Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1122/2022 18.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6319,74 (altı min üç yüz on doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pulun və ödənilmiş 95 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Qəbələ rayonu Daşca kəndində yaşayır. Cavabdeh əvvəlcədən tanıyır. Belə ki, Cavabdeh əvvəl də ondan borc pul almış və ondan aldığı pulu geri qaytarmışdır. Belə olub sonuncuya güvənməyə və etibar etməyə başlamışdı. Cavabdeh ondan yenidən borc istədi və o da belə olub ona görə "xxxx" ASC-dən 5000 manat məbləğində kredit götürdü. Götürdüyü krediti tamamilə Cavabdeh verdi. O isə əvəzində kredit borcu ödənənə qədər əmək haqqı kartını verdi. Hətta xx.xx.2020-ci il tarixdə yazılı öhdəlik götürmüşdür. Yazılı öhdəliyi cavabdehin oğlu Nəvai Həmidov yazmışdır. Həmin yazılı öhdəliyində göstərmişdir ki, “mən Cavabdeh əmək kartımı ona görə verirəm ki, İddiaçı adına 5000 manat kredit götürmüşəm. Mən Cavabdeh kredit kredit qutarana qədər kartı götürməyəcəm”. Cavabdeh yazdığı bu öhdəli özü, oğlu Həmidov Nəvai, o və qardaşı İsmayılov Tofiq imza etmişdir. Aralarında olan razılığa əsasən Cavabdeh əmək haqqı kartını ona verdi və bir müddət kredit ödənildi. Cavabdehin ona ödədiyi cəmi məbləğ isə 1200 manatdır. Daha sonra isə cavabdeh Tənzilə əmək haqqı kartını “itmiş” kimi elan verərək dondurmuş, özünə yeni əmək haqqı kartı almış və onun adına olan kredit borcunu ödəməmişdir. Dəfələrlə ona kredit borcunu ödəməsini, ona borclu olduğu borcu ödəməsini xahiş etsə də, tələbinə məhəl qoymamış və ona olan borcunu bu günə qədər qaytarmamışdır. O isə məcbur qalaraq "xxxx" ASC-nin Qəbələ rayon filialından xx.xx.2020-ci il tarixdə aldığı 5000 AZN məbləğində GTKR2084353A149 müqavilə nömrəli krediti xx.xx.2022-ci il tarixdə tam olaraq bağladı. Müqavilə müddəti ərzində ümumilikdə 7519,74 AZN ödəniş olunmuşdur. Bu halı "xxxx" ASC-nin Qəbələ rayon filialından verilmiş 132 nömrəli, 20 iyul 2022-ci il tarixli arayışda təsdiq edir. Həmçinin Cavabdeh yazdığı öhdəlikdən göründüyü kimi o, kredit ödənib qutarana qədər kredit kartının onda qalmasına razıllıq vermişdir. Bu da onu göstərir ki, cavabdeh sözügedən krediti ilə faizi ilə birlikdə tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Çünki alınan kredit məbləği cavabdehə verildiyindən onun həmin kreditdən heç bir faydası olmayıb. Kredit məbləği isə faizi ilə birlikdə 7519,74 manat olmuşdur. Bu da onu göstərir ki, cavabdeh yalnız aldığı 5000 manat kreditə görə deyil, həmin kreditə görə hesablanmış faiz borcunu da qaytarmalıdır. Ən azından cavabdehin götürdüyü “yazılı öhdəlikdə” olan iradə bəyanı onu göstərir. O isə bankda ödədiyi 7519,74 manatdan cavabdehin ödədiyi cəmi 1200 manatı çıxdıqdan sonra qalan 6319,74 manatı tələb edir. Cavabdeh borc öhdəliyini könüllü şəkildə yerinə yetirmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 izahatında bildirdi ki, İddiaçı onun bacısıdır. 2020-ci ildə Cavabdeh nəvəsi qan xəstəsi olduğundan onlar borc pul axtarırdılar. Tənzilə və Nəvai onlara da müraciət etdi. Onlar borc pul verməyə razı oldular, lakin özlərində pul olmadığından kredit götürdülər. Cavabdeh ilə razılaşdılar ki, krediti götürüb ona verəcəklər, əvəzində isə Tənzilə öz maaş kartını verəcək. bu barədə onlar yazılı qəbz də imzaladılar. Qəbzə həmçinin cavabdehin oğlu Nəvai də qol çəkmişdir. Qeyd olunan qaydada 5000 manat krediti götürüb Tənziləyə verdilər. Tənzilə maaş kartını onlara verdi. Onlar maaş gəldikcə həmin kartdan pul çıxardıb krediti ödəyir qalan pulu isə Tənziləyə verirdilər. növbəti ay o eyni qaydada banka gedərək cavabdehin kartından pul çıxartmaq istəsə də əməkdaş ona bildirdi ki, Cavabdeh kartı itmiş elan edərək bloklamışdır. Bundan sonra dəfələrlə Cavabdeh kreditin ödənilməsini tələb etsələr də ümumilikdə cəmi 1200 manat ödəniş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan 07 may 2020-ci il tarixdə imzalanmış qəbzə əsasən Həmidova X1 Münəvvər Qasım qızının adına 5000 manat kredit götürmüşdür, bu səbəbdən əmək haqqı kartını İddiaçı verir. O - Cavabdeh kredit qutarana qədər kartı götürməyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan Kapital Bank ASC tərəfindən 20 iyul 2022-ci il tarixdə verilmiş 132 saylı arayışdan görünür ki, İddiaçı Kapital Bank ASC-nin Qəbələ rayon filialından xx.xx.2020-ci il tarixdə aldığı 5000 AZN (beş min manat) məbləğində GTKR2084353A149 müqavilə nömrəli kredit xx.xx.2022 tarixdə tam olaraq bağlanmışdır. Müqavilə müddəti ərzində ümumilikdə 7519.74 AZN (yeddi min beş yüz on doqquz manat yetmiş dörd qəpik) ödəniş olunmuşdur Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Kapital Bank ASC-dən 5000 manat kredit götürərək cavabdehə 07 may 2020-ci il tarixdə 5000 manat məbləğində borc vermiş və Cavabdeh bu səbəbdən əmək haqqı kartını İddiaçı vermiş və bu barədə tərəflər arasında qəbz imzalanmışdır. Verilən borc məbləğindən Cavabdeh 1200 manat pulu qaytarmış, qalan məbləğ hələ də ödənilmədən qalmaqdadır. Hazırda iddiaçı Kapital Bank ASC-dən götürdüyü kreditə hesablanmış faiz məbləğini də nəzərə alaraq 6319,74 (altı min üç yüz on doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pulun və ödənilmiş 95 manat dövlət rüsumunun verilməsini cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, o, iddiaçı qarşısında olan öhdəliklərini icra etmədiyinə görə cavabdehdir və ondan 3800 manat ödənilməmiş qalan əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın Kapital Bank ASC-dən götürülən kreditə hesablanmış faiz məbləğinin ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı aralarında borc müqaviləsi bağlanan zaman cavabdehin kredit müqaviləsi üzrə faiz məbləğinin ödənilməsi barədə öhdəlik götürdüyünü əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 95 (doxsan beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 95 (doxsan beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1122/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1122/2022
18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver