Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-107/2022 27.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1, X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 923,59 manat əsas borc, 2,07 manat faiz borcu və 0,82 manat cərimə borcu olmaqla ümimilikdə cəmi 926,48 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını nəzərdə tutmuşdur. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim etmiş və işin iddia icraatına keçirilməsini xahiş etmiş, Qəbələ Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(025)-2046/2021 nömrəli qərardadı ilə hazırkı işin iddia icraatına keçilməsi qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 24.01.2022-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə təqdim edərək, cavabdehlə razılaşma olduğunu, bu səbəbdən iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 24.01.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəyə uyğun çıxış edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-107/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-107/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver