Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1171/2020 26.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı” ASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1108.92 AZN əsas borc olmaqla ümumilikdə cəmi 1108.92 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X5 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 26 faizlə 36 ay müddətinə 1510 ABŞ dolları kredit götürmüşdür. 21.11,2016-cı il tarixli kredit müqaviləsinə Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 1591.73 ABŞ dolları Mərkəzi Bankın xx.xx.2016 tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 2720.43 AZN təşkil edir, kreditin müddəti xx.xx.2021 tarixədə ktəyin edilir. “xxxx” İKB ASC ilə X5 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən X1 verilmişdi və bununla da X2 əsas borcu 906 AZN azaldılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il avqustun 22dək X2 banka xx xxxxxx 2015-cli il tarixli kredit müqaviləsi üzrə 1108.92 AZN əsas borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, hal-hazırki kredit müqaviləsi üzrə mübahisəyə dair işin məhkəmənin icraatında olduğu müddətdə Cavabdeh tərəfindən xx xxxxxx 2015-ci tarixli kredit müqaviləsi üzrə xx xxxxxxx 2020-ci il tarixdə 50 manat, xx xxxxxx 2020-ci il tarixdə 82 manat ödəniş edilmişdir. Odur ki, bunun nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, xx xxxxxx 2015-ci il tarixdə 1510 ABÇ dolları kredit almışdır və aylıq ödənişləri vaxtında etmişdir. Yalnız bir müddət sonra devalvasiya baş verdiyindən bir neçə ay maddi imkanı səbəbindən ödənişləri həyata keçirə bilməmişdir. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etdikdən sonrakı müddət ərzində - oktyabr və noyabr aylarında 50 manat və 82 manat olmaqla kredit müqaviləsi üzrə ödəniş etmişdir. Qalan borc məbləğini də yalnız hissə-hissə ödəyə bilər. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı «xxxx» İKB ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan xx xxxxxx 2015-ci il tarixli 5-Y- 6-0-1534-15 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 1510 USD məbləğində illik 26 % olmaqla 36 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə 1510 USD məbləğində pul vəsaitini imza edərək qəbul etmişdir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli 5-Y-6-0-1534-15 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 1510 USD məbləği illik 26 %-lə, 36 ay müddətinə aylıq 60,84 manat, son ayda isə 60.80 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli 5-Y-6-0-1534-15 nömrəli kredit müqaviləsinə əlavə Sazişə əsasən kreditin qalıq məbləği 1591.73 USD Mərkəzi Bankın xx.xx.2016cı il tarixə olan məzənnəsi ilə konvertasiya edilməklə 2720.43 manat təşkil edir. Kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixə qədər uzadılır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh 2720.43 manat məbləği illik 19.56 %-lə, 60 ay müddətinə aylıq 71,41 manat, son ayda isə 71.42 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli 5-Y-6-0-1534-15 nömrəli kredit müqaviləsi üzrə 1108.92 manat əsas borcu, 0 manat faiz borcu və 0 manat cərimə borcu olmaqla, cəmi 1108.92 manat borcu vardır. İş materiallarında olan xx.xx.2016-ci ildən xx.xx.2020-ci ilədən olan tarix aralığını əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə 50 manat və xx xxxxxx 2020-ci il tarixdə 82 manat olmaqla ümumilikdə 132 manat məbləğində kredit ödənişi həyata keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh xx.xx.1962-ci ildə Qəbələ rayonu Bılıx kəndində doğulmuşdur həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, 1108.92 manat əsas borcun bir hissəsi Cavabdeh tərəfindən ödənildiyindən onun məbləği azaldılmalı, 976.92 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 976 manat 92 qəpik kredit borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh (borclu) Cavabdeh xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 976 manat 92 qəpik kredit borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1171/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1171/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver