Məhkəmə qərarları › İş №2(025)-1398/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1398/2023

27.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1398/2023 27.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4750 (dörd min yeddi yüz əlli) manat məbləğində pulun və ödədiyi 69 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə Qəbələ rayon Əmirvan kəndində yaşayır. Heç bir yerdə işləmir və Qəbələ rayon Həmzəli kənd sakini Cavabdeh əvvəlcədən tanımırdı. Cavabdeh 2019-cu ilin yanvar ayının əvvəllərində həmkəndlisi X4 vasitəsilə tanımışdır. Belə ki, Akif Ağalarov onun sinif yoldaşı olduğu üçün onunla birlikdə kənd ərazisində yerləşən çay evində oturub söhbət edən zaman Akif ona Həmzəlli kəndində Mahir adlı şəxsin olduğunu, həmin şəxsin Fövqəladə Hallar Nazirliyində oğlu Ağa Abdurrəhmanovu işə düzəldə biləcəyini bildirmişdir. Söhbət zamanı Akif Ağalarov ona həmçinin Mahir adlı şəxsin onun oğlu Asifi də bu qaydada işə düzəltməsi üçün ondan pul aldığını demişdir. Akifin dediklərinə inanaraq Cavabdeh əlaqə nömrəsinə zəng etmiş və daha sonra isə Qəbələ şəhərinin mərkəzində yerləşən restoranların birində görüşmüşdülər. Mahirlə görüşən zaman yanında Akif Ağalarov da var idi. Restoranda oğlu X5 Hallar Nazirliyinin X2 xilasedici kimi işə düzəltmək istədiyini Mahirə bildirmişdir. Cavabdeh isə ona qeyd etdiyi işin müqabilində 4750 manat pul verməli olduğunu və oğlu Ağa Abdurrəhmanovun şəxsiyyət vəsiqəsinin lazım olduğunu bildirmişdir. Restoranda razılığa gəlmişdilər. Mahirə inanmışdır ki, o, oğlu Ağanı işə düzəldəcək, bu minvalla 15 yanvar 2019-cu il tarixdə Cavabdeh zəng etmiş, daha sonra Qəbələ şəhərində yerləşən “Heydər Əliyev” adlı parkda Mahirlə görüşmüş və parkın içərisindən 4000 manat pulu Cavabdeh vermişdir. Pulu verən zaman Mahir ona geridə qalan 750 manat pulu da verdikdən sonra yanvar ayının sonlarında oğlu Ağa Abdurrəhmanovun işə çıxacağını demişdir. Mahirin dediklərinə inanaraq 17 yanvar 2019-cu il tarixdə eyni qaydada “Heydər Əliyev” adlı parkda 750 manat pulu Mahirə əlbəəl vermişdir. Ümumilikdə Cavabdeh 4750 manat pul verdikdən sonra Mahir ona ən geci bir ay müddətində oğlu X5 Hallar Nazirliyinin X2 xilasedici kimi işə düzəldəcəyini demişdir. Təxminən 1 ay müddət keçdikdən sonra Cavabdeh zəng etmiş, ondan işin necə və hansı mərhələdə olduğunu soruşmuş, Mahir ondan hər ay növbəti ay üçün vaxt istəmişdir. Mahirin oğlu Ağanı işə düzəltməyəcəyini bildikdən sonra 2020-ci ilin yanvar ayından etibarən Həmzəlli kənd sakini Cavabdeh ona verdiyi 4750 manat pulu geri istəmişdir. Mahirə 4750 manat pul verdikdən sonra Mahir ona oğlu Ağa Abdurrəhmanovun şəxsiyyət vəsiqəsinin və Attestatının da iş üçün lazim olduğunu bildirmişdir. Oğlu Ağanın şəxsiyyət vəsiqəsini və Attestatının əslini ona vermiş, lakin pulunu Mahirdən geri istədikdə Mahir həmin sənədləri ona geri qaytarmışdır. Qaytaran zaman da Mahir yenə də oğlu Ağanın işə düzələcəyini bildirmişdir. Buna görə əvvəlcə həmkəndlisi Akifə məlumat vermiş, Akif ona oğlu Asifin işə düzəlməsi üçün Mahirə verdiyi pulu ondan tamamilə geri aldığını bildirmiş və onun da pulunu geri almalı olduğunu demişdir. Lakin bütün bunlara baxmayaraq Cavabdeh onu aldadaraq və yalandan oğlu X1 Fövəladə Hallar Nazirliyinin X2 xilasedici kimi işə düzələcəyini vəd edərək ümumilikdə 4750 manat pulunu ələ keçirmiş, lakin bu günə qədər nə oğlu Ağa işə düzəlmiş, nə də ki, Mahirə verdiyi 4750 manat pul geri qaytımışdır. Yuxarıda göstərdiyi hallar üzrə onun və digər zərərçəkmiş şəxslərin şikayəti əsasında Qəbələ rayon Polis şöbəsinin istintaq bölməsində araşdırma aparılmış və nəticədə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilərək iş baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Qəbələ Rayon Məhkəməsi tərəfindən ona Qəbələ RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı İlkin Göyçəli tərəfindən tərtib edilmiş ittiham aktı ona təqdim edilmişdir. Sözügedən ittiham aktınan da göründüyü kimi, Cavabdeh özünü AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilərək, ona 4750 manat borcu olmasını etiraf etmişdir. Cavabdeh barəsində cinayət işi məhkəmənin icraatında olan zaman mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(025)-7/2023 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, zərərçəkmiş şəxs və mülki İddiaçı, yəni onun tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh - təqsirləndirilən şəxs Cavabdeh vurulmuş ziyana görə cəmi 4750 manat məbləğində pul tutularaq mülki iddiaçı zərərçəkmiş şəxs İddiaçı, yəni ona ödənilməsi hökm edilmişdir. Sözügedən hökmdən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(107)-228/2023 nömrəli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(025)-7/2023 nömrəli hökmünün ləğv edilməsi, təqsirləndirilən şəxs Cavabdeh elan edilmiş ümumi ittihamdan ilk üç epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün CPM-in 39.1 və 39.1.3-cü maddəsinə əsasən barəsində həmin epizodlarla (zərərəçəkmiş şəxslər X6 və İddiaçı münasibətdə) olan cinayət işi üzrə icraata xitam verilməsi, zərərəçəkmiş şəxslər X3 və İddiaçı, yəni onun verdiyi mülki iddiaların baxılmamış saxlanılması qərara alınmış, eyni zamanda mülki mühakimə icraatı qaydasında yenidən iddia verə bilmək hüquqları izah edilmişdir. Cavabdeh bu günədək ona olan 4750 (dörd min yeddi yüz əlli) manat borcunu ödəməmişdir. Ona görə də məhkəməyə mülki qaydada iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasındə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərdi ki, həmin borcu ödəməkdən yayınmır. Maddi vəziyyəti yaxşı deyil. Notarius vasitəsilə sözügedən borcdan hər ay 300 manat verə biləcəyini qeyd etmişdir. Onun torpaq sahəsi vardır və həmin torpağı satışa qoyub ki, borclarını ödəsin. Torpaq satılan kimi həmin borcu bağlayacağına söz vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 1(025)- 7/2023 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun tutulub saxlandığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 1(107)-228/2023 nömrəli qərarın surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(025)-7/2023 nömrəli hökmü ləğv edilmiş, təqsirləndirilən şəxs Cavabdeh elan edilmiş ümumi ittihamdan ilk üç epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün CPM-in 39.1 və 39.1.3-cü maddəsinə əsasən barəsində həmin epizodlarla (zərərəçəkmiş şəxslər X6 və İddiaçı münasibətdə) olan cinayət işi üzrə icraata xitam verilmiş, təqsirləndirilən şəxs Cavabdeh cinayət əməli CM-in 178.2.2-ci maddəsindən CM-in 178.1-ci maddəsinə tövsif edilmiş, o, CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində CM-in 73-1.1-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad olunmuş, CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh cinayət yolu ilə İddiaçı 4750 manat pulu alaraq, ona maddi ziyan vurmuşdur. Lakin buna baxmayaraq hal-hazırda cavabdeh iddiaçıya 4750 (dörd min yeddi yüz əlli) manat pulu qaytarmamış, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 69 (altmış doqquz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4750 (dörd min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti və 69 (altmış) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4750 (dörd min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti və 69 (altmış doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar