Məhkəmə qərarları › İş №2(025)-1080/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1080/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1080/2021 13.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-nə qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında məhkəmə baxışı iclasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-nə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onlara məxsus müqavilə üzrə verilmiş ehtiyyat hissələrinin dəyəri 11875 (on bir min səkkiz yüz yetmiş beş) manat əsas borc, 1000 (bir min) manat vəkil xərci və 30 manat dövlət rüsumunun tutulub iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən olunmuşdur ki, iddia ərizəsi məhkəməyə daxil olmazdan əvvəl və hazırdada cavabdehin hüquqi ünvanı ünvan 1 Tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada bildiriş (elektron bildirişdə həmçinin) göndərilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib belə qənaətə gəlir ki, mülki iş baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı, Məhkəmə İşlərinin Elektron İdarəetmə Sistemindən çıxarılaraq iş materiallarına əlavə edilmiş 30.04.2015-ci il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “Cavabdeh MMC (VÖEN) ********** nömrə ilə dövlət qeydiyyatına alınmış, hazır ki, hüquqi ünvanı ünvan 2baycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəmə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyatının dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyatı ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyatı haqqında məsələ qalxdıqda hakim işin aidiyyatı üzrə göndərilməsi haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə şərh olunanlara əsasən işin ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsin məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-nə qarşı “pul tələbi”nə dair 2(025)- 1080/2021 nömrəli mülki iş baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar