Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1201/2023 20.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ondan aldığı 14000 manat (on dörd min) manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Qəbələ rayonu Zarağan kəndində yaşayır. Cavabdeh onun həmkəndlisidir və onu kənd sakini əvvəldən tanıyır. Onunla münasibətləri olduğundan onu polis orqanlarına işə düzəldə biləcəyini qeyd etmişdir. Bunun üçün ondan ümumilikdə 14000 manat pul istəmişdir. Belə olub Cavabdeh 2020-ci ilin iyuniyul aylarında onu polis əməkdaşı kimi işə düzəltməsi üçün hər dəfəsində 4000 manat, 5000 manat, 1000 manat və 4000 manat olmaqla 4 dəfəyə 14000 manat pul vermişdir. Lakin sonradan cavabdeh verdiyi vədlərə əməl etməmiş, eyni zamanda ona verdiyi 14000 manat pulu bu günə qədər ona qaytarmamışdır. Pulunu ondan tələb edəndə isə həmin pulu Elməddin Quliyev adlı şəxsə verdiyini, Elməddinin isə dələduzluq edərək yoxa çıxdığını bildirmişdir. O isə Elmədin Quliyev adlı şəxsi ümumiyyətlə tanımamış və ona pul verməmişdir. O, yalnız Cavabdeh tanımış və 14000 manat pulu da ona vermişdir. Cavabdeh onun 14000 manat pulunu qaytarmadıqda isə məcbur olaraq Qəbələ rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciətinə uyğun olaraq Qəbələ rayon Polis şöbəsinin təhqiqatçısı X8 tərəfindən araşdırılma aparılmış, araşdırmanın nəticəsinə uyğun olaraq 15 yanvar 2021-ci il tarixdə “cinayət barədə məlumatın aidiyyəti üzrə göndərilməsi barədə” qərar qəbul edilmişdir. Sözügedən qərarda da Cavabdeh ondan 14000 manat pul aldığını etiraf etmişdir. Həmçinin müəyyən edilmişdir ki, X3 barəsində AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə DTX-nin İstintaq Baş İdarəsində cinayət işi başlanılmışdır. Təəssüflər olsun ki, Cavabdeh ondan aldığı 14000 manat pulu X1 verdiyini əsas gətirərək onun pulunu geri qaytarmaqdan imtina edir. O isə məcbur qalıb bununla bağlı müxtəlif dövlət orqanlarına müraciət etmişdir. Lakin müraciətlərinə dəqiq cavab verilməmiş, X3 adlı şəxsin axtarışda olduğu bildirilmişdir. O, Elməddin Quliyev adlı şəxsi tanımır və ona heç bir məbləğdə pul verməmişdir. O, pulu Cavabdeh vermiş və ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Buna səbəb isə Cavabdeh ona verdiyi 14000 manat pulu qaytarmaması olmuşdur. O, cavabdehdən ona verdiyi pulu tələb etməkdədir. Cavabdeh isə onun pulunu verdikdən sonra Elməddin Quliyev adlı şəxsdən həmin pulu tələb etmək hüququna malikdir. O, əziyyətlə qazandığı 14000 manat pulu Cavabdeh verdikdən sonra 2020-ci ildə müharibəyə yollanaraq İİ Qarabağ müharibəsində iştirak etmişdir. Müharibədə iştirakına uyğun olaraq “Vətən müharibəsi iştirakçısı” medalı, həmçinin “Laçının azad olunmasına görə medalı” ilə təltif olunmuşdur. Müharibədən sonra səhhətində yaranan bəzi problemlərə görə bir müddət işləyə bilməmişdir. Hal-hazırda isə cavabdehdən pulunu alıb özünə iş qurmaq niyyətindədir. Cavabdehin isə pulunu qaytarmaması ona çox böyük çətinliklər yaratmaqdadır. Bu səbəbdən göstərilən halların nəzərə alınmasını xahiş edir. O, hər dəfə cavabdehdən borcumu istədikdə müxtəlif bəhanələr gətirərək onu aladadır və ona olan 14000 manat borcunu qaytarmaqdan qərəzli olaraq boyun qaçırır. İddia ərizəsinə əlavə etdiyi 15 yanvar 2021-ci il tarixli “cinayət barədə məlumatın aidiyyəti üzrə göndərilməsi barədə” qərardan göründüyü kimi də, cavabdeh ondan 14000 manat pul aldığını etiraf etmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi əsaslı olduğu üçün təmir edilməli və cavabdehin ona olan 14000 manat (on dörd min) manat borcu cavabdehdən alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaya etiraz: xx.xx.2023-cü il tarixdə Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək göstərmişdir ki,hazırki iş üzrə iddiaçı ilə aralarında heç bir razılaşma, münasibət, yazılı və ya şifahi müqavilə olmamışdır. İş üzrə onun cavabdeh kimi qeyd edilməsi qanunsuz və əsassızdır. Belə ki, o, İddiaçı ilə birlikdə barəsində cinayət işi başlanmış X3 tərəfindən aldadılmışlar. Ən əsası isə odur ki, iddiaçı ilə birlikdə onlar Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmişlər. Onların müraciətləri əsasında X3 barəsində cinayət işi başlanılmış, həmin şəxs aşkar edilərək ona ittiham elan olunması mümkün olmadığı üçün iş üzrə icraat dayandırılmışdır. Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2021-ci il tarixli Qərardan da göründüyü kimi iddiaçı işə düzəlmək üçün dələduzluq edən şəxsə 25000 (iyirmi beş min) manat pul verməyə razılaşmış, könüllü olaraq həmin pulun bir hissəsini qardaşının vasitəsi ilə X1 göndərmişdir. Təbii ki, o, iddiaçını işə düzəltməyi öhdəsinə götürməmiş, iddiaçı ilə yanaşı o da həmin şəxs tərəfindən aldadılmışdır. İddiaçı ondan 14000 (on dörd min) manat tələb edir, lakin qərardan da göründüyü kimi həmin şəxs onlardan 17000 (on yeddi min) manat pul almışdır. Həmin pulun 3000 (üç min) manatı ona məxsusdur. İddiaçının X2 tanımadığı barədə iddia ərizəsində yazdıqları da həqiqəti əks etdirmir. İddiaçı həmin şəxslə bir neçə dəfə telefonla danışmış, pulun bir hissəsinin işə düzəldikdən sonra verməsi barədə aralarında əvvəlcədən razılığın olduğunu bildirmiş, X3 isə ondan pulun qalan hissəsini də tələb etdikdə ondan verdiyi pulu geri istəmişdir. Bundan sonra onlar birlikdə şikayət etmişlər. Son vaxtlara qədər aralarında heç bir narazılıq olmamışdır. Lakin 3 ilə yaxın müddət keçdikdən sonra iddiaçı pulu ondan tələb etməyə başlamışdır. O, iddiaçını kiməsə pul verməyə məcbur etməmiş, onu işə düzəldəcəyinə söz verməmiş, özü könüllü olaraq öz iradəsi ilə pulu qardaşının vasitəsi ilə X1 göndərmişdir. İddiaçının pulu ondan tələb etməsi tamamilə qanunsuz və əsassızdır. Heç kimin törətdiyi qanunsuz əməl cəzasız qalmır, Ümid edir ki, X3 da tezliklə aşkar olunacaq, onlara vurduğu zərəri ödəyəcək və öz layiqli cəzasını alacaq. İddiaçının iddia ərizəsində mənə münasibətdə istinad etdiyi dəlillər qanunsuz və əsassızdır. İddianın təmin olunması üçün heç bir əsas yoxdur və iddiaçı belə bir əsas təqdim edə bilməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçıiddia ərizəsində qeyd olunanlara uyğun izahat verib əlavə olaraq göstərdi ki, onun cavabdehlə əvvəldən münasibəti olmuş, cavabdeh qardaşının dostudur. Bir gün zəng vuraraq onu yanına çağırmış, o da getmişdir. Ona demiş ki, onun bir dostu var, Əli Nağıyevin bacısı oğludur. Lazımdısa onu işə düzəltsin. Birinci razı olmamamış, sonra ona demiş ki, onu yol polisinə, PPX-yə işə düzəltdirə bilər. O, PPX-yə razı olmamış, ondan sonra demiş ki, ürəyi hara istəsə, yol polisinə işə düzəldə bilər. Əvvəl razı olmamışdır. Belə ki, karantin vaxtı olmuş, pulu olmamış, ancaq yük daşıyan maşını olmuşdur. Elnur demiş ki, birinci 4000 manat pul verəcəksən, o, həmin adama şəxsən cavabdehdir. Qalan pulu da iş qutarandan sonra verəcək. Onu İsmayıllı rayonunda yol polisi işinə düzəltməli imişlər. 17000 manat iş düzəldən adama, 8000 manat da Elnura çatacaq pul imiş. Ümumilikdə 25000 manat pul verilməli imiş. Elnur ona demiş ki, əsas 17000 manatı verərsən, ona çatası 8000 manatı haçan imkanı olsa onda verər. İlk dəfə Elnura 4000 manat pul, şəxsiyyət vəsiqəsinin surətini İnter Petrolun yanında vermişdir. O pulu verəndə qardaşı da Elnurun yanında olmuşdur. Həmin vaxt şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, sürücülük vəsiqəsinun surətini və məhkumluğumun olmaması ilə bağlı arayışı, tərcümeyi-halı, arayışı da Elnura vermişdir. Üstündən bir müddət keçdikdən sonra Elnur yenə də onu çağırmışdır. Demiş ki, yenidən 5000 manat pul göndərməlidirlər. O isə demiş ki, “biz danışmışdıq ki, qalan pul iş düzələndən onra veriləcək”. Elnur onluq bir şey olmadığını, işin davamının getməsi üçün pulu göndərilməli olduqlarını bildirmişdir. Pul birbaşa Əli Nağıyevin balansına gedəsi imiş. Guya işi düzəldən adam da Əli Nağıyevin bacısı oğludur və onun işlərini görür. Yenidən ondan 5000 manat pul almış,bu dəfə pulu verəndə dostu X7 ilə birlikdə imiş. İkinci dəfə pulu Elnurun işlətdiyi kafedə vermişdir. Elnur həmin vaxt Su İdarəsinin yanında kafe işlədirmiş. Bu söhbətlər 2020-ci ilin iyun-iyul aylarında olub. 5000 manatı iyul ayının əvvəllərində vermişdir. Bir müddət keçəndən sonra Elnur gəlib ona demiş ki, 8000 manat pul göndərməlidirlər. O isə o qədər pulu olmadığını bildirmişdir. Elnur bilirdi ki, verdiyim5000 manatı Abuzərli Sahibdən borc almışdır. O, cəmi 1000 manat pul tapa bilmiş, Elnur ona demiş ki, 7000 manat da özü üstünə pul qoyub göndərir. Onu Bakıya çağırmalı idi, baxış üçün, lakin çağıran olmadı. Bundan sonra ona xarici nömrədən zəng gəlmiş, zəng vuran adam ona demiş ki, onun adı Elməddindir. Elnurun iş gördüyü adam odur. Ona qalan 8000 manatı göndərməsə işin alınmayacağını bildirdi. O da pulunun olmadığını bildirmişdir. Həmçinin pul göndərməyəcəyini, verdiyi pulların qaytarılmasını tələb etmişdir. Bundan sonra Elnura yaxınlaşmış, pulunu geri qaytarmağı tələb etmişdir. Elnur ondan bir ay məhlət istəmişdir. Pulunu qaytaracağını Abuzərli Sahibin yanında demişdir. Sonradan Elnur onun yerinə də pul verdiyini, özünün pis vəziyyətdə olduğunu bildirmişdir. O da maşınını satıb, Elnura 4000 manat pul vermişdir. 4000 manatı verəndə hələ aldadıldığını bilmirmiş, Elnur qardaşı ilə ailəli get-gəli olduğuna görə də 4000 manatı vermişdir. Sonra müharibəyə getmiş, müharibə olanda atası gedib Elnura demiş ki, pulu qaytarsın. Elnur da deyib ki, aldığı 4000 manatı qaytara biləcəyini demişdir. Sonra müharibədən gələndən sonra Qəbələ rayon Polis şöbəsinə şikayət etmişdir. Onunişinə burda baxmamışlar, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə göndərmişlər, bundan sonra Nəsimi polis İdarəsindən Anar adında əməkdaş onu çağırıb izahatını almışdır. Anar adlı əməkdaş səhv etmirsə, orda baş təhqiqatçı işləmişdir. Ondan sonra bir dəfə prokurorluğa şikayət etmiş, ordan da bir xəbər çıxmamışdır. O, Elməddini görməmiş, tanımamışdır. Bir dəfə Elnur ona bir şəkil göstərib demiş ki, Elməddin budur. Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, Suvarma sistemləri idarəsində təhlükəsizlik üzrə mühəndis vəzifəsində işləyir. Həmçinin maklerlik fəaliyyəti ilə məşğuldur. Hadisə baş verən vaxt kafe işlədirmiş, Orxanın qardaşı Kənan da onunla həmin kafedə işləmişdir. Elməddini də 2017-ci ildən kirayə ev verməyi ilə bağlı tanımışdır. Elməddin onunla sıx-sıx əlaqə saxlamağa başlamışdır. Ona xaricə getmək üçün viza düzəldirmiş, dövlət orqanlarından birinə işə düzəltməyə söz vermişdir. Kənanla da çox yaxın dost imişlər, ailəli get-gəlləri olmuşdur. Bir gün də Elməddin zəng vurmuş, demiş ki, PPX-də işləmək istəyən tanışı varsa, ona kömək edə bilər. Kənan da yanında olmuş, demiş ki, qardaşı Orxanı işə düzəltsinlər. Orxanı çağırmışlar və Orxan da demiş ki,PPX istəmir, yol polisində işləmək istəyər. Elməddin də Orxanın şəxsiyyət vəsiqəsinin şəklin iştəmiş, onlar da göndərmişlər. 1-2 gündən sonra demiş ki, Orxanı yol polisinə düzəltmək mümkündür, ancaq bu işin düzəlməyi üçün 25000 manat pul alacaqdır. Həmin pulun yarısını iş düzələnə qədər, qalan yarısını da əmr verildikdən sonra alacaq. Həmçinin müəyyən sənədlər istəmiş, Orxanla birlikdə deyilən sənədləri hazırlamışlar, Elməddin demiş ki, sənədlərlə birlikdə 4000 manat pul göndərmiş. Həmin vaxt ölkədə karantin rejimi imiş, özləri Bakıya gedə bilmirlərmiş. Orxanla birlikdə Bakı taksiləri dayanan yerdən taksi ilə pulu göndərmişlər. İkinci dəfə 5000 manat pul istəmişlər. Danışlaronun telefonunda votsap vasitəsi ilə olurmuşdur. Ona xarici nömrə ilə zəng vururmuş, dediyinə görə həmin vaxt Almaniyada imiş. Elməddin 5000 manat pulu istəyəndə demiş ki, əgər vermək istəmirlərsə, onların 4000 manatını qaytarsın. Kənan da əsəbləşmiş ki, Orxan həvəslənib işə düzəlmək üçün. 5000 manat İnter Petrolun qabağında vermiş, Kənanla birlikdə imişlər, gedib bir yerdə taksi vasitəsi ilə göndərmişlər. 8000 manat 24 iyulda getmişdir. O Orxana demiş ki, bax araşdır, sonra göndər. Sonra Orxan demiş ki, pul batsa, pulu qaytarmağa kömək edəcək tanışları var. İyulun 23-də gecə gec saatlarda Orxan gəlmiş ki, alacağı var imiş, ala bilməmiş, pulu düzəldə bilməmişdir. 1000 manat özü tapmış, 7000 manatı o özü dost-tanışlarından tapıb düzəltmişdir. 8000 manat pulu Orxanla birlikdə Bakıya gedən taksi ilə göndərmişlər. İyulun sonlarında Elməddin Orxanla telefonla danışmış, ona başa salmış ki, Bakıya gedəndə necə geyinməli, özünü necə aparmalıdır. Bu danışığacan Orxan onun üçün tapdığı 7000 manatdan 4000 manatını vermişdir. 3000 manatını hələ də qaytarmamışdır. Sonra həmin adamın dələduz olduğunu öyrənmişlər. Həmin adam barəsində DTX-yə müraciət etmişlər. Ərizəni o yazmış, Orxan da, o da imzalamışlar. Təxminən avqustun 20-də ərizəni yazıb vermişlər. Bundan sonra Orxan müharibəyə getmişdir. Onu DTX-ya çağırmışlar, onda Orxan müharibədə olmuşdur. Birinci dəfə tək getmiş, sonra yenə zəng vurmuşlar. Demişlər ki, Orxanı da gətir, dedi Orxan müharibədədir. Qardaşı ilə birlikdə getmişlər. Orxanın qardaşının ayrıca, onun ayrıca izahatını almışlar. Ondan izahat almışlar, əlində olan səsyazıları, yazışmalar nə varsa hamısını vermişdir. Sonra ona məktub gəlmiş ki, cinayət işi açılıb, sonra iş Baş Prokurorluğa göndərilmişdir, ordan Binəqədi Polis İdarəsinə, X16 İdarəsinə göndərilmişdir. X18 İdarəsindən çağırmışlar. Pulu aparan taksi şoferini də çağırmışlar. Pul Şamaxinka deyilən ərazidə verildiyinə görə ora da Nəsimi rayonunun ərazisinə düşdüyünə görə işə Nəsimi Polis İdarəsində baxmışlar. Taksi şoferinə pulu götürən adam həmişə gizli nömrə ilə zəng vurub, bir dəfəsində açıq nömrə ilə zəng vurub ona görə nömrəsini əldə edə bilmişlər. Pulu Elməddinin tanışı götmüşdür. Orxan ondan Qəbələ rayon Polis şöbəsinə şikayət vermişdir, orda da gedib izahat vermişdir. Onun özünün də pulu batmış, 13000 manat özünə pul göndərmişlər. Elməddini yoxlatmaq üçün bir neçə dəfə fərqli işlər demişlər. Elməddin tapılmadığına görə isə iş dayandırılmışdır.Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək göstərilənləri məhkəmə çıxışı kimi qəbul edərək iddia ərizəsinin dəlilləri ilə birgə qiymətləndirməklə idianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, Orxanın böyük qardaşıdır. Elnur sinif yoldaşı olmuşdur. İddia barədə məlumatlıdır. X5 yoldaşlığı var imiş. O, Elməddini tanımamış, görməmişdir. Bir gün Elnur onlar kafedə işləyəndə demiş ki, Elməddin adlı bir adam var, onu gömrük orqanlarına işə düzəldəcəkdir. Ona demiş ki, heç kim başqasını məqsədi olmadan işə düzəltməz. Elnur da ona demiş ki, Elməddinə etibar edir, ona atasından da yaxın adamdır. Bir müddət keçmiş, Elnur ona demiş ki polis işi vardır. Onun qardaşının yaşı düşmür, yaxın adamlardan birini düzəltmək istəyir. Orxanı polisə düzəltməyi təklif etmişdir. O da Orxana demiş, Elnurla danışmışlar. Elnur da demiş ki, “işlə bağlı nəsə problem olsa Elməddini siz tanımırsız, mən tanıyıram, hər şeyə mən cavabdehəm”. Elnur demiş ki, Elməddin 2000 manat pul istəyir, iş hazır olandan sonra isə 23000 manat pul verəcəklər. Elməddini də heç vaxt görməmişdir. Bir dəfə Elnur ona şəkil göstərib demiş ki, Elməddin budur. Elnur əvvəl 2000 desə də, sonra demiş ki, 4000 manat pul istəyir. Elməddinlə onlar danışmamışlar, Elnur özü danışıb Elməddinin dediklərini onlara demişdir. Elməddinlə onların yanlarında danışmamışdır. Bir dəfə hətta Elnurla sözlü mübahisə eləmiş ki, Elməddin birinci 2000 manat deyirdi, sonra 4000 manat dedi, indi də məbləği hər dəfə artırır, sən niyə o deyənə razı olursan. İlk dəfə verilmiş 4000 manat rayon bazarının qabağında verillmiş, Orxan gətirib vermiş, sonra Elnurla taksilər dayanan yerə getmişlər, ancaq Elnur pulu onun yanında verməmişdir. Elnur pulu verəndə maşından düşməmişdir. Ona demiş ki, “sən maşında otur, mən gəlirəm”. Birazdan gəlmiş ki, pulu vermişdir. Ancaq hansı maşına yaxınlaşmış, pulu kimdən göndərdiyini görməmişdir. Qalan pulları qardaşı özü Elnura vermiş, o, yanlarında olmamışdır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasıda şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, İddiaçı dostudur. Elnur demiş ki, iş var, yaxın adam olsa, işə düzəldərdik. Öyrənəndə işin yol polisi olduğunu öyrənmişdir. Həmin vaxt Orxanın işi olmadığına görə Orxanı düzəltmək barədə razılaşmışlar. Birinci 4000 manat pul göndərilmişdir. Həmin vaxt pulun verilməsində iştirak etməmişdir. İkinci dəfə 5000 manat pul istəmiş, həmin pulun nazirin balansına gedəcəyini demişdir. Həmin pulun verilməsində iştirak etmişdir. Pulu su idarəsində kafedə vermişlər. Pulu verəndə həmin kafedə oturub yemək yemişlər. Elnur demiş ki, bu işdən ona 8000 manat qalacaqdır. Ancaq sonradan guya problem çıxmışdır. Yenə pul lazım olmuşdur. Ondan gəlib Orxan iş yerindən 1000 manat pul almışdır. Həmin pulun verilməsində iştirak etməmişdir. Bir də sonuncu dəfə 4000 manat veriləndə iştirak etmişdir. Həmin pulu da su idarəsinin kafesində vermişlər. Əslində Orxan 4000 və 5000 manatı göndərəndən sonra pul vermək fikri yox imiş. Elnur demiş ki, guya özü Orxana görə pul göndərib. Elnurla Orxanın qardaşı ailəvi dost imişlər. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin, cavabdehin vəkilinin və nümayəndəsinin, şahidlərinin izahatını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 15 yanvar 2021-ci il tarixli “cinayət barədə məlumatın aidiyyəti üzrə göndərilməsi barədə” qərarın surətindən görünür ki, Cavabdeh izahatında həqiqətən də İddiaçı sonuncunun işə düzəldəcəyi adı ilə 14000 manat olaraq, eləcə də özünün də işə düzəlmək məqsədilə Elməddin Quliyev adlı şəxsə 5 dəfəyə 100 manat, 3000 manat, 100 manat, 2050 manat və 1700 manat olmaqla 7950 manat pul göndərdiyini, Elməddin Quliyev adlı şəxsin isə o pulu göndərdikdən sonra tanışının Bakı şəhərində yerləşən “Şamaxinka” adlanan ərazidə pulu götürdüyü barədə məlumat verdiyini, həm özünün, həm də İddiaçı pulunun Elməddin Quliyev adlı şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini bildirmişdir. İş materiallarında olan 30 noyabr 2020-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin şöbə rəisi, ədliyyə mayoru Elgün Süleymanov tərəfindən Azərbaycan Respublikasının vətəndaşı X3 barəsində etibardan sui-istifadə edib, aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirməklə təkrarən dələduzluq etməsi faktlarına dair Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X11 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarına əsasən ********* №-li cinayət işi üzrə icraat dayandırılmışdır. İş materillarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı müraciəti cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroruna göndərilmişdir. İş materillarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarda göstərilmişdir ki, İddiaçı müraciəti cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroruna göndərilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Zarağan kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır və orada yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.1-ci maddəsində qanunvercilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: İşin halları ilə müəyyən olunur ki, Cavabdeh tanışı olan İddiaçı onu başqa bir tanışı olan Elməddin Quliyev vasitəsilə ilə onu polis orqanlarına düzəldə biləcəyini qeyd etmişdir. İddiaçı yol polisi kimi işə qəbul olunmaq üçün 25000 manat verməyə razı olduğunu bildirmişdir. Bu məqsədlə ümumilikdə Elməddin Quliyevə verilməsi üçün 14000 manat pul vermişdir. Bu halı məhkəmədə hər iki tərəf etiraf etmişdir. Lakin Cavabdeh iddiaçının ondan tələb etdiyi 14000 manatı, eyni zamanda özünə məxsus 3000 manatı da Elməddin Quliyev adlı şəxsə göndərdiyini və Elməddin Quliyevin dələduzluq edərək hər ikisini aldatdığını qeyd etmişdir. Məhz bunun nəticəsidir ki, İddiaçı və Cavabdeh xx.xx.2020-ci il tarixdə Elməddin Quliyevin barəsində müvafiq orqanlara şikayət vermişlər. Göründüyü kimi həm iddiaçı, həm də cavabdeh 14000 manat pulun Elməddin Quliyevə göndərilməsini təsdiqləyirlər. Məhz bunun nəticəsidir ki, iddiaçı Qədirli X6 Quliyev barəsində dəfələrlə müxtəlif orqanlara şikayət məktubları ünvanlamışdır. Lakin iddiaçı hal-hazırda 14000 manatı Cavabdeh tələb etməkdədir. Cavabdeh isə həmin pulun onda olmadığını, həmin pulun təyinatının ona aid olmadığını, hazırkı iddia tələbinin Elməddin Quliyevə qarşı qaldırılmasını və iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvercilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Göründüyü kimi öhdəliyin əmələ gəlmə əsaslarından biri onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı iş üzrə İddiaçı ilə Cavabdeh arasında hər hansı müqavilə olması sübuta yetirilmir və işin araşdırılan halları ilə onlar hər hansı müqavilənin olmaması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı və cavabdeh arasında müqavilə olmadığından, iddiaçı məhz bu əsasla cavabdehdən pul tələb edə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, öhdəliyin yaranma əsaslarından biri də zərər vurulmalıdır. Maddi zərərlə bağlı məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Hazırkı iş üzrə cavabdehin iddiaçıya maddi zərur vurması sübuta yetirilməmişdir. Əksinə iş materillarına əlavə edilmiş sənədlərdən göründüyü kimi İddiaçı və Cavabdeh şikayəti əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin şöbə rəisi, ədliyyə mayoru Elgün Süleymanov tərəfindən Azərbaycan Respublikasının vətəndaşı X3 barəsində etibardan sui-istifadə edib, aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirməklə təkrarən dələduzluq etməsi faktlarına dair Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır. X12 barəsində cinayət işi başlanıldığından, sonuncu barəsində olan cinayət işi yekunlaşdıqdan sonra iddiaçının məhz Mülki Məcəllənin 1096-cı və 1097.1-ci maddələrinə əsasən dəymiş ziyanın Elməddin Quliyevdən tələb etmək hüququ vardır. Bundan əlavə isə məhkəmə qeyd edir ki, öhdəliyin yaranma əsaslarından biri isə əsassız varlanmadır. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırkı iş üzrə isə Cavabdeh əsassız varlanması müəyyən edilmir. Beləliklə, məhkəmə tərəfindən mülki işin araşdırılması zamanı öhdəliyin əmələ gəlmə əsası müəyyən edilməmişdir və iddiaçı tərəfindən iddianı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Həmçinin Cavabdeh qeyd olunan pulları qəbul edib və İddiaçı qaytaracağı ilə bağlı hər hansı bir öhdəliyinin olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “Votsap” yazışmalarına gəldikdə isə məhkəmə qeyd edir ki, həmin yazışmada iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilənin olması, cavabdehin iddiaçıya borclu qalmasını müəyyən etmək olmur. Əksinə İddiaçı tərəfindən tələb edilən pulun Cavabdeh tərəfindən Elməddin Quliyevə göndərilməsi müəyyən edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1201/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1201/2023
20.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver