Məhkəmə qərarları › İş №2(025)-14/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-14/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-14/2023 04.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Həşı̇ mov Ayaz Heybət oğlunun, cavabdehlər Mehdı̇ yev Rəşadət Batı̇ l oğlunun və Mehdı̇ yev Rəşad Batı̇ l oğlunun iştirakları ilə, İddiaçı Həşı̇ mov Ayaz Heybət oğlunun cavabdehlər Mehdı̇ yev Rəşadət Batı̇ l oğluna və Mehdı̇ yev Rəşad Batı̇ l oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçı Həşı̇ mov Ayaz Heybət oğlu cavabdehlər Mehdı̇ yev Rəşadət Batı̇ l oğluna və Mehdı̇ yev Rəşad Batı̇ l oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 verdiyi 7700 (yeddi min yeddi yüz) manat və Cavabdeh2 verdiyi 2300 (iki min üç yüz) manat məbləğində pulun və ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlər Mehdı̇ yev Rəşadət Batı̇ l oğlunu və Mehdı̇ yev Rəşad Batı̇ l oğlunu təxminən 10 il əvvəl Zarağan kəndində rus mərc oyunları təşkil etdiklərindən və həmin oyunlarda dəfələrlə oynadığından tanımışdır. Mərc oyunlarında uduzduğundan 2020-ci ilə qədər Mehdı̇ yev Rəşadət Batı̇ l oğluna 3000 manat əsas, faizlərlə birlikdə isə 10.000 manat borcu olmuşdur. Həmin borcun müqabilində də o, xx.xx.2020-ci il tarixdə Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində Mehdı̇ yev Rəşadət Batı̇ l oğlundan 10000 (on min) manat borc pul aldığına dair 3M-153 nömrəli kredit müqaviləsinə imza ataraq həmin borc pulu 1 il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsində qeyd olunan borcu xx.xx.2021-ci il tarixdən başlayaraq hissə-hissə olmaqla Mehdı̇ yev Rəşadət Batı̇ l oğluna və qardaşı Mehdı̇ yev Rəşad Batı̇ l oğluna qaytarmışdır. Lakin hal-hazırda cavabdeh şəxslər 2021-ci ildə işlədiyi mağazada aldıqları həmin borc pulu almadıqlarını və borcun ödənilmədiyini qeyd edirlər. Əslində isə həmin pulu hissə-hissə olmaqla (100 + 50 + 50 + 100 + 50 + 50 + 50 + 100 + 50 + 100 + 50 + 100 + 50 + 100 + 50 + 50 + 100 + 100 + 100 + 50 + 100 + 100 + 50 + 50 + 50 + 50 + 50 + 50 + 50 + 300) ümumilikdə 2300 manat və Mehdı̇ yev Rəşadət Batı̇ l oğluna xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində 7600 manat və 100 manat olmaqla 7700 manat məbləğində pulu vermişdir. Onlara verdiyi pullar gündəlik pul verilməsi barədə dəftərdə də cavabdehlər tərəfindən pulun alınmasına imza edilməklə qeydiyyatını aparmışdır. Cavabdehlərə verdiyi 10.000 (7700 manat və 2300) manat məbləğində pulu xx.xx.2020-ci il tarixdə Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində Mehdı̇ yev Rəşadət Batı̇ l oğlundan 10000 manata dair kredit müqaviləsindəki öhdəliyin ödənişi ilə əlaqədar verdiyi halda hazırda ondan həmin pulun tələb edilməsi səbəbindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Həşı̇ mov Ayaz Heybət oğlu iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Mehdı̇ yev Rəşadət Batı̇ l oğlu iddianı qəbul etməyərək göstərmişdir ki, iddiada göstərilənlər həqiqətə uyğun deyil. Onun iddiaçı ilə rus mərc oyunlarına görə münasibəti olmamışdır. İddiaçı ilə tanışlıqları Qəbələ rayonu Zarağan kəndində ucuzluq mağazasının işlədilməsinə dair təklifdən sonra yaranmışdır. Həmin vaxt işsiz olduğundan şərikli mağaza işlədilməsinə dair iddiaçının təklifini qəbul etmişdir. Şəriklik üçün zəruri pulu olmadığından iddiaçının təklifi ilə iddiaçının qardaşı X1 vasitəçiliyi ilə Mehdı̇ yev Rəşad Batı̇ l oğluna məxsus ** MD *** dövlət nömrə nişanlı avtomobili Sumqayıt şəhərində X2 kreditlə satmışdır. Həmin alqı-satqı xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmişdir. Maşının satılmasından əldə olunmuş pulun hammısını iddiaçıya vermiş və 10000 manat borca görə yuxarıda qeyd olunan kredit müqaviləsini notariat orqanında bağlamışdır. Lakin iddiaçı verdiyi vədlərini yerinə yetirməmiş və qardaşı Mehdı̇ yev Rəşad Batı̇ l oğlunu mağazaya şərik etməmişdir. İddiaçı borcu könüllü olaraq icra etmədiyi üçün Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində xx.xx.2022-ci il tarixdə Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisi tərəfindən 8İ-38 saylı reyestrdə müvafiq icra qeydi aparılmaqla aidiyyəti üzrə Qəbələ rayon İcra və probasiya şöbəsinə icra məqsədi ilə göndərilmişdir. Buna görə də icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə “icraata başlamaq haqqında qərar” qəbul edilmişdir. Bundan sonra iddiaçı müxtəlif üsullarla icradan yayınmağa başlamışdır. Hazırkı iddia ərizəsi də iddiaçı tərəfindən icra qeydi ilə borcun ödənilməsini yubatmaq məqsədini daşıyır. İddiaçının iddiaya əlavə etdiyi dəftərdən məlumatsızdır, həmin dəftərdə olan imzalar ona məxsus deyildir. Buna görə də iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Mehdı̇ yev Rəşad Batı̇ l oğlu iddianı qəbul etməyərək və cavabdeh Mehdı̇ yev Rəşadət Batı̇ l oğlunun izahatına uyğun izahat verərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. X3 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə bir yerdə işləyir. Qəbələ rayonu Zarağan kəndində paltar mağazasında cavabdehlər dəfələrlə həmin mağazaya gələrək dəftərə imza etməklə Həşı̇ mov Ayaz Heybət oğlundan pul götürdüyünü bilir. Ancaq Ayazın onlara nə qədər və nəyə görə pul verdiyini bilmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin və şahidin izahatlarını, çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, işdə olan Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində xx.xx.2020-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış və 3M-153 nömrə ilə reyestrdə qeydə alınmış kredit müqaviləsindən görünür ki, Cavabdeh1 10000 manat məbləğində pulu borc olaraq İddiaçı vermişdir. Borcalan İddiaçı həmin pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində xx.xx.2022-ci il tarixdə 81-38 saylı reyestrdə qeyd edilib informasiya sisteminə daxil edilmiş icra qeydindən görünür ki, mərkəzdə notariat ofisində xx.xx.2020-ci il tarixdə 3M-153 reyestr nömrəsi ilə qeydə alınan kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 10000 manat məbləğində pul İddiaçı Cavabdeh1 xeyrinə tutulmalıdır. İşdə olan Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisinin 06 yanvar 2022-ci il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsinə ünvanladığı məktubdan görünür ki, borc verən Cavabdeh1 müraciətinə əsasən onunla İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi xx.xx.2022-ci il tarixdə 8İ-38 nömrəli reyestrdə icra qeydi kimi qeyd edilməklə icraya yönəldilmişdir. İşdə olan Qəbələ rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında qərar”ın surətindən görünür ki, Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisinin 06 yanvar 2022-ci il tarixli icra qeydi icra sənədi olaraq qeydə alınaraq icraata başlanılmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə xəttşanaslıq ekspertizasının rəyi ilə qismən razı olmaması nəzərə alınaraq və vəsasəti əsasında təkrar məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, üzərində “MAAŞ” yazıları olan qeyd dəftərinin 10-11-ci vərəqlərində “Tarix” göstəriciləri olan rəqəmlərin qarşısındakı imzalar (cəmi 34 imza) – İddiaçı tərəfindən icra olunmuşdurmu?

2. Məhkəməyə təqdim edilmiş 25 noyabr 2020-ci il tarixli kredit müqaviləsinin 1-ci vərəqənin “Borc verən” sözləri altında olan imza və üzərində “MAAŞ” yazıları olan qeyd dəftərinin 11-ci vərəqinin aşağı hissəsində “Tarix” göstəriciləri olan 07.04.21.22 və 13.04.21.23 rəqəmlərinin qarşısındakı imzalar (cəmi 2 imza) – eynidirmi? Eynidirsə həmin imzalar Cavabdeh1 mənsubdurmu?

3. Məhkəməyə təqdim edilmiş 16 may 2021-ci il tarixli **********108669 saylı ödəniş qəbzində “Ödəyənin imzası” sözlərindən sonra olan imza və üzərində “MAAŞ” yazıları olan qeyd dəftərinin 11-ci vərəqinin aşağı hissəsində “Tarix” göstəriciləri olan 07.04.21.22 və 13.04.21.23 rəqəmlərinin qarşısındakı imzalar (cəmi 2 imza) – eynidirmi? Eynidirsə həmin imzalar Cavabdeh1 mənsubdurmu?

4. Məhkəməyə təqdim edilmiş 04 iyun 2020-ci il tarixli **********108689 saylı ödəniş qəbzində “Ödəyənin imzası” sözlərindən sonra olan imza və üzərində “MAAŞ” yazıları olan qeyd dəftərinin 11-ci vərəqinin aşağı hissəsində “Tarix” göstəriciləri olan 07.04.21.22 və 13.04.21.23 rəqəmlərinin qarşısındakı imzalar (cəmi 2 imza) – eynidirmi? Eynidirsə həmin imzalar Cavabdeh1 mənsubdurmu? Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli, 4/1893 saylı təkrar xəttşünaslıq ekspertizasının rəyinin nəticə 1-ci hissəsində ekspertizaya təqdim edilmiş, 25 noyabr 2020-ci il tarixli kredit müqaviləsinin 1-ci vərəqənin “Borc verən” qrafasındakı imzanın, üzərində “MAAŞ” yazıları olan qeyd dəftərinin 11-ci vərəqinin aşağı hissəsində “tarix” göstəriciləri olan 07.04.21.22 və 13.04.21.23 rəqəmlərinin qarşısındakı imzaların (cəmi 2 imza), 16 may 2021-ci il tarixli **********108669 saylı ödəniş qəbzində “Ödəyənin imzası” qrafasındakı imzanın, 04 iyun 2020-ci il tarixli **********108689 saylı ödəniş qəbzində “Ödəyənin imzası” qrafasındakı imzanın - eyni şəxs Cavabdeh1 tərəfindən icra olunduğu qeyd edilmişdir. Rəyin 2-ci hissəsində ekspertizaya təqdim edilmiş, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş üzərində “MAAŞ” yazıları olan qeyd dəftərinin 10-11-ci vərəqlərində tarix göstəriciləri olan rəqəmlərin qarşısındakı imzaların (cəmi 34 imza) İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. İşdə olan 04 iyun 2020-ci il tarixli "xxxx" BOKT ASC-nin Qəbələ filialının bank ödəniş qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən 250,00 manat məbləğində ödənişin təyinatı olaraq əsas məbləği kimi - 128,00 və faiz olaraq -122,00 manat ödəniş edilmişdir. İşdə olan 16 may 2021-ci il tarixli "xxxx" BOKT ASC-nin Qəbələ filialının bank ödəniş qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən 450,00 manat məbləğində ödənişin təyinatı olaraq kredit ödənişi kimi pul ödənişi edilmişdir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir : Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində xx.xx.2020-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında 3M-153 nömrə ilə reyestrdə qeydə alınmış kredit müqaviləsinə əsasən Cavabdeh1 10000 manat məbləğində pulu borc olaraq İddiaçı vermişdir. Borcalan İddiaçı həmin pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində xx.xx.2022-ci il tarixdə 8İ-38 saylı reyestrdə qeyd edilib informasiya sisteminə daxil edilmiş icra qeydinə görə mərkəzdə notariat ofisində xx.xx.2020-ci il tarixdə 3M-153 reyestr nömrəsi ilə qeydə alınan kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 10000 manat məbləğində pul İddiaçı Cavabdeh1 xeyrinə tutulmalıdır. Borc verən Cavabdeh1 müraciətinə əsasən onunla İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi xx.xx.2022-ci il tarixdə 8İ-38 nömrəli reyestrdə icra qeydi kimi qeyd edilməklə Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisi tərəfindən 06 yanvar 2022-ci il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsinə icraya yönəldilmişdir. Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisinin 06 yanvar 2022ci il tarixli icra qeydi icra sənədi olaraq qeydə alınaraq icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı əsasında icraata başlanılmışdır. İşin qeyd olunan hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində rəsmiləşdirilmiş və 3M-153 nömrə ilə reyestrdə qeydə alınmış kredit müqaviləsinə görə İddiaçı borcun ödənilməsinə dair üzərinə götürdüyü (borcun 1 il müddətinə, xx.xx.2021-ci il tarixədək ödənilməsinə dair) öhdəliyi müəyyən olunmuş vaxtda icra etmədiyi üçün kredit müqaviləsi icra qeydi kimi Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisi tərəfindən Qəbələ rayon İcra və probasiya şöbəsinə icraya yönəldilmişdir. Qanunvericiliyin tələblərinə əsasən icra sənədi hesab olunan icra qeydi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra hərəkətləri həyata keçirilmişdir. İddiaçı həmin icra qeydi üzrə icra hərəkətlərinə başlanıldıqdan sonra cavabdehlərə qarşı hazırkı iddia tələbi irəli sürmüşdür. İşin hallarını, tərəflərin mülki işin məhkəmə araşdırılması zamanı verdikləri izahatları, təqdim olunmuş sübutları və eləcə də qanunvericiliyin yuxarıda şərh olunan müddəalarını nəzərə alan, borcunu qaytarmasına dair İddiaçı işin məhkəmə araşdırılmasında verdiyi izahatlarındakı xüsusatlara tənqidi yanaşan məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində rəsmiləşdirilmiş və 3M-153 nömrə ilə reyestrdə qeydə alınmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda üzərinə düşən öhdəliklərin icrasından yayınmaq məqsədi ilə cavabdehlərə qarşı hazırkı iş üzrə iddia qaldırmışdır. Cavabdehlərin iddiaya etirazının əsası olaraq verdikləri izahatlarındakı bu cürə xüsusatlar da buna dəlalət edir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli, 4/1893 saylı təkrar xəttşünaslıq ekspertizasının rəyində 25 noyabr 2020-ci il tarixli kredit müqaviləsinin 1-ci vərəqənin “Borc verən” qrafasındakı imzanın, üzərində “MAAŞ” yazıları olan qeyd dəftərinin 11-ci vərəqinin aşağı hissəsində “tarix” göstəriciləri olan 07.04.21.22 və 13.04.21.23 rəqəmlərinin qarşısındakı imzaların, 16 may 2021-ci il tarixli **********108669 saylı ödəniş qəbzində “Ödəyənin imzası” qrafasındakı imzanın, 04 iyun 2020-ci il tarixli **********108689 saylı ödəniş qəbzində “Ödəyənin imzası” qrafasındakı imzanın Cavabdeh1 tərəfindən icra olunduğu göstərilsə də məhkəmə hesab edir ki, tərəflər arasında mübahisələndirilən və iddiaçının özündə tutduğu dəftərdə 7700 (7600+100 manat) manat məbləğinin qabağında “Rəşadət aldı” qeydini aparması, Cavabdeh1 həmin pulu aldığına dair hər hansı yazılı qəbz verməməsi, eləcə də iddiaçının pulun onun ünvanına və ya açdığı hər hansı bank hesabına göndərilməsinə dair hər hansı rəsmi poçt və ya bank sənədinin olmaması iddiaçı tərəfindən borc pulun Cavabdeh1 ödənildiyinə məhkəmədə əsaslı şübhələr yaradır. Bundan savayı məlum olduğu kimi, borcun iddiaçı tərəfindən ödənilməsi ilə bağlı Həşı̇ mov Ayaz Heybət oğlunun iddiası cavabdehlər tərəfindən mübahisələndirilir və həmin borcun qaytarılması onlar tərəfindən etiraf edilmir. Hazırkı iş üzrə də iddia tələbi üzrə sübut etmə yükü qanunvericiliyin tələblərinə görə iddiaçının üzərinə düşdüyündən bu vəzifə iddiaçının, tələb edən tərəfin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, qeyd olunan xüsusatları və qanunvericiliyin şərh olunan müddəalarını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı Həşı̇ mov Ayaz Heybət oğlunun cavabdehlər Mehdı̇ yev Rəşadət Batı̇ l oğluna və Mehdı̇ yev Rəşad Batı̇ l oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab edir ki, mülki iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 224 manat iddiaçı Həşı̇ mov Ayaz Heybət oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ

İddiaçı Həşı̇ mov Ayaz Heybət oğlunun cavabdehlər Mehdı̇ yev Rəşadət Batı̇ l oğluna və Mehdı̇ yev Rəşad Batı̇ l oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 224 (iki yüz iyirmi dörd) manat iddiaçı Həşı̇ mov Ayaz Heybət oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar