Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1150/2020 10.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X3 qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 1000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh soyadı səhvən Ağayev kimi qeyd edildiyini, onun Cavabdeh kimi oxunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır. Vəndam qəsəbəsində yerləşən həyətindəki tikilinin (navesin) damının dəyişdirmək qərarına gəlmişdir. Belə olub Vəndam qəsəbəsində usta kimi fəaliyyət göstərən Əzizağa Ağayev ilə bu barədə danışmışdır. Daha sonra Vəndam qəsəbə sakini X5 ilə onun navesinin üzərinə örtmək üçün fermaların (profillərdən hazırlanan) hazırlanması barədə razılığa gəlmişlər. Belə ki, materialların alınması üçün və eyni zamanda usta pulu məqsədilə Əzizağa Ağayevə ümumilikdə 1000 manat pul vermişdir. Həmin pulun 300 manatı usta üçün, 700 manatı isə materiallar üçün nəzərdə tutulmuşdur. Əzizağa Ağayev ilk öncə 17 ədəd fermanı hazırladığını, qalan üç fermanı isə öz evinin damına istifadə etdiyini, tez bir zamanda onun fermalarını hazırlayacağını bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq dəfələrlə müraciət etsə də, hər dəfə bir bəhanə ilə düzəldib verəcəyini bildirmişdir. Lakin bir müddət sonra ona məxsus 17 ədəd fermanıda başqa adama satdığı ona məlum olmuşdur. Özü bunu etiraf etmiş və ya 1000 manat pulunu, ya da 20 ədəd fermanı hazırlayıb qısa müddət ərzində qaytaracağını bildirmişdir. Lakin bu günədək ya onun pulunu, ya da razılaşmalarına uyğun olaraq fermaları qaytarmamışdır. Bununla bağlı Qəbələ RPŞnə ərizə ilə müraciət etmiş və Əzizağa Ağayevin izahatı alınmışdır. Ona polis şöbəsindən verilən məlumatda Əzizağa Ağayevin ona borcu olmasını etiraf etməsi bildirilmişdir. Lakin Qəbələ rayon Polis şöbəsindən ona göndərilən məktubda məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdehlə danışıqlar zamanı pulunu qaytaracağını bildirdiyinə görə bu günə qədər məhkəməyə müraciət etməmişdir. Amma artıq cavabdehin könüllü şəkildə ödəyəcəyinə inanmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, İddiaçı ona profil vermiş və o, 17 ədəd ferma düzəltməli imiş. Ona verilmiş profillər 34 metr imiş və həmin profillərin qiyməti 630 manat imiş. O, düzəltdiyi fermaları başqa şəxsə 750 manata satmaq istəmiş və iddiaçıya bunu bildirmiş və iddiaçı da onunla razılaşmışdır. Lakin sonradan həmin profilləri sata bilməmişdir. Lakin iddiaçı ona profillərdən əlavə hər hansı məbləğdə pul verməmişdir. Sonda məhkəmə yazılı ərizə təqdim edərək İddiaçı 750 manat məbləğində borcu olduğunu etiraf etmiş və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Qəbələ rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı X1 barəsində etdiyi müraciətdə göstərilən xüsusatlarla bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə İƏD üzrə tərəfindən verilmiş 07oktyabr 2020-ci il tarixli, 1405 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçıxx.xx.1968-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1962-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi “Tapşırıq” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh (vəkalət alan) müqavilə bağlandığı gündən razılaşmalarına əsasən iddiaçı tərəfindən ona verilmiş profillər əsasında fermalar hazırlayıb İddiaçı (vəkalət verənə) təhvil verilməsini öhdəsinə götürmüşdür. Sözügedən şifahi müqaviləyə əsasən İddiaçı Cavabdeh bir fermanın əvəzində 15 manat verməyi öhdəsinə götürmüşdür. Lakin vəkalət alanCavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və fermaları hazırlamamışdır. Bu halı Əzizağa Abdurahmanov məhkəmədə ifadəsində də etiraf etmişdir. Bununla bağlı İddiaçı tərəfindən dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, o, hər hansı bir müsbət addım atmamışdır. İddiaçı iddia ərizəsində cavabdehə materialların alınması üçün və eyni zamanda usta pulu məqsədilə Əzizağa Ağayevə ümumilikdə 1000 manat pul məbləğində mal verdiyini, cavabdehin isə ya aralarında olan razılığa əsasən fermaları düzəldib təhvil vernədiyini, malın əvəzinə pulu isə qaytarmağı öhdəsinə götürdüyünü, lakin sonuncunun pulu qaytarmaq barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini göstərib, həmin pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edərkən tələbinin əsası kimi istinad etdiyi halları cavabdeh tərəfindən Qəbələ rayon Polis şöbəsində yazılmış izahatla əsaslandırmağa çalışmışdır. Cavabdeh isə məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçıya 750 manat məbləğində pul qaytarmalı olduğunu etiraf etmişdir. Beləliklə də, işin qeyd olunan halları ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında xidmətlər göstərilməsi ilə bağlı aralarındakı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin şifahi razılığa (müqaviləyə) əsasən də iddiaçı tərəfindən cavabdehə fermalar hazırlanması üçün profillər verilmiş, cavabdeh tərəfindən isə iddiaçının tapşırığı əsasında nə fermalar hazırlamış, nə də fermaların hazırlanması üçün profillərin dəyərinin ödənilməsi barədə üzərinə götürdüyü digər öhdəlik yerinə yetirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməyərək ya fermalar hazırlamış, ya da fermaların hazırlanması üçün profillərin dəyərinin ödənilməsi barədə üzərinə götürdüyü digər öhdəliyi yerinə yetirməmişdir . Buna görə də cavabdeh tərəfindən etiraf edilən 750 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi Cavabdeh iddiaçıya 750 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə Cavabdeh iddiaçıya 750 manat məbləğində borcu olduğunu etiraf etmişdir. İddiaçının iddia tələbi cavabdeh tərəfindən qismən etiraf edildiyi üçün iddia həmin hissədə təmin olunmalıdır. Həmçinin iddiaçı iddia tələbinin əsası olan 1000 ( bir min manat) manat məbləğində profillərin cavabdehə verilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində Mülki Məcəllənin əsassız varlanma ilə bağlı qanun normalarına istinad edərək cavabdehdən bu əsaslarla pulunu tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatlarından, məhkəmə təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının tələb etdiyi pul məbləği əslində tapşırıq müqaviləsindən gələn öhdəlikləri ilə bağlı yaranmamışdır. Bu səbəbdən Mülki Məcəllənin əsassız varlanmaya dair müddəaları tərəflər arasındakı mübahisəyə şamil edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsümü Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli,Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 780 (yeddi yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 780 (yeddi yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonar qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1150/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1150/2020
10.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver