Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1137/2020 12.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC- nin xeyrinə 2,451.58 (iki min dörd yüz əlli bir manat 58 qəpik) manat əsas borc, 340.94 (üç yüz qırx manat 94 qəpik) manat faiz borcu olmaqla, cəmi 2,792.52 (iki min yeddi yüz doxsan iki manat 52 qəpik) manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Ağdaş” filialı ilə cavabdeh X2 arasında bağlanmış BPM**********69 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 57 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 2,660 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Hazırda cavabdehin BPM**********69 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixinə 2,451.58 (iki min dörd yüz əlli bir manat 58 qəpik) manat əsas borc, 340.94 (üç yüz qırx manat 94 qəpik) manat faiz borcu olmaqla, cəmi 2,792.52 (iki min yeddi yüz doxsan iki manat 52 qəpik) manat məbləğində borcu mövcuddur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək iddinın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə xx.xx.2019-cu ildə müqavilə bağlayaraq 2660 manat kredit götürmüşdür. Müqavilə bağlandıqdan bir müddət sonra xəstələndi, evi yandı. Ona görə də borcu ödəyə bilməmişdir. Qalan borcu yalnız hissə-hissə ödəyə bilər. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli, BPM**********69 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 57 ay müddətinə illik 20 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2660 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə 2633.40 manatı imza edərək qəbul etmişdir. İşdə olan «Ödəniş cədvəli»nin surətindən görünür ki, Cavabdeh BPM**********69 saylı kredit müqaviləsinə əsasən ona verilmiş 2660 AZN məbləğində kredit vəsaitini hər ay 72.70 manat məbləğində, sonuncu ay isə 68,16 manat məbləğində ödənişlər etməklə 57 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2020-ci il tarixə xx.xx.2019-cu il tarixli, BPM**********69 saylı kredit müqaviləsinə əsasən 2451.58 AZN əsas, 340.94 AZN faiz borcu olmaqla cəmi 2792.52 AZN borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. Borclu ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bildiriş məktubundan görünür ki, İddiaçı ASC kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə barəsində qanuni tədbirlərin görüləcəyi barədə borcluya xəbərdarlıq etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddia tələbi tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh xx.xx.2019-cu il tarixli, BPM**********69 saylı kredit müqaviləsinə əsasən əsas borcu 2451 manat 58 qəpik, faiz borcu 340 manat 94 qəpik olmuşdur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu 40 (qırx) qəpik bank xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2451 (iki min dörd yüz əlli bir) manat 58 (əlli səkkiz) qəpik əsas borc, 340 (üç yüz qırx) manat 94 (doxsan dörd) qəpik faiz borcu olmaqla, ümumilikdə cəmi 2792 (iki min yeddi doxsan iki) manat 52 (əlli iki) qəpik məbləğində pul vəsaitivə 30 (otuz) manat dövlət rüsumu, habelə 40 (qırx) qəpik bank xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2451 (iki min dörd yüz əlli bir) manat 58 (əlli səkkiz) qəpik əsas borc, 340 (üç yüz qırx) manat 94 (doxsan dörd) qəpik faiz borcu olmaqla, ümumilikdə cəmi 2792 (iki min yeddi doxsan iki) manat 52 (əlli iki) qəpik məbləğində pul vəsaitivə 30 (otuz) manat dövlət rüsumu, habelə 40 (qırx) qəpik bank xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1137/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1137/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver