Məhkəmə qərarları › İş №2(025)-1087/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1087/2023

21.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1087/2023 21.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad edilməsi, həmin torpaq sahəsində yerləşən hasarın cavabdehin hesabına sökülməsi, digər maneələrin cavabdehin hesabına aradan qaldırılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, ilkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı X2 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad edilməsi, həmin torpaq sahəsində yerləşən hasarın cavabdehin hesabına sökülməsi, digər maneələrin cavabdehin hesabına aradan qaldırılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair ilkin iddia üzrə, Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşı “mülkiyyətlərində olan torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İlkin iddia üzrə iddiaçı X5 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad edilməsi, həmin torpaq sahəsində yerləşən hasarın cavabdehin hesabına sökülməsi, digər maneələrin cavabdehin hesabına aradan qaldırılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 09 sentyabr 2022-ci il qeydiyyat tarixli, **********82-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ şəhəri, Nəsimi küçəsi, ev 133C ünvanı ərazisində mülkiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş hissəsinin cavabdehlərin zəbtindən azad edilməsi, zəbt edilmiş torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş hasarın (daş) cavabdehlərin hesabına sökülməsi, cavabdehlər tərəfindən törədilən digər manelərə son qoyulması, maneələrin cavabdehlər tərəfindən və onun hesabına aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ş.A.Zülalova iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 09 sentyabr 2022-ci il qeydiyyat tarixli, **********82-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışına əsasən xüsusi mülkiyyətinə Qəbələ şəhəri, Nəsimi küçəsi, ev 133C ünvanında 0.04 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində həmçinin ona məxsus ümumi sahəsi 158.40 kv.m olan fərdi yaşayış evi mövcuddur. Həmin evə dair 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 406-1/5116 nömrəli Texniki Pasport verilmişdir. Lakin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətinə verilmiş torpaq sahəsindən tam istifadə edə bilmir. Belə ki, cavabdehlər qanunsuz və əsassız olaraq ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. Cavabdehlərin torpağı da ona məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşir və onlar qonşu kimi aranı ayırmaq üçün çəkdikləri hasarı ona məxsus torpaq sahəsində çəkmişlər və nəticədə torpaq sahəsinin xeyli hissəsi cavabdelərin ərazisində qalmışdır. Cavabdehlərə hər dəfə mülkiyyətində olan zəbt etdikləri torpaq sahəsini geri qaytarmağını tələb etsəm də, buna məhəl qoymamışlar. Çətinliklə özünə yaşamaq üçün torpaq sahəsi və fərdi yaşayış evi alsa da, cavabdeh öz mülkiyyətindən lazımınca istifadə etməyinə imkan vermir. Bildirir ki, cavabdehlərə bu barədə iradını bildirmişdir və qanunsuz zəbt etdiyi torpaq sahəsini tərk etməyi tapşırmışdır. Lakin cavabdehlər bu tələbinə məhəl qoymamışlar. Beləliklə, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşı “mülkiyyətlərində olan torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi” qarşılıqlı İddia tələbinin təmin olunaraq, qarşılıqlı iddia üzrə cavabdeh X2 onların istifadəsində olan və iddiaçı Cavabdeh3 xüsusi mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən verilmiş ünvan 1 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları sahəsinin 0,0005 ha (mütəxəssis rəyində göstərilmiş) hissəsinin cavabdehin zəbtindən azad edilməsi, həmin zəbt edilmiş hissəsinin cavabdehdən alınaraq onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, X5 onlara qarşı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 09 sentyabr 2022-ci il qeydiyyat tarixli, **********82-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən verilmiş ünvan 2 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş hissəsinin cavabdehlərin zəbtindən azad edilməsi, zəbt edilmiş torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş hasarın (daş) cavabdehlərin "esabına sökülməsi, cavabdehlər tərəfindən törədilən digər manelərə son qoyulması, maneələrin cavabdehlər tərəfindən və onun hesabına aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməninin, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunması qərara alınmış və qərardadın icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8ə həvalə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, Cavabdeh3 **********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən xüsusi mülkiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinin 0,0005 ha hissəsi X2 istifadəsindədir. Göründüyü kimi eyni zamanda X2 onlara məxsus torpaq sahəsini zəbt edilməsi müəyyən edilmişdir. Bu səbəbdən məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə ilkin iddai tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh2 iddia tələbində qaldığını və ilkin iddianı qəbul etməyərək ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qayadaya riayət edilməklə yaranır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, ilkin iddia qisməm, qarşılıqlı iddia isə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********82-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən Çıxarış”ın müvafiq olaraq təsdiq edilmiş sutərindəndan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda fərdi yaşayış evi və 0,04 hektar yaşayış məntəqələri torpaqlarından torpaq sahəsi onun adına qeydə alınmışdır. İşdə olan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə 406-1/5116 İnventar nömrəsi ilə İddiaçı adına tərtib etdiyi “Fərdi yaşayış evinin texniki pasportu” nun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, onun adına qeydə alınmış torpaq sahəsinin 1:500 miqyasında planı, koordinatları, kadastr göstəriciləri və eləcə də fərdi yaşayış evinin 1: 100 miqyasında planı, gğstəriciləri haqqında məlumatlar qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.22018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********92 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən Çıxarış”ın müvafiq olaraq təsdiq edilmiş sutərindəndan görünür ki, Cavabdeh3 mülkiyyətində olan ünvan 4 ünvanda 0,04 hektar yaşayış məntəqələri torpaqlarından torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeyiyyata alınmışdır. İşdə olan olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixdə A № 209361 nömrəsi ilə Cavabdeh3 adına tərtib etdiyi “Torpaq sahəsinin planı və ölçüsü”nün müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, onun adına qeydə alınmış torpaq sahəsinin planı, koordinatları, kadastr göstəriciləri haqqında məlumatlar qeyd edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022 -ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, -**********2-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən X2 xüsusi mülkiyyətinə verilmiş Qəbələ şəhəri, Nəsimi küçəsi, ev 133C ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 'eyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cıxarış»a əsasən ünvan 5 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin hüdudları müəyyən edilsin. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09.09. 2022 - ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, -**********2- 10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən X2 xüsusi mülkiyyətinə verilmiş Qəbələ şəhəri, Nəsimi küçəsi, ev 133 C ünvanında yerləşən 0.04 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdurmu? Olunmuşdursa hansı həcmdə? (koordinatları müəyyən edilsin) - Əgər iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmuşdursa zəbt olunmuş sahədə hər hansı tikili (ev, 'asar və s.) var mı? Qərardadın icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8ə həvalə edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı bə Reyestri X8 9 saylı Qəbələ Ərazi İdarəsinin 01 sentyabr 2023-cü il tarixli məktubla məhkəməyə ünvanlanmış mütəxəssis rəyindən görünür ki, işin araşdırılması məqsədi ilə DƏDKR X8 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri 10 avqust 2023-cü il tarixdə Qəbələ şəhərində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********482-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən X2 xüsusi mülkiyyətinə verilmiş ünvan 7 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən ünvan 8 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********82- 10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən X2 xüsusi mülkiyyətinə verilmiş ünvan 9 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin 0,0041 ha hissəsi cavabdehlərin istifadəsindədir. Həmçinin Cavabdeh3 **********92 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən xüsusi müliyyətinə verilmiş 0,04 ha torpaq sahəsinin 0,0005 ha hissəsi iddiaçı X2 istifadəsindədir. İddiaçıya məxsus torpaq sahəsinin cavabdehin istifadəsində olan 0,0041 ha hissəsinin kənarları mişar daşı ilə hasarlanmışdır, üzərində cavabdehlər və ya digərləri tərəfindən inşa edilmiş heç bir tikili yoxdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, həmin qərardadla mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur : - Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi - **********82-10301; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - xx.xx.2022) Çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş Qəbələ şəhəri, Nəsimi küçəsi, ev 133C ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin hüdudları müəyyən edilsin. - Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi - **********82- 10301; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - xx.xx.2022) Çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş Qəbələ şəhəri, Nəsimi küçəsi, ev 133C ünvanında yerləşən 0.04 ha torpaq sahəsi cavabdehiər tərəfindən zəbt olunmuşdurmu? Olunmuşdursa hansı həcmdə? (koordinatları müəyyən edilsin) - Əgər iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmuşdursa zəbt olunmuş sahədə hər hansı tikili (ev, hasar, qapı və s.) var mı? Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 3-16-16/2-10/7750 nömrəli 07 noyabr 2023-cü il tarixli tikinti-texniki ekspertizasının rəyində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********482-10301 reyestr nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X2 mülkiyyətinə verilmiş ünvan 10 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX - nin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 11 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin hüdudları müəyyən edildiyi qeyd olunmuşdur. Rəydə həmçinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********82-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X2 mülkiyyətinə verilmiş ünvan 12 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin 0.0041 ha hissəsi cavabdehlərin istifadəsində olduğu, Cavabdeh3 **********2 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsinin 0.0005 ha hissəsinin İddiaçı istifadəsində olduğu, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin istifadəsində olan 0.0041 ha hissəsinin kənarları mişar daşı ilə hasarlandığı, üzərində cavabdeh və ya digərləri tərəfindən inşa edilmiş heçbir tikilinin olmadığı göstərilmişdir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********82-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən Çıxarış”a əsasən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına mülkiyyətçi olaraq ünvan 3 ünvanda fərdi yaşayış evi və 0,04 hektar yaşayış məntəqələri torpaqlarından torpaq sahəsi qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə 406-1/5116 İnventar nömrəsi ilə İddiaçı adına tərtib etdiyi “Fərdi yaşayış evinin texniki pasportu” ilə onun adına qeydə alınmış torpaq sahəsinin 1:500 miqyasında planı, koordinatları, kadastr göstəriciləri və fərdi yaşayış evinin 1: 100 miqyasında planı, göstəriciləri haqqında məlumatlar qeyd edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.22018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********92 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən Çıxarış”la ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 adına ünvan 4 ünvanda 0,04 hektar yaşayış məntəqələri torpaqlarından torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeyiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixdə A № 209361 nömrəsi ilə Cavabdeh3 adına tərtib etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” ilə onun adına qeydə alınmış torpaq sahəsinin planı, koordinatları, kadastr göstəriciləri haqqında məlumatlar qeyd edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş və onun qarşısında mülki işin araşdırılması üçün əhəmiyyət kəsb edən suallar qoyulmuşdur. Bundan sonra mülki işin tam, hərtərəfli və obyektiv araşdırılması ilə ədalətli yekun məhkəmə aktının qəbul edilməsi məqsədiylə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında lazımi suallar qoyulmuşdur. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 3-16-16/2-10/7750 nömrəli 07 noyabr 2023-cü il tarixli tikinti-texniki ekspertizasının rəyində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********482- 10301 reyestr nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X2 mülkiyyətinə verilmiş ünvan 10 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 13 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin hüdudları müəyyən edildiyi qeyd olunmuşdur. Rəydə həmçinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********82-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Çıxarışa əsasən X2 mülkiyyətinə verilmiş ünvan 10 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin 0.0041 ha hissəsinin ceavabdehlərin istifadəsində olduğu,Cavabdeh3 **********2 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsinin 0.0005 ha hissəsinin İddiaçı istifadəsində olduğu, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin istifadəsində olan 0.0041ha hissəsinin kənarları mişar daşı ilə hasarlandığı, üzərində cavabdeh və ya digərləri tərəfindən inşa edilmiş heç bir tikilinin olmadığı göstərilmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Qanunun mənasına görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. İşin halları və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/7750 nömrəli 07 noyabr 2023-cü il tarixli tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********482-10301 reyestr nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X2 mülkiyyətinə verilmiş ünvan 10 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 13 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin hüdudları müəyyən olunmuşdur. Rəydə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********82-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Çıxarışa əsasən X2 mülkiyyətinə verilmiş ünvan 10 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin 0.0041 ha hissəsinin ceavabdehlərin istifadəsindədir. Cavabdeh3 **********2 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsinin 0.0005 ha hissəsi İddiaçı istifadəsindədir və ilkin iddia üzrə iddiaçıya məxsus torpaq sahəsinin ilkin iddia üzrə cavabdehin istifadəsində olan 0.0041ha hissəsi kənarları mişar daşı ilə hasarlanmışdır. Üzərində cavabdeh və ya digərləri tərəfindən inşa edilmiş heç bir tikili mövcud deyildir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, qeyd olunan xüsusatları və qanunvericiliyin şərh olunan müddəalarını nəzərə alan məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməlidir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********82- 10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Qəbələ şəhəri, Nəsimi küçəsi, ev 133C ünvanında yerləşən X2 mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsinin 0,0041 ha hissəsi (mütəxəssis rəyinin yerquruluşu planında göstərilmiş) Cavabdeh1, X6 və Cavabdeh3 zəbt edilməsindən azad edilməli və həmin torpaq hissəsinin (0,0041 ha) kənarlarına hasarlanmış mişar daş hasarı Cavabdeh1, X6 və Cavabdeh3 hesabına sökülməlidir. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Həmçinin qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********0 qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********92 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən Cavabdeh3 mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsinin 0,0005 ha hissəsi (mütəxəssis rəyinin yerquruluşu planında göstərilmiş) X2 zəbt edilməsindən azad edilsin və həmin torpaq hissəsi (0,0005 ha) X1 alınaraq Cavabdeh1, X6 və Cavabdeh3 təhvil verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab edir ki, mülki iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia ərizəsi qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********82- 10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən X2 mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsinin 0,0041 ha hissəsi (mütəxəssis rəyinin yerquruluşu planında göstərilmiş) Cavabdeh1, X6 və Cavabdeh3 zəbt edilməsindən azad edilsin və həmin torpaq hissəsinin (0,0041 ha) kənarlarına hasarlanmış mişar daş hasarı Cavabdeh1, X6 və Cavabdeh3 hesabına sökülsün. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********0 qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********92 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən Cavabdeh3 mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsinin 0,0005 ha hissəsi (mütəxəssis rəyinin yerquruluşu planında göstərilmiş) X2 zəbt edilməsindən azad edilsin və həmin torpaq hissəsi (0,0005 ha) X1 alınaraq Cavabdeh1, X6 və Cavabdeh3 təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar