Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1297/2021 31.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh təbiətə vurulmuş 750,00 (yeddi yüz əlli manat 00 qəpik) manat məbləğində maddi ziyanın X4 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ RPŞ tərəfindən idarəyə daxil olmuş 17 iyun 2021-ci il tarixli 31/144-17509-1221 saylı məktuba baxılmışdır. Daxil olmuş 17 iyun 2021ci il tarixli 31/144-17509-1221 saylı məktuba əsasən 2021-ci ilin may ayında 2 (iki) ədəd yalanqoz ağacının kəsilməsi nəticəsində təbiətə 750,00 (yeddi yüz əlli manat 00 qəpik) manat məbləğində ziyan dəymişdir. Vurulmuş ziyanın müvafiq qanunvericiliyə əsasən X4 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. 03.05.2021-ci il tarixində qanunpozan Cavabdeh 750,00 (yeddi yüz əlli manat 00 qəpik) manat məbləğində ziyanın X4 üzrə Dövlət Fonduna ödənilməsinin təmin edilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq ziyanın ödənilməsi təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, o, 2 ədəd yalanqoz ağacını kəsmişdir. Buna səbəb isə həmin ağacların yoldan istifadəyə maneəçilik törətməsi olmuşdur. Bu səbəbdən ağacları kəsərkən heç kəsdən icazə almamışdır. Buna görə o, inzibati qaydada 2000 manat cərimə olunmuşdur. Həmçinin təbiətə dəymiş zərər isə 750 manat müəyyən edilmişdir. O, 750 manat təbiətə dəymiş ziyandan 300 manat ödəniş etmişdir. Onun tərəfindən edilən 300 manat ödənişin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qəbələ rayonu Nic qəsəbə sakini Cavabdeh ünvanlanmış 05 iyul 2021-ci il tarixli, 644 nömrəli məktubdan görünür ki, Cavabdeh təbiətə dəymiş ziyana görə 750,00 (yeddi yüz əlli manat 00 qəpik) manat məbləğində maddi ziyanın 10 gün müddətinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İşdə olan X7 hesablanması cədvəlindən görünür ki, X7 miqdarı 750,00 (yeddi yüz əlli manat 00 qəpik) manat məbləğində müəyyən olunmuşdur. İşdə olan 02.07.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Qəbələ rayon Nic bələdiyyə mülkiyyətindən ağacların kəsilməsi nəticəsində təbiətə ziyan dəydiyinə görə Cavabdeh oğlu barəsində AR İXM-nin 253.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında ******* nömrəli 16 iyul 2021-ci il tarixli qərardan görünür ki, 6 saylı RETŞİ-nin rəisi X1 Mayis Qurgeni oğlu barədə tərtib edilmiş 02.07.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, Cavabdeh İXMin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 (iki min) manat məbləğində cərimə edilməsini qərara almışdır. Cavabdeh tərəfindən məhkəmə təqdim edilən və iş materiallarına əlavə edilən 22 iyul 2021-ci il tarixli, 24069 nömrəli və 31.08.2021-ci il tarixli 17812 nömrəli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən 22.07.2021-ci il və 31.08.2021-ci il tarixlərdə X4 üzrə Dövlət Fondunun hesabına ümumilikdə 300 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı qərarı ilə təsdiq edilmiş “X7 Hesablanması və Ödənilməsi Qaydası”na əsasən təbiətə dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Həmin qaydanın 4.3-cü bəndinə əsasən yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Beləliklə, sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, cavabdeh təbiətə 750 manat dəyərində ziyan vurmasını etiraf edir və bunun nəticəsidir ki, bu günə qədər X4 üzrə Dövlət Fonduna vurduğu ziyana görə 300 manat ödəniş etmiş və bununla bağlı ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Lakin iddiaçı iddia ərizəsində cavabdehdən 750 manat maddi ziyan tələb etsə də, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən 300 manat ödənilməsi nəzərə alınaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 450 manat (750-300) maddi ziyan tutularaq X4 üzrə Dövlət Fonduna ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə iddianı qismən əsaslı sayıb, onun qismən təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Cavabdeh oğlu vurulmuş zərərə görə iddiaçı təşkilat qarşısında maddi məsuliyyət daşıyır və həmin zərər ondan məcburi qaydada tutulmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinin tələbinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu qaydada qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 450,0 (dörd yüz əlli) manat məbləğində maddi zərər tutulub X4 üzrə Dövlət Fonduna ödənilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1297/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1297/2021
31.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver