Məhkəmə qərarları › İş №2(025)-1411/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1411/2023

27.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1411/2023 27.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Əliyeva (Yusibova) Aynurə Nazim qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin həcminin artırılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Əliyeva (Yusibova) Aynurə Nazim qızının və Cavabdeh iştirakları ilə, İddiaçı Əliyeva (Yusibova) Aynurə Nazim qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Əliyeva (Yusibova) Aynurə Nazim qızı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli 2(025)- 1113/2023 saylı qətnaməsi ilə 12 mart 2009-cu il tarixdə nadan olmuş X3 yetkinlik yaşına çatanadək maddi təminatı üçün sabit pul məbləği kimi müəyyən edilmş 140 manat alimentin miqdarını artıraraq hər ay 220 manat sabit pul məbləğində aliment və uşağın xəstəliyi ilə əlaqədar müalicə xərcləri üçün hər ay əlavə 100 (bir yüz) manat pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2008-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Həmin nikahdan onların xx.xx.2009-cu it tarixdə Aişə adlı övladları doğulmuşdur, Qəbələ Rayon Məhkəməsinin müvafiq qərarına əsasən nikahları pozulmuşdur. Qəbələ Rayon Mehkemesinin xx.xx.2018-ci il tarixli qərarına, əsasan, Cavabdeh 12.03,2009-cu ildə doğulmuş qızı Aişənin yetkinlik yaşına çatanadək saxlanılması üçün Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(025}-1113/2022 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, hər ay 140 manat (bir yiiz qırxi) manat sabit pul məbləğində müəyyən edilmişdir. Hal-hazırda qızı Aişənin 14 yaşı var və 1-ci dərəcəli torakolunbal skolioz xəstəliyindən əziyyət çəkir. Qəbələ Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır, həmiçinin xəstə olduğu üçün davamlı müalicə alır. Aişə adlı uşağın tələbatını təkbaşına ödəməkdə çətinlik çəkir. Bundan başqa ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. xx.xx.2009-cu təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (ik yüz iyirmi) manat sabit puf məbləğində alimentin uşağın xəstəliyi ilə əlqədar müalicə xərcləri üçün hər ay əlavə 100 (bir yüz) manat pui vəsaitinin tutlmasını istəyir. Onu da qeyd edir ki, cavabdehin kifayət qədər qazancı var. Ancaq həmin məbləği onlardan gizlədir. Ona görə də təyin olunmuş 140 rnanat alimentin məbiəğinin artırılaraq 220 manat sabit pul məbləğində tutulmasını və uşağın xəstəliyi ilə əlaqədar müalicə xərcləri üçün hər ay.əlavə 100 (bir yüz) manat pul vəsaitinin tutulmasını istəyir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Əliyeva (Yusibova) Aynurə Nazim qızı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə ərizə təqdim edərək bildirdi ki, 2008-ci ildə İddiaçı ilə ailə qurmuşdur. Bu nikahdan 2009-cu ildə Aişə adlı qızları olmuşdur. Hal-hazırda ayrıldıqları üçün qızı Aişəyə baxılması üçün yetkinlik yaşına çatana qədər aliment ödəyir. 2-ci qrup əlil pensiyaçıdır. Dövlət tərəfindən verilən 327 (üç yüz iyirmi yeddi) manat müavinətdən 140 (bir yüz qırx) manat aliment ödəyir. Heç yerdə işləmir, iş qabiliyyəti yoxdur. Xəstəliyi ilə bağlı tez-tez müalicə almalıdır. Pensiyasından qalan 187 (bir yüz səksən yeddi) manat pul həm çörək puluna, həm də müalicəsinə çatmır. Heç bir yerdən gəliri yoxdur. Ondan fərqli olaraq qızının anası işləyir. Əmək qabiliyyətlidir. Aylıq maaşı var. Bu vaxta qədər uşaq üçün nə lazımdır etmişdir. Qız uşağı olduğu üçün anası ilə barışmağı təklif etmişdir, lakin razılaşmamışdır. Yüksək məbləğdə maaş və ya pensiya almır ki, ona da yüksək məbləği ödəyə bilsin. Məhkəmədən xahiş edir ki alimentin məbləğini təyin edərkən onun 2-ci qrup əlil və işsiz olduğu nəzərə alınsın və ondan əlavə pul tutulmasın. Maddi vəziyyəti yaxşı deyil. Məhkəmədən bu məsələ ilə bağlı ona köməklik edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən 19 mart 2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12 mart 2009-cu il tarixdə Qəbələ rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 97 nömrə ilə qeyd aparılmışdır. X1, atası Cavabdehdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 08 iyun 2012-ci il tarixdə verilmiş AZ-İ № 145546 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 29 may 2012-ci il tarixdə ləğv olunmuş, nikah ləğv olunduqdan sonra kişiyə Yusibov, qadına Əliyeva soyadı verilmişdir. İşdə olan Nic qəsəbə Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 5-59-14/2-347/2023 nömrəli arayışdan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı Qəbələ rayonu Nic qəsəbəsinin sakinidir və hal-hazırda orada yaşayır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-1113/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği, Cavabdeh 12 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə uşağın saxlanması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Hazırda iddiaçı övladı barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat məbləğində alimentin tutularaq ona verilməsini tələb edir. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq, aliment tutulmasını məqsədə müvafiq hesab edir. Ancaq məhkəmə alimentin 220 manat və uşağın xəstəliyi ilə əlaqədar müalicə xərcləri üçün hər ay əlavə 100 (bir yüz) manat həddində tutulmasını ədalətli və qanuna uyğun hesab etmir. İddiaçı alimentin və əlavə xərclərin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq 160 manat həddində müəyyən edilməsini məqsədə və qanuna müvafiq hesab edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş 12 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Əliyeva (Yusibova) Aynurə Nazim qızına verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olmadığından, cavabdehdən 39 (otuz doqquz) manat 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Əliyeva (Yusibova) Aynurə Nazim qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 39 (otuz doqquz) manat 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar