Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1100/2020 16.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3736,2 manat əsas, 360,63 manat faiz və 11,7 manat cərimə borcu olmaqla, cəmi 4108,53 manat kredit borcu və 30 manat dövlət rüsumunun tutulması və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən «xxxxxx» İKB ASC-dən illik 22 faizlə 36 ay müddətinə 4000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxx 2020-dək Cavabdeh banka xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3736,2 manat əsas borc, 360,63 manat faiz borcu və 11,7 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4108,53 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X1 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək göstərdi ki, onunla «xxxxxx» İKB ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona illik 22 faizlə 36 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Krediti yoldaşı əməliyyat olduğu üçün almış və həmin krediti yoldaşının əməliyyatına xərcləmişdir. O, bir müddət ödənişləri etmişdir. Ödənişləri gecikdirməsinə səbəb isə maaşlarının gecikməsi ilə bağlı olmuşdur. Əvvəl oteldə işləsə də, hal-hazırda otel bağlandığından işsizdir. Bu səbəbdən kredit borcunu ödəyə bilməmişdir və kredit borcunu ödəmək niyyətindədir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı «xxxxxx» İKB ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan xx xxxxxx 2019-cu il tarixli, 3-Y-2-0-1589-19 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 4000 manat məbləğində illik 22 % olmaqla 36 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan 3-Y-2-0-1589-15 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 4000 manat məbləği illik 22 %-lə, 36 ay müddətinə aylıq 152,76 manat sonuncu ay isə 152,82 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 3-Y-2-0-1589-19 nömrəli kredit müqaviləsi üzrə 3736,2 manat əsas, 360,63 manat faiz və 11,7 manat cərimə borcu olmaqla, cəmi 4108,53 manat manat borcu vardır. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 3-Y-2-0-1589-19 nömrəli Kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 152,0 manat məbləğində kredit ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh xx.xx.1961-ci ildə ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə 4000 manatı imza edərək qəbul etmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi, Cavabdeh «xxxxxx» İKB ASC-dən 4000,0 manat məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-nə vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan müəyyən dərəcədə məhrum olmuşdur və iddiaçı kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulması hissəsində tam əsaslıdır. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə (müqavilə müddəti bitən tarixə) Cavabdeh 3736,2 manat əsas, 360,63 manat faiz və 11,7 manat cərimə borcu olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 3736,2 manat, faiz borcu üzrə 360,63 manat və cərimə borcu üzrə isə 11,7 manat borcun tutulmasını əsaslı hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, «xxxxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 3-Y-2-0-1589-19 nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdeh (borclu) Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 3-Y-2-0-1589-19 nömrəli kredit müqaviləsi üzrə 3736,2 manat əsas, 360,63 manat faiz borcu və 11,7 manat cərimə borcu olmaqla, cəmi 4108,53 (dörd min yüz səkkiz manat əlli üç qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. «xxxxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 3- Y-2-0-1589-19 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh (borclu) Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 3-Y-2-0-1589-19 nömrəli kredit müqaviləsi üzrə 3736,2 manat əsas, 360,63 manat faiz borcu və 11,7 manat cərimə borcu olmaqla, cəmi 4108,53 (dörd min yüz səkkiz manat əlli üç qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1100/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1100/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver