Məhkəmə qərarları › İş №2(025)-1080/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1080/2022

11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1080/2022 11.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbi”nə dairmülki iş üzrə (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair məhkəmədə iddia qaldırıb, Cavabdeh ödədiyi 4.555,72 manat məruz qaldığı zərərin əvəzinin və 1000 manat məruz qaldığı mənəvi zərərin tutlaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC-nin Gədəbəy filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh həmin bank təşkilatından 8000 manat kredit götürmş və həmin kredit müqaviləsi üzrə o, cavabdehin öhdəliklərinin icra edilməsinin təminatı kimi zamin dayanmışdır.Cavabdeh krediti götürmüş,istifadə etmişdir.Lakin ödəmədiyi üçün Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1859/2017 nömrəli, xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə 3.708.17 manat əsas borcun,827,55 manat faiz borcunun həm ondan həm də Cavabdeh müştərək qaydada tuttulması əmr edilmişdir. Həmin məbləğin 4555,72 manat hissəsi ondan tuttularaq banka ödənilmişdir.Bunun nəticəsində ondan zamin kimi 4555,72 manat bankın xeyrinə tutulmuş və borc tam ödənilmişdir.Cavabdehin təqsirindən o. Qeyd edilən məbləğdə zərərə məruz qalmışdır. Hesab edir ki, həmin məbləğ cavabdehdən onun xeyrinə tutulmalıdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: 26 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə təyin olunmuş məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının çıxarılmasını məhkəmədən xahiş etmişdir.Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, eyni zamanda məhkəməyə yazılı ərizə təqdim edərək, heç bir yerdə işləmədiyini fəhlə olaraq işlədiyini və buna gprə də hər ay 50 manat olmaqla iddiaçıya borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(025)-1859/2017 nömrəli məhkəmə əmrindən müəyyən olunur ki, borclular Cavabdeh və İddiaçı 3708.17 (üç min yeddi yüz səkkiz manat on yeddi qəpik) manat əsas borc və 827.55 (səkkiz yüz iyirmi yeddi manat əlli beş qəpik) manat faiz borcu olmaqla, cəmi 4535,72 (dörd min beş yüz otuz beş manat yetmiş iki) manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. İşdə olan "xxxx" ASC-nin İddiaçı verdiyi 02.07.202-ci il tarixli,135000/1943 saylı arayışında Cavabdeh ilə bankın Gədəbəy filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 181GTK********** (sistemdə dəyişikliklə əlaqədar əvvəlki kredit müqaviləsi 181GTUM1********) nömrəli 8000 manat məbləğində kredit üzrə zamin durmuş İddiaçı tərəfindən kredit üzrə 4555,72 manat məbləğində ödəniş edildiyi.xx.xx.2018-ci il tarixə kredit borcunun bağlandığı və hazırda qeyd edilən kredit üzrə heç bir phdəliyinin olmadığı göstərilmişdir. İş materiallarında olan ASAN 4 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Cəbrayıl rayonu Hovuslu kəndində doğulmuş, Cəbrayıl rayonu Hovuslu kəndində qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinin tələbinə görə, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinin tələbinə görə, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə görə zərərçəkən fiziki şəxsin sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətlərin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıları, xarakterini və ağırlığını, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (az yaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarad özümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətə layiq hallarını nəzərə almalıdırlar. Bu zaman məhkəmələrin müəyyən etdiyi zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmənin mövqeyi: Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(025)-1859/2017 nömrəli məhkəmə əmrindən müəyyən olunur ki, borclular Cavabdeh və İddiaçı 3708.17 (üç min yeddi yüz səkkiz manat on yeddi qəpik) manat əsas borc və 827.55 (səkkiz yüz iyirmi yeddi manat əlli beş qəpik) manat faiz borcu olmaqla, cəmi 4535,72 (dörd min beş yüz otuz beş manat yetmiş iki) manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilmişdir.Həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir. Onagörədəiddiaçı həmin vəsaitireqresqaydada cavabdehdən tələbetməkdəhaqlıdır. Məhkəmə işin hallarını, təqdim edilmiş sübutları, eləcə də cavabdehin iddia tələbinin 4555,72 manat məbləğindəki hissəsini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə əsaslıdır və buna görə də təmin olunmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz əməlləri nəticəsində mənəvi sarsıntı keçirməsinə və buna görədə cavabdehin ona vurduğu mənəvi zərəri 1000 (bir min) manat məbləğində qiymətləndirdiyini iddia edən İddiaçı iddia tələbinin əsaslandığı hallara - cavabdehin hansı hərəkətləri (və ya hərəkətsizliyi) və təqsiri ucbatından ona mənəvi zərərin dəyməsinə, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nə də ifadə olunmasına, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsinə dair heç bir mötəbər sütubu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edirki, qiymətləndirilən iddia tələbinə uyğun olaraq 65,56 manat dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4555,72 (dörd min beş yüz əlli beş manat yetmiş iki qəpik) manat məbləğində maddi ziyan alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4555,72 (dörd min beş yüz əlli beş manat yetmiş iki qəpik) manat məbləğində maddi ziyan alınıb İddiaçı verilsin. Cavabdeh 65,56 (ltmış beş manat əlli qəpik) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar