki cavabdeh - Cavabdeh bu baradə bildirmişdir. Qayınatası R.Ağasəlim avtomobili özgəyə satmamasını, onun özünə satmasını məsləhət bilmişdir. Lakin hazırda pulunun olmadığını və avtomobili ondan nisyə alaraq, pulunu bir neçə aydan sonra verəcəyinə söz vermişdir. Belə olub, avtomobili başqasına satmamağı üçün həmin avtomobili 6000 manat dəyərinə onun mülkiyyətinə keçirilməsi, lakin pulunu ona verənədək avtomobili sənədləri və avtomobilin özünün onda qalması, avtomobili idarə etmək üçün ona müvəqqəti etibarnamə verməsi barədə razılığa gəlmişlər. Beləliklə avtomobili cavabdehə təhvil verməsi anını onun avtomobilin dəyərini ödəməsi vaxtı ilə (qarsılıqlı icra) şərtləşmişlər. Ona görə elə avtomobili faktiki olaraq onun sahibliyinə verməmişdir və o avtomobili qəbul etməmiş, avtomobil onda qalmışdır. Bundan sonra dəfələrlə pulunu ödəyərək avtomobili ondan götürməsini cavabdehdən istəsə də, cavabdeh pulunun hələki olmadığını və bir qədər də gözləməsini bildirmişdir. Avtomobilin pulunu vaxtında ona vermədiyinə gorə bu yaxınlarda aralarında narazılıq yaranmış və cavabdeh ona bildirmişdir ki, ümumiyyətlə avtomobil onun adına qeydiyyatdadır, heçbir ödəniş etməyəcək və o, avtomobili təhvil verməlidir. Beləliklə, cavabdeh onun adına vermiş olduğu avtomobili idarə etmək hüququ barədə etibarnaməni notariusa gedərək ləğv elətdirmiş və avtomobilin dayandırılaraq alınıb ona verilməsi barədə Dövlət Yol Polis Xidmətinə şikayət vermişdir. Hal-hazırda cavabdeh avtomobilin dəyərini ona ödəməkdən imtina edir. Avtomobili isə ona təhvil verməyini tələb edir. Odur ki, məsələnin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal hazırda avtomobilə aid sənədlər və avtomobilin özü onda saxlanılır. Hesab edir ki, cavabdeh 6000 manat avtomobilin dəyərini ona ödəməklə avtomobili götürməli, pulunu ödəmədikdə isə, həmin avtomobili daşınar əmlakın dövlət reyestrində onun adına qeydiyyata aldırmalıdır. xx.xx.2021-ci il tarixdə cavabdeh İddiaçı məhkəməyə İddiaçı qarşı “mülkiyyətində olan və cavabdehin istifadə etdiyi minik avtomobili və avtomobil ilə əlaqədar sənədlərin məcburi qaydada alınıb verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdehin (ilk iddia üzrə iddiaçı) ona qarşı iddiasının təmin edilməməsi və onun “onun mülkiyyətində olan və cavabdehin istifadə etdiyi minik avtomobili və avtomobil ilə əlaqədar sənədlərin məcburi qaydada alınıb verilməsi” tələbinə dair qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni tarixli məhkəmə baxış iclasında qarşılıqlı iddia tələbinin icraata götürülməsi və ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ona qarşı Qəbələ Rayon Məhkəməsində “nisyə satılmış avtomobilin razılaşdırılmış dəyərinin tələbi, dəyərini almaq mümkün olmadıqda isə avtomobili əvvəlki mülkiyyətçisinin adına sənədləşdirilməsi tələbi barədə” iddia qaldırmışdır. İddiaçının sözü gedən iddiasını o, aşağıda göstərəcəyi səbəblərə görə qəbul etmir və ona qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) iddia ərizəsində qeyd edir ki, o, xx xxxxxxx 2015-ci il tarixdə VAZ 21074 markalı dövlət qeydiyyat nömrəsi ** BM ***, buraxılış ili 2008, mühərrik nömrəsi 9009770, ban nömrəsi XTA**********0923, ağ rəngli avtomobil almışdır. 2017-ci ildə həmin avtomobili 6500 manata satmaq qərarına gəlmişdir və bu barədə qayınatası, yəni ona bildirmişdir. O, İddiaçı avtomobili başqasına satmaması, ona satmasını bildirmişdir. İddia ərizəsində iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) göstərdikləri düzdür. Lakin, avtomobil nisyə deyil nəğd pulla alınmışdır. Həmçinin aralarında olan alqı-satqı xx xxxxxx 2017-ci ildə X4, X2 və onun ailə üzvlərinin yanında həyata keçirilmiş və avtomobilin pulunu da onların yanında vermişdir. Sonra isə Şəki Regional DYP idarəsində avtomobil onun adına rəsmiləşdirilmişdir. Həmçinin onun özünün minik avtomobili olduğuna görə alqı-satqıdan sonra belə şərtləşmişlər ki, hələlik avtomobil satıcıda, yəni iş üzrə cavabdeh və eyni zamanda kürəkəni olduğuna görə, o, yeni avtomobil alana qədər onda qalsın. Ona görə də avtomobili idarə etmək üçün ona etibarnamə vermişdir. Cavabdehlə qızı arasında olan münasibətlər pozulduğuna görə onların qohumluq münasibətləri kəskin şəkildə pozulmuşdur. Cavabdeh qızına xəsarət yetirmiş və qızı cavabdehin evindən çıxıb onun evinə gəlmişdir. Başa düşmüş ki, onların arasında münasibət bərpa edilən deyil, ona görə də mülkiyyətində olan avtomobili cavabdehdən tələb etmişdir. O, qətiyyətlə bildirmiş ki, avtomobili ona verməyəcəkdir. Ona görə də o, avtomobili idərə etmək üçün vermiş olduğu etibarnaməni notariusda ləğv etdirmiş, indi cavabdeh ondan qisas almaq üçün bu iddianı vermişdir. Cavabdehin iddia ərizəsində göstərdikləri tamamilə yalandır. Yuxarıda qeyd etdiyi kimi o, avtomobili cavabdehdən nəğd pulunu verib almışdır. Sonra isə avtomobili onun adına rəsmiləşdirmişlər. Onun kürəkəni olduğuna görə və özünün minik avtomobili olduğuna görə ona etibar edib avtomobili idarə etməyi etibar etmişdir. O isə bundan sui- istifadə etmişdir. Hələ qohumluq münasibətiləri davam etdiyi müddətdə o, dəfələrlə avtomobili cavabdehdən tələb etmişdir. Lakin o, avtomobili və avtomobilin ona məxsus olmasını təsdiq edən qeydiyyat vəsiqəsini verməkdən imtina etmişdir. Avtomobili istədiyinə görə cavabdeh qızına ağır xəsarət yetirmiş və iş Qəbələ rayon Polis şöbəsinin təhqiqatındadır. Bununla onu demək istəyir ki, avtomobili istədiyinə görə cavabdeh ondan qisas almaq məqsədilə qızına xəsarət yetirmişdir. Cavabdeh (ilk iddia üzrə iddiaçı) iddia ərizəsində özü etiraf edir ki, o, avtomobili tələb etmişdir. Qızının ailəsinin dağılmasının da əsl səbəbi budur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, eyni zamanda cavabdehin qarşılıqlı iddia ərizəsini qəbul etməyərək göstərdi ki, cavabdehin qarşılıqlı iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, dəfələrlə pulunu ödəyərək avtomobili ondan götürməsini cavabdehdən istəsə də, cavabdeh pulunun hələki olmadığını və bir qədər də gözləməsini bildirmişdir. Avtomobilin pulunu vaxtında ona vermədiyinə gorə bu yaxınlarda aralarında narazılıq yaranmış və cavabdeh ona bildirmişdir ki, ümumiyyətlə avtomobil onun adına qeydiyyatdadır, ona heçbir ödəniş etməyəcək və avtomobili təhvil verməlidir. Beləliklə, cavabdeh onun adına vermiş olduğu avtomobili idarə etmək hüququ barədə etibarnaməni notariusa gedərək ləğv elətdirmiş və avtomobilin dayandırılaraq alınıb ona verilməsi barədə Dövlət Yol Polis Xidmətinə şikayət vermişdir. Hal-hazırda cavabdeh əsassız olaraq avtomobilin dəyərini ona ödəməkdən imtina edir və avtomobili isə ona təhvil verməyini tələb edir. Beləliklə ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil2 İsgəndər oğlu ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, ilkin iddia ərizəsinin təmin olunmasını, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Babaləy oğlu, qarşılıqlı iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbini qəbul etməyərək göstərdi ki, o, İddiaçı VAZ 21074 markalı dövlət qeydiyyat nömrəsi ** BM *** olan avtomobili pulunu verərək almışdır. Nəticədə aralarında alqı-satqı müqaviləsi bağlanmış və sonra isə Şəki Regional DYP idarəsində avtomobil onun adına rəsmiləşdirilmişdir. Avtomobil hal-hazırda mülkiyyət hüququ ilə ona məxsus olsa da, faktiki olaraq İddiaçı istifadəsindədir və beləliklə, onun mülkiyyət hüquqları pozulmaqdadır. Odur ki, qarşılıqlı iddia ərizəsinin təmin olunmasını, ilkin iddia tələbinin rədd olunmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, qarşılıqlı iddia ərizəsinin təmin olunmasını, ilkin iddia tələbinin rədd olunmasını xahiş etdi. Eyni zamanda göstərdi ki, cavabdeh (ilkin iddiaçı) iddia ərizəsində Azərbaycan Respublikası MM-nin bir sıra maddələrinə, o cümlədən 600.1 və 600.4-cü maddələrinə istinad edərək qeyd edir ki, guya avtomobili Cavabdeh nisyə satmışdır. Lakin, onların arasında heç bir nisyə söhbəti olmamış və müqavilədə belə bir qeyd yoxdur. Azərbaycan Respublikası MM-nin istinad edilən normalarına o vaxt tətbiq edilə bilərdi ki, hər iki tərəf müqavilə şərtlərinə əməl edərək MMnin 567-ci maddəsinə uyğun olaraq hərəkət etsinlər. Həmin maddədə deyilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Lakin istinad edilən maddənin şərtlərinə hər iki tərəf əməl etmiş, yəni pul ödənilmiş, avtomobil isə Cavabdeh adına rəsmiləşdirilmişdir. Sadəcə olaraq kürəkəni olduğuna görə İddiaçı etibarnamə ilə avtomobili idarə etməyə vermis, İddiaçı avtomobili verməkdən imtina etdiyinə görə isə etibarnaməni ləğv etdirmişdir. Məhkəmə iclasında X5 şahid qismində vediyi ifadəsində göstərdi ki, o, Rüstəmov Ağasəlı̇ m Balabəy oğlunun həm bibisi oğlu, həm də qaynıdır. Təxminən yanvar ayının 24- 25-i Cavabdehgilə qonaq getmişdir. O qonaq kimi tək getmişdir. Orada qızı və kürəkəni olmuşdur. Onların nə üçün gəldiyini bilməmişdir. Axşam saat 8-9 olan vaxt söhbət açılmış ki, Zülfüqar maşınını satmaq istəyir, Ağasəlim də demiş ki, maşını başqasına satmasın və ona satsın. Zülfüqar bildirmiş ki, ona maşın lazım deyil, ona pul lazımdır, bu səbəbdən maşını satır. Maşını 6500 manata satmağı razılaşdılar. Sonra Ağasəlim pulu digər otaqdan gətirmiş və Zülfüqara vermişdir. Pullar milli puldan, yəni manatlardan olmuşdur. Məhkəmə iclasında X2 şahid qismində vediyi ifadəsində göstərdi ki, Rüstəmov Ağasəlı̇ m Balabəy oğlunun yeznəsidir. Dəqiq tarix yadında deyil, təxminən dekabr, yanvar aylarında o, Zülfüqarla Ağasəlimgildə qonaq olmuşlar. Orada maşın alqı-satqısı barədə danışıqlar olmuşdur. Zülfüqar bildirmiş ki, maşını satmaq istəyir, Ağasəlimdə bildirmiş ki, maşını yad adama satmasın və ona satsın. Sonra onlar razılaşmışlar və Ağasəlim Zülfüqara 6500 manat vermişdir. Məhkəmə iclasında X8 şahid qismində vediyi ifadəsində göstərdi ki, o, İddiaçı həmkəndlisi olaraq tanıyır. 2017-ci ilin yanvar ayında Zülfüqar, onlarda usta işləmişdir. Ona zəng gəlmiş və ona bildirmiş ki, sabah işə gəlməyəcək. Səhəri gün işə gəlməmişdir. Bir gün sonra gəlmiş və bildirmiş ki, maşını qayınatası Cavabdeh adına keçiribdir. O da pulu olanda maşına görə ona 6000 manat verəcəkdir. Məhkəmə iclasında X6 şahid qismində vediyi ifadəsində göstərdi ki, o, İddiaçıun qonşusudur. Tərəflərin arasında maşın söz-söhbəti olduğunu eşitmişdir. Keçən il yayda eşitmiş ki, Zülfüqar maşınını qayınatasının adına rəsmiləşdirmiş, lakin maşının pulunu ala bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “nisyə satılmış avtomobilin razılaşdırılmış dəyərinin alınıb verilməsi və dəyərini almaq mümkün olmadıqda isə avtomobilin əvvəlki mülkiyyətçisinin adına rəsmiləşdirilməsi” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mülkiyyətində olan və cavabdehin istifadə etdiyi minik avtomobilivə avtomobil ilə əlaqədar sənədlərin məcburi qaydada alınıb verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan AC № 797485 saylı, xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “VAZ 21074” minik markalı, 2008-ci il buraxılışlı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. İş materiallarında olan ƏN-V № 063743 saylı, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinə dair etibarnamədən görünür ki, Rüstəmov X3 Zülfüqar Nazim oğluna “VAZ 21074” minik markalı, 2008-ci il buraxılışlı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək hüququ vermiş, etibarnamə 8 il 9 ay 28 gün müddətinə, xx.xx.2028-ci il tarixədək verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət X14 tərəfindən məhkəməyə göndərilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinin surətindən görünür ki, İddiaçı “Vaz 21074” minik markalı, istehsal ili 2008, mühərrik nömrəsi 9009770, Ban nömrəsi XTA**********0923 olan avtomobili Cavabdeh Babaləy oğluna 3000 manata satmış və bu məbləği “satıcı” “alıcı”dan almışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət X14 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 016-238 nömrəli cavab məktubundan görünür ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olan İddiaçı adına xx.xx.2016-cı il tarixdə 90BM098 dövlət qeydiyyat nişanlı, Vaz-21074 markalı minik avtomobili qeydiyyata alınmış və xx.xx.2017-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Qəbələ rayonu Yemişanlı kəndində qeydiyyatda olan Cavabdeh Babaləy oğlunun adına xx.xx.2017-ci il tarixdə 90BM098 dövlət qeydiyyat nişanlı, Vaz-21074 markalı minik avtomobili qeydiyyata alınmışdır və hal-hazırda da qeydiyyatdadır. İş materiallarında olan Qəbələ rayon Polis şöbəsi tərəfindən Cavabdeh Babaləy oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli 11/114-28080R-3220 nörməli məktubda göstərilmişdir ki, sonuncunun Qəbələ RPŞ-nə ünvanladığı müraciətin icrası ilə əlaqədar olaraq araşdırma aparan zaman Qəbələ rayonu ərazisində yerləşən Təhlükəsizlik Şəhər kameraları “Vaz2107” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşının Qəbələ rayonu ərazisində idarə edilib-edilməməsi yoxlanılmış və müəyyən olunmuşdur ki, həmin nəqliyyat vasitəsi son 1 ay ərzində Qəbələ rayonunda idarə edilməmişdir. İdarə olunarsa saxlanılaraq duracağa yerləşdirilib bu barədə ona məlumat veriləcəkdir. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh Babaləy oğlu tərəfindən İddiaçı verilmiş etibarnaməyə (nəqliyyat vasitəsindən istifadə hüququ) xitam verilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Mıxlıqovaq kənd İƏD tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 686 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olub və hal-hazırda Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşayır. İş materiallarında olan ASAN-Qəbələ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuş və Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Babaləy oğlu xx.xx.1965-ci il tarixdə Qəbələ rayonu Tikanlı kəndində doğulmuş və Qəbələ rayonu Yemişanlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh Babaləy oğlu arasında olan alqı-satqı müqaviləsinə əsasən “Vaz 21074” minik markalı, istehsal ili 2008, mühərrik nömrəsi 9009770, Ban nömrəsi XTA**********0923 olan avtomobili sonuncuya 3000 manata satmışdır. Alq-satqı müqaviləsini tərəflər imzalamış, nəticədə “VAZ 21074” minik markalı, 2008-ci il buraxılışlı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsus olmuş, ona bu barədə AC № 797485 saylı, xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Daha sonra Cavabdeh Babaləy oğlu isə İddiaçı ƏN-V № 063743 saylı, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinə sair etibarnamə vermiş, etibarnamənin müddəti xx.xx.2018-ci il tarixə qədər olması göstərilmişdir. Məhkəmə ilk öncə iddia tələbi üzrə Cavabdeh Babaləy oğlundan nisyə satılmış avtomobilin razılaşdırılmış dəyərinin alınıb verilməsi və dəyərini almaq mümkün olmadıqda isə avtomobilin İddiaçı adına rəsmiləşdirilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 569.1 və 569.2-ci maddələrinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh Babaləy oğlu arasında olan alqı-satqı müqaviləsinə əsasən “Vaz 21074” minik markalı, istehsal ili 2008, mühərrik nömrəsi 9009770, Ban nömrəsi XTA**********0923 olan avtomobili sonuncuya 3000 manata satmışdır. Alq-satqı müqaviləsini tərəflər imzalamış, nəticədə “VAZ 21074” minik markalı, 2008-ci il buraxılışlı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsus olmuş, ona bu barədə AC № 797485 saylı, xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Hazırkı iş üzrə ilkin iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İddiaçı ilə Cavabdeh Babaləy oğlu arasında xx.xx.2017-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı VAZ 21074 markalı, dövlət qeydiyyat nömrəsi 90BM098, buraxılış ili 2008, mühərrik nömrəsi 9009770, ban nömrəsi XTA**********0923 olan avtomobili Cavabdeh 3000 (üç min) manata satmışdır. Müqaviləni hər iki tərəf imzalamışdır. Müqavilədə qeyd edilmişdir ki, 3000 manat məbləği satıcı alıcıdan almışdır. Müqavilə Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat imtahan və texniki baxış şöbəsinin möhürü ilə təsdiqlənmişdir. İddiaçı isə hal-hazırda iddia edir ki, avtomobili 6000 manat dəyərinə Cavabdeh Babaləy oğlunun mülkiyyətinə keçirilməsi, avtomobilin pulunun sonradan Cavabdeh tərəfindən ona ödənilməsini, lakin pulunu ona verənədək avtomobilin sənədləri və avtomobilin özünün onda qalması, avtomobili idarə etmək üçün ona müvəqqəti etibarnamə verməsi barədə razılığa gəldiklərini, avtomobili Cavabdeh Babaləy oğluna təhvil verməsi anını sonuncunun avtomobilin dəyərini ödəməsi vaxtı ilə (qarsılıqlı icra) şərtləşdiklərini bildirmişdir. Ona görə elə avtomobili faktiki olaraq Cavabdeh Babaləy oğlunun sahibliyinə vermədiyini, bu səbəbdən Cavabdeh avtomobilin dəyərinin, yəni 6000 manatın alınıb ona verilməsini, bu mümkün olmadıqda isə avtomobilin onun adına rəsmiləşdirilməsini tələb edir. Cavabdeh Babaləy oğlu isə bu halları təkzib edir və qeyd edir ki, avtomobilin pulunu İddiaçı ödəmişdir və hal-hazırda sözügedən avtomobil onun mülkiyyətindədir. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində avtomobilin qiyməti olaraq 3000 manat göstərilsə də, əslində avtomobilə görə 6000 manat ödəmişdir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Beləliklə, İddiaçı avtomobilin pulunun Cavabdeh Babaləy oğlu tərəfindən verilməməsini sübut edə bilməmişdir. Həmçinin iddiaçının məhkəməyə dəvət etdiyi şahidlər X5 və X2 adlı şəxslərin məhkəmə iclasında verdikləri ifadəsində Cavabdeh tərəfindən avtomobilin dəyərinin İddiaçı verilməməsini qeyd etsələr də, onların ifadələri digər sübutlarla ziddiyyət təşkil etmişdir. Beləliklə, məhkəmə, ilkin iddiaçının məhkəməyə gətirdiyi şahidlərin verdiyi ifadələrə tənqidi yanaşır. Həmçinin, ilkin iddiaçının dəvət etdiyi şahidlər iş üzrə maraqlı şəxslər olub onu dəvət etmiş şəxsin mövqeyinə uyğun ifadə vermişlər. Həmçinin ilkin iddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş şahidin ifadəsi Cavabdeh Babaləy oğlu tərəfindən məhkəməyə dəvət olunmuş şahidin ifadələri ilə təkzib olunmuşdur. Həmçinin İddiaçı avtomobilin pulunun Cavabdeh Babaləy oğlu tərəfindən verilməməsini sübut edə bilmədiyindən, ilkin iddia tələbi avtomobilin İddiaçı adına rəsmiləşdirilməsi hissəsində də təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh Babaləy oğlu tərəfindən avtomobilin dəyərinin ona verilməməsi, bu səbəbdən “nisyə satılmış avtomobilin razılaşdırılmış dəyərinin alınıb verilməsi və dəyərini almaq mümkün olmadıqda isə avtomobilin əvvəlki mülkiyyətçisinin adına rəsmiləşdirilməsi” tələbinə dair iddiası məhkəmədə sübut edə bilmədiyindən, iddiası əsaslı sayıla bilməz və bu səbəbdən təmin edilə bilməz. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbinin hüquqi əsası kimi MM-in nisyə alqı-satqı müqaviləsinə aid maddələrinin tələblərini əsas gətirsə də, göründüyü kimi, İddiaçı ilə Cavabdeh Babaləy oğlu arasında olan alqı-satqı müqaviləsinə əsasən “Vaz 21074” minik markalı, istehsal ili 2008, mühərrik nömrəsi 9009770, Ban nömrəsi XTA**********0923 olan avtomobili sonuncuya 3000 manata satmışdır. Müqaviləni hər iki tərəf imzalamışdır. Müqavilədə qeyd edilmişdir ki, 3000 manat məbləği satıcı alıcıdan almışdır. Lakin, onların arasında heç bir nisyə söhbəti olmamış və müqavilədə belə bir qeyd yoxdur. Bu səbəbdən tərəflər arasındakı mübahisə ilə bağlı MM-nin nisyə alqı-satqı müqaviləsinə aid maddələrinin tələblərini tətbiq etmək düzgün deyildir. Bundan başqa, İddiaçı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin formal olaraq bağlandığı, hər hansı bir pul məbləğinin verilməməsi barədə mülahizəsi ilə əlaqədar hallara dair məhkəməyə heç bir fikir bildirməmiş və ya bu əsasla nəqliyyat vasitəsinin alqısatqı müqaviləsini mübahisələndirməmişdir. İşin bu halı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin tərəflər arasında iradə ifadəsinin əksi olaraq könüllük prinsipi ilə (tərəflərin “müqavilə azadlığı” prinsipi çərçivəsində, tam sərbəst iradələri ilə, müqavilə şərtləri barəsində qarşılıqlı razılıq çərçivəsində) bağlandığına dəlalət edir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh Babaləy oğlu “Vaz 21074” minik markalı, istehsal ili 2008, mühərrik nömrəsi 9009770, Ban nömrəsi XTA**********0923 olan ağ rəngli avtomobilin mülkiyyətçisidir. Qeyd edilən avtomobil üzərində Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli etibarnamə əsasında İddiaçı idarəetmə hüququ yaranmışdır. İddiaçı avtomobili və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini geri qaytarmadığından Cavabdeh Babaləy oğlu tərəfindən verilmiş müvafiq ərizə əsasında tərəfindən verilmiş etibarnamə ləğv edilmiş, eyni zamanda İddiaçı avtomobilin geri qaytarılması tələb etmişdir. Lakin, İddiaçı üzərinə düşən öhdəliyi icra etməmiş, avtomobil və həmin avtomobilə məxsus sənədləri Cavabdeh Babaləy oğluna geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə görə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eyni ilə bu cür vəzifə qoyulur. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə, onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə, etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, yuxarıda şərh edilən normaların məzmunundan da görünür ki, Cavabdeh Babaləy oğlu tərəfindən verilmiş müvafiq etibarnamə əsasında mübahisələndirilən “VAZ 21074” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən idarə edilmişdir. Cavabdeh Babaləy oğlu tərəfindən verilmiş müvafiq etibarnamə isə ləğv edilmişdir, nəticədə etibarnamənin qüvvəsinə xitam verilmişdir. Bu isə qeyd edilən etibarnamə əsasən verilmiş səlahiyyətlərə son qoyulması və etibarnamə üzrə nəzərdə tutulmuş hərəkətlərin bundan sonra həyat keçirilməsinin yolverilməzliyi deməkdir. Həmçinin “VAZ 21074” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququ Cavabdeh Babaləy oğlundadır, lakin sözügedən avtomobil faktiki olaraq İddiaçı istifadəsindədir. Bu səbəbdən onun mülkiyyət hüququ bərpa olunmalı, İddiaçı “Vaz 21074” minik markalı, istehsal ili 2008, mühərrik nömrəsi 9009770, Ban nömrəsi XTA**********0923 olan ağ rəngli avtomobil və həmin avtomobilə məxsus sənədlər alınaraq Cavabdeh verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ilkin iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin qarşılıqlı iddia tələbi ilə əlaqədar ödənilmiş 10 (manat) dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “nisyə satılmış avtomobilin razılaşdırılmış dəyərinin alınıb verilməsi və dəyərini almaq mümkün olmadıqda isə avtomobilin əvvəlki mülkiyyətçisinin adına rəsmiləşdirilməsi” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mülkiyyətində olan və cavabdehin istifadə etdiyi minik avtomobilivə avtomobil ilə əlaqədar sənədlərin məcburi qaydada alınıb verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Vaz 21074” minik markalı, istehsal ili 2008, mühərrik nömrəsi 9009770, Ban nömrəsi XTA**********0923 olan ağ rəngli avtomobil və həmin avtomobilə məxsus sənədlər alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “nisyə satılmış avtomobilin razılaşdırılmış dəyərinin alınıb verilməsi və dəyərini almaq mümkün olmadıqda isə avtomobilin əvvəlki mülkiyyətçisinin adına rəsmiləşdirilməsi” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mülkiyyətində olan və cavabdehin istifadə etdiyi minik avtomobilivə avtomobil ilə əlaqədar sənədlərin məcburi qaydada alınıb verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Vaz 21074” minik markalı, istehsal ili 2008, mühərrik nömrəsi 9009770, Ban nömrəsi XTA**********0923 olan ağ rəngli avtomobil və həmin avtomobilə məxsus sənədlər alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. İlkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-106/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-106/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver