Məhkəmə qərarları › İş №2(025)-111/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-111/2024

16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-111/2024 16.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 Qəbələ rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(025)-1775/2021 qətnaməsinin qəbul edildiyi 16 dekabr 2021-ci il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 30 oktyabr 2023-cü il tarixədək olan 1 il 10 ay müddətində 414,15 (dörd yüz on dörd manat on beş qəpik) manat gecikdirilmiş faiz borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 444,15 (dörd yüz qırx manat on beş qəpik) pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Məhkəməsinin 16 dekabr 2021ci il tarixli 2(025)-1775/2021 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi təmin edilərək Cavabdeh 7530 (yeddi min beş yüz otuz) pulun alınaraq İddiaçı ödənilməsi qət edilib. Lakin, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmayıb. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxlamaqla onu pulundan fayda əldə etməkdən məhrum edib. Odur ki, cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq 23 oktyarbr 2023-cü il tarixli 1153/23 saylı pretenziya məktubu ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 414,15 (dörd yüz on dörd manat on beş qəpik) manat pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışdır. Lakin cavabdeh qətnaməni yenə də icra etməmişdir. Aşağıda göstərilənlərə əsasən Cavabdeh Qəbələ rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(025)-1775/2021 saylı qətnaməsinin qəbul edildiyi 16 dekabr 2021-ci il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 30 oktyabr 2023-cü il tarixədək olan 1 il 10 ay müddətində 414,15 (dörd yüz on dörd manat on beş qəpik) manat gecikdirilmiş faiz borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 444,15 (dörd yüz qırx dörd manat on beş qəpik) pulun alınaraqona ödənilməsi zəruridir.İşin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, məhkəmənin müvafiq qətnaməsi ilə Cavabdeh 7530 (yeddi min beş yüz otuz) manat pulun tutularaq ona ödənilməsi qət edilib. Lakin Cavabdeh 1 il 10 ay müddətində göstərilən məbləği ona ödəməkdən imtina edib. Bununla əlaqədar olaraq Cavabdeh Qəbələ rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(025)-1775/2021 saylı qətnaməsinin qəbul etdildiyi 16 dekabr 2021-ci il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 30 oktyabr 2023-cü il tarixədək olan 7530 (yeddi min beş yüz otuz) manat pulun illik 5 faiz olmaqla 1 il 10 ay müddətində 414,15 (dörd yüz on dörd manat on beş qəpik) pulun alınaraq ona ödənilməsi zəruridir.(7530Azn/100%=75,3x 5%=376,5 Azn, 376,5 Azn x1,1 il =414,15).Hazırki işdə əsas borc məbləğınə dair qətnamənin qəbul edilmə vaxtı olan 16 dekabr 2021-ci il tarixdən sonrakı müddət üçün cavabdeh məsuliyyət daşıyır və həmin pul məbləğinin hər hansı əsas olmadan özündə saxlanılması qanunsuz olmaqla, həmin pul vəsaitindən cavabdehin istifadə etməsini və gəlir götürməsini də istisna etmir. Cavabdehin barəsində qəbul edilmiş qətnamənin qəbul edildiyi 16 dekabr 2021-ci il tarixdən hazırki iddia ərizəsinin birinci instansiya məhkəməsinə verildiyi 30 oktyabr 2023-cü il tarixədək olan müddət üçün cavabdehdən 414,15(dörd yüz on dörd manat on beş qəpik) manat gecikdirilmiş faiz borcunun və 30(otuz) manat ödənilmiş dövlət rüsumunun cəmi 444,15 (dörd yüz qırx dörd manat on beş qəpik) pulun alınaraq ona ödənilməsi zəruridir. Digər işlər üzrə məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələrə əsasən də, Cavabdeh Qəbələ rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(025)-1775/2021 saylı qətnaməsini 1 il 10 ay müddətinə icra etmədiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən faizlər ödəməsinə dair iddia tələbinin qanuni olması təsdiq edilir. Bununla əlaqədar olaraq cavabdeh X5 pretenziya məktubları ilə müraciət etsə də, cavabdeh göstərilən məbləği ödəməkdən imtina etmişdir.Həmçinin cavabdeh ondan aldığı pul vəsaitinin əvəzində öhdəliyini icra etmədiyindən, öhdəliyi üzrə görməli olduğu işi yerinə yetirmədiyindən ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə ərizə göndərərək, məhkəmə iclasında işdə icazə alması çətin olduğundan, həmçinin yol məsrəfləri tələb edilən məbləğdən artıq olduğu üçün məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini, iddia tələbini müdafiə edərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh həmçinin 50 245 93 93 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən İddiaçı və Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)- 1775/2021 nömrəli qətnaməsindən görünür ki,iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 7500 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 7530 (yeddi min beş yüz otuz) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən şifahi sorğuya cavab olaraq məhkəmə təqdim edilən 16 yanvar 2024-cü il tarixli, 68/9 nömrəli məktubda göstərilmişdir ki, Qəbələ rayon Məhkəməsinin 2(025)- 1775/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən Cavabdeh 7530 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə Qəbələ rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, tərəflərindən "icraata başlamaq haqqında" qərar qəbul edilərək, məhkəməyə, tələbkara və tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya göndərilmişdir. xx.xx.2022-ci il tarixdə borclunun məcburi gətirilməsi tədbirinin tətbiqi barədə qərar qəbul olunaraq borclunun ünvanına göndərilmiş, nəticədə xx.xx.2023-cü il tarixdə borclu şöbəyə gəlmişdir. Cavabdeh həmin tarixdə müvafiq izahat alınmışdır. O, izahatında icra sənədi üzrə borcu qısa müddət ərzində ödəyə bilməyəcəyini, lakin 1 həftə ərzində 1500 manat ödəniş edəcəyini qeyd etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə tələbkarın kart hesabına 1500 manat ödəniş etmiş və müvafiq qəbzi şöbəyə təqdim etmişdir. Elektron icra sistemi vasitəsilə edilmiş sorğular nəticəsində borclu Cavabdeh X2 yanında əmək müqaviləsi ilə adminstrator kimi işləməsi müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə qalıq 6030 manat borc Cavabdeh əmək haqqına yönəldilmişdir. xx.xx.2023-cü il tarixdə borclunun əmək haqqından pul tutulub-tutulmaması barədə işəgötürən X4 məktub göndərilmiş, eyni zamanda telefon vasitəsilə əlaqə saxlanılmışdır. Telefon danışığı zamanı işəgötürən X6 işçilərinin əmək haqqının kart vasitəsilə ödənilmədiyini bildirmiş, lakin borclunun əmək haqqının yarsınının tələbkar İddiaçı hesabına ödənilməsinə nəzarət etdiyini qeyd etmiş və bugünədək ödəniş qəbzlərinin (xx.xx.2023-cü il 175 manat, xx.xx.2023-cü il 180 manat, xx.xx.2023-cü il 180 manat, xx.xx.2023-cü il 180 manat, xx.xx.2023-cü il 190 manat, xx.xx.2023-cü il 190 manat, xx.xx.2023-cü il 190 manat, xx.xx.2023-cü il 190 manat, xx.xx.2023-cü il 214 manat, xx.xx.2023-cü il 214 manat) şəklini whatsapp vasitəsilə göndərmişdir. xx.xx.2023-cü il tarixdə isə işəgötürən Elman Məmmədov icra məmuru ilə telefon vasitəsilə əlaqə saxlayaraq borclunun əmək haqqından tələbkarın xeyrinə 200 manat ödəniş etdiyini, lakin ödəniş terminalından qəbz əldə edə bilmədiyini qeyd etmiş, ödənişin xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində aparıldığını bildirmişdir. Bu barədə tələbkarın nümayəndəsi Nümayəndə telefon vasitəsilə məlumat verilmişdir. xx.xx.2023cü il tarixdə borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edilmiş, Qəbələ rayon Məhkəməsinin 8(0925)-57/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədi üzrə borclu Cavabdeh əmək haqqından tutulmalardan əlavə xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat ödəniş etmişdir. Borclunun əmək haqqından tutulmalarla birgə icra sənədi üzrə borcdan bugünədək 4003 manatın ödənilməsi təmin edilmişdir. Hal-hazırda icra sənədi üzrə 3527 manat borc mövcuddur. İş materiallarında olan 23 oktyabr 2023-cü il tarixli, 1153/23 saylı Pretenziya məktubundan görünür ki, Cavabdeh Qəbələ rayon məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(025)-1175/2021 saylı qətnaməsi qanuni qüvvəyə minməsinə baxmayaraq icra sənədinin 23 oktyabr 2023-cü il tarixədək icra edilməməsinə görə 5 gün müddətində 414,15 manat pulun X1 ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-30/1/A-149/18,19,2023 saylı məktubdan görünür ki, Qəbələ rayon Məhkəməsinin 2(025)-1775/2021 saylı, xx.xx.2021- ci il tarixli icra sənədinin icrası ilə əlaqədar görülmüş icra tədbirləri nəticəsində icra sənədi üzrə tələbdən ümumilikdə 2405 manatın ödənilməsi təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-16/1/A-149/23;24 saylı məktubundan görünür ki, tələbkar İddiaçı nümayəndəsi Nümayəndə eyniməzmunlu əvvəlki müraciətlərinə tərəflərindən baxılaraq görülmüş icra tədbirləri, o cümlədən tələbin borclunun gəlirlərinə yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli məktubla məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-16/1/A-149/23;24 saylı məktubundan görünür ki, tələbkar İddiaçı nümayəndəsi Nümayəndə eyniməzmunlu əvvəlki müraciətləriniə tərəflərindən baxılaraq görülmüş icra tədbirləri, o cümlədən tələbin borclunun gəlirlərinə yönəldilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-16/1/A-149/23;24 saylı məktubundan görünür ki, tələbkar İddiaçı nümayəndəsi Nümayəndə eyniməzmunlu əvvəlki müraciətləriniə tərəflərindən baxılaraq görülmüş icra tədbirləri barədə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, vətəndaş Cavabdeh Qəbələ rayonu Cığatelli kəndində qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyinin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən, ...öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. ... “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il iyul tarixli Qərar).” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: İşin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh borc müqaviləsi üzrə icra etməli olduğu öhdəlikləri icra etməmişdir və buna görə də İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-1775/2021 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 7500 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 7530 (yeddi min beş yüz otuz) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəmə təqdim edilən 16 yanvar 2024-cü il tarixli, 68/9 nömrəli məktubdan və araşdırılmış icra işindən məlum olunur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-1775/2021 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə borcdan bugünədək 4003 manatın ödənilməsi təmin edilmişdir. Hal-hazırda icra sənədi üzrə 3527 manat borc mövcuddur. İddiaçı isə Cavabdeh icra tədbirlərindən yayındığını, ona olan borcunu tam ödəmədiyini, bu səbəbdən Cavabdeh Qəbələ rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(025)-1775/2021 saylı qətnamənin qəbul edildiyi 16 dekabr 2021-ci il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 30 oktyabr 2023-cü il tarixədək olan 1 il 10 ay müddətində 414,15 (dörd yüz on dörd manat on beş qəpik) manat gecikdirilmiş faiz borcunun və 30(otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 444,15 (dörd yüz qırx dörd manat on beş qəpik) pulunalınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə tərəfindən Qəbələ Rayon Məhkəməsinin 2(025)-1775/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə icra işi araşdırılmış və məlum olmuşdur ki, Cavabdeh əmək haqqından xx.xx.2023-cü il 175 manat, xx.xx.2023-cü il 180 manat, xx.xx.2023-cü il 180 manat, xx.xx.2023-cü il 180 manat, xx.xx.2023-cü il 190 manat, xx.xx.2023-cü il 190 manat, xx.xx.2023-cü il 190 manat, xx.xx.2023-cü il 190 manat, xx.xx.2023-cü il 214 manat, xx.xx.2023-cü il 214 manat tutularaq İddiaçı ödənilmiş və həmin ödəniş qəbzlərinin surəti icra işinə əlavə edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə İddiaçı hesabına 200 manat ödəniş edilmiş, lakin ödənişlə bağlı olan qəbzin texnki səbəblərdən çıxarılması mümkün olmamışdır. Bundan əlavə Cavabdeh xx.xx.2023-cü il tarixdə tələbkarın kart hesabına 1500 manat ödəniş etmiş və bununla bağlı qəbzin surəti icra işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh pul öhdəliklərinin həyata keçirilməsi ilə əlaqədar qanuni qüvvəsini almış qətnamənin tamamilə icra edilməməsi ilə bağlı təqsiri olmamışdır. Belə ki, Cavabdeh həm özü könüllü qaydada ödəniş etmiş, həm də onun aldığı əmək haqqından iddiaçıya ödənişlər edilmişdir. Bu səbəbdən həmin qətnamənin icra edilməməsi nəticəsində illik 5% ilə hesablanmış faiz borclarının yaranmasında onun məsuliyyət daşımadığı qənaətinə gəlir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yaranmış pul öhdəliyinin könüllü surətdə icra etməkdən boyun qaçırması ilə əlaqədar hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə zamanı araşdırılmış icra işi ilə müəyyən edilmişdir ki, Cavabdeh borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmamışdır. Məhkəmə iddia tələbini rədd edərkən həm də onu da nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən, ...öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. ... “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449 -cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il iyul tarixli Qərar).” Konstitusiya məhkəməsinin sözügedən plenumun qərarından göründüyü kimi öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Lakin bunun üçün zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması əlamətlərinin hamısının mövcud olması lazımdır. Hazırkı halda isə Cavabdeh pul öhdəliklərinin həyata keçirilməsi ilə əlaqədar qanuni qüvvəsini almış qətnamənin tamamilə icra edilməməsi ilə bağlı təqsiri olması sübuta yetirilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsümü iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar