Məhkəmə qərarları › İş №2(025)-1157/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1157/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1157/2020 17.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakimİsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, X1 Kredı̇t Təşkı̇latı "Embafı̇nans" Qapalı Səhmdar Cəmı̇yyətinin cavabdeh Ağayeva Elmı̇ra Nurəmməd qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dairiddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi X1 Kredı̇t Təşkı̇latı "Embafı̇nans" Qapalı Səhmdar Cəmı̇yyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bank Olmayan Kredı̇t Təşkı̇latı "Embafı̇nans" Qapalı Səhmdar Cəmı̇yyətiBank Olmayan Kredı̇t Təşkı̇latı "Embafı̇nans" Qapalı Səhmdar Cəmı̇yyətinin xeyrinə 2096,69 AZN əsas; 330,69 AZN faiz; 2,56 cərimə borcu; cəmi 2429,94 AZN məbləğində borcun və ödənilmiş 30.40 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh 24 ay müddətinə 2486 (iki min dörd yüz səksən altı) manat məbləğində kredit verilmiş və bununla bağlı X2 Təşkilatı xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixli, 405 QTM-0303-19 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.1.1 -ci bəndinə əsasən “Borcalan” tərəfindən Müqaviləyə və mun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə Borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit Müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit ödəməkdə problemlər yarandıqda borclu özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Halhazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh X2 Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2020-ci il tarixə əsas borcu 2096.69 AZN (iki min doxsan altı manat 69 qəpik), faiz borcu 330.69 AZN Uç yüz otuz manat 69 qəpik), cərimə borcu 2.56 AZN (İki manat 56 qəpik) ümumi borcu 2429,94 AZN (İki min dörd yüz iyirmi doqquz manat 94 qəpik) təşkil edir ki, bu borcun cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx xxxx 2020-ci ii tarixli, 8869/20 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Bank Olmayan Kredı̇t Təşkı̇latı "Embafı̇nans" Qapalı Səhmdar Cəmı̇yyətinin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq məhkəmə baxışını onların iştirakı olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Ağayeva Elmı̇ra Nurəmməd qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxxxx 2019-cu il tarixli, 405-QTM-0303-19 saylı kredit müqaviləsindən görünür ki, X1 Kredı̇t Təşkı̇latı "Embafı̇nans" Qapalı Səhmdar Cəmı̇yyəti tərəfindən Cavabdeh 24 ay müddətinə illik 34.05 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2486 AZN məbləğində kredit verilmişdir. İşdə olan «Ödəniş cədvəli»nin surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, 405-QTM-0303-19 kredit müqaviləsinə əsasən ona verilmiş 2486 AZN məbləğində kredit vəsaitini hər ay 144 manat məbləğində, sonuncu ay isə 151,49 manat məbləğində ödənişlər etməklə 24 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli, N MA-0018570-20 saylı maliyyə arayışından görünür ki, Cavabdehnun banka xx.xx.2020-ci il tarixə xx xxxxxxxx 2019-cu il tarixli, 405-QTM-0303-19 saylı kredit müqaviləsinə əsasən 2096,69 AZN əsas, 330,69 AZN faiz borcu, 2,56 cərimə borcu olmaqla cəmi 2429,94 AZN borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. Borclu ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bildiriş məktubundan görünür ki, Bank Olmayan Kredı̇t Təşkı̇latı "Embafı̇nans" Qapalı Səhmdar Cəmı̇yyəti kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə barəsində qanuni tədbirlərin görüləcəyi barədə borcluya xəbərdarlıq etmişdir. Məhkəmə hesab edir ki, X1 Kredı̇t Təşkı̇latı "Embafı̇nans" Qapalı Səhmdar Cəmı̇yyətinin iddia tələbi tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdehnun xx xxxxxxxx 2019-cu il tarixli, 405-QTM-0303-19 saylı kredit müqaviləsinə əsasən əsas borcu 2096,69 manat, faiz borcu 330,69 manat, cərimə borcu 2,56 manat olmuşdur. Məhkəmə hesab edir ki, 2,56 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu 40 (qırx) qəpik xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2096,69 (iki min doxsan altı manat altmış doqquz qəpik) manat məbləğində əsas borc, 330,69 (üç yüz otuz manat altmış doqquz qəpik) manat məbləğində faiz borcu, 2,56 (iki manat əlli altı qəpik) manat məbələğində cərimə borcu, cəmi 2429,94 (iki min dörd yüz iyirmi doqquz manat doxsan dörd qəpik) manat borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 40 (qırx) qəpik məbləğində xidmət haqqı BOKT “xxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh Ağayeva Elmı̇ra Nurəmməd qızından 2096,69 (iki min doxsan altı manat altmış doqquz qəpik) manat məbləğində əsas borc, 330,69 (üç yüz otuz manat altmış doqquz qəpik) manat məbləğində faiz borcu, 2,56 (iki manat əlli altı qəpik) manat məbələğində cərimə borcu, cəmi 2429,94 (iki min dörd yüz iyirmi doqquz manat doxsan dörd qəpik) manat borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 40 (qırx) qəpik məbləğində xidmət haqqı BOKT “xxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar