Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1070/2023 24.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair (Açar sözlər: maddi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh "xxxx" MMC-yə borclu olduğu 500 azn (beş yüz manat), Mediasiya xidməti üçün ödənilmiş 20.00 azn (iyirmi manat) Məhkəmə rüsumu üçün ödənilmiş 30.00 azn (otuz manat), iddia ərizəsinin tərtib edilməsinə görə ödənilmiş 30.00 azn (otuz manat) olmaqla ümumilikdə 580 azn (beş yüz səksən manat) məbləğində pulun cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Qəbələ N1 Çörək Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Azərbaycan Respublikası Qəbələ rayonu, Zarağan kənd sakini Cavabdeh arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixindən "xxxx" MMC-də satış təmsilçisi kimi işə bağlamışdır. Cavabdehin əmək funksiyası "xxxx" MMC tərəfindən ona verilmiş çörək və digər un məmulatlarından ibarət məhsulları Oğuz rayonunda fəaliyyət göstərən satış məntəqələrinə təhvil vermək və satışdan əldə edilmiş vəsaiti "xxxx" MMC-nin kassasına təhvil verməkdən ibarət olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixində öz ərizəsi ilə işdən çıxmışdır. İşdən çıxma ərizəsi yazarkən cavabdehlə yekun haqq hesab aparılmış və nəticədə məlum olmuşdur ki, Cavabdeh tərəfindən İddiaçı kassasına ödənilməli olan 500 azn (beş yüz manat) məbləğində borc var. Cavabdeh borcunu əmək müqaviləsinə xitam verilərkən səmimi etiraf etmiş, lakin daha sonra borcu ödəməkdən imtina etmişdir. Mediasiya prosesi zamanı cavabdehə dəfələrlə zəng edilmiş, o telefonda borcunu gətirib verəcəyini bildirsə də, yenədə yalanlarına davam etmişdir. Nəticədə Cavabdeh tərəfindən "xxxx" MMC-yə 500 azn (beş yüz manat) maddi ziyan vurulmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasındaİddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdehhəmçinin 50 475 02 75 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatanı dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Cavabdeh İddiaçı MMC-nin direktoru X1 yazdığı 10 dekabr 2021ci il tarixli ərizədən görünür ki, Cavabdeh satış təmsilçisi vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, «İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu müəssisədə satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuş, ona 250 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı MMC-nin direktoru Şakir Gözəlova yazdığı 15 avqust 2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin 15 avqust 2022-ci il tarixli, 021/KX nömrəli Əmrdən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, 15 avqust 2022-ci il tarixdən cəmiyyətin satış təmsilçisi Azərbaycan Respublikasının əmək məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi, mühasıbatlıq yekun hesablaşma aparılması, xx.xx.2021-ci il tarixdən 15 avqust 2022-ci il tarixədək istifadə etmədiyi məzuniyyət günlərin hesabına 18 təqvim günü üçün pul əvəzi ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 95 nömrəli “X7 haqqında” (əmək müqaviləsinə əlavə) müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki,Cavabdeh həmin müqavilənin müvafiq bəndlərində işçi olaraq maddi məsuliyyətinin əsasları sadalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “İşəgötürən” aşağıdakı tələbləri yerinə yetirməyə borcludur. - «İşçi»yə görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün lazımi şərait yaratmalı; - «İşçi»ni maddi sərvətlərin qorunub saxlanılması və maddi ziyanın ödənilməsinə dair qüvvədə olan X7 barədəki qanunvericiliklə, həmçinin müəssisəyə, idarəyə, təşkilata dəyən ziyanın maddi məsul şəxs tərəfindən ödənilməsi barədə təlimatlarla, normativlərlə və eyni zamanda saxlama, qəbul etmə, emal etmə, satış (buraxılış), daşınma yaxud verilmiş maddi sərvətlərin istehsala məsrəfi və başqa qaydalarla əvvəlcədən tanış edilməli; qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməlidir. 1.2-ci bəndinə əsasən Maddi məsul şəxsin günahı üzündən müəssisəyə, idarəyə, təşkilata dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir. 1.3-cü bəndinə əsasən İdarəyə, müəssisəyə, təşkilata dəyən zərər maddi məsul şəxsin günahı üzündən olmazsa, onda maddi məsul şəxs ona cavab vermir. 1.4-cü bəndinə əsasən Bu müqavilə maddi məsul şəxsin işlədiyi və ona etibar edilmiş maddi sərvətlərin saxlanıldığı bütün dövr ərzində etibarlıdır (qüvvəlidir). 1.5-ci bəndinə əsasən «İşçi» ona «İşəgötürən» tərəfindən əmək münasibətləri prosesində etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur: - ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübariz olmalı; - müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalı; -ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu s aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməli; - ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir. İş materiallarında olan “X2 X4” 02fevral 2023-cü il tarixli, 00305 nömrəli arayışdan görünür ki, Cavabdeh X2 iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X2 iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X2 iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X3 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.3-cü maddəsinə uyğun olaraq “X2 X4” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. 42-ci maddəsinin 1-ci bəndinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 57-ci maddəsinə görə işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyən etməlidir. 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. 69-cu maddəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 191-ci maddəsinin 1-ci bəndinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinini 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqdan ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 199-cu maddəsinə görə işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X7 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;…ç) əmlakı və digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda… 200-cü maddənin 1-ci bəndinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması və başqa əməliyyatların apralması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X7 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın mələği faktik itkilər üzrə müəyyən edilir. 203-cü maddəsinin 1-ci bəndinə görə işəgötürən ona vuralan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 205-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X7 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeharasında bağlanmış xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsi”nə əsasən satıcı satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuş və “X7” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 021/KX saylı əmrlə işdən azad edilmişdir.İşəgötürənlə işçi arasında bağlanmış xx.xx.2021-ci il tarixli “X7 haqqında” (əmək müqaviləsinə əlavə) müqavilələrinə əsasən Cavabdeh ona «İşəgötürən» tərəfindən əmək münasibətləri prosesində etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur: - ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübariz olmalı; - müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalı; -ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu s aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməli; - ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməliyi öhdəsinə götürmüşdür. İşəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinə əsasən də tərəflərin əmək qanunvericiliyi ilə tənzimlənən qarşılıqlı hüquq və vəzifələri yaranmışdır. Hazırkı iş üzrə materiallarda olan əmək müqaviləsinə görə də cavabdehin üzərinə düşən vəzifələr şərh olunmuşdur. İşdə olan sübutlarla müəyyən olunur ki, işəgötürənlə cavabdeh arasındakı xx.xx.2021-ci il tarixli “X7 haqqında” (əmək müqaviləsinə əlavə) müqaviləsinə əsasən Cavabdeh həmin müqavilənin müvafiq bəndlərində işçi olaraq maddi məsuliyyətinin əsasları sadalanmışdır. Müqavilənin müvafiq bəndlərinə görə cavabdeh ona «İşəgötürən» tərəfindən əmək münasibətləri prosesində etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur: - ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübariz olmalı; - müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalı; -ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu s aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməli; - ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “X7 haqqında” (əmək müqaviləsinə əlavə) müqavilə Əmək Qanunvericiliyinin tələblərinə riayət olunmaqla (maddə 200, 1-ci bəndinə) tam qanuni əsaslarla tərtib olunmuşdur. Həmin müqavilə üzrə də cavabdehin iddiaçı qarşısında X7i yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2022-ci il tarixində öz ərizəsi ilə işdən çıxmışdır. İşdən çıxma ərizəsi yazarkən cavabdehlə yekun haqq hesab aparılmış və nəticədə məlum olmuşdur ki, Cavabdeh tərəfindən İddiaçı kassasına ödənilməli olan 500 azn (beş yüz manat) məbləğində borc var. Cavabdeh borcunu əmək müqaviləsinə xitam verilərkən səmimi etiraf etmiş, lakin daha sonra borcu ödəməkdən imtina etmişdir. Məhkəmə Əmək qanunvericiliyinin 191-ci maddəsinini 2-ci bəndinə əsasən hesab edir ki, ziyanın həqiqətən vurulduğu aşkar olunduğu, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd, eləcə də təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduğu, işəgötürənə dəymiş ziyanın mələği faktik itkilər üzrə 500 (beş yüz) manat müəyyən edildiyi nəzərə alınaraq İddiaçıMMC-nin iddia tələbi maddi ziyanın alının verilməsi hissəsində təmin olunmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və mediasiya xərci olaraq ödənilmiş 20 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində iddia ərizəsinin tərtib edilməsinə görə ödənilmiş 30 (otuz) manat cavabdehdən tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə vurulmuş zərərə görə 500 (beş yüz) manat, mediasiya xərci olaraq ödənilmiş 20 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulmalıdır. YuxarıdagöstərilənlərinəzərəalaraqvəAzərbaycanRespublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrinirəhbərtutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş zərərə görə 500 (beş yüz) manat, mediasiya xərci olaraq ödənilmiş 20 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1070/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1070/2023
24.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver