Məhkəmə qərarları › İş №2(025)-1255/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1255/2023

24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1255/2023 24.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N manat N qəpik məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Füzuli Hərbi Məhkəməsinin N5 aprel N0N3-cü il tarixli, 1-1 (097)-1NN/N0N3 saylı hökmündən göründüyü kimi Cavabdeh Müdafiə Nazirliyinin Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşdirilmiş N nömrəli hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 1-ci tağımmın 3-cü manqasının komandiri vəzifəsində kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən 31 avqust N0NN-ci il tarixdə saat NN radələrində idarə etdiyi “KAMAZ” markalı K 350 QQ hərbi qeydiyyat nişanlı avtomobillə həmin taborun şəxsi heyətinin Laçın şəhəri ərazisinə yerləşdirilməsi məqsədi ilə Laçın şəhəri ərazisində "Köhnə məktəb yolu" adlandırılan yolda hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin "mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti üçün təhlükəsiz şerait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır" kimi, habelə, Müdafiə Nazirinin 15 sentyabr N014-cü il tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş Azerbaycan Respublikasının Silahlı Qüvvələrində Avtomobil xidməti haqqında təlimatın 5.9.3 və 5.9.4-cü maddəsinin "sürücü heyəti tərəfindən maşınları idarəetmə vərdişləri təkmilləşdirilməli, yol hərəkəti qaydalarına və kolonda maşının sürülməsi qaydalarına dəqiq riayet edilməlidir" kimi tələblərini pozaraq hərəkət təhlükəsizliyini təmin etməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda avtomobilin idarəetməsini itirib avtomobili yolun sağ tərəfindəki dərəyə aşırması nəticəsində avtomobilin bortunda olmuş həmin hərbi hissənin hərbi qulluqçusu, əsgər XN həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid qamın küt travması, dalağın hematoması, oturaq və qasıq sümüyünün qapalı yerdəyişmiş sınığı, uretranm zədələnməsi, həmin hərbi hissənin digər hərbi qulluqçusu, əsgər X4 isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, alnın, burunun yumşaq toxumalarının əziyi, sol körpücük sümüyünün orta 1/3 -nin yerdəyişmiş sınığı, sol ulinar sinirinin travmatik nevropatiyası bədən xəsarətlərini almışlar. Füzuli Hərbi Məhkəməsinin N5 aprel N0N3-cü il tarixli, 1-1 (097)-1NN/N0N3 saylı hökmü ilə Cavabdeh AR CM-nin 351.1-1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin verdiyi mülki iddia baxılmamış saxlanılmışdır. Məhkəmə hökmündə hansı səbəbdən mülki iddianmm baxılmamış saxlanıldığı əsaslandırılmamışdır. Buna görə hazırda mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, işin mübahisəsiz halı bundan ibarətdir ki, cavabdehin əməli nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə N manat N qəpik məbləğində maddi ziyan vurulmuşdur. Bunu təsdiqləyən xx.xx.N0N3-cü il tarixli, 536 nömrəli arayış (qoşma N) iddia ərizəsinə əlavə edilmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş Qubadlı Hərbi Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, ədliyyə leytenantı Mirasim Kazımov tərəfindən tərtib edilmiş arayışdan (qoşma 3) da göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi mülki iddiaçı qismində tanınmış və ona N manat N qəpik məbləğində maddi ziyanın dəydiyi müəyyənləşdirilmişdir. Bütün bunlara əsasən, Cavabdeh N manat N qəpik məbləğində pulun onun xeyrimə tutulması barədə qətnamə çıxarılmaldır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasındə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, baş vermiş hadisədə tək olmamışdır. Ona komanda verənlərin hər birinin kənarda dayandığını, bütün yükün onun üzərində qaldığını bildirmişdir. Hal-hazırda vəziyyətini yaxşı olmadığını qeyd etmişdir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.N-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in N17-ci maddəsinə əsasən  Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.  Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.  Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.  Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.  Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in N18.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Füzuli Hərbi Məhkəməsinin N5 aprel N0N3-cü il tarixli 1-1(097)- 1NN/N0N3 nömrəli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 351.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq pul təminatından 05% tutulmaqla 07 (yeddi) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. İşdə olan 07 fevral N0N3-cü il tarixli 536 nömrəli arayışın surətindən görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu sürücü əsgər kiçik çavuş Cavabdeh idarəetməsinə verilmiş Kamaz-43101 markalı “K 350 QQ” hərbi dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 31 avqust N0NN-ci il tarixdə Laçın şəhərində avtoqəza etməsi nəticəsində avtomobilə dəymiş ziyan N manat N qəpikdir. İşdə olan N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N3-cü il tarixli N69 №-li Əmrdən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Cavabdeh, 4-cü tabor 11-ci bölük 1-ci taqım 3-cü manqanın komandiri, N nömrəli hərbi hissə komandirinin N avqust N0N3-cü il tarixli 057əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşmanın ləğv olunması) və Silahlı Qüvvələrin intizam nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə (xidmət müddəti başa çatmadan) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, N sentyabr N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə göndərilsin. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Cavabdeh, Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli əmrinə əsasən N0N3-cü ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Cavabdeh, N0N3-cü il üçün nəzərdə tutulmuş maddi yardım ödənilsin, N0N3-cü ilin növbəti məzuniyyətindən tam istifadə edib, N0N3-cü il üçün nəzərdə tutulmuş məzuniyyət pulu ilə təmin olunub. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 31 avqust N0NN-ci il tarixdə saat NN radələrində idarə etdiyi iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus olan Kamaz markalı K 350 QQ hərbi qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomobilin idarəetməsini itirib nəticədə avtomobil dərəyə aşmışdır. Nəticədə əsgər XN həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid qamın küt travması, dalağın hematoması, oturaq və qasıq sümüyünün qapalı yerdəyişmiş sınığı, uretranm zədələnməsi, həmin hərbi hissənin digər hərbi qulluqçusu, əsgər X4 isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, alnın, burunun yumşaq toxumalarının əziyi, sol körpücük sümüyünün orta 1/3 -nin yerdəyişmiş sınığı, sol ulinar sinirinin travmatik nevropatiyası bədən xəsarətlərini almış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus Kamaz markalı K 350 QQ hərbi dövlət qeydiyyat nişanlı avtomobilə N manat N qəpik məbləğində ziyan dəymişdir. İddiaçı cavabdehdən borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsusdur və həmin nəqliyyat vasitəsi üzərində əmlak hüququ vardır. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir. Cavabdeh iddiaçı qarşısında cavabdehdir və 8167.N0 (səkkiz min bir yüz altmış yeddi manat iyirmi qəpik) manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, yol nəqliyyat hadisəsi nəticəsində "Kamaz" markalı K 350 QQ hərbi qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8167.N0 (səkkiz min bir yüz altmış yeddi manat iyirmi qəpik) manat olduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.N-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.N-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozulabiləcək hüquqlarını müdafiə etməlidir. Hərbir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar N006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8167.N0 (səkkiz min bir yüz altmış yeddi manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, N16-NN0, NN7, 358, 360 və 36N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilsin. Cavabdeh X1 8167.N0 (səkkiz min bir yüz altmış yeddi manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar