Məhkəmə qərarları › İş №2(025)-119/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-119/2022

05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-119/2022 05.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair (Açar sözlər: maddi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə, dəymiş maddi zərərin məbləğində 1411 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 18.06.2021-ci il tarixdə saat 22:55 radələrində Qəbələ şəhəri, Heydər Əliyev prospekti ərazisində sürücülük vəsiqəsi olmadan Mersedes Benz 280 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən düzgün ara məsafəsi saxlamamış, nəticədə onunla eyni istiqamətində idarə etdiyi VAZ-2103 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq avtomobilə 1411 manat məbləğində maddi ziyan vurmuşdur. Polis əməkdaşları cavabdeh barəsində inzibati məsuliyyətə cəlb olunması barədə akt tərtib edilmiş və baxılması üçün Qəbələ rayon məhkəməsinə göndərilmişdir. Qəbələ rayon məhkəməsinin 09.08.2021-ci il tarixli qərarı ilə cavabdeh AR İXM-nin 334-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərardan da görünür ki, Cavabdeh AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun idarə etdiyi VAZ-2103 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq maddi ziyan vurmuşdur. Avtomobilə dəymiş zərərin məbləği 1411 manat məbləğindədir. Cavabdehə məxsus Mercedes Benz 280 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsiri üzündən baş vermişdir. Qeyd olunanlar Qəbələ rayon YPX inspektorunun AR İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol əsasında toplanmış material üzrə 09.08.2021-ci il tarixli 3(025)-366/2021 saylı qərar və digər sənədlərlə təsdiq olunur. 22.06.2021-ci il tarixdə ona məxsus VAZ 2103 markalı, **- BB-*** dövlət nömrə nişanlı minik avtomobilinə Qəbələ şəhər fərdi avtomobillərə texniki xidmət stansiyasında ilkin baxış keçirilmiş və qəza nəticəsində sıradan çıxmış ehtiyyat hissələri müəyyən edilərək ziyan aktı tərtib edilmişdir. Beləliklə, cavabdehin təqsiri üzündən ona 1411 manat ziyan vurulmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, eyni zamanda göstərdi ki, ekpsert rəyində göstərilmiş məbləğdə iddia tələbinin təmin edilməsinə etiraz etmir. Həmin cavabdeh tərəfindən 1000 manat ödənilərsə, həmin məbləğdə iddianın təmin edilməsinə etiraz etmir. Göstərilənlərin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçıya dəfələrlə avtomobili özü təmir etməyi təklif etmiş, amma iddiaçı razılaşmamışdır. Hal-hazırda isə iddiaçı tələb edən məbləği bir dəfəyə ödəməyə maddi imkanı çatmır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(025)- 366/2021 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin332.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Həmçinin Qəbələ Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(025)-366/2021 nömrəli qərarından görünür ki, Cavabdeh törətdiyi inzibati xətada özünü təqsirli bilmişdir. İş materiallarında olan 22iyun 2021-ci il tarixli “Ziyan Akt”ından görünür ki, “Vaz 2103” markalı, **-BB-*** dövlət nömrə nişanlı minik avtomobilinə cəmi 1411 (bir min dörd yüz on bir) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 21.09.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə Qəbələ rayonu, Daşça kəndində anadan olmuş və Qəbələ rayonu Daşça kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Asan-Qəbələ tərəfindən 15.03.2018-ci il tarixli, seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2001-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin 25 yanvar 2022-ci il tarixli, 2(025)-1119/2022 nömrəli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2022-ci il tarixli, 9/1019 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan 22.06.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1971-ci il buraxılışlı “Vaz 2103” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1211,0 manat müəyyən edilir. Mülki işə tətbiq edilən hüquq: AzərbaycanRespublikasınınMülkiProsessualMəcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmənin mövqeyi: Göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(025)-366/2021 nömrəli qərarı ilə Cavabdeh təqsiri müəyyən olunmuş və təqsirinin nəticəsində “VAZ 2103” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəyməsi göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin Qəbələ Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(025)-366/2021 nömrəli qərarı ilə sübuta yetmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 1411 manat məbləğində maddi ziyan tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2022-ci il tarixli, 9/1019 nömrəli rəyi ilə 1971-ci il buraxılışlı “Vaz 2103” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1211,0 manat müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə 1211 manat maddi zərərin tutulmasını əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 1211 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1211 manat məbləğində maddi ziyan alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 36 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1211 manat məbləğində maddi ziyan alınıb İddiaçı verilsin İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar