Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1140/2022 21.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələri, zamin müqaviləsi üzrə mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 1759 (min yeddi yüz əlli doqquz) manat məbləğində pulun və ödədiyi 38 (otuz səkkiz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim edərək pulun bir hissəsi – 400 manat Cavabdeh tərəfindən ödənildiyindən Cavabdeh onun xeyrinə 1359 (bir min üç yüz əlli doqquz) manat məbləğində pulun və ödədiyi 38 (otuz səkkiz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o. Zarağan kənd sakini Cavabdeh şikayətçidir. Belə ki, qohum olan yəni (baldızının əri) Cavabdeh "Nikoyl" İKB- dan 2000 ABŞ dolları məbləğində kredit götürmək üçün ondan zamin durmağı xahiş etdi. O, əvvəl razılıq verməsə də, O, dəfələrlə israrla ondan xahiş etdi ki, vacib pul lazimdır, o, Müşfiqin israrlı xahişlərini nəzərə alaraq, 14 aprel 2015-ci il tarixdə "Nikoyl" İKB-nın Qəbələ filialında zaminlik müqaviləsini imzaladı. Müqavilədə yazılan yazılar o qədər xırda idi ki, onları oxumaq mümkün deyildi. Ona görə də o, sənədləri oxumadan, həm də bankın işçisinə etibar edərək onun göstərdiyi yerləri imzaladı. Ona şifahi olaraq da heç nəyi izah etmədi və Cavabdeh bankın xəzinəsinə yaxınlaşaraq 2000 ABŞ dolları məbləğində pulu götürdü. Bir neçə ay keçəndən sonra "Nikoyl" İKB-nın işçisi ona zəng vuraraq dedi ki, Cavabdeh aylıq ödəməli olduğu kredit pulunu gecikdirir, həmdə zənglərə cavab vermir. Bu halda onların məhkəməyə veriləcəyini və onun əmək haqqının yarısı tutulacağını bildirdi. O, Müşfiqə zəng vuraraq krediti nə üçün ödəmədiyini soruşdu. O isə müxdəlif yalanlar danışmağa başladı. Ona bildirdi ki, narahat olma tez bir zamanda krediti bütöv olaraq ödəyəcək. Lakin Müşfiq verməli olduğu kretit borcunu ödəmədiyi üçün "Nikoyl” İKB pulun qaytarılması üçün Məhkəməyə müraciət etdi. Qəbələ Rayon Məhkəməsi 14 iyun 2018 ci-il tarixli, 2(025)-1172/2018 saylı məhkəmə əmri çıxararaq Müşfiqdən və ondan ümumilikdə cəmi 1378,1 ABŞ dolları və 20 manat dövlət rüsumunu müştərək qaydada tutularaq kreditor "Nikoyl" İKB-nın hesabına ödənilməsinə dair əmir verdi. Həmin əmrin icrası ilə bağlı Qəbələ rayon icra və probasiya şöbəsi Məhkəmə əmri əsasında ödənilməli məbləğin və həmin məbləğin 7% icra xidməti olmaqla əmək haqqımın 50% tutulması məqsədi ilə Qəbələ rayon Mərkəzi Xəsdəxanasına məktub göndərilmişdir. Nəticədə əmək haqqının 50% məbləği tutularaq ümumilikdə 1759.86 manat pul "Nikoyl" İKB-nın hesabına ödənilmişdir. Zamin durduğu üçün ondan tululan pulu Cavabdeh istədikə qaytaracağını bildirdi. Lakin bugünə qədər ona qaytarmalı olduğu puldan heçnə ödəməyib. O da məcburiyyət qarşısında qalaraq Məhkəməyə müraciyyət etməli oldu. Eyni zamanda hazırkı zamanda birgə öhdəlik üzrə borc tamamilə bağlanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, 14 aprel 2015-ci il tarixdə 2000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı onun öhdəliklərinin icrası üçün zaminlik müqaviləsi bağlamışdır. Kredit götürsə də maddi imkanı olmadığından bir müddət sonra həmin kredit müqaviləsi üzrə aylıq ödənişləri həyata keçirə bilməmişdir. İddiaçıya olan borcunu isə yalnız hissə-hissə ödəyə bilər. İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim olunduqdan sonra ona 400 manat ödəniş etmişdir. Odur ki, iddia tələbinin qismən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli 5-Z1-1-0-497-15 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı borclu Cavabdeh 14 aprel 2015-ci il tarixli 5-Z1-1-0-497-15 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İşdə olan 29 iyul 2022-ci il tarixli, 2031 saylı arayışdan görünür ki, ”Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X3 işləyən işləmiş İddiaçı əmək haqqısından 2021-ci ilin iyun ayından 2022-ci ilin iyun ayına kimi 1550.76 manat vəsait "xxxx" ASC-nin hesabına, 209 manat Qəbələ Rayon İcra və probasiya şöbəsinə köçürülmə olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-1172/18 nömrəli, xx.xx.2018-ci il tarixli məhkəmə əmrindən görünür ki, Borclular xx.xx.1988-ci ildə Qəbələ rayonunda anadan olan, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan Cavabdeh və xx.xx.1991-ci ildə Qəbələ rayonunda anadan olan, Qəbələ rayonu, Yengicə kəndində qeydiyyatda olan İddiaçı birgə qaydada kreditor ünvan 1 ünvanda yerləşən «Nikoyl» X1 xeyrinə 1378.1 (bir min üç yüz yetmiş səkkiz ABŞ dolları on sent) ABŞ dolları əsas borc və 835.57 (səkkiz yüz otuz beş ABŞ dolları əlli yeddi sent) manat faiz borcu, 94.02 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2307.69 (iki min üç yüz yeddi ABŞ dolları altmış doqquz sent) ABŞ dolları məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti tutulması əmr edilmişdir. İşdə olan Qəbələ Rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Təbiyyət Həsənquliyevin 26 aprel 2022-ci il tarixli “icraata xitam verilməsi barədə” qərarın surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1172/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borc tamamilə ödənildiyindən icra sənədinə xitam verilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1172/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə ümumilikdə 1759 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, «Nikoyl» X2 ilə Cavabdeh arasında bağlanan 14 aprel 2015-ci il tarixli, 5-Z1-1-0-497-15 nömrəli Kredit Müqaviləsinə əsasən borcalana illik 30 % olmaqla 24 ay müddətinə 2000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Borc üzrə öhdəliklərin icrasının təmini kimi zamin (iddiaçı) İddiaçı ilə «Nikoyl» X2 arasında 14 aprel 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh kredit götürülən pulu bütövlükdə götürmüşdür. Cavabdeh bir neçə ay ödəniş etsə də, qalan kredit borcu üzrə heç bir ödəniş etməmişdir. Kredit müqaviləsinin şərtlərinə borclu və zamin tərəfindən əməl edilməmiş, onlar, kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazmi qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən «Nikoyl» X1 iddiasına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1172/18 nömrəli, xx.xx.2018-ci il tarixli məhkəmə əmrindən görünür ki, Borclular xx.xx.1988-ci ildə Qəbələ rayonunda anadan olan, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan Cavabdeh və xx.xx.1991-ci ildə Qəbələ rayonunda anadan olan, Qəbələ rayonu, Yengicə kəndində qeydiyyatda olan İddiaçı birgə qaydada kreditor ünvan 1 ünvanda yerləşən «Nikoyl» X1 xeyrinə 1378.1 (bir min üç yüz yetmiş səkkiz ABŞ dolları on sent) ABŞ dolları əsas borc və 835.57 (səkkiz yüz otuz beş ABŞ dolları əlli yeddi sent) manat faiz borcu, 94.02 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2307.69 (iki min üç yüz yeddi ABŞ dolları altmış doqquz sent) ABŞ dolları məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti tutulması əmr edilmişdir. Buna baxmayaraq Cavabdeh heç bir ödəniş etməmiş, qalıq borcun tutulması İddiaçı əmək haqqına yönəldilmişdir. İddiaçı cavabdehin yerinə "Nikoyi" İKB xeyrinə əmək haqqından tutulmalarla birlikdə 1759 manat pulu ödəyərək borcu tamamilə bağlamışdır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim olunduqdan sonra Cavabdeh tərəfindən iddiaçıya 400 manat ödəniş edilmişdir. Hazırda iddiaçı subsidiar qaydada Cavabdeh onun xeyrinə 1359 (bir min üç yüz əlli doqquz) manat məbləğində pulun və ödədiyi 38 (otuz səkkiz) manat dövlət rüsumunun tutulması tələb edir. İş materiallarından göründüyü kimi, iddiaçı banka cəmi 1759 manat ödəniş etmiş və tələb üzrə hüquqlar həmin həcmdə iddiaçıya keçmişdir. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim olunduqdan sonra cavabdeh tərəfindən ona 400 manat ödəniş edilmişdir. Odur ki Cavabdeh 1359 (bir min üç yüz əlli doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1359 (bir min üç yüz əlli doqquz) manat məbləğində pul vəsaiti və 38 (otuz səkkiz) tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 1359 (bir min üç yüz əlli doqquz) manat məbləğində pul vəsaiti və 38 (otuz səkkiz) tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1140/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1140/2022
21.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver