Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-114/2024 01.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair mülki iş üzrə (Açar sözlər: pulun ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçıvə Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "borc tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "borc tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1100 (bir min yüz) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 31 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1972-ci ildə Goranboy rayonu, Xoylu kəndində doğulmuşdur. Həmin kənddə uşaqları ilə birlikdə yaşayır. Özü İİİ qrup əlildir, uşaqlarından oğlu Fəqan da İ qrup əlildir, serebral iflicdir, əmək qabiliyyətsizdir, qulluğa ehtiyacı vardır, onun himayəsindədir, ona qulluq edir. Cavabdeh onun iş yoldaşıdır. Uzun müddətdir, iş yoldaşı kimi tanışlıqları var. Aralarındakı olan iş yoldaşlığı səmimiyyətindən istifadə edərək, cavabdeh ondan 1000 manat borc pul istəmişdir. Ona inandığı üçün həmin pulu ona vermiş və ondan əl yazı ilə qəbz almışdır. Daha sonra ona məxsus kart vasitəsilə onun kartına 3 dəfə 20 manat, 30 manat və 50 manat olmaqla pul köçürmələri etmişdir. Buna dair qəbzləri var. Aldığı aydan ödəniş edəcəyini demişdir. Həmin gündən bu günədək cavabdehə dəfərlərlə borcunu ödəsin deyə müraciət etsədə, cavabdeh borcundan ödəniş etmir. Həmin pulu ona verməyimə dair, borcunu verəcəyi barədə onunla telefonda danışıqlarına dair səs yazısı var və mesajlar var. Cavabdeh xx.xx.2023-cü il də ondan borc aldığı pulu ödəyəcəyinə dair öhdəlik götürsə də, bugünə qədər borcunu qaytarmamışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, eyni zamanda göstərdi ki, Cavabdeh 1000 manat bir vermiş, 50 manat, 30 manat və 20 manatı da kartına göndərmişdir. Lakin bu günə qədər həmin pulları qaytarmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçıdan cəmi 400 manat almışdır. Həmin puldan 290 manat qaytarmış, 110 manat borcu qalmışdır. Qəbzi o yazmış və imzanı da o atmışdır. Qəbzə 1000 manat yazılsa da, əslində 400 manat pul almışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə çıxışında, ona bir ay vaxt verilməsini və borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Cavabdeh tərəfindən imzalanması göstərilmiş qəbzdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə İddiaçı 1000 manat borc pul almış və həmin pulu 30 gün müddətində qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 2(061)-1225/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək Cavabdeh 1400 (min dörd yüz) manat pul və 34 (otuz dörd) manat 40 (qırx) qəpik dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 30 manat və xx.xx.2023-cü il tarixdə 50 manat Cavabdeh məxsus kart hesabına köçürülmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İddiaçı Ceyhun Həşimov tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış və imzalanmış qəbzə və iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinə əsaslanaraq, ümumilikdə 1100 manat məbləğində borcun qaytarılmasını iddia və tələb etdiyi halda, Cavabdeh müqavilə üzrə iddiaçıdan pul almadığını, birlikdə ticarətə girdiklərini, ticarətə Elman tərəfindən xərclənən puldan 2400 manat qaytardığını, lakin kredit müqaviləsi bağlandıqdan sonra heç bir ödəniş etmədiyini göstərmişdir. X2 əlavə olaraq izahatında kredit müqaviləsini qorxaraq bağladığını qeyd etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Hazırki işdə Cavabdeh xx.xx.2023-cü il tarixdə yazılmış qəbzin onun tərəfindən yazıldığını etiraf etmişdir. Eyni zamanda iddiaçı tərəfindən onun kart hesabına da pulların göndərdiyini təsdiq etmişdir.(bu hal iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri ilə də sübuta yetirilir). Lakin cavabdeh iddiaçıdan almış olduğu ümumilikdə 1100 manat pulun qaytarılmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərinin isə iddiaçı ilə yaranmış əvvəlki borc münasibətlərinə aid olduğu, xx.xx.2023-cü il tarixdən bu günə qədər borcu üzrə hər hansı ödəniş etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh xx.xx.2023-cü il tarixdə yazdığı qəbzdə (sadə yazılı əqddə) iddiaçıdan 1000 (bir min) manat məbləğində borc pul aldığını etiraf etmiş, heç bir təzyiq və təsir olmadan könüllü olaraq iddiaçıya qəbz yazaraq təqdim etmişdir. Həmin qəbzlə iddiaçının cavabdehə 1000 manat məbləğində borc pulun verdiyi sübuta yetmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzləri ilə İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 30 manat və xx.xx.2023-cü il tarixdə 50 manat Cavabdeh məxsus kart hesabına köçürülməsi sübuta yetirilmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Сavabdeh Cavabdeh aldığı borc məbləğinin iddiaçıya ödənildiyini göstərsə də, borcdan ödənişlərin aparılmasına dair heç bir sübutu (ödəniş edilməsi barədə iddiaçının ona yazdığı və ya pul banderollarının göndərilməsinə dair poçt, bank qəbzlərini) məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı və 1100 manat məbləğində borc pul cavabdehdən məcburi qaydada alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 31 manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1100 (bir min bir yüz) manat məbləğində borc və 31 (otuz bir) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1131 (bir min bir yüz otuz bir) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh 1100 (bir min bir yüz) manat məbləğində borc və 31 (otuz bir) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1131 (bir min bir yüz otuz bir) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-114/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-114/2024
01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver