Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-128/2023 25.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair (Açar sözlər: maddi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində xx.xx.2022-ci il tarixində Qəbələ rayonun Vəndam qəsəbəsində Qaraməryəm-Şəki magistral yolunun sağ şimal hissəsində yerləşən qeyri-yaşayış obyektləri cərgəsində baş vermiş yanğın hadisəsi zamanı onun obyektinin də yanması ilə əlaqədar ona dəymiş tikinti üzrə 3000 manat və əmtəə üzrə 1450 manat olmaqla 4450 (dörd min dörd yüz əlli) manat məbləğində maddi ziyanın və ödənilmiş 64,50 (altmış dörd manat əlli qəpik) manat məbləğində dövlər rüsumunun, cəmi 4514,50 (dörd min beş yüz on dörd manat əlli qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1995-ci il tarixində Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində, Qaraməryəm-Şəki magistral yolunun sağ şimal hissəsində 35 kv.m sahədən ibarət qeyri-yaşayış binasını inşa edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş. Həmin tikilini 2000-ci il tarixində Qəbələ rayon İcra Hakimiyyətinə müraciət edərək adına sənədləşdirmişdir. 2010-cu il tarixində Qaraməryəm-Şəki magistral yolunun genişləndirilməsi ilə əlaqədar ona məxsus qeyri-yaşayış obyekti və digər qəsəbə sakinlərinə məxsus ticarət obyektləri sökülərək həmin ərazidən 10 metr aralıda hər kəsin öz hesablarına yenidən inşa edilmiş, lakin bu günə qədər edilən müraciətlərə baxmayaraq həmin qeyri yaşayış sahələrinə, obyektlərə heç bir hüquqi sənəd verilməmişdir. İstifadəsində olan həmin qeyri-yaşayış sahəsi elektrik enerjisi ilə təmin olunmuş, isidilməsi isə həyata keçirilməmişdir. Fəaliyyət göstərdiyi müddət ərzində ona məxsus qeyri-yaşayış obyektində ərzaq mallarının satışı həyata keçirilmişdir. Həmin mağazanı 2019-cu ilin may ayından aralarında bağlanmış şifahi razılaşmaya əsasən X6 120 manata icarəyə vermişdir. Obyektlərdə xx.xx.2022-ci il tarixində yanğın baş verərkən öz işləri ilə əlaqədar Bakı şəhərində olduğundan qardaşı X7 ona zəng edərək ona məxsus mağazanın yerləşdiyi cərgədə yanğın baş verdiyini və mağazasının da yandığını bildirmişdir. Bundan sonra baş vermiş yanğın hadisəsi ilə bağlı mağazanı icarəyə verdiyi X4 zəng edərək məlumat almışdır. xx.xx.2022-ci il tarixində yanğın hadisəsi baş verən əraziyə getdikdən sonra yanğın hadisəsinin obyektlər yerləşən cərgədə Cavabdeh məxsus kafedə baş verdiyini və alovun genişlənərək həmin cərgədə yerləşən digər obyekləri də yandırdığını öyrənmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Amma həmin cərgədə yerləşən obyekt sahiblərinə külli miqdarda maddi ziyan dəymişdir. Hadisəyə səbəb Cavabdeh məxsus kafedə qanunsuz olaraq quraşdırdığı və yemək bişirmək üçün nəzərdə tutulmuş iri həcmli propan balonundan istifadə etməklə balıq qızardan zaman balonun reduktorunda yaranmış nasazlıqdan alovun ətrafa sıçraması olmuşdur. Təhqiqat materiallarından da göründüyü kimi bütün zərərçəkənlər yanğına səbəb kimi Cavabdeh qanunsuz hərəkəti nəticəsində onun işlətdiyi kafedə baş vermiş yanğın hadisəsini göstərmişdirlər. Alov genişlənərək digər obyektlərə yayılmış, o cümlədən onun obyektidə yanmışdır. Buu faktı təsdiqləyən şahidlər də var. Yanğın nəticəsində ona tikinti üzrə 3000 (üç min) manat, əmtəə üzrə isə (obyektdə ərzaqların saxlanılması üçün istifadə edilən 2 ədəd iri həcmli soyuducu) 1450 (bir min dörd yüz əlli) manat ziyan olmaqla, ümumilikdə cavabdehin qanunsuz hərəkətləri nəticəsində xx.xx.2022-ci il tarixində baş vermiş yanğın nəticəsində ona dəymiş ziyan cəmi 4450 manat təşkil edir. Hal-hazırda o, öz hesabına obyekti yenidən inşa etdirmişdir. xx.xx.2022-ci il tarixində Qəbələ rayon Vəndam qəsəbəsində Qaraməryəm-Şəki magistral yolunun sağ şimal hissəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən təhqiqat başlanmış və xx.xx.2022-ci il tarixli qərar ilə yanğının baş verməsinin səbəbi müəyyənləşmişdir. Həmin qərarın 9-cu səhifəsinin 6-cı abzasında müəyyən edilmişdir ki, "Beləliklə, yoxlama zamanı toplanmış materialla müəyyən edilmişdir ki, Cavabdeh Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən kafenin sahibi kimi üzərinə yanğın təhlükəsiszliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda "Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları"nın 1.2 və 4.7.5.3-cü bəndlərinin tələblərini pozaraq kafedə yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə kafedə olan maye qaz balonunda əmələ gəlmiş nasazlıqdan kafedə yanğın baş vermişdir." Baş vermiş yanğın hadisəsi və nəticədə ona dəymiş maddi ziyana görə təqsirkar yanğının baş verməsinə səbəbkar olan Cavabdehdur. Ona dəymiş ziyanı da Cavabdeh ödəməlidir. Bununla əlaqədar ona dəymiş ziyanı ödəməli olduğunu bildirsə də, vurduğu ziyanı ödəməkdən yayınır. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, eyni zamanda göstərdi ki, ekpsert rəyində göstərilmiş məbləğdə iddia tələbinin təmin edilməsinə etiraz etmir. Göstərilənlərin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, ekspert rəyi ilə razıdır və həmin həddə iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. 07 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, İddiaçıla mağaza qonşusudur və dəymiş ziyan bəllidir. Həmin hadisə zamanı ona da ziyan dəymişdir, lakin o, şikayətçi olmamışdır. Mağaza bütöv yanmış, bir divarlar qalmışdır. Dam örtüyü yanıb ərimiş, mağazanın içərisinə yığılmış polkalar yanmış, soyuducular yanmışdır. Mağazanın içərisində olan ərzaq məhsulları yanmış, lakin həmin mallar arendatorun olmuşdur. Mağazada soyuducular da olmuş, lakin qiymətini və markalarını bilmir. 07 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, İddiaçı mağazasını arendaya götürmüşdür. Yanğından əvvəl ayda 250 manat aylıq arenda ödəmişdir. Yanğından sonra 400 manat ödəniş edir. Mağazanın əvvəlki vəziyyəti indiki kimi olmamış, yanğından sonra daha müasir formada təmir olunmuşdur. İndi normal marketdir, əvvəl mağazanın qabaq hissəsi plastikdən yığılmış, indi isə şüşədəndir. O, mağazanı arendaya götürəndə İddiaçı iki ədəd şəxsi soyuducusu olmuş, biri su yığmaq üçün, digəri kolbasa-sosiska yığmaq üçün olan soyuducular olmuşdur. Qalan soyuducular firmaya məxsus idi. Yanğın zamanı vitrinlər yanmış, bir də ona məxsus olan mallar. Divarlara yanğından əvvəl üzlük və rəng vurulmuş, yanğından sonra onlar qazınıb təkrar üzlük vurulmuşdur. O, arendaya iki mağaza götürüb, mağazaların arasını açmışdır. Hal-hazırda mağazanın ümumi sahəsi 56 kv.m metr, İddiaçı düşən hissə 33 kv.m-dir. Yanğından sonra dam örtüyü də dəyişilmişdir. Əvvəl dam hissəsi reyka və diklərlə yığılmışdır. Yanğında damın üstündəki dəmir ərimiş, onlar dəyişmiş, reyka və diklərlə yığılan hissə isə dəmir profil və alçipanla yığılmışdır. Dəmir yığan 550 manat əziyyət haqqı almışdır. Bütün pulları o ödəmiş, sonra İddiaçı ona vermişdir. 07 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Cavabdehla heç bir qohumluq əlaqələri yoxdur, həmkəndlidirlər. Həmin mağazanın yanğından əvvəl də, sonra da təmir işlərini o etmişdir. Arendator yaxın dostudur, ona görə də kömək məqsədi ilə etmişlər. Yanğından əvvəl 2-3 il əvvəl təmir etmişlər. Sadə yer olmuş, mağazanın üstü içəridən DSP və reykalardan yığılmışdır. Onlar bir az molyar işi görmüşlər. Yanandan sonra üstü dəmir profil və alçıpandan yığılmış, yerinin metlağı dəyişilmişdir. Əvvəl də metlax olmuş, ancaq sonra daha yaxşı vurulmuşdur. Mağazanı təmir edəndə pul almamışdır, çünki arendator yaxın dostudur. Yanmamışdan qabaq bir gün işləmişlər, 50 manatlıq iş olmuşdur. 07 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Cavabdehla və İddiaçıla həmkəndlidirlər. Heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. Həmin mağazanın təmirini Nəsirlə o etmişdir. Yanğından əvvəl də, sonra da onlar təmir etmişlər. Təmir üçün materialı kimin aldığından məlumatsızdır, təxmin edir ki, Elbir almışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid ifadələrini nəzərə alaraq, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsinin baş təhqiqatçısı, baş leytenant X2 19 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, 13 fevral 2022-ci il tarixdə Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən kafedə baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki,Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4430 saylı məkəmə yanğın-texniki ekspertizasının rəyinə əsasən, hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığı üçün, tədqiqat obyektinə baxış keçirməklə yanğının ilkin yarandığı yeri (yəni mənbə zonasını) müəyyən etmək mümkün olmamışdır. Bununla belə təqdim edilmiş is materiallarında olan məlumatlara əsasən yanğının ilkin olaraq Cavabdeh llyas oğlunun istifadə etdiyi ҫаyxananın daxilində olması güman edilir. Qəbələ rayonunun Vəndam qəsəbəsind yerləşən hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığını nəzərə almaqla, təqdim edilmiş is materiallarında hadisənin baş vermə səbəb və şəraitinə dair ziddiyyətlər (rəyin tədqiqat hissəsində göstərilən, səh: 3-4) olduğuna, təqdim edilmiş qaz balonun tədqiqi zamanı əldə edilmiş məlumatlara, hadísə baş vermiş tikiliyə kənar müdaxilə hallarının qeydə alınmadığına və yanğının mənbəyi kimi güman edilən hissd olan elektrik qurğuları tədqiqata təqdim olunmadığına görə, təqdil edilmiş materiallarda olan məlumatlar əsasında yanğının bilavasitə texniki səbəbini əks etdirən faktiki halların müəyyən edilməsi mümkün olmamışdır. Baş vermiş hadisənin səbəbinin müəyyən edilməsi mümkün olmadığından, qərarın 3-cü sualı üzrə tədqiqat aparılmamışdır. Həmin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarındagöstərilmişdir ki,Beləliklə, yoxlama zamanı toplanmış materialla müəyyən edilmişdir ki, Cavabdeh Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən kafenin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda "Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları" nin 1.2-ci və 4.7.5.3-cü bəndlərinin tələblərini pozaraq kafedə yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də, 13 fevral 2022-ci il tarixdə kafedə olan maye qaz balonunda əmələ gəlmiş nasazlıqdan kafedə yanğın baş vermişdir. Lakin yoxlamą materialından da göründüyü kimi yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, hadisə ölümə və ya ağır nəticələrə səbəb olmamışdır. İş materiallarında olan “X3” MMC-nin 23 yanvar 2023-cü il tarixli, 023-17 nömrəli rəyində göstərilmişdir ki, İddiaçı məxsus Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən 33 kvm sahədən ibarət mağaza binasına təmirdən sonra çəkdiyi xərcin ümumi dəyəri 3465 manat həddindədir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 48 nömrəli arayışdan görünür ki, Qəbələ rayon Vəndam qəsəbəsində İddiaçı məxsus 1995-ci ildə tikilmiş sahəsi 33 kv.m olan ticarət obyekti vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdehxx.xx.1968-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş və Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. Məhkəmənin 07 fevral 2023-cü il tarixli, 2(025)-128/2023 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14iyun 2023-cü il tarixli, 10/1123 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, mübahisə predmeti olan tikilinin (mağaza) təmirinə çəkilən xərcin hazırki (2022-2023-cü illər) bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2699,00 manat məbləğində müəyyən olunur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmənin mövqeyi: Göründüyü kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin baş təhqiqatçısı, baş leytenant X2 19 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə Cavabdeh təqsiri müəyyən olunmuş və təqsirinin nəticəsində İddiaçı məxsus Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, mübahisə predmeti olan tikiliyə (mağaza) “ziyan dəyməsi göstərilmişdir. Belə ki, Cavabdeh Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən kafenin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda "Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları" nin 1.2-ci və 4.7.5.3-cü bəndlərinin tələblərini pozaraq kafedə yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də, 13 fevral 2022-ci il tarixdə kafedə olan maye qaz balonunda əmələ gəlmiş nasazlıqdan kafedə yanğın baş vermiş, daha sonra isə yanğın genişlənərək ətrafda olan digər mağazalara da ziyan vurmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin baş təhqiqatçısı, baş leytenant X2 19 sentyabr 2022ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə sübuta yetmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 4450 manat məbləğində maddi ziyan tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2023-cü il tarixli, 10/1123 nömrəli rəyi ilə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, mübahisə predmeti olan tikilinin (mağaza) təmirinə çəkilən xərcin hazırki (2022-2023-cü illər) bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2699,00 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə 2699 manat maddi zərərin tutulmasını əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 2699 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 2699 (iki min altı yüz doxsan doqquz) manat İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 46,99 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 2699 (iki min altı yüz doxsan doqquz) manat və 46,99 (qırx altı manat doxsan doqquz qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-128/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-128/2023
25.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver