Məhkəmə qərarları › İş №2(025)-136/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-136/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-136/2023 07.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh İsmayilzadə Rumı̇ yyə Sədulla qızına qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh İsmayilzadə Rumı̇ yyə Sədulla qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətin cavabdeh İsmayilzadə Rumı̇ yyə Sədulla qızına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdehdan iddiaçı "xxxx" ASC-nin xeyrinə CL-EE000053240 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 1,263.84 manat əsas borc, 142.12 manat müqavilə müddətində faiz borcu və 0.01 manat cərimə faizi olmaqla, cəmi 1,405.97 (bir min dörd yüz beş manat 97 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 34.06 (otuz dörd manat 06 qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-i ilə Cavabdeh arasında bağlanmış CL-EE000053240 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh qızna elektron təsdiq vasitəsilə (OTP kod) 48 ay müddətinə illik 19.9 faiz olmaqla 1300 (bir min üç yüz) manat məbləğində nağd kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə rorcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Hazırda cavabdehin CL-EE000053240 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixinə 1,263.84 manat əsas borc, 142.12 manat müqavilə müddətində faiz borcu və 0.01 manat cərimə faizi olmaqla, cəmi 1,405.97 (bir min dörd yüz beş manat 97 qəpik) manat məbləğində borcu mövcuddur. Eyni zamanda tərəfilərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 34.06 AZN dövlət rüsumu və 0.40 .AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh qızma xx.xx.2022-ci il tarixində PKİD/MİŞ-0285 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasındə iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İsmayilzadə Rumı̇ yyə Sədulla qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin ilə İsmayilzadə Rumı̇ yyə Sədulla qızı arasında (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan xx.xx.2022-ci il tarixli CL-EE000053240 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 1300 (bir min üç yüz) manat məbləğində illik 19.9 % olmaqla 48 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli CL-EE000053240 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan İsmayilzadə Rumı̇ yyə Sədulla qızı 1300 manat məbləği illik 19.9 %-lə, 48 ay müddətinə aylıq 39.5 manat, sonuncu ay isə 38.83 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, İsmayilzadə Rumı̇ yyə Sədulla qızının xx.xx.2022-ci il tarixli CL-EE000053240 nömrəli kredit müqaviləsi üzrə 1,263.84 manat əsas borcu, 142.12 manat müqavilə müddətində faiz borcu və 0.01 manat cərimə faizi borcu vardır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki cavabdeh İsmayilzadə Rumı̇ yyə Sədulla qızının əsas borcu 1,263.84 manat, faiz borcu 142.12 manat və 0.01 manat cərimə faizi borcu olmuşdur. Məhkəmə bu səbəbdən cavabdeh iddiaçı bankın xeyrinə əsas borc üzrə 1,263.84 manat, faiz borcu üzrə 142.12 manat borcun tutulmasını əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 0.01 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib hesablanmışdır. Məhkəmə hesab edir ki, 0,01 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 0,01 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34.06 (otuz dörd manat altı qəpik) manat dövlət rüsumu, habelə 40 (qırx) qəpik bank xidməti haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh (borclu) cavabdeh İsmayilzadə Rumı̇ yyə Sədulla qızından 1.263 manat 84 qəpik əsas, 142 manat 12 qəpik faiz borcu və 0.01 qəpik cərimə faizi olmaqla, cəmi 1.405 (bir min dörd yüz beş) manat 97 (doxsan yeddi) qəpik kredit borcu, 34 (otuz dörd) manat 06 (altl) qəpik dövlət rüsumu, habelə 40 (qırx) qəpik bank xidməti haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İsmayilzadə Rumı̇ yyə Sədulla qızından, 1.263 manat 84 qəpik əsas, 142 manat 12 qəpik faiz borcu və 0.01 qəpik cərimə faizi olmaqla, cəmi 1.405 (bir min dörd yüz beş) manat 97 (doxsan yeddi) qəpik kredit borcu, 34 (otuz dörd) manat 06 (altl) qəpik dövlət rüsumu, habelə 40 (qırx) qəpik bank xidməti haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar