Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1487/2023 05.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona verilən 9.000 (doqquz min) manatdan 08.10.23-cü il tarixədək qaytarılmayan 4680,92 (dörd min altı yüz səksən manat doxsan iki qəpik) manat məbləğin və ya 08.10.23-cü il tarixdən sonra məhkəmə tərəfindən qərar qəbul olunan tarixədək kredit müqaviləsinə görə Banka hər ay üzrə ödəyəcəyi faiz borcunun məbləğin - 4680,92 (dörd min altı yüz səksən manat doxsan iki qəpik) manatın üzərinə gələrək borcun birdəfəyə ona qaytarılması və yaxud kredit müqaviləsinə görə bacısı Qəmərin 08.10.23-cü il tarixədək Banka ödədiyi 1674,17 (bir min altı yüz yetimiş dörd manat on yeddi qəpik) manatın üzərinə Banka hər ay üzrə ödəyəcəyi faiz borcunun məbləğini əlavə etməklə, alınan məbləğin ödənilməsi ilə kredit müqaviləsinin dəyişdirilərək Banka qalan kredit borcun cavabdehin üzərinə qoyulması və həmçinin məhkəmə rüsumu qismində ödədiyi 91 (doxsan bir) manat məbləğində dövlət rüsumunun tutulub xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, təqribən xx.xx.2021-ci ildə sosial şəbəkənin “İnstoqram” saytında Q.Qarayev metrosunun yaxınlığında (ünvan 2) “MƏLƏYİM” adlı özəl uşaq baxça biznesinin 10.000 (on min) manata satıldığı barədə elana rast gəlmişdir. Baxçanı almaq məqsədi ilə mobil telefonla, baxçanın sahibi Cavabdeh (səxsiyyət vəsiqəsi AA № 0954878) 055 *** ** ** №-li mobil telefon ilə əlaqə saxlayıb, onunla görüşmüşdür.Razılaşma zamanı Günel xanım özünün bu baxçadan başqa Əhmədli metrosunun yaxınlığında (Bakı şəhər, Xətai rayonu, Gəncə prospekti-45 ünvanı) eyni adlı ikinci uşaq baxçasının olmasını, iki baxçanı birdən idarə etməkdə çətinliyin olduğunu, qaynatasının evini zaminə qoyaraq bankdan kredit götürdüyünü, banka olan borcunu ödəyə bilmədiyini və bununla əlaqədar məhkəmədə olduğunu bildirərək borcdan yaxa qurtarmaq məqsədi ilə bu baxçanı satdiğını, bu pulla bank borcunu bağlayacağını və satılan baxça ilə əlaqədar hər hansı bir çətinlik olarsa ona köməklik etməyini əsirgəməyəcəyini bildirmişdir. Baxçaya baxdıqdan sonra 9.000 (doqquz min) manata almağa razılaşmışlar. Əliтdə nağd pul olmadığı üçün xx.xx.2021-ci il tarixdə 3 il müddətinə bacısı Qəmərin adına Azərbaycan Beynəlxalq Bankından (Binəqədi filialı) 10.000 (on min) manat kredit əldə edib onun 9.000 (doqquz min) manatını iki dəfəyə əvvəlcə 5000 (beş min), bir neçə gündən sonra isə 4000 (dörd min) manatı atasının və bacısı Qəmərin, həmçinin Günel xanımın sürücüsü kimi tanıtdırdığı X2 iştirakı ilə ona vermişdir. Baxçanı aldıqdan və təqribən 15 gün işlətdikdən sonra orada olan nöqsanları (tərbiyəçi- müəllim heyətinin və işçilərin müqaviləsiz işləməsi hallarının olması, vergidən yayınma halları, valideyinlərdən uşaqlar üçün alınan pulun baxçanın xəzinəsinə ödənilməməsi, əmək haqqının verilməsinin düzgün təşkil edilməməsi binanın icarəyə götürülməsi haqqında müqavilənin olmaması, alınan ərzaq məhsullarının tibbi müayinədən keçirilməməsi ərzağın mədaxil-məxaric edilməməsi, daxili sənədlərin yerində olmaması və s.) aşkar etmişdir. Bu səbəbdən Günel xanıma baxçanı istəmədiyini və verdiyi 9.000 (doqquz min) manatı geri qaytarmağı ona bildirmişdir. O, aldığı pulu bank borcuna verdiyini, hazırda pulu qaytara bilməyəcəyini, baxçanı yenidən satdığa qoyacağını, satıldıqda isə ona olan borcunu tam qaytaracağını bildirmişdir. Belə olan halda onun borclu olmasını natarial qaydada sənədləşdirməyi təklif etmiş və buna razılaşmışdır. Natariusa gəldikdə məsul şəxs bildirmişdir di ki, gərək pul natura şəklində bank vasitəsi ilə təhvil-təslim olsun və sənədləşdirilsin. Ortada pul vəsaiti olmadığı üçün natarial qaydada sənədləşmənin aparılması mümkün olmamışdır. Bu zaman atası təklif etdi ki, heç olmasa “BORC MÜQAVİLƏSİ” adı altında akt tərtib edilsin, imzalansın və baxçanın (Azərbaycan Respublikası, Cavabdeh, VÖEN № ********** №-li möhür) möhürü ilə təsdiq edilsin.Bu barədə razılıq əldə etdikdən sonra yuxarıda göstərilən şəxslərin iştirakı ilə aralarında akt tərtib edilmiş və Cavabdeh ona verilən 9.000 (doqquz min) manatı 31 dekabr 2021-ci il tarixədək hiss-hissə olmaqla tam ödəməyi öhdəsinə götürmüşdür. Akt tərtib olunduqdan sonra Günelə bildirmişdir ki, birinci ayın kreditini o, ödəyəcək, 9.000 manatı xx.xx.2021-ci il tarixədək geri qaytaranadək kreditin aylıq məbləğini cavabdeh ödəməlidir. Qeyd olunan tarixədək banka aid olan aylıq borc vaxtlı-vaxtında ödənilmişdir. xx.xx.2021-ci il tarixdən sonra borcun tam ödənilmədiyi üçün o, və atası Günel xanımla əlaqə saxlamış, borcun tam ödənilməli olduğunu onun nəzərinə çatdırmışdır. O, bildirdi ki, baxçanın satılmasını gözləyir, satıldığı təqdirdə tam ödəyəcək və ona vaxt verilsin ki, baxça satılana qədər banka olan borcu hər ay cədvəl üzrə ödəsin. O, və atası buna razılaşdılar. Bu hal xx.xx.2022-ci il tarixədək davam etdi. Bildirirəm ki, Günel xanım xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək ödəniş etməməsi səbəbindən Bank tərəfindən bacısı Qəmərə zəng edilərək bildirilmişdir ki, borcu ödəməsə Bank Sizi məhkəməyə verəcək. Məsələni öyrəndikdən sonra atası Günel xanımla əlaqə saxladı və ona bildirdi ki, sən aramızda olan sövdələşməni pozursan, ayliq ödənişləri vaxtında etmirsən, aylıq ödəniş 2 ay ödənilmədiyindən borcunuz artmışdır və əgər 3-cü ayı da 3 ay ödəniş edilmədiyin üçün Bank qızı Qəməri məhkəməyə verir, qızının məhkəmədə nə işi var və ünvan 2-də (Q.Qarayev metrosunun yanında olan) yerləşən baxçanı 2022-ci ilin may ayının 22-də Kifayət adlı bir xanıma satmısan, hazırda baxçanın adı dəyişdirilərək “ELİF” olmuş və baxçanı satdıqdan sonra olan borcunu qaytarmamısan. O, bildirdi ki, baxçanı satmamışdır, icarəyə vermişdir və razı olmaz ki, iş məhkəməyə getsin, yaranmış borcu tez bir zamanda ödəyəckdir və icazə verin bundan sonra kredit borcu bitənədək (xx.xx.2024-cü ilədək) cədvəl üzrə ödənişləri ödəsin. Atası ona etibar edib, bir daha kecikmə halları olmadan Banka ödəniş edilməsi şərti ilə razılaşmışdır. Yaranmış 3 ayliq borc, atası onu tez-tez narahat etməyi nəticəsində qısa müddət ərzində ödənilmişdir. Mütəmadi olaraq Cavabdeh ilə əlaqə saxlayarkən 06 oktyabr 2022-ci il tarixdə “WhatsApp” operatoru ilə danışdıqda (səs yazısı var), o bildirir ki, oktyabr ayının axırında 4.000 (dörd min) manat lotareya götürəcək və gətirib borcu ödəyəcəkdir.Lakin bunu da etməmişdir. Bundan sonra hər ayın 8-də atası ona zəng etmək və vatsapla mesaj göndərməklə, ödəniş vaxtını ona xatırlatdıqdan sonra Bank ödənişini edirdi. 2023-cü ilin fevral ayında ödəniş etmədiyinə görə Günellə və atası ilə əlaqə saxlayarkən onlar atasını arxayın etdilər ki, birdə narahat etməyin, qalan borcu nağd pulu olmadığı üçün, sizin kredit borcunuzu qrafik üzrə har ay vaxtlı-vaxtında sonadək, yəni xx.xx.2024-cü il tarixə qədər banka ödənişlər edəcək. Lakin xx.xx.2023-cü il tarixdən sonra ödənişlər etmədiyinə görə ona dəfələrlə o, və atası tərəfindən mesaj göndərilsə və ya zəng edilsə də, bizə cavab vermirdi və ödənişlər etmirdi. Beləliklə 2023-cü ilin fevral və mart ayları üçün kreditdən əlavə faiz borcları yarandi ki, bu da özü tərəfindən ödənildi. Əlavə olaraq bildirir ki, Bankdan əldə etdiyi 10.000 (on min) manatdan 1.000 (bir min) manatin ödənilməsi öz səlahiyyətində olmuşdur. Qeyd edir ki, bu pulun faizlə ödənişi 1374,83 (bir min üç yüz yetimiş dörd manat səksən üş qəpik) təşkil edir ki, göstərilən məbləğ özü tərəfindən tam ödənilmişdir. Göründüyü kimi Cavabdeh ondan aldığl 9.000 (doqquz min) manat pulu akt əsasında xx.xx.2021 -ci il tarixədək ödəyəcəyini, şifahi qaydada əldə edilən razılığa əsasən ünvan 2 ünvanında yerləşən “MƏLƏYİM” adlı (satıldıqdan sonra “ELİF” adlandırılan) özəl uşaq baxça satıldıqdan və 06 oktyabr 2022-ci il tarixdə “WhatsApp” operatoru ilə danışdıqda (səs yazısı var), o oktyabr ayının axırında 4.000 (dörd min) manat lotareya götürəcəyini və borcu tam ödəyəcəyini və ya baxça satılmadığı halda kredit borçunu xx.xx.2024-cü il tarixə qədər banka ödənişlər edəcəyi öhdəliyini üzərinə götürmüşdür. Belə olan halda atası xx.xx.2023-cü il tarixdə Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Faktla bağlı Nizami RPİ-nin 25-ci PŞ-si tərəfindən araşdırma aparılmışdır. Bu məqsədlə ondan, bacısından və atasından izahatlar alınmışdır. Onlardan izahatlar alındıqdan sonra Cavabdeh Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət edilmiş və ondan İzahat alınmışdır. O, izahatında: Xanım adlı ortağı ilə razılaşdıqdan sonra 2021 -ci ildə qurduğu baxça biznesini satmaq qərarına gəldiyini və bu məqsədlə razılıq əldə edildikdən və Leyla, bacısı Qəmər, atası və anasının iştirakı ilə baxçaya baxdıqdan sonra baxşanı 9.000 (doqquz min) manata almağı razılaşdırıldığını, ona pulu iki dəfəyə olmaqla verildiyini, bir ay sonra baxçanı işlətmək çətin olduğunu və idarə edə bilmədiyini bildirərək pulun geri qaytarılmasını istəməsini, özünün həmin pulu nağd olmadığı üçün qaytara bilməyəcəyini demiş, sonra Leylanın atası pulu bankdan götürdükləri üçün Azərbaycan Beynəlxalq Banka ayliq olaraq ödəniş etməyini və buna razılığını, 2023-cü ilin yanvar ayı da daxil hər ay 400 (dörd yüz) manat ödədiyini, borcundan 6800 (altı min səkkiz yüz) manat ödənildiyini, atası Fizulinin onu dəfələrlə narahat edərək ona qarşı kobud ifadələr işlətdiyini, bank faizləri də daxil olmaqla bütün ödənişləri ödəyəcəyini, bu məsələni hüquqi müstəvidə həll ediləcəyini bildirmiş, 2023-cü ilin fevralından ödənişləri dayandırdığını, borcu tam bağlamağa maddi imkanı olmadığını qeyd edərək yenə də ayliq ödənişlər etməyə hazır olduğunu, sonda hazırda onlara 2200 (iki min iki yüz) manat borclu qaldığını bildirmişdir. Polis tərəfindən aparılan araşdırmaya 9.000 (doqquz min) manat pul verilməsinə dair tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli akt, audio səs yazıları əlavə edilmişdir. Alınan izahatlardan sonra, atası Günelin verdiyi izahatın düzgün olmadığını və bu məqsədlə üzləşdirmə aparılması üçün qarşı tərəfin polis şöbəsinə dəvət edilməsini xahiş etmişdir. Cavabdeh üzləşdirmə aparılması üçün polisin mobil telefonu ilə polis şöbəsinə dəvət edilsə də, o, kobud şəkildə polisə cavab verməklə üzləşməkdən imtina etmişdir. Nəticədə Nizami RPİ-nin 25-ci PŞ-si cinayət işinin başlanmasının rədd və mülkü mühakimə icraatı qaydasında məhkəməyə müraciət edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərar iddia ərizəsinə əlavə edilir. Təhlillər göstərir ki, xx.xx.2023-cü il tarixədək Cavabdeh ümumilikdə ona verilən 9.000 (doqquz min) manatdan 4680,92 (dörd min altı yüz səksən manat doxsan iki qəpik) manat ona borclu qalmışdır. Burada 3006,75 (üç min altı manat on yeddi qəpik) manat xx.xx.2023-cü il tarixdən sonra Banka qalan əsas borc, 1674,17 (bir min altı yüz yetimiş dörd manat on yeddi qəpik) manat isə kredit müqaviləsinə görə 2023-cü ilin fevral və mart ayları üçün gecikmə halı olduğuna görə, Bankın hesabladığı əlavə faizlər də daxil olmaqla bacısı Qəmərin 08.10.23-cü il tarixədək Banka ödədiyi məbləğdir. Beləliklə, Cavabdeh 08.10.23-cü il tarixədək ümumilikdə ona 3006,75+1674,17=4680,92 (dörd min altı yüz səksən manat doxsan iki qəpik) manat borcu var və o, bu məbləği ödəməkdən imtina edir. Bildirir ki, Cavabdeh 08.10.23-cü il tarixədək 4680,92 manat borcu qaytararsa, onunla aralarında yaranan borc aradan qalxacaqdır. Əgər borcu qaytarmasa, 08.10.23-cü il tarıxədən sonra məhkəmə qərar qəbul edənədək hər ay kredit müqaviləsinə görə yaranan Bankın faiz borcları 4680,92 manatın üzərinə əlavə ediləcəkdir ki, bunu da cavabdeh ödəməlidir. Hesab edir ki, cavabdeh olan borcunu geri qaytarmaq niyyətində deyildir və o, öhdəliyin yerinə yetirilməsi barədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinin 339.1, 339.2, 339,4-cü və 425, 426, 427, 430 və 432-ci maddələrinin tələblərini pozmuşdur. Bununla da cavabdeh ona hörmət etməyindən, humanist addım atmağından, həmçinin etibarından istifadə edərək onu aldatmış, pulu tam ödəməkdən imtina etmiş və bu səbəbdən də onu və ailəsini ağır maddi vəziyyətə salmışdır. Bu səbəbdən də qanunvericiliyin tələblərinə əsasən işin məhkəmə qaydasında araşdırılmasını və cavabdehin ondan almış olduğu borcun qaytarmasını məhkəmə qaydasında tələb etməyi qərarlaşdırmışdır. Sadalanan xüsusatlardan göründüyü kimi, cavabdehlə aralarında qanunvericiliklə nəzərdə tutulmuş qaydada borc müqaviləsi bağlanılmış, müqavilə üzrə razılaşdırılmış 9.000 (doqquz min) manat nağd pul vəsaiti tərəfimdən cavabdehə verilmişdir, lakin cavabdeh bağladığımız borc müqaviləsinin şərtlərinə və mesaj və yazışmalarda əldə etdiyimiz razılaşmaya əməl etməyərək, həmin müqavilə üzrə mənə olan borcunun ödənilməsini təmin etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verib, iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək, izahatında göstərmişdir ki, Bakı şəhəri, Q.Qarayev metrosunun yaxınlığında (ünvan 2) “MƏLƏYİM” adlı özəl uşaq baxçasını satmaq istədiyi barədə məlumat əsasında İddiaçı ona müraciət etmiş və baxçanı almaq istədiyini ona bildirmişdir. Baxçaya baxdıqdan sonra 9.000 (doqquz min) manata razılaşmışlar. Həmin pulu iki dəfəyə iddiaçıdan almışdır. Lakin bir müddət sonra iddiaçı baxçanı qaytarmaq istədiyini ona bildirmiş və ödənilən pulu geri istəmişdir. Aldığı pulu banka olan borcunu ödəməklə xərclədiyini və pulunun olmadığı səbəbindən müəyyən müddətə hissəhissə ödəyə bildiyini iddiaçının nəzərinə çatdırmışdır. Buna görə də aralarında olan razılığa əsasən borc müqaviləsinə dair akt tərtib etmişlər. Bundan sonra iddiaçının bacısı Qəmər “Beynəlxalq Bankdan” kredit götürmüş və kreditin aylıq ödənişlərinin ödənilməsini ondan tələb etmişdir. Buna görə də həmin banka ayda 400 manat olmaqla borca görə ödənişləri bank krediti üzrə borclunun əvəzinə ödəmək məcburiyyətində qalmışdır. Bu qaydada ödənişlər edərək 6800 manat məbləğində pulu ödəmişdir. Axırıncı dəfə yaxın zamanlarda yenə 400 manat ödəniş etmişdir. Beləliklə, o, iddiaçıya borclu olduğu 9000 manat məbləğindən 7200 manatı ödəmiş və hazırda onun 1800 manat borcu qalmışdır. Buna görə də iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Fizulu qızı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “borc müqaviləsi”nə dair aktdan görünür ki, İddiaçı Cavabdeh borc olaraq 9.000 (doqquz min) Azərbaycan manat məbləğində pul vermişdir. Borc alan tərəf - Cavabdeh borcu 31 dekabr 2021-ci il tarixədək hissə-hissə olmaqla tam ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X3 xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”ın surətindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4v 1/7 mənzil 24də kirayədə yaşayan X1 Günel Gülağa qızı tərəfindən aldadılaraq 9000 manat pulunun ələ keçirilməsi ilə bağlı Nizami RPİ-nə müraciət etmişdir. Qərarla müəyyən edilir ki, Cavabdeh iki dəfəyə 9000 manat məbləğində pulu aldığını etiraf etmişdir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Q.Qarayev metrosunun yaxınlığında (ünvan 2) “MƏLƏYİM” adlı özəl uşaq baxçasını satmaq istədiyi barədə məlumat əsasında İddiaçı Cavabdeh müraciət etmiş və baxçanı almaq istədiyini ona bildirmişdir. Baxçaya baxdıqdan sonra 9.000 (doqquz min) manata almağa razılaşmışlar. Həmin pulu iddiaçı iki dəfəyə cavabdehə ödəmişdir. Bundan müəyyən müddət keçəndən sonra iddiaçı baxçanı qaytarmaq istədiyini cavabdehə bildirmiş və ödənilən pulu geri istəmişdir. Cavabdeh aldığı pulu banka olan borcunu ödəməklə xərclədiyini və pulunun olmadığı səbəbindən müəyyən müddətə hissə-hissə ödəyə bildiyini iddiaçının nəzərinə çatdırmışdır. Buna görə də aralarında olan razılığa əsasən borc müqaviləsinə dair akt tərtib edilmişdir. İddiaçı Fizulu qızı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “borc müqaviləsi”nə dair akta görə İddiaçı Cavabdeh borc olaraq 9.000 (doqquz min) manat məbləğində pul vermişdir. Borc alan tərəf - Cavabdeh borcu 31 dekabr 2021-ci il tarixədək hissə-hissə olmaqla tam ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra iddiaçının bacısı Qəmər "xxxx" ASC-dən kredit götürmüş və kreditin aylıq ödənişlərinin ödənilməsini cavabdehdən tələb etmişdir. Buna görə də cavabdeh aralarındakı qarşılıqlı razılaşmaya görə banka ayda 400 manat olmaqla borca görə 7200 manat məbləğində aldığı borca görə ödənişlər etmişdir. Beləliklə, cavabdeh iddiaçıya borclu olduğu məbəğdən ödəmiş və hazırda onun 1800 manat borcu qalmışdır. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, sübut etmə yükü qanunvericiliyin tələblərinə görə iddiaçının üzərinə düşdüyündən bu vəzifə iddiaçının, tələb edən tərəfin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh ona verilən 9.000 (doqquz min) manatdan 08.10.23-cü il tarixədək qaytarılmayan 4680,92 (dörd min altı yüz səksən manat doxsan iki qəpik) manat məbləğin və ya 08.10.23-cü il tarixədən sonra məhkəmə tərəfindən qərar qəbul olunan tarixədək kredit müqaviləsinə görə Banka hər ay üzrə ödəyəcəyi faiz borcunun məbləğin- 4680,92 (dörd min altı yüz səksən manat doxsan iki qəpik) manatın üzərinə gələrək borcun birdəfəyə ona qaytarılması və yaxud kredit müqaviləsinə görə bacısı Qəmərin 08.10.23-cü il tarixədək Banka ödədiyi 1674,17 (bir min altı yüz yetimiş dörd manat on yeddi qəpik) manatın üzərinə Banka hər ay üzrə ödəyəcəyi faiz borcunun məbləğini əlavə etməklə, alınan məbləğin ödənilməsi ilə kredit müqaviləsinin dəyişdirilərək Banka qalan kredit borcun cavabdehin üzərinə qoyulması və həmçinin məhkəmə rüsumu qismində ödədiyi 91 (doxsan bir) manat məbləğində dövlət rüsumunun tutulub xeyrinə ödənilməsi barədə iddia tələbini irəli sürmüşdür. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbinin 9000 manat məbləğində borca dair hissəsini qismən qəbul edərək aldığı borcu ödədiyini və hazıra onun cavabdehə 1800 (bir min səkkiz yüz) manat məbləğində borcunun qaldığınl etiraf etmişdir. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Bununla belə, iddiaçı bacısının aldığı kredit borcuna görə faizlərin ödənilməsini tələb etsə də heç bir hüquqi əsası olmadan, yəni Cavabdeh iradə ifadəsi olan və üzərinə kreditin və ya kreditə görə müəyyən olunmuş faizlərin ödənilməsini öhdəliyini götürdüyü heç bir rəsmi sübutu (kredit və ya zaminlik müqaviləsini) məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatları və qanunvericiliyin şərh olunan müddəalarını nəzərə alan məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək, həmin sübutlara qiymət verərkən həqiqətin müəyyən edilməsinin məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunmasını, mülki prosesin özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığını nəzəra almaqla belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində borcun və iddianın verilməsi üçün ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab edir ki, mülki iş üzrə verilməsi üçün ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində borcun və iddianın verilməsi üçün ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1487/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1487/2023
05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver