Məhkəmə qərarları › İş №2(025)-1373/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1373/2022

21.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1373/2022 21.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu İddiaçılar İddiaçı1, İddiaçı2 və Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə qanunsuz maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyə n e t d i m: İddiaçılar İddiaçı1, İddiaçı2 və Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə qanunsuz maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və Nümayəndə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə qanunsuz maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsindən görünür ki, iddia ərizəsi İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən imzalansa da, lakin, onun həmin ərizəni imzalamağa hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınmasıilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İşdə olan 19 sentyabr 2022-ci il tarixli etibarnamədən görünür ki, iş üzrə İddiaçı2 müəyyən hərəkətləri həyata keçirməyi Nümayəndə etibar etmiş, lakin, Azərbacan Respublikası MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulan iddia ərizəsinin imzalanması etibarnamədə xüsusi göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə qanunsuz maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, X2 Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə qeyd edir ki, Nümayəndə tərəfindən cəmi 101 manat məbləğində pul ödənilmiş, həmin puldan məhkəmədə iddia qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş pul 100 manat məbləğində olmuşdur. Göstərilənlərə əsasən, hesab edirəm ki, Nümayəndə tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçılar İddiaçı1, İddiaçı2 və Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə qanunsuz maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nümayəndə tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Nümayəndə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar