Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1209/2023 10.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əşya və ya onun dəyəri” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşya və ya onun dəyəri” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları İddiaçı Cavabdeh qarşı "əşya və ya onun dəyəri” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh 1 baş inək erkək balası ilə birlikdə və ya inək və balasının dəyəri olan 2000 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuşdur, ailəlifir, heyvandarlıqla və kənd təsərrüfatı işləri ilə məşğul olaraq ailəsinin maddi təminatını ödəyir. Belə ki, 12 mart 2023-cü il tarixində təxminən gecə saat 02:15 radələrində ona məxsus 1 baş iribuynuzlu mal balalamış, lakin heyvan ilk balası o duğuna görə doğuş zamanı və doğuşdan sonra uca səslə böyürdüyünü görərək ölə biləcəyindən qorxmuşdur. Ona görə də heyvanı satmaq üçün qardaşı Zaura deyərək müştəri tapmasını istəmişdir. Qardaşı isə həmkəndlisi Vasifə zəng edərək heyvanlarının doğduğunu, doğduqdan sonra isə dayanmadan böyürdüyünü, ölmədən satmaq istədiyini bildirmişdir. Vasif isə qardaşına həmin malı almaq istəmədiyini, ölmədən satmağı və malı bu işlə məşğul olan tanışı Əlvan adlı şəxsə sata biləcəyini qardaşına demişdir. Həmin vaxt qardaşı Zaur inəyin öləcəyindən qorxaraq və həyəcanlı olduğundan dəyərindən dəfələrlə ucuz 300 manata satma barədə Vasif ilə razılaşmışlar. X1 rayon Bunud kənd sakini Əlvan adlı şəxsə zəng edərək satdıq heyvanı olduğunu bildirmiş, Əlvan .isə gecə saatlarında onlara gələrək iribuynuzlu heyvanını satın alacağını, lakin inəyin balasını isə almaq istəmədiyini deyərək 300 manat pulu qardaşı Zaur Cabbarlıya verərək heyvanı balası ilə birlikdə aparmışdır. O aldadıldığını bildiyində həmin gün səhər saat təxminən 11:30 mdələrində Cavabdeh yaşadığı evə gedərək onun heyvana görə verdiyi pulu geri qaytarmaq istədiyini və heyvanını satmaq istəmədiyini bildirəndə Əlvan adlı şəxs heyvanı satdığından ona geri qaytara bilməyəcəyini demiş, balasını isə həm kəndlisi Vasifdə olduğunu demişdir. O isə ona inəyin tək balasını ondan geri götürməyəcəyini, onu aldatdığına görə polisə şikayət edəcəyini nəzərinə çatdırmışdır. O gün xx.xx.2023-cü il tarixində AR-sı DİN-nin “102” xidmətinə və Qəbələ RPŞ- rə müraciət edərək bu barədə məlumat vermişdir. Qəbələ RPŞ-də araşdırma aparıldıqdan sonra xx.xx.2023-cü il tarixli məktubu ilə şikayətinin mülki xarakterli olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Qəbələ rayonu, Nohurqışlaq kənd sakini İddiaçı Qəbələ RPŞ-yə etmiş olduğu müraciəti əsasında toplanmış materialdan görünür ki, xx.xx.2023-cü il tarixdə gecə saat 02:15 radələrində İddiaçı məxsus bir baş iribuynuzlu mal heyvanı doğmuş, heyvan doğduqdan sonra uca səslə böyürdüyünü görərək İddiaçı ölə biləcəyindən qorxmuş, heyvanı satması üçün qardaşı Zaura müştəri tapması istəmiş, qardaşı isə həmkəndlisi Vasifə zəng edərək mal heyvanlarının doğduğunu və dayanmadan böyürdüyünü, ölmədən satmaq istədiklərini bildirmişdir. Vasif isə mal almaq istəmədiyini, tanışı Əlvan adlı şəxsə sata biləcəyini demişdir. Həmin vaxt qardaşı Zaur həyəcanlı olduğu üçün heyvanı 300 (üç yüz) manata satmaq istədiyini bildirmişdir. X1 rayon Bunud kənd sakini Əlvan adlı şəxsə zəng edərək satdıq mal heyvanı olduğunu bildirmiş, Əlvah gecə saatlarında onlara gələrək mal heyvanını satın alacağını, lakin heyvanın balasını almaq istəmədiyini bildirərək 300 (üç yüz) manat qardaşı Zaur Cabbarova ödəmişdir. İddiaçı elə həmin tarixdə səhər saat 11:30 radələrində Cavabdeh qapısına getmiş və ödədiyi pulu geri qaytararaq mal heyvanını satmaq istəmədiyini bildirsədə Cavabdeh heyvanın digər şəxsə satdığını və ona geri qaytara bilməyəcəyini bildirmişdir. Qəbələ RPŞ tərəfindən aparılan araşdırmanın nəticəsində müraciətdə qeyd olunan xüsusatların mülki xarakterli olması məlum olmuş, müraciət müəllifinə mülki qaydada məhkəməyə müraciət edilməsi izah edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı özünə məxsus ölümcül vəziyyətdə olan bir baş inəyi satmaq qərarına gəlmiş, bu barədə qardaşına tapşırıq vermiş, qardaşı isə hazırkı iş üzrə cavabdehə həmin heyvanı satmışdır. Daha sonra iddiaçı fikrini dəyişmiş, cavabdeh tərəfindən aldadıldığını hiss etmiş, səhərisi gün cavabdehdən satılmış heyvanı tələb etmiş, lakin cavabdeh inəyin başqa şəxsə satdığından qaytarılması mümkün olmamışdır. Bu səbəbdən iddiaçı polis orqanlarına müraciət etmiş, polis tərəfindən isə iddiaçıya məsələnin mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Hal-hazırda iddiaçı mahkəməyə müraciət edərək, Cavabdeh bir baş inək erkək balası ilə birlikdə və ya inək və balasının dəyəri olan 2000 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə özünün aldadıldığını və cavabdehdən 2000 manat pulun tutulması tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əşya və onun dəyəri” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “əşya və ya onun dəyəri” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1209/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1209/2023
10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver