Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1062/2025 28.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçının cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə iddia qaldıraraq cavabdeh tərəfdən müştərək qaydada 15.000,0 (on beş min) manat və 135 (bir yüz otuz beş) manat dövlət rüsumu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, 2023-cü ilin noyabr ayının əvvəllərində “İnstaqram” sosial şəbəkəsində “İnverst Amazon” şirkəti vasitəsilə investisiya yatırmaqla aylıq 15 faiz məbləğində gəlir əldə etmək imkanı olması ilə tanış olub Xətai rayonu, Xocalı prospekti, “Dəmirçi Plazada” yerləşən “İnvest Amazon” şirkətinin ofisinə yaxınlaşmışdır. Cavabdeh2 özünü şirkətin rəhbəri kimi təqdim etmiş və ona şirkətin qoyulmuş investisiyalar hesabına internet üzərindən “Ali ekspress”, “Alibaba” saytları vasitəsilə ucuz qiymətə məhsullar alıb “Amazon” saytı vasitəsilə sataraq əldə olunmuş gəlirdən qoyulmuş investisiyaların məbləğlərinə uyğun 15 faizi miqdarında pul ödədiyini izah etmişdir. xx.xx.2023-cü il tarixdə o, Xətai rayonu, Xocalı prospekti, “Dəmirçi Plazada” yerləşən “İnvest Amazon” şirkətinin ofisində Cavabdeh2 1000 manat pul ödəmiş və aralarında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 tərəfindən həmin müqavilə üzrə onun kart hesabına 1300,0 manat pul ödəmişdir. xx.xx.2023-cü il tarixdə o, Xərdalan şəhəri, 1 saylı Notariat kontorunun qarşısında Cavabdeh2lə görüşmüş və ona 15000,0 manat məbləğində nağd pul vermişdir. Həmin tarixdən sonra Cavabdeh2 ona heç bir məbləğ ödəməmiş və bu səbəbəindən aralarında narazılıq yarandıqdan sonra onu Cavabdeh1la tanış edərək investorlardan topladığı bütün məbləğləri həmin şəxsə verdiyini bildirmişdir. Cavabdeh1 öz növbəsində Cavabdeh2 investorlardan topladığı ümumilikdə 95.000,0 manat məğləğində pulu qəbul etdiyini təsdiq etmiş, lakin kimin nə qədər pul qoyduğunu bilmədiyini bildirib hazırda məhsul satış ilə bağlı problemlər yarandığından yaxın gələcəkdə investorların pulunu qaytaracağını vəd etmiş, lakin indiyədək ona heç bir məbləğ ğdəməmişdir. Ona görə də o, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 15.000,0 (on beş min) manat və 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia qaldırmışdır. İşdə olan "xxxx" MMC ( Müştəri; Direktor Cavabdeh2şəxsində) ilə İddiaçı (İnvestor) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 32022001 saylı İnvestisiya Müqaviləsinin 1.1-ci bəndinə əsasən İnvestor Müştərinin sifarişi və ya müraciətinə əsasən, onun vəsaiti hesabına və onun adından investisiya xidmətləri göstərir və bunun müqabilində Müştəridən müvafiq ödəniş alır. Müqavilənin 3.1-ci bəndinə əsasən İnvestor tələb olunan qaydada təqdim edilmiş 15.000,0 manat məbləğində pul vəsaitini Müştərinin hesabına keçirir. İşdə olan Xətai RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli “cinayət işi icraatına xitam verilməsi barədə” Qərarın surətinə əsasən Cavabdeh1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, internet üzərindən məhsullar alıb satmaq məqsədilə 2022-ci ilin noyabr ayında "xxxx" MMC açmış, cəlb edilən investisiayar hesabına ticarət dövriyyəsini 1,167.000,0 manatadək artırmış və əldə olunan gəlirləri qoyulan məbləğlərə uyğun şəkildə investorlar arasında bölmüşdür. İşlər yaxşı getdiyindən 2023-cü ilin sentyabr ayında Cavabdeh2 onun məsləhəti ilə “Amazon İnvest” saytı açmış və Xətai rayonu, Xocalı prospekti, “Dəmirçi Plazada” ofis götürərərək “İnstagram” sayıtında reklamlar yerləşdirməklə çoxlu sayda investorlar cəlb edib 2023-cü ilin dekabr ayınadək ona ümumilikdə 95.000,0 manat pul vermişdir. Lakin o, investorların heç birini tanımamış, lakin əldə olunan qazancı həmişəki kimi qoyulan məbləğlərə uyğun şəkildə investorlar (o cümlədən Cavabdeh2) arasında bölmüşdür. Bir müddətdən sonra alınmış malların çatdırılmasında yaranan gecikmələr səbəbindən işlər yaxşı getməmiş, nəticədə 740.000,0 manat itirərərək müflisləşmiş və investorların pulunu qaytara bilməmişdir; Cavabdeh2 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında o, internet üzərindən ticarətlə məşğul olan Cavabdeh1 ilə tanış olmuş, Tamerlana məxsus olan "xxxx" MMC nəzdində “Amazon İnvest” saytı açmış və Xətai rayonu, Xocalı prospekti, “Dəmirçi Plazada” ofis götürərərək “İnstagram” sayıtında reklamlar yerləşdirməklə investorlar cəlb etmişdir. 2023-cü ilin dekabr ayınadək ümumilikdə 41 nəfər investor cəlb etmiş və onlardan aldığı ümumilikdə 138.610,0 manat pulu Cavabdeh1 vermişdir. Lakin o, investorların heç birini tanımamış, lakin əldə olunan qazancı həmişəki kimi qoyulan məbləğlərə uyğun şəkildə investorlar (o cümlədən Cavabdeh2) arasında bölmüşdür. Bir müddət cəlb etdiyi investisiyaya uyğun gəlirləri alaraq investorlar arasında bölmüş, lakin sonradan gəlir olmadığı üçün investorlar qoyduğu pulu tələb etmişdir. Cavabdeh1 işlərin yaxşı getmədiyini bildirmiş və yaxın gələcəkdə investorların pulunu qaytaracağını vəd etmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, 2023-cü ilin sentyabr ayında Cavabdeh2 və Cavabdeh1 gəlir əldə etmək məqsədilə internet üzərindən ticarətlə məşğul olmaqdan ötrü investorlar cəlb etmək barədə razılaşmış, bu məqsədlə xx.xx.2025-ci il tarixdə İddiaçı cəmi 15.000,0 manat məbləğində nağd pul almış, əvəzində müvafiq ödənişləri etməmiş və alınan məbləği qaytarmamışlar. AR Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirilirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilir. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli 32022001 saylı İnvestisiya Müqaviləsi üzrə investora ödəniş etmək vəzifələrini pozaraq hüquqdan sui-istifadə etməklə İddiaçı cəmi 15.000,0 manat məbləğində maddi ziyan vurduqlarından həmin məbləği ödənilməlidirlər. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 15000,0 (on beş min) manat və 135 (bir yüz otuz beş) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(025)-1062/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1062/2025
28.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver