Məhkəmə qərarları › İş №2(025)-1296/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1296/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1296/2021 16.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 01 dekabr 2014-cü il tarixli 5-P-2-0-4011-14 №-li kredit müqaviləsi üzrə 10,69 manat faiz borcu və 7,84 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 18,53 manat borcun tutulması; Cavabdeh İddiaçı ASC-nin xeyrinə 20 dekabr 2019- cu il tarixli 5-MZ-1-0-2224-14 №-li kredit müqaviləsi üzrə 583,39 manat əsas borc, 10,05 manat faiz borcu və 7,22 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 600,66 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli 5-MZ-1-0-2224- 14 №-li kredit müqavilələrini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 12 ay müddətinə 331 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh 20 dekabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 20 dekabr 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 583,39 manat olmaqla kreditin müddəti 20 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, sborc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il iyulun 23dək Cavabdeh banka 01 dekabr 2014-cü il tarixli 5-P-2-0-4011-14 №-li kredit müqaviləsi üzrə 10,69 manat faiz borcu və 7,84 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 18,53 manat borcu və 20 dekabr 2019-cu il tarixli 5-MZ-1-0-2224- 14 №-li kredit müqaviləsi üzrə 583,39 manat əsas borc, 10,05 manat faiz borcu və 7,22 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 600,66 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X1 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı ASC ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 01.12.2014-cü il tarixli 5-P-2-0- 4011-14 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 331 manat məbləğində illik 28 % olmaqla 12 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan 5-P-2-0-4011-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 331 AZN məbləği illik 28 %-lə, 12 ay müddətinə aylıq 31.94 AZN, son ayda isə 31.99 AZN annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 5- MZ-1-0-2224-14 nömrəli kredit müqaviləsi üzrə 10.69 manat faiz borcu, 7.84 manat cərimə borcu olmaqla, cəmi 600.66 manat borcu vardır. İş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı ASC ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 20.12.2019-cu il tarixli 5-MZ-1-0-2224-14 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 583.39 manat məbləğində illik 1 % olmaqla 60 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan 5-MZ-1-0-2224-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 583.39 AZN məbləği illik 1 %-lə, 60 ay müddətinə (1 il güzəşt müddəti ilə) aylıq 12.40 AZN, son ayda isə 12.64 AZN annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 5- MZ-1-0-2224-14 nömrəli kredit müqaviləsi üzrə 583.39 manat əsas borcu, 10.05 manat faiz borcu, 7.22 manat cərimə borcu olmaqla, cəmi 600.66 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 12.07.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışlarından görünür ki, 23.07.2021-ci il tarixə Cavabdeh 5-MZ-1-0-2224-14 saylı kredit müqaviləsi üzrə əsas borcu 583.39 manat, faiz borcu 10.05 manat, 5-P-2-0-4011-14 saylı kredit müqaviləsi üzrə faiz borcu 10.69 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə 5-MZ-1-0-2224-14 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 583.39 manat və faiz borcu üzrə 10.05 manat borcun, 5-P-2-0- 4011-14 saylı kredit müqaviləsi üzrə faiz borcu üzrə 10.69 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, 5-MZ-1-0-2224-14 saylı kredit müqaviləsi üzrə 7.22 manat cərimə borcu və 5-P-2-0-4011-14 saylı kredit müqaviləsi üzrə 7.84 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 5-MZ-1-0-2224-14 saylı kredit müqaviləsi üzrə 7.22 manat cərimə borcu və 5-P-2-0-4011-14 saylı kredit müqaviləsi üzrə 7.84 manat cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 5-MZ-1-0-2224-14 saylı kredit müqaviləsi üzrə 7.22 manat cərimə borcu və 5-P-2-0-4011-14 saylı kredit müqaviləsi üzrə 7.84 manat cərimə borcunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ASCilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli müqavilə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, (borclu) Cavabdeh 5-P-2-0-4011-14 saylı kredit müqaviləsi üzrə 10 manat 69 qəpik faiz borcu, 7 manat 84 qəpik cərimə borcu – cəmi 18 manat 53 qəpik kredit borcu, 5-MZ-1-0-2224-14 saylı kredit müqaviləsi üzrə 583 manat 39 qəpik əsas borc, 10 manat 05 qəpik faiz borcu və 7 manat 22 qəpik cərimə borcu olmaqla - cəmi 600 manat 66 qəpik kredit borcu olmaqla ümumilikdə 619 manat 19 qəpik borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, İddiaçı ASC ilə X1 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli müqavilə ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh (borclu) Cavabdeh 5-P-2-0-4011-14 saylı kredit müqaviləsi üzrə 10 manat 69 qəpik faiz borcu, 7 manat 84 qəpik cərimə borcu – cəmi 18 manat 53 qəpik kredit borcu, 5-MZ-1-0- 2224-14 saylı kredit müqaviləsi üzrə 583 manat 39 qəpik əsas borc, 10 manat 05 qəpik faiz borcu və 7 manat 22 qəpik cərimə borcu olmaqla - cəmi 600 manat 66 qəpik kredit borcu olmaqla ümumilikdə 619 manat 19 qəpik borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli müqavilə ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar