Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1181/2022 12.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 552.25 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, "xxxx" MMC-də mühasib vəzifəsində çalışır. xx.xx.2021-ci il tarixdə cəmiyyətin işçilərinin əmək haqqlarını köçürən zaman cəmiyyətlə əmək münasibətlərinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş Cavabdeh səhvən 652.25 manat pul köçürmüşdür. Həmin puldan 100 manatın Cavabdeh tərəfindən cəmiyyətə ödənilməsi təmin edilmişdir. Lakin tələbləri baxmayaraq qalıq 552.25 manat səhv köçürülmüş məbləğ Cavabdeh tərəfindən geri qaytarılmadığı üçün "xxxx" MMC-nin direktoru tərəfindən hər ay 100 manat olmaqla həmin məbləğin onun əmək haqqından tutulması barədə xx.xx.2022-ci il tarixdə əmr verilmiş, hazırki tarixdə pul tam olaraq məndən tutulmuşdur. 552.25 manat pulun geri qaytarılması üçün Cavabdeh ünvanına məktub göndərsə də, pul geri ödənilməmiş və məktubuna münasibət bildirməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" MMC-nin 30 avqust 2021-ci il tarixli 230/X saylı əmrindən görünür ki, müəssisənin Mətbəx şöbəsində Aşbaz köməkçisi vəzifəsində işləyən Cavabdeh əmək müqaviləsinə 01 sentyabr 2021-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən xitam verilmiş, işçiyə son ay ərzində işlədiyi iş günlərinin və 2021-2022-ci il məzuniyyətindən 6 (altı) gün əmək məzuniyyətinin pulu hesablanaraq verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Əmək haqqı köçürmələri üzrə çıxarışdan görünür ki, Cavabdeh hesabına həmin tarixdə 652.25 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin 02 mart 2022-ci il tarixli 040/T saylı əmrindən görünür ki, Cəmiyyətin mühasib vəzifəsində işləyən əməkdaşı İddiaçı 2022-ci il fevral ayının əmək haqqısından başlayaraq tərtib edilmiş akta əsasən əsas borc məbləği 552.25 manat qurtaranadək əmək haqqısından 100 manat məbləğində tutulma aparılması əmr edilmişdir. İş materiallarında olan 03 mart 2022-ci il tarixli Aktın surətindən görünür ki, Qabaland MMC-də mühasib vəzifəsində çalışan İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə işdən ayrılmış Cavabdeh xx.xx.2021 tarixdə səhvən 652.25 AZN əməkhaqqı yüklənilmişdir. İşçi xx.xx.2021 tarixdə səhvən ödənilmiş məbləğdən 100 AZN geri qaytardıqdan sonra qalıq məbləğin ödənişi olmamışdır və həmin məbləğ 552.25 AZN İddiaçı əməkhaqqından tutulacaqdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühasib vəzifəsində çalışan İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə işdən ayrılmış Cavabdeh xx.xx.2021-ci il tarixdə səhvən 652.25 AZN əmək haqqı yüklənilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə səhvən ödənilmiş məbləğdən 100 AZN geri qaytardıqdan sonra qalıq məbləğin ödənişini həyata keçirməmişdir. "xxxx" MMC-nin 02 mart 2022-ci il tarixli 040/T saylı əmrinə əsasən həmin məbləğ - 552.25 AZN hissə-hissə olaraq İddiaçı əmək haqqından tutulmuşdur. Hazırda iddiaçı Cavabdeh 552.25 manat məbləğində pulun alınıb ona verilməsini tələb edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən İddiaçı tərəfindən Cavabdeh hesabına səhvən ödənilmiş verilmiş 552,25 (beş yüz əlli iki manat iyirmi beş qəpik) manat məbləğində pul qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün Cavabdeh 552,25 (beş yüz əlli iki manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 552,25 (beş yüz əlli iki manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1181/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1181/2022
12.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver