Məhkəmə qərarları › İş №2(025)-1247/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1247/2021

02.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1247/2021 02.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1044.71 manat məbləğdə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh 08 noyabr 2017-ci ildə "xxxx" ASC-nin Mingəçevir filialı ilə 129CLM********** saylı kredit müqaviləsi bağlayaraq 1650 manat məbləğdə kredit almışdır. Həmin kreditin təminatı olaraq onunla zaminlik müqaviləsi bağlanmış və borclu ilə bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh banka olan borcunun cuzi bir hissəsini ödəmiş, lakin sonradan ödənişləri dayandırmışdır. Bundan sonra Cavabdeh banka olan borcu onun əmək haqqından tutulmuşdur. Belə ki, Cavabdeh zamin durduğu kredit müqaviləsi üzrə kredit borcu Cavabdeh tərəfindən ödənişlər gecikdirildiyi üçün onun əmək haqqı kartından ümumilikdə 1044.71 manat vəsait Cavabdeh kredit borcuna silinmişdir. Dəfələrlə Cavabdeh ona olan borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmadı və cavabdeh ona olan borc pulu qaytarmaqdan imtina etdi. Pulunu başqa qaydada ala bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli oldu. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 08.11.2017-ci il tarixli, 129CLM********** saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən cavabdeh (borclu) Cavabdeh 48 ay müddətinə illik 27.84 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 1650 AZN məbləğində nağd pul şəklində kredit verilmişdir. İş materiallarında olan 08.11.2017-ci il tarixli, Z-129CLM********** saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı borclu Cavabdeh 08.11.2017-ci il tarixli, 129CLM********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan İddiaçı məxsus hesab məlumatlarından görünür ki, 08.11.2017-ci il tarixli, 129CLM********** saylı kredit müqaviləsi üzrə İddiaçı kart hesabından müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 1044.71 manat məbləğ silinmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı 24.05.2021-ci il tarixli sorğusuna cavab olaraq ünvanlanmış 24 may 2021-ci il tarixli 109 saylı məktubla bildirilmişdir ki, “Kapital Bank ASCnin Mingəçevir şəhər filialı ilə Cavabdeh arasında bağlanılmış 08.11.2017-ci il tarixli 129CLM********** saylı 1650 (bir min altı yüz) AZN kredit müqaviləsinə əlavə olaraq Z- 129CLM********** nömrəli zaminlik müqaviləsinə əsasən Siz zamin durmusunuz. Zamin durduğunuz kredit borcunun ödənişləri gecikdirildiyi üçün Sizə məxsus əmək haqqı kart hesabınızdan ümumilikdə 1044.71 (bir min qırx dörd manat, 71 qəpik) AZN vəsait Cavabdeh kredit borcuna silinmişdir.” Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə bank arasında kredit müqaviləsi bağlanmış, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini icra edəcəyinə hazırkı iş üzrə iddiaçı zamin durmuş, bankla iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəlikləri tam və vaxtında icra etmədiyindən, borc məbləğinin tutulması iddiaçının (zaminin) əmək haqqına yönəldilmişdir. İddiaçı tərəfindən banka 1044.71 manat məbləğində pul ödənilmişdir. Hazırda iddiaçı kreditora ödədiyi pul məbləğini subsidiar qaydada cavabdehdən tələb edir. Beləliklə, iddiaçı zamin kimi cavabdehin əvəzinə cəmi 1044.71 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. İş materiallarından göründüyü kimi, iddiaçı banka cəmi 1044.71 manat ödəniş etmiş və tələb üzrə hüquqlar həmin həcmdə iddiaçıya keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1044.71 (bir min qırx dörd manat yetmiş bir qəpik) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1074.71 (bir min yetmiş dörd manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1044.71 (bir min qırx dörd manat yetmiş bir qəpik) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1074.71 (bir min yetmiş dörd manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar