Məhkəmə qərarları › İş №2(025)-1338/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1338/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1338/2022 23.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdehistifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1281,09 (bir min iki yüz səksən bir manat doqquz qəpik) manat borc və ödənilmiş 32,28 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını nəzərdə tutmuşdur. Məhkəmənin təşəbbüsü ilə12 oktyabr 2022-ci il tarixli 2(025)-1338/2022 nömrəli qərardadı ilə hazırkı işin iddia icraatına keçilməsi qərara alınmışdır. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00210 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 1281,09 (bir min iki yüz səksən bir manat doqquz qəpik) manatborcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 1281,09 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Həmçinin elektrik enerjisinin alqı-satqısı ilə bağlı hüquqi münasibətlər tərəflər arasında bağlanılmış “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə ilə tənzimlənir və cavabdeh tərəf həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Eyni zamanda göstərmişdir ki, sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjinin qoşulmasını həyat yoldaşı Heyran İsmayılova etmişdir. Məhkəmə iclasında X1 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı Cavabdeh onun həyat yoldaşıdır. Onların evinə verilən elektrik enerjisi kəsildiyindən və evdə 2 azyaşlı uşaq olduğundan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, şahidin ifadəsini dinləyərək və iddiaçı tərəfindən təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” xx.xx.2022-ci il tarixli, 424962 №-li müqavilədən görünür ki, enerjitəchizatı müəssisəsi adından "xxxx" ASC-nin Şimal-Qərb RETSi-nin rəisi cənab N.Mahmudov ilə məişət abonenti Cavabdeh arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlamışlar. Tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlak ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar. İş materiallarına əlavə edilmiş 22 yanvar 2019-cu il tarixli, R126482 nömrəli aktdan görünür ki, “EEİQ”-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın giriş yuvasından çıxış xəttinə əlavə kənar xətt vasitəsi ilə şunt qoşularaq sayğacdan kənar xəttdən istifadə olunur. Həmin akta əsasən verilmiş 24 yanvar 2019-cu il tarixli aktda itirilmiş enerjinin dəyəri 502,48 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 20 iyun 2019-cu il tarixli, R145212 nömrəli aktdan görünür ki, “EEİQ”-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, elektrik sayğacına şunt olunmuşdur. Həmin akta əsasən verilmiş 25 iyun 2019-cu il tarixli aktda itirilmiş enerjinin dəyəri 204,56 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 23 noyabr 2020-ci il tarixli, R200448 nömrəli aktdan görünür ki, “EEİQ”-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, smart kart sayğacın alt qapağının altında giriş-çıxışa şunt olunmuşdur. Həmin akta əsasən verilmiş 25 noyabr 2020-ci il tarixli aktda itirilmiş enerjinin dəyəri 328,87 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış Pretenziya məktubundan görünür ki, 1281,09 manat borc məbləğinin ödənişini 7 (yeddi) gün ərzində təmin edilmədiyi halda məhkəməyə müraciət ediləcəyi bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutları və məhkəmınin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona məxsus mənzili elektrik enerjisi ilə təchiz etmişdir. Cavabdehə məxsus mənzildə istehlak edilmiş elektrik enerjisinin dəyəri tam ödənilmədiyindən, o cümlədənelektrik enerjisindən qeyri-qanuni istifadə edildiyindən borc yaranmış və elektrik enerjisindən istifadəyə və elektrik enerjisindən qeyri-qanuni istifadəgörə borcun 1281,09 manat olması müəyyən edilmişdir. Həmin borcun bir hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən, bir hissəsi isə elektrik enerjisindən qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Elektrik enerjisindən qeyri-qanuni istifadəyə görə iddiaçı təşkilat tərəfindən aktlar tərtib edilmiş, həmin aktlar Cavabdeh tərəfindən mübahisələndirilməmiş, əksinə olaraq məhkəmə zamanı qanunsuz olaraq elektrik enerjisindən istifadə etdiyini etiraf etmişdir. Beləliklə, işin halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona məxsus mənzili elektrik enerjisi ilə təchiz etmişdir. Cavabdehə məxsus mənzildə istehlak edilmiş elektrik enerjisinin dəyəri tam ödənilmədiyindən həmin xidmət üzrə borc yaranmış və elektrik enerjisindən istifadəyə görə və elektrik enerjisindən qeyri-qanuni istifadəyə görə borcun 1281,09 manat olması müəyyən edilmişdir. Bu səbəbdən həmin məbləğ Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbi qəbul edildiyindən və o bu barədə məhkəməyə yazılı ərizə təqdim etdiyindən, məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul etməyi məqsədəmüvafiq hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 32,28 (otuz iki manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumucavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1281,09 manat borc, ödənilmiş 32,28 manat dövlət rüsumu, ümumilikdə isə 1313,37 (bir min üç yüz on üç manat otuz yeddi qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1281,09 manat borc, ödənilmiş 32,28 manat dövlət rüsumu, ümumilikdə isə 1313,37 (bir min üç yüz on üç manat otuz yeddi qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar