Məhkəmə qərarları › İş №2(025)-120/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-120/2021

27.01.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-120/2021 27.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, X1, İddiaçı2 və Cavabdeh iştirakları ilə X1 və İddiaçı2 Cavabdeh qarşı “mülkiyyətlərində olan torpaq sahələrinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasına maneçilik törədilməsinin qarşısının alınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X1 və İddiaçı2 Cavabdeh qarşı “mülkiyyətlərində olan torpaq sahələrinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasına maneçilik törədilməsinin qarşısının alınması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasına maneçilik törədilməsinin qarşısının alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Qəbələ rayon X5 xx xxxxxxxx 1997ci il tarixli, 18 saylı qərarı ilə onların mülkiyyətlərinə pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsini cavabdeh qanunsuz zəbt etdiyinə görə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişlər və bununla əlaqədar olaraq Qəbələ rayon məhkəməsində “mülkiyyətlərində olan torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsinə dair” iddia qaldırmışlar. Məhkəmənin gedişi zamanı, yəni məhkəmənin xx xxx 2020-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin olunmuş və işin icraatı dayandırılmışdır. Ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. Ekspertin rəyi ilə müəyyən edilmişdir ki, guya cavabdeh tərəfindən mülkiyyətlərində olan torpaq sahəsi zəbt edilməmişdir. Ekspertin rəyinə şübhə ilə yanaşdıqlarından ərizə ilə iddialarını geri götürmüşlər və mülkiyyətlərində olan torpaq sahəsinin sərhədlərini dəqiq müəyyən etmək üçün onlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişlər. Onların ərizələri nəzərə alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX-i ölçü-biçi işlərini öz yerli şöbəsinə həvalə etmişdir. Mülkiyyətlərində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX-nin Qəbələ rayon şöbəsinin əməkdaşları xx xxxxxxxx 2020-ci il tarixdə Mamaylı kəndinə gəlib torpaq sahəsinin sərhədlərinin müəyyən etmək istəmişlər. Lakin cavabdeh təhqiredici sözlərlə onları sahəyə buraxmamışdır. Ona görə də həmin tarixdə akt tərtib edilmişdir ki, torpaq sahəsini naturada ölçmək mümkün olmamışdır. Bu səbəbdən ölçü işlərinin aparılmasına maneçilik törədilməsinin qarşısının alınması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Mülkiyyətlərində olan torpaq sahəsinin bir hissəsindən göstərilən səbəbə görə istifadə edə bilmirlər. Bu barədə cavabdehlə dəfələrlə söhbət etmişlər və hər dəfə də onların təhqiredici sözlərinə məruz qalmışlar. Hətta bu barədə kənd icra nümayəndəsinə, bələdiyyəyə məlumat vermişlər. Lakin nəticəsi olmamışdır. Bu səbəbdən əlacsız qalıb məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişlər. Məhkəmə iclasında X2 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddianı tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək məhkəmədə verdiyi izahatında göstərmişdir ki, ona məxsus torpaq sahəsinin dörd tərəfdən də bağlıdır. O, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Əvvəllərdə həmin torpaq sahəsinə ekspertlər gələrək baxış keçirmiş və onun iddiaçıların torpaq sahəsini zəbt etməsi müəyyən olunmamışdır. Həmin gün isə əsəbi olduğundan kadastrın işçilərini mülkiyyətində olan torpaq sahəsinə buraxmamışdır. Bundan sonra heç bir maneçilik törətməyəcəkdir. Kadastrın əməkdaşları torpaq sahəsinə gəlib ölçü işlərin apara bilərlər. Qeyd olunanları nəzərə alamaqla məhkəmədən ədalətli və qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0002 (Kod: 40604038) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxxx 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən İddiaçı2, X6, X12 və X3 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mamaylı kəndində 3,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-0003 (Kod: 40604038) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxxx 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən X10, X7 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mamaylı kəndində 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, Qəbələ rayon Mamaylı kənd sakini X8 müraciətinə əsasən torpaq sahəsində ölçü işləri aparılan zaman qonşu mülkiyyətçi tərəfindən maneəçilik törədildiyindən naturada tanıdılması mümkün olmamış və aktın doğruluğunu Şəki LTİ-nin mühəndisi Zaur Rzayev, Bayramkoxalı kənd bələdiyyə sədri İsayev Vidadi və X10 öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Mamaylı kənd X16 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 02 nömrəli arayışdan görünür ki, Cavabdeh Qəbələ rayonu Mamaylı kəndində yaşayır və Qəbələ rayon Mamaylı kənd inzibati ərazi nümayəndəliyində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10xx.xx.1964-cü il tarixdə Qəbələ rayonu Ovculu kəndində doğulmuş, Qəbələ rayonu, Mamaylı kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1962-ci il tarixdə Qəbələ rayonu Ovculu kəndində doğulmuş, Qəbələ rayonu, Mamaylı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Qəbələ rayon AİK-in xx xxxxxxxx 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən İddiaçı2, X6, X12 və X3 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mamaylı kəndində 3,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Eyni zamanda Qəbələ rayon AİK-in xx xxxxxxxx 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən X10, X7 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mamaylı kəndində 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X2Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması tələbi ilə əvvəllər məhkəməyə müraciət etmiş, məhkəmə zamanı ekspertiza təyin edilmiş və ekspert rəyində göstərmişdir ki, cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsi zəbt edilməmişdir. İddiaçılar ekspertin rəyinə şübhə ilə yanaşdıqlarından ərizə ilə iddialarını geri götürmüşlər və mülkiyyətlərində olan torpaq sahəsinin sərhədlərini dəqiq müəyyən etmək üçün onlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişlər. Onların ərizələri nəzərə alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX-i ölçü işlərini öz yerli şöbəsinə həvalə etmişdir. Mülkiyyətlərində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX-nin Qəbələ rayon şöbəsinin əməkdaşları xx xxxxxxxx 2020-ci il tarixdə Mamaylı kəndinə gəlib torpaq sahəsinin sərhədlərinin müəyyən etmək istəmişlər, lakin cavabdeh ölçü işlərinin aparılmasına icazə verməmiş və maneə yaratmışdır. Bu fakt Şəki LTİ-nin mühəndisi Zaur Rzayev, Bayramkoxalı kənd bələdiyyə sədri İsayev Vidadi və X10 öz imzaları ilə təsdiq etdikləri xx.xx.2020-ci il tarixli Akt ilə də təsdiq olunur. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Mülki işin məhkəmə araşdırılması zamanı Cavabdeh iddia tələbini etiraf edərək Qəbələ rayon AİK-in xx xxxxxxxx 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən İddiaçı2, X6, X12 və X3 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mamaylı kəndində 3,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Qəbələ rayon AİK-in xx xxxxxxxx 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən X10, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mamaylı kəndində 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasında Kadastr İdarəsinin əməkdaşlarına heç bir maneçilik törədilməyəcəyini könüllü iradə ifadəsi olaraq verdiyi izahatında bildirmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Qəbələ rayon AİK-in xx xxxxxxxx 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən İddiaçı2, X6, X12 və X3 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mamaylı kəndində 3,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Qəbələ rayon AİK-in xx xxxxxxxx 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən X10, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mamaylı kəndində 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalıdır. Qət etdi: İddia tələbi təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxxxxxx 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən İddiaçı2, X6, X12 və X3 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mamaylı kəndində 3,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Qəbələ rayon AİK-in xx xxxxxxxx 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən X10, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mamaylı kəndində 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar