Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1396/2021 18.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı "dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı "dəymiş zərərin ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada sözü gedən torpaq sahəsinə düşmüş 152 ədəd fındıq ağacının dəyəri olan 18240 manatın, bağa su çəkilməsi və abadlaşdırma işləri üçün xərclənmiş 2000 azn olmaqla ümumilikdə 20240 azn məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 ona qarşı “torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması” iddiası ilə Qəbələ rayon Məhkəməsinə müraciət etmişdirlər. Qəbələ rayon məhkəməsi tərəfindən mülki işə açıq məhkəmə iclasında baxılmış və qanun üzrə Cavabdeh1 mülkiyyətinə verilmiş 1.2955 ha torpaq sahəsinin 0.2271 ha hissəsindən, Cavabdeh2 oğlunun 1.0232 ha torpaq sahəsinin 0.3130 ha hissəsindən onun çıxarılmasına dair qərar verilmişdir. Prosesə cəlb edilmiş Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Texniki inventarlaşdırma Şöbəsinin mühəndisi X13 məhkəmə prosesində iştirak etmiş və bildirmişdir ki, həmin torpaq sahələri torpaq islahatları zamanı vətəndaşlara paylanılmışdır. Lakin torpaq sahələrinin dar-uzun olması səbəbindən vətəndaşlar öz aralarında razılığa gələrək heç bir rəsmi sənədləşmə aparmadan torpaq sahələrini kvadrat şəkildə hər kəsin istifadəsinə yarayacaq şəkildə bölmüşdürlər. O, məhkəmədə mübahisə predmeti olan torpaq sahəsinə 22 ildən çoxdur ki, qulluq etmişdir. Həmin torpaq sahəsində fındıq bağı salmış, ora su çəkilməsini, ətrafının hasarlanmasını, torpaqlama işləri kimi bir çox işləri həyata keçirmişdir. Qəbələ rayon Məhkəməsindəki proseslər zamanıda qeyd etdiyi kimi cavabdehlərin məqsədi torpaq islahatları zamanı verilmiş sənədin yaratdığı imkandan istifadə edərək hazır fındıq bağına sahib olmaqdır. Onun şifahi vəsatəti ilə bağa çəkdiyi xərcin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC tərəfindən bağ sahəsinə baxış keçirilmişdir. Lakin o, həmin baxışa dəvət edilməmişdir. "xxxx" MMC öz ekspertizasında həmin bağ sahəsinin ölçülərini və ordakı ağacların sayını bildirmişdir, lakin bağ salınması üçün çəkilən xərcə barədə heç bir qeyd etməmişdir. O cümlədən ekspertiza rəyi ilə tanış deyil, həmin bağ sahəsinə indiyə kimi çəkdiyi xərclərlə bağlı və həmin xərclərin ödənilməsi ilə bağlı məhkəmə iclaslarında, o cümlədən çıxarılmış qətnamədə heç bir qeyd yoxdur. Sadəcə ona qarşı tərəf fındıq ağaclarının yerinin dəyişdirilməsini təklif etmişdir ki, bu praktiki cəhətdən mümkün deyil. Həmin fındıq ağaclarının dəyərinin ödənilməsi üçün isə təklif edilən pul məbləği çox aşağı olmuşdur. O Qəbələ rayonunda müstəqil fəaliyyət göstərən X1 MMC-yə müraciət edərək həmin bağ sahəsində fındıq ağaclarının dəyərinin müəyyən edilməsi üçün müraciət etmişdir. Aparılmış ekspertiza nəticəsində aydın olmuşdur ki, mübahisəli torpaq sahəsinə düşən 152 topa fındıq ağacının ümumi dəyəri 18240 azn (on səkkiz min iki yüz qırx manat) dəyərindədir. O, dəfələrlə cavabdehlərə elə həmin torpaq sahəsinin həmsərhəddində yerləşən başqa torpaq sahəsi ilə əvəzləşdirməni təklif etmişdir. Lakin onlar bununla razı olmamışdırlar. Qarşı tərəfin istəyi hazır fındıq bağına sahib olmaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda göstərdi ki, “X3” MMC-nin 02 may 2021-ci il tarixli 012/21 nömrəli ekspert rəyində göstərilmiş qiymətlər normal bazar qiymətləndirini əks etdirir. Bu səbəbdən sözügedən rəydə göstərilmiş həddə, yəni 109 ədəd fəndıq kolu üçün mütəxəssis tərəfindən hesablanmış həddə iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək göstərdi ki, iddiaçının iddia etdiyi sahənin suyunu o çəkdirmişdir. Gilan o sahəni icarəyə götürmüş və həmin sahəni Gilan işlədirmiş. Həmin sahədə qarğıdalı əkilmişdir. O, həmin əraziyə su çəkdirənə qədər oraya su çıxmamışdır. Yəni heç kim o sahəyə su çəkdirməmişdir. Daha sonra iddiaçı onu öyrədən bir şəxsi torpaq sahəsində olan fındıq ağaclarının dəyərini, həmçinin indiyə kimi bağ sahəsinin abadlaşdıırılmasına, ətrafın hasarlanması və digər işlərin xərcinin hesablanması üçün gətirib hesablatmışdır. Lakin necə hesablanıbsa ona deyilməmişdir. O, əvvəllər kənd sovetində işləmiş, Gilanda 10-15 ildir işləyir. Həmin hesabların necə hesablanmasını hamsını bilir. O, İddiaçı təklif etmiş ki, bütün xərcləri hesablamaq üçün mütəxəssis gətirsinlər və necə hesab edirlərsə biryerdə baxsınlar. Lakin İddiaçı bununla razılaşmamışdır. X15 İnkişaf Mərkəzi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmiş qiymətlərlə razılaşmasada bu mübahisənin bitməsini istəyir və həmin həddə iddia tələbinin təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh2 oğlu iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı torpaq sahəsində olan fındıq topalarını istəmir. İddiaçı neçə ildir ki, onun torpaq sahəsindən isdifadə etməyə imkan vermir. Fındıq topalarını torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsinin boşaldılmasını istəyir. Eyni zamanda o da bu mübahisənin bitməsini istəyir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini istəyir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********34; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 01.06.2020 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Mirzəbəyli kəndində 1,0232 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair 01.06.2020-ci il tarixdə, AA 509080 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********02; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 18.12.2019 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Mirzəbəyli kəndində 1,5043 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair 18.12.2019-cu il tarixdə, AA 447262 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********49; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 05.12.2018 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Mirzəbəyli kəndində 1,2955 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən 05.12.2018-ci il tarixdə, AA 335506 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş JN-247 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 15 nömrəli qərarına əsasən X5, İddiaçı və X2 ümumi birgə mülkiyyətinə 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli 2(025)-74/2021 nömrəli qətnaməsindən görünür ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********34; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 01.06.2020 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş 1,0232 ha torpaq sahəsinin 0,3103 ha hissəsindən, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********02; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 18.12.2019 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş 1,5043 ha torpaq sahəsinin 0,2878 ha hissəsindən, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********49; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 05.12.2018 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş 1,2955 ha torpaq sahəsinin 0,2271 ha hissəsindən cavabdeh İddiaçı çıxarılması və həmin torpaq sahələrindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. İş nateriallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.06.2021-ci il tarixli 2(107)-1178/2021 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)-74/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 18.12.2020-ci il tarixli, 596 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən müəyyən olunur ki, Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində yerləşən torpaq sahələrinin koordinatları qeydə alınaraq naturada (yer səthi üzərində) tam həcmdə mövcudluğu müəyyən olunmuş, lakin 01.06.2020-ci il tarixli Cavabdeh2 **********34 reyestr nömrəli çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsini, 18.12.2019-cu il tarixdə Cavabdeh2 **********02 reyestr nömrəli çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsini, 05.12.2018-ci il tarixdə Cavabdeh1 **********49 reyestr nömrəli çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0.2271 ha hissəsini ərazinin qərb istiqamətindən cavabdeh İddiaçı istifadə etməsi qərara alınmışdır. Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində yerləşən 01.06.2020-ci il tarixdə Cavabdeh2 **********34 reyestr nömrəli çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsinində 22 ədəd, 18.12.2019-cu il tarixdə Cavabdeh2 **********02 reyestr nömrəli çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsinində 36 ədəd, 05.12.2018-ci il tarixdə Cavabdeh1 **********49 reyestr nömrəli çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0.2271 ha hissəsində isə 51 ədəd fındıq kolları (ağacları) mövcuddur. İş materiallarında olan “X3” MMC-nin 02 may 2021-ci il tarixli 012/21 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı ərizə ilə müraciət edərək onun saldığı bağın bir hissəsinin məhkəmədə mübahisə predmeti olduğunu bildirmişdir. O ərizəsi ilə məhkəmədə mübahisə predmeti olan hissədə yerləşən 152 ədəd fındıq topasının hər birinin ayrılıqda və ümumi dəyərinin hesablanmasını xahiş etmişdir. Vətəndaşın ərizəsinə əsasən sözü gedən fındıq bağına tərəflərindən baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ərazidə yerləşən, qiymətləndirilməsi tələb edilən fındıq ağacları 10-15 məhsuldarlıq ilinə malikdirlər. Qiymətləndirmə zamanı obyektivliyin qorunması üçün ağacların illik məhsuldarlığı nəzərə alınmış və növbəti illərin məhsuldarlığı 2 əmsal üzrə məhsuldarlıqdan alınan dəyərin üzərinə gəlinmişdir. Belə ki, 10-15 yaşlı bir fındıq ağacının illik orta məhsuldarlığı 10-25 kiloqram həddindədir. Orta hədd kimi bir ağac üçün 15 kiloqram illik məhsuldarlıq götürülmüşdür. Son 5 il üzrə fındıq məhsulunun satış qiyməti isə 1 kiloqram üçün 3-5 azn arasında dəyişmişdir ki, orta hədd kimi 4.00 azn götürülmüşdür. Alınmış məbləğ əlavə olaraq 2 əmsala vurulmuşdur ki, buda gələcək illər üzrə həmin bağdan götürüləcək qazancı kompensasiya etməkdədir. Beləliklə 1 fındıq ağacının dəyərinin hesablanması (15 kq x 4.00 azn = 60.00 azn x 120 azn (yəni bir ağacın dəyəri orta hesabla 120 azndir) şəklindədir. Beləliklə, vətəndaş İddiaçı qiymətləndirilməsini tələb etdiyi 152 topa fındıq ağacının dəyəri: Hər bir ağac üçün ayrılıqda 120.00 (bir yüz iyirmi) manat, ümumilikdə 18240 (on səkkiz min iki yüz qırx) manat həddindədir. Həmin rəy mübahisə doğurduğundan məhkəmə tərəfindən mübahisəli torpaq sahələrində İddiaçı tərəfindən fındığ bağı salınarkən çəkilmiş xərclərin dəyərinin müəyyən etmək üçün mütəxəssis rəyinə ehtiyac olduğundan müvafiq qərardad qəbul edilmiş və rəy verilməsi üçün X15 İnkişaf Mərkəzinə göndərilmişdir. X15 X4 sektorunun baş məsləhətçisi X7 tərəfindən hazırlanmış mütəxəssis rəyində göstərilmişdir ki, mövdud fındıq bağına baxış keçirilmiş, 1999-2000-ci illərdə salınmış, 1,20 ha sahə ərazisi olan bağda 190 ədəd fındıq topası müəyyən edilmişdir. Bağda fərdi fəhlə işi və texnikadan istifadə edilməklə qiymətlər aşağıdakı kimi müəyyənləşdirilmişdir.
1. Sahənin şumlanması, hamarlanması, sahədaxili planlaşdırma işləri – 180 manat
2. Çəpərlənmə işləri (perimetri 580 metr olan kol və ağac şəlindən, ağac dirək və tirlərdən ibarət) – 1800 manat
3. Tinglərin alınması – 190 ədəd (çala) x 4 ədəd (ting) = 760 ədəd (ting) x 0,15 m = 115 manat
4. Çalaların qazılması, ipə tutulma, tinglərin basdırılması, torpaqlama, suvarma arxlarının çəkilməsi, daşınma – 355 manat. Beləliklə, bağın ilkin hazırlanması üçün 2450 manat sərf edir. Bağda bir il üçün görülmüş işlərin dəyəri (suvarma, üzvi və mineral gübrələrin tətbiqi, quru və yaşıl budama, sanitar təmizləmə, çəpərin təmiri (çəpərin təmiri işləri 2017-ci ilədək nəzərdə tutulur) və bununla əlaqədar nəqliyyat-daşınma xərcləri) - 380 manat. Bağın hazırlanması, hər il üçün çəkilmiş xərclərin cəmi – 2450 manat + 380 manat x 20 il = 10050 manat müəyyən edilmişdir. Qəbələ rayonunda illər üzrə fındığın məhsuldarlığı sentnerlə 14,72 sentner müəyyən edilmişdir. Fındığın (təmizlənmiş halda) hər kiloqramının orta alış qiyməti 3,20 manatdır. Topaların əkildikdən 8-10 il sonra normal məhsul vermə yaşında olmasına və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Statistik məlumat bazasına istinadən son 5 il (2016-2020) ərzində Qəbələ rayonunda illər üzrə fındığın məhsuldarlığına dair məlumatlara əsasən, hər hektara görə orta məhsuldarlıq 14,72 sentner olmuşdur. Ənənəvi bağlarda hər hektarda 156 topa olduğunu nəzərə alsaq, onda bir topada 14,72 sentner x 100 kq : 156 = 9,4 kq (təmizlənmiş halda) fındıq məhsulu təyin edilir. Məhsulun qiymətləndirilməsi ilə bağlı 9,4 kq (təmizlənmiş halda) x 3,20 manat (orta bazar qiyməti) = 30,08 manat təşkil edir. Beləliklə, "xxxx" MMC-nin 18.12.2020-ci il tarixli, 596 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə uyğun olaraq Cavabdeh2 və Cavabdeh1 məxsus hüquq müəyyənedici sənədlərə əsasən, bağın onların mülkiyyətinə düşən 0,8252 ha hissəsində olan 109 ədəd fındıq topasının qiyməti belə müəyyən edilmişdir. 1 ədəd fındıq topasının qiyməti: 10050 manat : 190 ədəd topa + 30,08 manat = 82,98 manat. 109 ədəd fındıq topaların dəyəri: 109 ədəd fındıq topası x 82,98 manat = 9044,8 manat təşkil edir. Bağa iddiaçı tərəfindən su çəkilişi ilə bağlı heç bir fakt aşkar edilməmişdir. Beləliklə işin müəyyən edilmiş işin halları, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, 01.06.2020-ci il tarixli Cavabdeh2 **********34 reyestr nömrəli çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsini, 18.12.2019-cu il tarixdə Cavabdeh2 **********02 reyestr nömrəli çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsini, 05.12.2018-ci il tarixdə Cavabdeh1 **********49 reyestr nömrəli çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0.2271 ha hissəsini ərazinin qərb istiqamətindən cavabdeh İddiaçı istifadə etməsi müəyyən olunmuşdur. Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində yerləşən 01.06.2020-ci il tarixdə Cavabdeh2 **********34 reyestr nömrəli çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsinində 22 ədəd, 18.12.2019-cu il tarixdə Cavabdeh2 **********02 reyestr nömrəli çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsinində 36 ədəd, 05.12.2018-ci il tarixdə Cavabdeh1 **********49 reyestr nömrəli çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0.2271 ha hissəsində isə 51 ədəd fındıq kolları (ağacları) mövcuddur. Qəbələ Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli 2(025)-74/2021 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********34; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 01.06.2020 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş 1,0232 ha torpaq sahəsinin 0,3103 ha hissəsindən, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********02; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 18.12.2019 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş 1,5043 ha torpaq sahəsinin 0,2878 ha hissəsindən, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********49; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 05.12.2018 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş 1,2955 ha torpaq sahəsinin 0,2271 ha hissəsindən cavabdeh İddiaçı çıxarılması və həmin torpaq sahələrindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. Beləliklə, yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunur ki, hazırki iş üzrə cavabdehlər hazırkı iş üzrə İddiaçı qarşı "torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, 01.06.2020-ci il tarixli Cavabdeh2 **********34 reyestr nömrəli çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsini, 18.12.2019-cu il tarixdə Cavabdeh2 **********02 reyestr nömrəli çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsini, 05.12.2018-ci il tarixdə Cavabdeh1 **********49 reyestr nömrəli çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0.2271 ha hissəsini ərazinin qərb istiqamətindən cavabdeh İddiaçı istifadə etməsi müəyyən edilmişdir. Eyni zamanda sözügedən mülki iş üzrə "xxxx" MMC-nin 18.12.2020-ci il tarixli, 596 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində müəyyən olunmuşdur ki, Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində yerləşən 01.06.2020-ci il tarixdə Cavabdeh2 **********34 reyestr nömrəli çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsinində 22 ədəd, 18.12.2019-cu il tarixdə Cavabdeh2 **********02 reyestr nömrəli çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsinində 36 ədəd, 05.12.2018-ci il tarixdə Cavabdeh1 **********49 reyestr nömrəli çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0.2271 ha hissəsində isə 51 ədəd fındıq kolları (ağacları) mövcuddur. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13.02.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilikkimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23.02.2016-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Göründüyü kimi Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində yerləşən 01.06.2020-ci il tarixdə Cavabdeh2 **********34 reyestr nömrəli çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsinində 22 ədəd, 18.12.2019-cu il tarixdə Cavabdeh2 **********02 reyestr nömrəli çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsinində 36 ədəd, 05.12.2018-ci il tarixdə Cavabdeh1 **********49 reyestr nömrəli çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0.2271 ha hissəsində isə 51 ədəd fındıq kolları (ağacları) mövcud olması qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə sübuta yetirlir. İddiaçı mülkiyyət hüququ ona məxsus olmasını bilmədiyi torpaq sahəsində uzun müddət ərzində fındıq ağacları əkərək yetirmiş, lakin sonradan ümumilikdə 109 fındıq ağacının əkildiyi torpaq sahəsinin onun mülkiyyətində olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin: -14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. -157.6-ci maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. -157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məzmunundan göründüyü kimi Mülki Məcəlləsinin 157.7-ci maddəsində vicdanlı sahibin ayrılması mümkün olmayan əmlakın dəyərindən artıq olmamaq şərti ilə yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərinin əvəzinin ödənilməsini cavabdehdən tələb etməsi hüququna malik olması müəyyən edilmişdir. Yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olması isə zəruri hal kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Deməli yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olmasına ehtiyac (zərurət) yoxdur. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 sonuncuların mülkiyyətində olan, lakin özünün sahibliyində və istifadəsində olan mübahisəli torpaq sahəsində 109 ədəd fındıq ağacının yetişdirilməsi ilə bağlı xərcin ödənilməsini tələb edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli torpaq sahələrinə hüquqları pozularkən həmin torpaq sahəsində fındıq ağaclarının olmaması, həmin torpaq sahələrinə hüquqları bərpa olunduğu zaman isə İddiaçı tərəfindən yetişdirilmiş fındıq ağaclarının olduğu, yetişdirilmiş fındıq ağaclarının əvəzsiz olaraq onlara qalmasına dair nə qanuni və nə də müqavilə üzrə əsasları olmamışdır. Göstərilənləri, eyni zamanda mütəxəssis rəyini nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh2 Nazim oğlundan **********34 reyestr №-li çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsində 22 ədəd, **********02 reyestr №-li çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsində 36 ədəd, ümumilikdə 58 ədəd fındıq ağacının (kol) mövcud vəziyyətə qədər yetişməsi üçün çəkilən xərc olaraq 4812,84 (dörd min səkkiz yüz on iki manat səksən dörd qəpik) manat, Cavabdeh1 **********49 reyestr №-li çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0,2271 ha hissəsində 51 ədəd fındıq ağacının (kol) mövcud vəziyyətə qədər yetişməsi üçün çəkilən xərc olaraq 4231,98 (dörd min iki yüz otuz bir manat doxsan səkkiz qəpik) manat pul alınıb İddiaçı verilməlidir. Məhkəmə qeyd edir ki, “X3” MMC-nin 02 may 2021-ci il tarixli 012/21 nömrəli ekspert rəyi mübahisə doğurduğundan məhkəmə tərəfindən mübahisəli torpaq sahələrində İddiaçı tərəfindən fındığ bağı salınarkən çəkilmiş xərclərin dəyərinin müəyyən etmək üçün mütəxəssis rəyinə ehtiyac olduğundan müvafiq qərardad qəbul edilmiş və rəy verilməsi üçün X15 İnkişaf Mərkəzinə göndərilmişdir. X15 X4 sektorunun baş məsləhətçisi X7 tərəfindən hazırlanmış mütəxəssis rəyinin düzgün olmaması barədə iddiaçı və cavabdeh tərəfindən hər hansı bir vəsatət verilməmişdir. Bu səbəbdən məhkəmə X15 X4 sektorunun baş məsləhətçisi X7 tərəfindən hazırlanmış mütəxəssis rəyini əsas götürmüşdür. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçı və cavabdehlər mütəxəssis rəyi ilə razı olmadıqlarını bildirsələr də, rəylə hansı səbəbdən razı olmamaları, rəyin düzgün tərtib edilmədiyinə dair məhkəməyə hər hansı yazılı vəsatət təqdim etməmiş, rəyin əsassız olmasını əsaslandırmamışlar. Bu səbəbdən məhkəmə hesab edir ki, sözü gedən mütəxəssis rəyinə hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə mütəxəssis rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə mütəxəssis rəyi sübut kimi qəbul edilməlidir. “X6rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Bundan savayı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində bağa su çəkilməsi üçün də cavabdehlərdən pul tələb etmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən tərəfindən törədilən maneələrin nədən ibarət olması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinin nə də ifadə olunması barədə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçı sözügedən bağ sahəsinə onun tərəfindən su çəkilməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. X14 Aqrar X4 sektorunun baş məsləhətçisi X7 tərəfindən hazırlanmış mütəxəssis rəyində göstərilmişdir ki, bağa iddiaçı tərəfindən su çəkilişi ilə bağlı heç bir fakt aşkar edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində tələb etdiyi pul məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Cavabdeh2 Nazim oğlunun mülkiyyətində olan torpaq sahəsində ümumilikdə 58 ədəd fındıq ağacı, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində isə 51 ədəd fındıq ağacı əkilmişdir ki, cavabdehlərdən həmin pul məbləği həmin fındıq ağaclarına dəyərinə uyğun olaraq ayrı-ayrı tutulmalıdır. Bu səbəbdən iddia tələbi həmin hissə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində “qiymətləndirmə üçün xidmət haqqı” olan 300 manatın cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Lakin iş materiallarında olan “X3” MMC-nin 02 may 2021-ci il tarixli 012/21 nömrəli ekspert rəyi sübut kimi nəzərə alınmadığından iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinəgörəisə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozulabiləcək hüquqlarını müdafiə etməlidir. Hərbir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 Nazim oğlundan **********34 reyestr №-li çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsində 22 ədəd, **********02 reyestr №-li çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsində 36 ədəd, ümumilikdə 58 ədəd fındıq ağacının (kol) mövcud vəziyyətə qədər yetişməsi üçün çəkilən xərc olaraq 4812,84 (dörd min səkkiz yüz on iki manat səksən dörd qəpik) manat, Cavabdeh1 **********49 reyestr №-li çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0,2271 ha hissəsində 51 ədəd fındıq ağacının (kol) mövcud vəziyyətə qədər yetişməsi üçün çəkilən xərc olaraq 4231,98 (dörd min iki yüz otuz bir manat doxsan səkkiz qəpik) manat pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh2 Nazim oğlundan **********34 reyestr №-li çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsində 22 ədəd, **********02 reyestr №-li çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsində 36 ədəd, ümumilikdə 58 ədəd fındıq ağacının (kol) mövcud vəziyyətə qədər yetişməsi üçün çəkilən xərc olaraq 4812,84 (dörd min səkkiz yüz on iki manat səksən dörd qəpik) manat, Cavabdeh1 **********49 reyestr №-li çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0,2271 ha hissəsində 51 ədəd fındıq ağacının (kol) mövcud vəziyyətə qədər yetişməsi üçün çəkilən xərc olaraq 4231,98 (dörd min iki yüz otuz bir manat doxsan səkkiz qəpik) manat pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Abbas Əliyev