Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-133/2024 24.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh Raciki oğlu və Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Raciki oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Raciki oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbi iddia qaldıraraq qarşı tərəfin təqsirindən xx.xx.2023-cü il tarixdə, saat 12-04 radələrində Qəbələ rayonu Nic qəsəbəsi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan olan «SORENTO» markalı ** SE *** dövlət nömrə nişanlı avtomobilin “VAZ 21715” markalı ** BH ***0 dövlət nömrə nişanlı toqquşaraq zədələnməsi nəticəsində ona 5270,0 manat miqdarında maddi ziyan dəydiyini və “Günay” sığorta şirkəti tərəfindən cəmi 2500,0 manat ödənildiyini göstərib cavabdehdən 2770,0 manat və 77,70 manat dövlət rüsumu tutulub onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12-04 radələrində Qəbələ rayonu Nic qəsəbəsi ərazisində Cavabdeh Raciki oğlunun idarə etdiyi VAZ 21715” markalı ** BH ***0 dövlət nömrə nişanlı avtomobilin ona məxsus olan olan «SORENTO» markalı ** SE *** dövlət nömrə nişanlı avtomobillə toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh Raciki oğlu yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli hesab edilərək inzibati qaydada tənbeh edilmişdir. YNH nəticəsində ona cəmi 5270,0 manat miqdarında maddi ziyan dəymiş və “Günay” sığorta şirkəti tərəfindən cəmi 2500,0 manat ödənilmişdir. Cavabdeh Raciki oğlu qalan 2770,0 manatın ödənilməsindən imtina etmişdir. Ona görə də, Cavabdeh Raciki oğlundan 2770,0 manat və 77,70 manat dövlət rüsumu tutulub onun xeyrinə ödənilməsi haqqında iddia qaldırılmışdır. Cavabdeh Raciki oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12-04 radələrində Qəbələ rayonu Nic qəsəbəsi ərazisində onun oğlunun idarə etdiyi VAZ 21715” markalı ** BH ***0 dövlət nömrə nişanlı avtomobilin İddiaçı məxsus olan olan «SORENTO » markalı ** SE *** dövlət nömrə nişanlı avtomobillə toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. O, yol nəqliyyat hadisəsini baş verməsində təqsirli hesab edilərək inzibati qaydada tənbeh edilmişdir. YNH nəticəsində İddiaçı cəmi 1500,0 manat məbləğində maddi ziyan dəymiş və “Günay” sığorta şirkəti tərəfindən tam şəkildə ödənilmişdir. Ona görə də iddia tələbi əsasız hesab edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətinə əsasən Cavabdeh Raciki oğlu VAZ 21715” markalı ** BH ***0 dövlət nömrə nişanlı avtomobili idarə edərək xx.xx.2023-cü il tarixdə, saat 12-04 radələrində Qəbələ rayonu Nic qəsəbəsi ərazisində hərəkətdə olarkən «SORENTO» markalı ** SE *** dövlət nömrə nişanlı avtomobillə toqquşma ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. İşdə olan BD 349092 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2013-cü ildə buraxılmış «SORENTO» markalı ** SE *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2023cü il tarixdə il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan “Avtoservis 77” Servis müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Zərər aktına əsasən «SORENTO» markalı ** SE ***4 dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərər 14270,0 manat məbləğində müəyyən edilmişdir. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/1688 nömrəli ekspert rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtoservis 77” Servis müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktındakı məlumatlar nəzərə alınmaqla 2005-ci il buraxılışlı, qara rəngli « Kia SORENTO minik » markalı ** SE *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci 3395,0 manat müəyyən edilir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12-04 radələrində Qəbələ rayonu Nic qəsəbəsi ərazisində Cavabdeh Raciki oğlunun idarə etdiyi VAZ 21715” markalı ** BH ***0 dövlət nömrə nişanlı avtomobillə toqquşma zamanı «SORENTO» markalı ** SE *** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində İddiaçı dəymiş maddi zərər “Günay” sığorta şirkəti tərəfindən ödənilmişdir. “İcbari sığortalar haqqında” AR Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 56.1.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manat müəyyən edilir. AR Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixdə, saat 12-04 radələrində Qəbələ rayonu Nic qəsəbəsi ərazisində Cavabdeh Raciki oğlunun idarə etdiyi VAZ 21715” markalı ** BH ***0 dövlət nömrə nişanlı avtomobillə toqquşma zamanı «SORENTO» markalı ** SE *** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində əmlaka dəymiş maddi zərər 5000,0 manatdan az olduğundan İddiaçı sığortalı Cavabdeh Raciki oğlundan maddi zərərin ödənilməsini tələb etməkdə haqlı deyil. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunmasın. İş üzrə keçirilmiş eksertiza tədqiqatının dəyəri olan 100,0 (bir yüz) manat İddiaçı tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(025)-133/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-133/2024
24.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver