Məhkəmə qərarları › İş №2(025)-1279/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1279/2021

02.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1279/2021 02.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova Ayşən Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-4.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. Bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; 284-4.1.4. ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa. Qanunverciliyin tələbindən görünür ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə işə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxa bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi ilə məhkəməyə müraciət etmiş, tələbin əsaslığını təsdiq edən sənədi, yəni tərəflər arasında bağlanmış borc müqaviləsini iddia ərizəsinə əlavə etməmiş, bu isə verilmiş tələbi təsdiq edən sənədin təqdim olunmaması kimi qiymətləndirilməlidir. Belə olan halda qeyd olunan tələbə Azərbaycan Respublikası MPM-nin 284-4-cü maddəsinə əsasən sadələşdirilmiş qaydada baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 284-4.2-ci maddəsinə əsasən bu məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Həmin maddəyə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ərizəsinə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmalı deyil və iddia ərizəsini qəbul etməkdən imtina edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, o, müvafiq iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-1, 284-4-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Sədrlik edən : Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar