Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1213/2023 04.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, iddiaçıların vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "torpaq sahəsinin alınıb qaytarılması, torpaq sahəsindən istifadə etməyə, torpaq sahəsini əkib becərməyə, əvvəldən torpaq sahəsində olan meyvə ağaclarının meyvəsini toplamağa, torpaq sahəsinin kənarlarını hasarlamağa maneə törədilməsinin və torpaq sahəsinə daxil olmağın cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddiaları üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "torpaq sahəsinin alınıb qaytarılması, torpaq sahəsindən istifadə etməyə, torpaq sahəsini əkib becərməyə, əvvəldən torpaq sahəsində olan meyvə ağaclarının meyvəsini toplamağa, torpaq sahəsinin kənarlarını hasarlamağa maneə törədilməsinin və torpaq sahəsinə daxil olmağın cavabdehlərə qadağan edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayon Mıxlıqovaq kəndi ərazisində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 xüsusi mülkiyyətində olan 0,5982 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınıb onlara qaytarılması, onların torpaq sahəsindən istifadə etməklərinə, torpaq sahəsini əkib becərməklərinə, torpaq sahəsində olan meyvə ağaclarının meyvəsini toplamaqlarına, torpaq sahəsinin kənarlarını hasarlamaqlarına maneə törədilməsinin və həmin torpaq sahəsinə daxil olmalarının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş və qərardadın icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 15 noyabr 2023-cü il tarixli, 3-21-3-42/2-6006/2023 saylı məktubu ilə birlikdə mütəxəssis rəyi verməkdən imtina məktubu məhkəməyə daxil olmuş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək məhkəmə iclası xx.xx.2023-cü il saat 10:15-ə təyin edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı3, iddiaçıların vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin məhkəmə baxışı təyin etmədən hazırlıq iclasından geri qaytarılmasını, həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsinin hazırlıq iclasından geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh4 iddia ərizəsinin hazırlıq iclasından geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçıların və iddiaçılarının etibarnamə üzrə nümayəndəsinin və vəkilinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlıq iclasında iddiaçının vəsatəti əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıla bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. X1 Haqqında Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı1 tərəfindən cəmi 100,40 manat məbləğində pul ödənilmiş, həmin puldan məhkəmədə iddia qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş pul 100 manat məbləğində olmuş, yerdə qalan 0,40 manat məbləğində pul isə xidmət haqqı kimi tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və iddiaçıların vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizələri təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "torpaq sahəsinin alınıb qaytarılması, torpaq sahəsindən istifadə etməyə, torpaq sahəsini əkib becərməyə, əvvəldən torpaq sahəsində olan meyvə ağaclarının meyvəsini toplamağa, torpaq sahəsinin kənarlarını hasarlamağa maneə törədilməsinin və torpaq sahəsinə daxil olmağın cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçı1 tərəfindən "xxxx" ASC vasitəsilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun İddiaçı1 geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1213/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1213/2023
04.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver