Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1244/2023 05.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair (Açar sözlər: alimentin artırılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh və cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan 12 iyul 2010-cu il təvəllüdlü X6 və 06 may 2013-cü il təvəllüdlü X8 adlı uşaqlarının saxlanması üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay sabit pul məbləğində hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2010-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan onların 12 iyul 2010-cu il tarixdə Aylin və 06 may 2013-cü il tarixdə Amin adlı iki övladları doğulmuşdur. Rusiya Federasiyası Xantı- Mansiysk muxtar dairəsi-Yuqra, Surqut şəhər 3 saylı məhkəmə dairəsinin sülh məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən nikahları pozulmuşdur. Həmin vaxt məhkəmənin qərarına əsasən 2 uşağın saxlanılması üçün cavabdehin aylıq qazancının və başqa gəlirinlərinin 1/3 miqdarında aliment təyin edilmişdir. Qəbələ rayon məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə hər ay hər uşaq üçün 70 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qəbələ rayon məhkəməsinin 08 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən isə hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hal-hazırda qızı Aylinin 12, oğlu Aminin isə 9 yaşı var. Qəbələ Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Həmçinin heç bir yerdə işləmir və uşaqların tələbatını təkbaşına ödəməkdə çətinlik çəkir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Həmçinin cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh vaxtı-vaxtında ödəmir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaya etiraz: xx.xx.2023-cü il tarixdə Cavabdeh məhkəməyə dəftərxana vasitəsilə etiraz ərizə təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının vətəndaşı X12 ilə 14 yanvar 2010-cü il tarixdə bağlanmış rəsmi nikahları cavabdehin ərizəsinə əsasən Rusiya Federasiyası, Xantı-Mansiysk Muxtar dairəsi Yuqa Surqut şəhəri, Surqut məhkəmə rayonu 8 saylı məhkəmə dairəsinin Sülh məhkəməsinin 18 dekabr 2014-cü il tarixli qərarına əsasən pozulmuşdur. Birgə nikahlarından iki övladları, 12 iyul 2010-cu il təvəllüdlü X13 və 06 may 2013-cü il təvəllüdlü X15 anadan olmuşdur. Həmin vaxtdan uşaqların yetkinlik yaşına çatanədək saxlanılmaları üçün qazanılmış əmək haqqının 1/3 hissəsi qədər aliment tutulması qət edilmişdir. Bundan sonra iddiaçı Azərbaycana gəldiyi zamanlarada, bir neçə dəfə alimentin miqdarının dəyişdirilməsi barədə məhkəməyə müraciət etmişdir. Qəbələ rayon Məhkəməsininn 13 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə ayda hər uşaq üçün 70 manat, cəmi 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin Məhkəmənin 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının tələbinə əsasən hər uşaq üçün ayda 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırki iddia tələbində isə hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini iddiaçı məhkəmədən xahiş edir. İddiaçı hesab edir ki, aliment məbləği artırılmalı və 2023-cü il üzrə yaşayış minimumu uşaqlar üçün 220 manat təsdiq olunduğundan, aliment uşaqların saxlanılması üçün hər birinə 220 manat müəyyən edilməlidir. İddiaçı iddia tələbini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə əsaslandırmışdır. Ailə Məcəlləsinin 112.1ci maddəsi: Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin miqdarını dəyişə bilər aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmənin 08 iyul 2019-cu il tarixli qətnaməsindən məlum olur ki, aliment məbləği Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad edilməklə dəyişdirilmiş, uşaqların yaşayış minimumu nəzərə alınmış, aldığı əmək haqqından başqa digər gəlirlərinin olması barədə iddiaçı tərəfindən sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə bildirir ki, nikahları pozulandan sonra aliment ödənilməsi barədə saziş bağlanmamışdır. Lakin onun ailə vəziyyətində dəyişkənlik olmuşdur. O, nikahları pozulduqdan sonra, xx.xx.2018-ci il tarixdə X3 ilə nikaha girmiş və bu nikahdan iki övladı; xx.xx.2019-cu il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X16 anadan olmuşdur. Həmçinin, Azərbaycan Respublikası FHN X9 Xidmətinin Qəbələ rayon Dövlət X4 96 saylı yanğından mühafizə bölməsində sürücü işləyir. İşlədiyi iş sahəsi gücləndirilmiş rejim qaydasındadır. Əlavə işdə işləyib digər gəlirlər əldə etmə imkanı yoxdur. Dmək olar ki, onun maddi vəziyyətimdə yaxşılaşma halı yaranmamışdır. Aldığı aylıq əmək haqqının isə 4 uşağ arasında bərabər bölünməsi nəzərə alınarsa, (3 və daha çox uşaq üçün aliment miqdarı real icra qaydasında əmək haqqının 1/2 hissəsindən çox tutula bilməz) onun ailə və maddi vəziyyətində pisləşmə yaranır. Hesab edir ki, qeyd etdiyi xüsusatlara görə məhkəmə qətnaməsi ilə hər uşaq üçün müəyyən olunmuş 120 manat sabit pul məbləğində alimentin tutulmasının artırılmasına əsaslar yoxdur. İddiaçı tərəf isə yalnız qanunvericiliyin normalarınaı sadalamaqla belə bir görüntü yaradır ki, o, uşaqlara baxımsızlıq göstərir. Göstərilənləri nəzərə alaraqQəbələ rayon Məhkəməsininn xx.xx.2019-cu il tarixli, 2(025)- 1054/2019 saylı qətnaməsi ilə 12 iyul 2010-cu il təvəllüdlü X13 və 06 may 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər birinə 120 manat sabit pul məbləğində müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək uşaqların hər birinə ayda 220 (iki yüz iyirmi) manat sabirt pul məbləğində alimentin tutulmasına dair iddiaçı tərəfindən verilmiş iddia tələblərinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəmə təqdim etdiyi etiraz ərizəsinə uyğun çıxış edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə poçt vasitəsi ilə ərizə ilə müraciət edərək, yaşadığı Rusiya Federasiyasına qayıdacağı üçün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin və cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli 2(025)-1054/2019 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş12 iyul 2010-cu il təvəllüdlü X6 və 06 may 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İşdə olan Rusiya Tümen vilayəti, Xantı-Mansiysk muxtar dairəsi- Yuqra, Surqut şəhər VVADQ idarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş İ-PN № 884239 saylı doğum haqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 12 iyul 2010-cu il tarixdə Rusiya Tümen vilayəti, Xantı-Mansiysk muxtar dairəsi- Yuqra, Surqut şəhərində doğulmuş, bu barədə 20 iyul 2010-cu il tarixdə Rusiya Tümen vilayəti, Xantı- Mansiysk muxtar dairəsi- Yuqra, Surqut şəhər VVADQ idarəsində 3071 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Rusiya Tümen vilayəti, Xantı-Mansiysk muxtar dairəsi- Yuqra, Surqut şəhər VVADQ idarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş İİ-PN № 613938 saylı doğum haqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1506 may 2013-cüil tarixdə Rusiya Tümen vilayəti, Xantı-Mansiysk muxtar dairəsi- Yuqra, Surqut şəhərində doğulmuş, bu barədə 14 may 2013-cü il tarixdə Rusiya Tümen vilayəti, Xantı- Mansiysk muxtar dairəsi- Yuqra, Surqut şəhər VVADQ idarəsində 2449 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AA0951410 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. İşdə olan Qəbələ regional “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İV seriyalı, 582009 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 05 iyun 2021-ci il tarixdə Qəbələ rayonunda doğulmuş, bu barədə 30 iyun 2021-ci il tarixdə 570 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X5r. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Qəbələ Rayon X9 Hissəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 37/36-217 saylı arayışından görünür ki, Cavabdeh həqiqətən 18 mart 2016-cı il tarixdən etibarən müddətsiz əmək müqaviləsi üzrə Fövqəladə Hallar Nazirliyi Qəbələ Rayon Dövlət X4 96 nömrəli Yangından mühafizə bölməsində sürücüsü vəzifəsində işləməklə aylıq əmək haqqı fondu 640 (altı yüz qırx) manat təşkil edir. İş materiallarında olan “X10 Verilməsi Barədə” 18 iyul 2022-ci il tarixli, MŞİH-00097 nömrəli protokoldan görünür ki, tərəflər arasında olan mübahisənin həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyinə görə X10 verilmişdir. (mediatorun təşəbbüsü ilə) “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X2 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 32.1.2-ci maddəsinə uyğun olaraq ““X10 Verilməsi Barədə” protokol verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 76.1.2-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən cavabdehin və cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 12 iyul 2010-cu il təvəllüdlü X13 və 06 may 2013-cü il təvəllüdlü X15 adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşaqları 12 iyul 2010-cu il təvəllüdlü X13 və 06 may 2013-cü il təvəllüdlü X15 ananın yanındadır. Qəbələ Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli 2(025)-1054/2019 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş 12 iyul 2010-cu il təvəllüdlü X6 və 06 may 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı həmin məbləğin uşaqların minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan 12 iyul 2010-cu il təvəllüdlü X6 və 06 may 2013-cü il təvəllüdlü X1 üçün hər uşaq üçün 220 manat aliment tutulmasını xahiş edir. Cavabdeh isə uşağın saxlanması üçün müəyyən edilmiş alimenti çətinliklə ödədiyini, himayəsində yeni nikahından 2 uşağının olmasını və məbləğ artırılarsa ödəyə bilməyəcəyini qeyd edir. Beləliklə, cavabdeh isə iddianı əsassız hesab edir və məhkəmədən alimentin məbləğinin artırılmamasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı isə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Belə ki, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Hazırkı mülki işdə olan sənədlərdən, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Qəbələ Rayon X9 Hissəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 37/36-217 saylı arayışından görünür ki, Cavabdeh həqiqətən 18 mart 2016-cı il tarixdən etibarən müddətsiz əmək müqaviləsi üzrə Fövqəladə Hallar Nazirliyi Qəbələ Rayon Dövlət X4 96 nömrəli Yangından mühafizə bölməsində sürücüsü vəzifəsində işləməklə aylıq əmək haqqı fondu 640 (altı yüz qırx) manat təşkil edir. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbi baxımından 2 uşaq üçün cavabdehdən qazancının 1/3 hissəsi məbləğində aliment tutulmalıdır. İddiaçının qazancının, yəni 640 manatın 1/3 hissəsi isə 213 manat təşkil edir. Lakin Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli 2(025)-1054/2019 nömrəli qətnaməsinə əsasən 2 uşaq üçün ümumilikdə 240 manat ödəməkdədir. Bundan əlavə məhkəmə Ailə Məcəlləsinin 76.2-ci maddəsi, 112.1-ci maddəsi və «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndinin tələbləri baxımından qeyd edir ki, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla aliment məbləği artırıla bilər. Lakin hazırkı halda iddiaçı Cavabdeh ailə və maddi vəziyyətinin dəyişməsinə, yəni gəlirlərin artmasına dair hər hansı sübut təqdim etməmişdir. Əksinə iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “aliment həcminin artırılması” dair məhkəmə mübahisəsi 2019-cu ildə olmuş və xx.xx.2019-cu il tarixdə Qəbələ Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Həmin məhkəmə qətnaməsi qəbul edilən zaman Cavabdeh yenidən nikaha girsə də, yeni nikahından bir övladı olsa da, hal-hazırda yeni nikahından 2 övladı vardır. Göründüyü kimi cavabdehin yeni nikahından 2 övladının olması onun maddi vəziyyətini ağırlaşdıran haldır. Bu səbəbdən məhkəmə iddia tələbini təmin etməyərkən iddiaçının cavabdehin hər ay 440 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Həmçinin məhkəmə onuda qeyd edir ki, iddiaçı məhkəmədə iştirak etməmiş, məhkəməyə yazdığı ərizədən Rusiya Federasiyasında yaşadığı müəyyən edilmişdir. Lakin o, hal-hazırda işləyib işləməməsi, hər qazanc əldə edib-etməməsi barədə də məhkəməyə sübut təqdim etmişdir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı cavabdehin maddi vəziyyətinin dəyişməsinə dair hər-hansı sübut təqdim etməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından əsaslı və qanuni deyil və bu səbəbdən də məhkəmə iddianın təmin olunmamasını ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərçi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1244/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1244/2023
05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver