Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1367/2021 04.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh1 Abil oğlunun iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Abil oğluna və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 Abil oğlundan, Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 25.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1425.48 manat əsas borc, 22.88 manat faiz borcu və 18.65 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1467.01 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Abil oğlu 25.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 1425.48 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 25.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 30.07.2021-dək Cavabdeh1 Abil oğlunun banka 25.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1425.48 manat əsas borc, 22.88 manat faiz borcu və 18.65 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1467.01 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını nəzərdə tutmuşdur. Cavabdeh1 Abil oğlu iddia ərizəsinə etiraz təqdim etmiş, Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(025)-1367/2021 nömrəli qərardadı ilə hazırkı işin iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Abil oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı "xxxx" Açıq səhmdar Cəmiyyətinin iddia ərisəndə göstərdiyi kimi onların borcun ödənilməməsi haqqında cavabdehlərə bildirişlərin göndərilməsi həqiqəti əks etdirmir. Digər tərəfdən 08 fevral 2017-ci il tarixli ödəniş tapşırığı № 43- lə 100 manat, 09 iyun 2016-ci il tarixli ödəniş tapşırığı № 174-lə 600 manat, 27 dekabr 2017-ci il tarixli ödəniş tapşırığı ilə 50 manat vəsaitin "xxxx"ın hesabına ödənilməsinə baxmayaraq həmin vəsaitin hesabdan çıxarışda öz əksini tapmamışdır. Bu barədə bankın hüquqşünasına dəfələrlə müraciət olunmasına baxmayaraq həmin vaxtda bankda işləmədiyini əsas gətirərək müraciətə hər hansı variantda cavab verməkdən boyun qaçırmış və 750 manat borcdan silinməmişdir. Bu barədə bankın müxtəlif rəsmilərilə telefon əlaqələri olub və araşdırmaların getdiyini bildirmişlər. Araşdırmaların çox uzanması və heç bir nəticə verməməsindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmişdir. Baş Prokurorluğun 04.12.2020-ci il tarixli №:20-0090-01-01-073947 saylı məktubu araşdırma üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilib. Araşdırma davam edir. Borcun ödənilməməsinin əsas səbəbi mübahisəli olan 750 manat vəsaitin ödəniş cədvəlində öz əksini tapmamasıdır. Odur ki, iddia tələbinin təmin olunmaması, "xxxx" Açıq Səhmdar Cəmiyyətinnin hesabına keçirilmiş 750 manatın borcundan silinməsi və ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı «Nikoyl» İKB ilə Cavabdeh1 Abil oğlu (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 25.12.2019-cu il tarixli 5-MZ-2-0-3448-14 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 1425.48 manat məbləğində illik 1 % olmaqla 60 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan 25.12.2019-cu il tarixli 5-MZ-2-0-3448-14 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 Abil oğlunun 25.12.2019-cu il tarixli 5- MZ-2-0-3448-14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 25.12.2019-cu il tarixli 5-MZ-2-0-3448-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 Abil oğlu 1425.48 manat məbləği illik 1 %-lə, 60 ay müddətinə 1 il güzəşt müddəti tətbiq edilməklə aylıq 30.31 manat, son ayda isə 30.24 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Abil oğlunun 25.12.2019-cu il tarixli 5-MZ-2-0-3448-14 nömrəli kredit müqaviləsi üzrə 1425.48 manat əsas borcu, 22.88 manat faiz borcu, 18.65 cərimə borcu olmaqla, cəmi 1467.01 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 12.07.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə tərəfindən cavabdehin etiraz ərizəsində qeyd etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinnin hesabına keçirilmiş 750 manatın kredit müqaviləsi üzrə borcundan silinməsi tələbi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının 21 oktyabr 2021-ci il tarixli 16-05529-2021 saylı məktubuna əlavə olunmuş sənədlərdən, həmçinin iş materiallarında olan hesabdan çıxarış məlumatlarından aydın olur ki, Cavabdeh1 Abil oğlunun qeyd etdiyi ödənişlər sistem üzrə yoxlanılmış və 17.06.2016-cı il tarixdə 600 AZN (altı yüz manat) ödənişin hesaba daxil olması aşkar edilmişdir. Cavabdeh1 Abil oğlu tərəfindən ödəniş tapşırığı əsasında 27.12.2017-ci il tarixində ödənilən 50 AZN (əlli manat) və 08.02.2017-ci il tarixində ödənilən 100 AZN (yüz manat) dəyərində olan ödənişlər sistem üzrə aşkar edilməmişdir. Belə ki, həmin ödənişlər səhv olaraq Cavabdeh1 Tofiq oğlunun hesabına köçürülmüşdir. Qeyd olunanları nəzərə alınmaqla Borcalanın hazırda Bank qarşısında ödənilməmiş əsas borcu 1425.48 AZN və faiz borcu 14.95 AZN təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 30.07.2021-ci il tarixə Cavabdeh1 Abil oğlunun əsas borcu 1425.48 manat, faiz borcu 22.88 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə əsas borc üzrə 1425.48 manat, faiz borcu üzrə 22.88 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, 18 manat 65 qəpik cərimə borcu yaranmış borc məbləğinə mütənasib hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 18 manat 65 qəpik məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 18 manat 65 qəpik məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh1 Abil oğlundan və (zamin) Cavabdeh2 müştərək qaydada 1425 manat 48 qəpik əsas borc, 22 manat 88 qəpik faiz borcu və 18 manat 65 qəpik cərimə borcu olmaqla, cəmi 1467 manat 01 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 Abil oğlundan və (zamin) Cavabdeh2 müştərək qaydada 1425 manat 48 qəpik əsas borc, 22 manat 88 qəpik faiz borcu və 18 manat 65 qəpik cərimə borcu olmaqla, cəmi 1467 manat 01 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1367/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1367/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver