Məhkəmə qərarları › İş №2(025)-1118/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1118/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1118/2021 06.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Kreditor BOKT MMC-nin Borclu qarşı əmr icraatı qaydasında “borcun və ona hesablanmış cərimənin tutulması” barədə ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: Kreditor BOKT MMC məhkəməyə ərizə ilə müraciət edərək, borclu xx.xx.1985-ci ildə anadan olmuş Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olan Borclu Kreditor BOKT MMC-nin xeyrinə 46 (qırx altı) manat əsas kredit borcu, 4,35 (dörd manat otuz beş qəpik) manat kreditdən istifadəyə görə faiz borcu, cəmi 50,35 (əlli manat otuz beş qəpik) manat borcu, həmçinin 20 manat məbləğində dövlət rüsumunun tutulmasına dair məhkəm əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirdib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPMnin 276-cı maddəsinin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Göründüyü kimi kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə məhkəmə əmrinin verilməsi istisna edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Kreditor BOKT MMC 07.03.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Beləliklə, Kreditor BOKT MMC kredit təşkilatı olduğundan, hazırki ərizə üzrə məhkəmə əmrinin verilməsi Azərbaycan Respublikası MPM-nin 276.2.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslarının (kredit təşkilatları ilə bağlanmış kredit müqaviləsi) mövcudluğunu istisna edir. Azərbaycan Respublikası MPM-nin 279.2.1-ci maddəsinə əsasən məhkəmə, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə ərizənin qəbul olunmasından imtina edir. Həmin məcəllənin 279.2.4-cu maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə (sadələşdirilmiş) iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 279.2.3-cı maddələrini rəhbər tutaraq, Qərara aldım: Kreditor BOKT MMC-nin Borclu qarşı əmr icraatı qaydasında “borcun və ona hesablanmış cərimənin tutulması” barədə məhkəmə əmrinin çıxarılması haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar