Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1368/2025 09.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia qaldıraraq xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən AA 000045 saylı planda yeri göstərilən 0.025 ha (reyestr nömrəsi: **********44) yaşayış məntəqəli torpaq sahəsinin cavabdeh tərəfin qanunsuz sahibliyindən azad edilərək ona qaytarılması, istifadəsinə törədilən maneələrə son qoyulması və 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən AA 000045 saylı planda yeri göstərilən 0.025 ha (reyestr nömrəsi: **********44) yaşayış məntəqəli torpaq sahəsi ilə bağlı Şəki inzibati məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin olduğu barədə onlara məlumat verilmişdir. Onların indiyədək bu barədə məlumatları olmamışdır. Ona görə də ərizə verərək işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh izahatında ünvan 1 ünvanında yerləşən AA 000045 saylı planda yeri göstərilən 0.025 ha (reyestr nömrəsi: **********44) yaşayış məntəqəli torpaq sahəsi ilə bağlı yaranmış mübahisənin artıq həll edildiyini bildirmiş və işin baxılmamış saxlanılmasına etiraz etməmişdir. AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh X2 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 100.60 (bir yüz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(025)-1368/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1368/2025
09.12.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver