Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1105/2021 03.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı X2 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (oğlu) X1 iştirakları ilə İddiaçı X2 Cavabdeh qarşı “yolun açılması və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 Cavabdeh qarşı “yolun açılması və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 0,03 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsinə gedən bələdiyyə balansında olan yol yerindən istifadəyə törədilən maneələrə son qoyulması, baş yoldan həyət yolunun giriş hissəsinə qoyulmuş dəmir reşotkanın və torpaq sahəsinin giriş hissəsinə çəkilmiş tor setkanın cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 məhkəmə iclasında məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlə barışdıqlarını, bu səbəbdən mübahisənin məhkəmədən kənar həll etmək istədiklərini, mülki işin işin baxılmamış saxlanılmasını, ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (oğlu) X3 məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı ilə barışdıqlarını, mübahisənin məhkəmədən kənar həll etmək istədiklərini, bu səbəbdən mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Maraqlı şəxs Maraqlı şəxsnə isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin ərizəsini nəzərə alıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 Cavabdeh qarşı “yolun açılması və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1105/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1105/2021
03.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver