Məhkəmə qərarları › İş №2(025)-1397/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1397/2023

27.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1397/2023 27.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6800 (altı min səkkiz yüz) manat məbləğində pulun və ödədiyi 90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə Qəbələ rayon Qəmərvan kəndində yaşayır. Hal-hazırda Azərbaycan Respublikası X10 Xidmətinin Qəbələ rayon DYMH-də yanğınsöndürən vəzifəsində işləyir. Qəbələ rayon Həmzəlli kənd sakini Cavabdeh əvvəlcədən tanımırdı. Cavabdeh 2019-cu ilin iyul ayında Bakı şəhərində yaşayan mərhum qohumu Qəbələ rayon Bum qəsəbəsində anadan olan X2 ona zəng etməsi nəticəsində tanımışdır. Belə ki, Rühəngiz Qaragözova onun X10 Xidmətinin Qəbələ rayon DYMH-də yanğınsöndürən vəzifəsində işlədiyini bildiyi üçün ona həmin tarixdə zəng edərək Qəbələ şəhəri, Muxtar Abduyev küçəsində yerləşən “Qaradok” adlı yaşayış məntəqəsinin ərazisində DYMH-də yanğınsöndürən vəzifəsində işlədiyi üçün mənzil ala biləcəyini, iki otaqlı mənzilin qiymətinin isə 4000 manat olduğunu bildirmişdir, bu sözləri ona rayonun Həmzəlli kənd sakini Cavabdeh dediyini də qeyd etmişdir. Mənzil alınmasında isə ona Qəbələ rayon Həmzəlli kənd sakini Cavabdeh köməklik edə biləcəyini əlavə etmişdir. Rühəngiz Qaragözovaya öz razılığını bildirmiş, Rühəngiz isə Cavabdeh əlaqə nömrəsini ona vermiş, Mahirin əlaqə nömrəsi olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. Mahirə onun nömrəsini qohumu Rühəngiz adlı şəxsdən aldığını və onunla qeyd edilən məsələ ilə bağlı görüşmək istədiyini bildirmişdir. Cavabdeh isə telefon əlaqəsi zamanı Rühəngiz Qaragözova ilə özünün danışdığını, məsələdən agah olduğunu demişdir. Beləliklə Cavabdehlə ilk dəfə 2019-cu ilin iyul ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Qəbələ şəhərinin mərkəzində yerləşən çay evlərinin birində oturmuş və mənzillə bağlı söhbət etmişdilər. Söhbət əsnasında Cavabdeh ona Muxtar Abduyev küçəsində yerləşən “Qaradok” yaşayış məntəqəsinin ərazisindəki binalardan hər hansısa birinin 3-cü mərtəbəsində 2 otaqlı evin alınmasında köməklik edə biləcəyini bildirmiş, qarşılığında isə şəxsiyyət vəsiqəsimin sürətini, yaşayış yeri haqqında arayışı və iş yerindən arayışı da istəmişdir. Əlavə olaraq da, Mahir məndən soruşdu ki, mənzilin qiymətini Rühəngiz ona bildirmişdirmi? Mahirə Rühəngizin ona 2 otaqlı mənzilin qiymətinin 4000 manat olduğunu dediyini bildirmişdir. Mahir də Rühəngizin dediklərini təsdiq etmiş və bildirmişdir ki, Rühəngizə bu məlumatları özü vermişdir. Həmin vaxt razılaşmışdılar. Cavabdeh ilə ilk görüşündən təxminən 1 həftə sonra 23 iyul 2019-cu il tarixdə Mahirə təkrar zəng edərək 4000 manat pulu tam şəkildə hazır edə bilmədiyini, lakin 2800 manat pul hazır etdiyini, həmin 2800 manat pulu ona vermək istədiyini bildirmişdir. Mahirlə Qəbələ şəhərində yerləşən Qəbələ Ticarət mərkəzinin sol tərəfindəki Bum qəsəbəsinə gedən dayanacaqda görüşmüşdülər. Mahirdən 2800 manat pulu ona hansı formada verməni soruşmuşdur. Mahir ona pulu əlbəəl də verə biləcəyini, həmçinin pulu onun adına Kapital Bankdan küçürə biləcəyini bildirmiş, o isə Kapital Bankdan köçürməyi üstün tutmuşdur. Mahir ona öz şəxsiyyət vəsiqəsini dayanacaqda vermiş, şəxsiyyət vəsiqəsinin şəklini öz mobil telefonuna çəkmişdir. Mahir özünün banka səhhəti ilə əlaqədar gedə bilmədiyini demiş, belə olub Kapital Banka tək şəkildə getmişdir. Qəbələ şəhərində yerləşən Kapital Bank mərkəzinə daxil olaraq Cavabdeh adına bank vasitəsilə 2800 manat pulu 23 iyul 2019-cu il tarixdə köçürmüşdür. Pulu köçürdükdən sonra təkrar Bum qəsəbəsinə gedən dayanacağa geri qayıtmış, Mahir hələ də orada onu gözləmiş, pulun köçürülməsinə dair qəbzi Mahirə göstərmişdir. Mahir də qəbzin arxasına öz əlyazması ilə “Mən Cavabdeh 2800 manat pulu aldım 2 otaqlı ev üçün” sözlərini yazmışdır. Mahirə geridə qalan 1200 manat pulu da az vaxtda ona verəcəyini bildirmişdir. Mahirə 2800 manat pulu verdikdən təxminən 1 həftə sonra Mahir ona zəng edərək evin sənədlərinin qaydaya salınması üçün 1200 manat puldan əlavə olaraq 400 manat da pul verməli olduğunu bildirmişdir. Elə həmin gün yəni 2019-cu ilin iyul ayının sonlarında dəqiq xatırlamadığı günündə 1600 manat pulu rayon mərkəzində yerləşən dəqiq ünvanını bilmədiyi çay evlərinin birində əlbəəl vermişdir. 2019-cu ilin iyul ayında Mahirə ümumilikdə 4400 manat pul verdikdən sonra Mahir ona 2019-cu ilin sentyabr ayına kimi sözü gedən evin onun adına rəsmiləşdiriləcəyini bildirmişdir. Cavabdeh 2019-cu ilin sentyabr ayına kimi gözləmiş, sentyabr ayının sonlarında Mahirin istifadəsində olan ***-***-**-** və 050- ***-**-** saylı mobil nömrələr ilə əlaqə saxlamış, lakin Mahir hər dəfəsində bir bəhanə gətirərək ondan iki-üç gün vaxt istəmişdir. 2019-cu ilin noyabr ayının əvvəllərində Mahirlə ilk görüşdüyü çay evində, yəni Qəbələ şəhərinin mərkəzində yerləşən adını bilmədiyi çay evində görüşmüşdür. Həmin vaxt Mahirdən ev məsələsinin necə və hansı mərhələdə olduğunu soruşmağına baxmayaraq Mahir ona yenə də yalandan vədlər verərək az vaxtda evin sənədlərinin hazır olacağını bildirmişdir. Həmin vaxt söhbət əsnasında Mahir mənə FHN-nin X6 sürücülük işinin olduğunu və həmin işə adam axtardığını bildirmiş, ondan münasib adam olub-olmadığını soruşçuşdur. Mahirə evdə ailə üzvləri arasında bu məsələni müzakirə etdikdən sonra ona cavab verə biləcəyini demişdir. Beləliklə Cavabdeh yeznəsi X1 vəsiqəsinin olduğunu və onun FHN-nin X6 sürücü kimi işləmək istədiyini bildirmişdir. Mahir ondan yeznəsi Elvinin sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini istəmiş, Mahirə yeznəsinin sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini təqdim etmiş, Cavabdeh yeznəsi Elvinin işə düzəlməsi müqabilində nə qədər pul lazım olduğunu soruşmuşdur. Mahir ona ümumilikdə yeznəsi Elvinin işə düzəlməsi üçün 7000 manat pul lazım olduğunu demiş, Mahirə hal-hazırda 7000 manat pul çox olduğu üçün yeznəsi Elvində qeyd edilən məbləğdə pulun olmadığını bildirmişdir. Mahir ona heç olmasa 3000 manatını indi verməyini, yerdə qalan 4000 manat pulu isə yeznəsi Elvin işə düzəldikdən sonra verə biləcəyini demişdir. O də yeznəsi Elvin Məmmədrəhimovla qeyd edilən məsələ ilə bağlı danışmış, yeznəsi ona pulunun olmadığını yenə bildirmiş, o də yeznəsinə kredit alıb onun yerinə pulu verəcəyini, işə düzəldikdən sonra isə pulunu geri qaytarmasını demişdir. Yeznəsi Elvin onunla razılaşmışdır. Beləliklə 18 noyabr 2019-cu il tarixdə öz adına Kapital Bank ASC-dən 3000 manat pulu iki il müddətinə kreditə almışdır. Elə həmin gün saat təxminən 12-13 radələrində 2900 manat pulu Cavabdeh Qəbələ Ticarət mərkəzinin sol hissəsində yerləşən Bum qəsəbəsinə gedən yolun üzərindəki dayanacaqda əlbəəl vermişdir. Həmin vaxt Mahir ona 2020-ci ilin yanvar ayında yeznəsi Elvin Məmmədrəhimovun FHN-nin X6 sürücü kimi işə düzələcəyini və onun də M.Abduyev küçəsində yerləşən binalardan birində mənzil ilə təmin olunacağına dair söz vermişdir. 2020-ci ilin yanvar ayında təkrar Mahirə zəng etdikdə hər ay növbəti ay üçün işin həll olunacağını bildirərək vaxt istəmişdir. Xeyli müddət keçməsinə baxmayaraq nə yeznəsi Elvinin işində, nə də onun işində müsbət nəticə olmadığı üçün yeznəsi Elvinin sənədlərini Cavabdeh geri tələb etmişdir. 2020-ci ilin yanvar ayından 3 ay müddət keçdikdən sonra Mahir yeznəsinin sənədlərini ona geri vermişdir. Mahirin ona verdiyi vədləri yerinə yetirməyəcəyinə tamamilə əmin olduqdan sonra 2020-ci ilin martaprel aylarında ümumilikdə Mahirə verdiyi 7300 manat pulunu ona zəng edərək geri istəmiş, Mahir isə ona “işimin düzələcəyini, bir az da gözləməyimi” bildirmişdir. Lakin bütün bunlara baxmayaraq Mahirin dediklərinin heç bir nəticəsi olmurdu. Mahirdən pulunu geri istədiyi üçün Mahir ona 300 manat pulu 2020-ci ilin may ayının sonlarında Qəbələ şəhərinin mərkəzində yerləşən Bum qəsəbəsinə gedən yolun üzərindəki dayanacaqda vermiş, 2020-ci ilin iyun ayında Mahir ona zəng edərək 200 manat pulu geri qaytarmaq istədiyini demiş, X12 yanında Qəmərvan kəndinin dayanacağına yaxın məsafədə yerləşən Qamət adlı dostunun işlədiyi bərbərxanaya qoymasını bildirmişdir. Mahir də 200 manat pulu sözü gedən bərbərxanaya qoymuş, 200 manatı sonradan Qamətdən götürmüşdür. Mütəmadi olaraq Mahirə zəng edərək geridə qalan pulunu, yəni 6800 manatı istəmiş, lakin Mahir pulunu geri qaytarmağına söz versə də, geri qaytarmamışdır. Aralarında hazırda ümumilikdə 6800 manat pul qalmışdır. Yuxarıda göstərdiyi hallar üzrə onun və digər zərərçəkmiş şəxslərin şikayəti əsasında Qəbələ rayon Polis şöbəsinin istintaq bölməsində araşdırma aparılmış və nəticədə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilərək iş baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Əlavə olaraq bildirir ki, ittiham aktının da göründüyü kimi, Cavabdeh özünü AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilərək, ona 6800 manat borcu olmasını etiraf etmişdir. Cavabdeh barəsində cinayət işi məhkəmənin icraatında olan zaman mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(025)-7/2023 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, zərərçəkmiş şəxs və mülki İddiaçı, yəni onun tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh təqsirləndirilən şəxs Cavabdeh vurulmuş ziyana görə cəmi 6800 manat məbləğində pul tutularaq mülki iddiaçı - zərərçəkmiş şəxs İddiaçı, yəni ona ödənilməsi hökm edilmişdir. Sözügedən hökmdən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(107)-228/2023 nömrəli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1 (025)-7/2023 nömrəli hökmünün ləğv edilməsi, təqsirləndirilən şəxs Cavabdeh elan edilmiş ümumi ittihamdan ilk üç epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün CPM-in 39.1 və 39.1.3-cü maddəsinə əsasən barəsində həmin epizodlarla (zərərəçəkmiş şəxslər İddiaçı və X4 münasibətdə) olan cinayət işi üzrə icraata xitam verilməsi, zərərəçəkmiş şəxslər İddiaçı, yəni onun və X3 verdiyi mülki iddiaların baxılmamış saxlanılması qərara alınmış, eyni zamanda mülki mühakimə icraatı qaydasında yenidən iddia verə bilmək hüquqları izah edilmişdir. Bu günədək Cavabdeh bu günədək ona olan 6800 (altı min səkkiz yüz) manat borcunu ödəməmişdir. Ona görə də məhkəməyə mülki qaydada iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasındə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərdi ki, həmin borcu ödəməkdən yayınmır. Maddi vəziyyəti yaxşı deyil. Notarius vasitəsilə sözügedən borcdan hər ay 250-300 manat verə biləcəyini qeyd etmişdir. Onun torpaq sahəsi vardır və həmin torpağı satışa qoyub ki, borclarını ödəyə bilər. Torpaq satılan kimi həmin borcu bağlayacağına söz vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 1(025)-7/2023 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun tutulub saxlandığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 1(107)-228/2023 nömrəli qərarın surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(025)-7/2023 nömrəli hökmü ləğv edilmiş, təqsirləndirilən şəxs Cavabdeh elan edilmiş ümumi ittihamdan ilk üç epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün CPM-in 39.1 və 39.1.3-cü maddəsinə əsasən barəsində həmin epizodlarla (zərərəçəkmiş şəxslər İddiaçı və İddiaçı münasibətdə) olan cinayət işi üzrə icraata xitam verilmiş, təqsirləndirilən şəxs Cavabdeh cinayət əməli CM-in 178.2.2-ci maddəsindən CM-in 178.1-ci maddəsinə tövsif edilmiş, o, CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində CM-in 73-1.1-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad olunmuş, CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh cinayət yolu ilə İddiaçı 6800 manat pulu alaraq, ona maddi ziyan vurmuşdur. Lakin buna baxmayaraq hal-hazırda cavabdeh iddiaçıya 6800 (altı min səkkiz yüz) manat pulu qaytarmamış, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6800 (altı min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 90 (doxsan) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6800 (altı min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 90 (doxsan) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar